* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Əfsanəyə görə, zülmətdə olan bir çeşmənin suyu, dirilik suyu. Abi-həyat kimi daim axarsan, Haqqın camalına hərdən baxarsan, Dolana-dolana evlər yıxarsan, Mənim Əslim buralardan keçdimi? (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası / abi-həyat1 ABİ-HƏYAT (kl.əd.) (Zülmətdə bir bulağın suyu olub ki, onu içən ölməzmiş) Odur səni oğul kimi cəbhələrdən keçirən; Odur səni əllərilə abi-həyat içirən (M.Rahim); ABİ-BƏQA (kl.əd.) Bu zülməti-zülfündə ləbin – abi-bəqamız; Yüz çeşmeyi-heyvan ola, könlüm səni istər (S.Ə.Şirvani); ABİ-HEYVAN (kl.əd.) Əzib ləli qatıb abi-heyvana: Qənd ilə yoğrulub dil-dodaq çəkib (Q.Zakir); ABİ-ZİNDƏGANİ (kl.əd.) Peyvəndi gül eylə ərğəvani; Xızrə yetir abi-zindəgani (Füzuli); DİRİLİK SUYU Hər şey dirilik suyunu içib, əmrə ilk dəfə qədəm atırdı.. (Çəmənzəminli); SUYİ-HEYVAN (kl.əd.) Suyi-heyvan üçün zülmət içində; Xətayi Xəzrü İskəndər gelübdür (Xətayi).
Azərbaycan dilinin sinonimlər lüğəti / abi-həyat1 миф. 1. нектар, живительная влага, жизненный эликсир; 2. легендарный источник живительной влаги;
Azərbaycanca-rusca lüğət / abi-həyat