AMBA sözü azərbaycan dilində

AMBA

Yazılış

  • AMBA • 41.6667%
  • Amba • 37.5000%
  • amba • 20.8333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Phytoseius amba
Phytoseius amba (lat. Phytoseius amba) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius amba Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
AmbaCoin
AmbaCoin — Ambazoniyanın rəsmi kriptovalyutası. Layihənin ərazidəki təbii sərvətlər vasitəsilə inkişaf etdiyi deyilir. AmbaCoin 2018-ci ildə bazara çıxarılmışdır.
Ambar
Ambar Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari.Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi.XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir.Ehtimal ki,Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır.Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər.Bəzi tədqiqatçılara görə türk dillərində ambar,ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Ambar Ana
Ambar Ana - türk və altay mifologiyasında qadınlıq ilahəsi. Qadınları və qadınların etdiyi işləri güdür. Qadınların işlərinə kömək edir. Onun şərəfinə təşkil edilən mərasimlər vardır. Qadın şamanlar ondan kömək diləyirlər. == Etimologiya == (Am / Em) kökündən törəmişdir. Bu kök türkcədə dişilik bildirir. Məsələn əmmək və əmizdirmək dişil məzmuna malikdir. Anbar mənasındakı ərəbcə ambar sözü ilə əlaqəsi yoxdur. Em kökü eyni zamanda yaxşılaşdırmaq və dərman mənalarıyla də əlaqəlidir.
Ambaras məhəlləsi
Ambaras məhəlləsi — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubadçayın sağ sahilindədir, Aşağı və Yuxarı Ambaras adlanan iki məhəllədən ibarətdir. XVIII əsrin əvvəllərində Naxçıvan sancaqının tərkibinə daxil olan Azadciran nahiyəsi Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir. Mənbələrin məlumatına görə,məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, çeşmə və bir neçə xırda dükan vardı. Meydan bütünlüklə iri çinar ağaclarının kölgələri örtürdü. Ambaras məhəlləsinin meydanı indi də məhəllə mərkəzi rolunu oynayır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 23.
Ambaras məscidi
Ambaras məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid Naxçıvan memarlıq məktəbinə aid edilir. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları binanın XVII-XVIII əsr tikililərinə uyğun gəldiyini göstərir. Məscidin tavanında taxta üzərində rənglə yazılmış kitabə vardır. El arasında yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras məscidində tədqiq olunan bu kitabədən aydın olur ki, məscid hicri 1284-cü (1867-1868) ildə Cəfərqulu Ağababa oğlu tərəfindən təmir etdirilmişdir. Kitabədə məscidin adı "Ağa Mirzə Cəfər məscidi" kimi qeyd olunmuşdur. Məscidin XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa edildiyi ehtimal olunur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh.
Ambarixutsa
Ambarixutsa (gürc. ამბარიხუწა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 700 metr hündürlükdə, Qara dənizdən 6,5 km və Suxumidən 16 km uzaqlıqdadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 120.
Ambarlar adası
Anbarlar adası (pol. Wyspa Spichrzów) — Qdansk şəhəri daxilində, Moltava çayının yatağında yerləşən ada. Ada 1576-cı ildə qazılan yeni xəndək nəticəsində meydana gəlmişdir. XIII əsrdən burada çoxlu ambarlar yerləşirdi. XVI əsrdən onların sayı 300 keçmişdi. Anbarda olan tikililərə 1945-ci il bombardımanı zamanı böyük zərər dəymişdir. Qorunub saxlanılan abidələrə 1517–1519-cu illərdə inşa edilən Milxkannetor qapılarını göstərmək olar. Dağıdılmış tarixi abidələrdən ancaq bir qismi bərpa edilmişdir.
Ambarovka
Ambarovka — Gürcüstanın Marneuli rayonunda kənd. Əvvəlki adı Ambarlı olub. Ambarlı Tiflis quberniyasının Borçalı qəzasında pristavlıqlardan birinin adı olmuşdur. İndi Ambarovka adlanır.
Ambarsum Məlikov
Ambarsum Məlikov, Ambarsum Məlik-Şahnəzərov — XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi. Əslən Vərəndə məliklərinin nəslindəndir, kinorejissor Karen Şahnəzərovun atasının babasıdır. II Nikolayla şəxsi dostluq münasibətlərinə malik olmuş Ambarsum, Romanovlar sülaləsi hakimiyyətinin 300 illiyinin qeyd edilməsi tədbirlərinin təşkilində aktiv iştirak etmişdir. == Fəaliyyəti == === Neft və su sənayesi === Ambarsum Məlikov Bakının neft sənayesi sahəsində fəaliyyət göstərmiş "A.S.Melikov and Co" adlı şikətin rəhbəri olmuş, şirkəti oğlu Tiqran Məlikovla birlikdə idarə etmişdir. 1908-ci ildə onun şirkəti Bakının neft şirkətlərinin reytinqində on üçüncü yeri tutmuşdur. Bakıda 170 neft şirkəti tərəfindən çıxarılmış 487 milyon pud neftn 1 faizi "A.S.Melikov and Co" şirkətinin payına düşərək 5,7 milyon puda çatırdı. 1914-cü ildə "A.S.Melikov and Co" şirkəti Stepan Giorgiyeviç Lianozovun "Oil" adlı şirkətinin tərkibinə qatılmışdır.Neft sənayesində biznesindən başqa, A.S.Məlikov Zaqulba su təchizatı sisteminin də sahibi olmuşdur. 1902-1903-cü illərdə Bakı Şəhər Dumasının qlasnısı olduğu zaman Şollar su kəmərinin çəkilməsinə qarşı çıxmış və su kəmərinin onun Zaqulbadakı torpaq sahəsi ərazisində yerləşən bulaqdan çəkilməsinə israr etmişdir. === 1905-ci il qırğınlarında iştirakı === 1905-ci ildə Bakının erməni və müsəlman əhalisi arasında qarşıdurma yarandıqda o zaman Bakı qybernatoru olmuş Mixail Nakaşidze müsəlman tərəfdən Hacı Zeynalabdin Tağıyev, erməni tərəfdən isə Ambarsum Məlikovla danışqlar apararaq öz icmaları arasında kifayət qədər nüfuza malik olan bu iki şəxsi kütlənin sakitləşdirilməsinə cəlb etməyə çalışmışdır. Lakin, Ambrasum Məlikov sonradan əhalinin barışdırılması işində iştirakdan imtina edərək erməni kütlənin silahlandırılmasına başlamışdır.
Ambarsum Məlikovun evi (İslam Səfərli küçəsi)
Ambarsum Məlikovun evi — Bakı şəhərində, İ. Səfərli 13, S. Tağızadə 121 və Tolstoy 136 küçələrinin kəsişməsində yerləşən tarixi malikanədir. Bina 1900-cü ildə Vartan Sarkisovun layihəsi əsasında neobarokko üslubunda inşa edilmişdir. == Tarixi == === İnşası === Bina 1900-cü ildə, XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi Ambarsum Məlikovun sifarişi ilə memar Vartan Sarkisovun layihəsi əsasında inşa edilmişdir. === Sonrakı istifadəsi === Əvvəllər yaşayış binası kimi istifadə olunmuş binada 1922-ci ildən Azərbaycanın ən qədim kütləvi kitabxanası olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası yerləşdirilmişdir. Kitabxana 1919-cu ilin mart ayında, Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı tərəfindən əsası qoyulmuş "Xəzər sahili istehlak cəmiyyəti" adlı təşkilatın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan qadınlarını geniş sürətdə kitabxanaya cəlb etmək üçün fəaliyyətə başladığı dövrdən kitabxana "Oxucu qadınlar dərnəyi" təşkil etmişdir. 1922-ci ildə Sabirin vəfatının on illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmiş və həmin ildən kitabxana Məlikovların malikanəsində yerləşdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Məlikovun iki mərtəbəli yaşayış evi forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementlərindən biridir. Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir.
Ambarçik buxtası
Ambarçik buxtası — Şərqi Sibir dənizinin şərqində yerləşən buxta. Stolbovoy və Medvejıy burunları arasında yerləşir. Şimal hissəsi dənizə açılır. Materik daxilinə 3 km daxil olur. Ən enli yeri 7 km-dir. Maksimal dərinliyi 4 metrdir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Bəzi hissələr isə sıldırımlıdır. Şərqində Medvejıy körfəzi, qərbində isə Troyan buxtası yerləşir.
Ambatondrazaka
Ambatondrazaka Afrika qitəsində, Madaqaskar ada əyalətində şəhərdir. Şəhər ölkənin mərkəzi hissəsində, Alaotra-Mangoro bölgəsinin şərq hissəsində yerləşir. 2013-cü ilin təxmini məlumatlarına görə, şəhərin 48,500 əhalisi var. Ambatondrazaka ölkənin paytaxtı Antananarivudan 150 km şimal-şərqdə yerləşir. Şəhər ölkənin ən böyük gölü olan Alaotra gölünün cənubunda yerləşir.
Andris Ambaynis
Andris Ambaynis (latış. Andris Ambainis‎; 18 yanvar 1975, Dauqavpils) — Latviya informatiki, kvant məlumat və kvant hesablama sahələrində ixtisaslaşmış kompüter elmləri alimi. Professor, Latviya Elmlər Akademiyasının üzvü, Latviya Elmlər Akademiyasının "Böyük medalı" laureatı (2013). == Təhsili və karyerası == 18 yanvar 1975-ci ildə Dauqavpilsdə anadan olub. Atası Dauqavpils kimyəvi lif zavodunun uzunmüddətli rəhbəri olmuşdur. Uşaqlıqdan Andris riyaziyyatı ilə maraqlanırdı və riyazi olimpiadalarda iştirak edirdi, professor Aqnis Amcans onun müəllimi olmuşdur. 1991-ci ildə SSRİ milli komandasının tərkibində Beynəlxalq Riyaziyyat Olimpiadasının mütləq qalibi oldu və qızıl medal qazandı. 12 saylı Dauqavpils məktəbini bitirmişdir. 1992-ci ildə Latviya Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil olmuş, bakalavr (1996), magistr (1997) dərəcələrini və kompüter elmləri doktoru (1997) adını almışdır. 1997-ci ildə Berkli Kaliforniya Universitetində doktoranturaya qəbul aldı və burada kvant hesablama ilə tanış oldu.
Anil Ambani
Anil Ambani (ing. Anil Dhirubhai Ambani, hind अनिल अंबानी; d. 4 iyun 1959, Mumbay, Maxaraştra, Hindistan) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Anil Dhirubhai Ambani Group" şirkətinin səhmdarı. == Həyatı == Anil Ambani 4 iyun 1959-cu ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində anadan olmuşdur.Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, kiçik oğlu olan Anilə də yüksək təhsil vermişdir. Anil, Mumbay Universitetində bakalavr dərəcəsi almışdır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-yə gedir və Pensilvaniya Universitetində magistr dərəcəsinə yiyələnir. Anil Ambani Hindistanda Bollivud film sənayesinin ən böyük istehsalçılarından biridir. == Ailəsi == === Qardaşların münaqişəsi === Atalarının sərvətini bölüşdürmək Anil və böyük qardaşı Mukeş üçün heç də asan olmamışdır. Ataları vəfat etdikdən sonra onlar bir müddət ailə sərvətini birgə idarə edirlər.
Bulbophyllum ambatoavense
Bulbophyllum ambatoavense (lat. Bulbophyllum ambatoavense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum ambatoavense növü Madaqaskar üçün endemik növdür.
Dxirubxay Ambani
Dxirubxay Ambani (ing. Dhirubhai Ambani, hind धीरूभाई अंबानी; d. 28 dekabr 1932, Çorvad, Britaniya Hindistanı – ö. 6 iyul 2002, Mumbay, Hindistan) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin qurucusu. == Həyatı == Dxirubxay Ambani 28 dekabr 1932-ci ildə Çorvadda anadan olmuşdur. 2002-ci ildə 60 milyard dollar sərvəti ilə dünya ən varlı adamlarının siyahısında ikinci sırada yer almış Dxirubxay Ambani öz biznesinə cəmi 350 dollarla başlamışdır. Belə ki, o, ilk əvvəl səyyar satıcı olmuşdur. Bir qədər gəlir əldə etdikdən sonra əlindəki vəsaiti tekstil sənayesinə yatırır və Əhmədabad zonasında fabrik açır. 1966-cı ildə məşhur "Reliance Industries" şirkətini yaradır və Hindistanın ən varlı adamlarından birinə çevrilir.6 iyul 2002-ci ildə Mumbayda vəfat etmişdir. == Ailəsi == Dxirubxay Ambani Kokilaben Ambani ilə evli idi.
Euphorbia ambarivatoensis
Euphorbia ambarivatoensis (lat. Euphorbia ambarivatoensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Mukeş Ambani
Mukeş Ambani (ing. Mukesh Ambani, hind मुकेश अंबानी; d. 19 aprel 1957, Aden, Yəmən) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin səhmdarı. == Həyatı == Mukeş Ambani 19 aprel 1957-ci ildə Yəmənin Aden şəhərində anadan olub. Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, böyük oğlu olan Mukeşə yüksək təhsil verir. Mukeş, Mumbay Universitetində tətbiqi kimya ixtisası üzrə bakalavr dərəcəsi alır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-yə gedir və Stenford Universitetində magistr dərəcəsinə yiyələnir, amma insult keçirmiş atasının xəstəliyi səbəbindən Mukeş təhsilini yarımçıq buraxib Mumbaya qayıdır və "Reliance Industries Ltd"də işə başlayır. Həmin dövrdə şirkət tekstil və lif istehsal edirdi, lakin Mukeş neft emalı ilə məşğul olmağı daha gəlirli hesab etdiyindən, şirkətin profilini dəyişmək qərarına gəlir. Şirkətdə 50 yeni istehsal müəssisəsi yaradır.
Nita Ambani
Nita Ambani (ing. Nita Ambani, hind नीता अंबानी; d. 1 noyabr 1963, Mumbay, Hindistan) — Hindistanlı xeyriyyəçi; dünyanın ən zəngin adamlarından biri olan Mukeş Ambaninin həyat yoldaşı. == Həyatı == Nita Ambani 1 noyabr 1963-cü ildə Hindistanın Mumbay şəhərində, orta sinif bir ailədə anadan olmuşdur. Onun atası Birlada baş icraçı idi. Nita Mumbay Universitetində bakalavr təhsili almışdır. O, həmişə Hind klassik rəqsinə maraq göstərmişdir və bu sahədə karyera qurmaq istəyirdi. Hazırda o, bir müəllim olaraq interyer dizayneri kimi ixtisas kursları keçirir. Nita Ambani qaynatasının adını daşıyan Dxirubxay Ambani Beynəlxalq Məktəbinə rəhbərlik edir. Özünün yaratdığı həmin məktəb Mumbayda 2003-cü ildən fəaliyyət göstərir.
Senecio ambatensis
Senecio ambatensis (lat. Senecio ambatensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Sosko Ambalov
Sosko Ambalov (18 (30) oktyabr 1870, Ardon, Şimali Osetiya – 1937) — Osetiya ictimai xadimi, etnoqraf, tərcüməçi, dilçi və Osetiya folklorunun toplayıcısı. == Bioqrafiyası == 18 oktyabr 1870 -ci ildə Ardon kəndində (bu gün - şəhərdir) gizir ailəsində anadan olmuşdur. Doğulduğu kənddə kilsə məktəbini bitirdikdən sonra Ardon İlahiyyat Seminariyasına daxil olur. XIX əsrin 90-cı illərində kitab nəşriyyat cəmiyyətinin qurulmasının təşəbbüskarlarından biri olur. Osetiyalı müəlliflərin əsərlərini nəşr etdirməklə məşğul olur, xüsusən də ilk dəfə şair Kosta Xetaqurovun "Osetiya lirası" şeirlər toplusunu nəşr etdirir. İlk nömrəsi 23 iyul 1906-cı ildə nəşr olunan "İron qazet" qəzetinin nəşrini təşkil edir və 1907-ci ildən "Noq sard" (Yeni həyat) qəzetini nəşr etdirir. Dostları Babu Zanqiyev və Mixa Basiyev ilə birlikdə Laba kəndindən Vladiqafqaza gedən mərhum Kosta Xetaqurovun cənazəsini müşayiət edir. 1918-ci ildə Osetiya Tarix və Fəlsəfə Cəmiyyətinin üzvü olur. Cəmiyyətin göstərişi ilə 1920-ci illərdən etibarən osetin şifahi xalq yaradıcılığının əsərlərini toplamağa başlayır. Ekspedisiyaları əsasında osetin xalq əfsanələrinin toplusunu nəşr etdirir.
Viktor Ambartzumyan
Viktor Ambartzumyan (erm. Վիկտոր Համբարձումյան; 5 (18) sentyabr 1908[…], Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası – 12 avqust 1996[…], Byurakan, Araqatsotn mərzi) — erməni mənşəli SSRİ astrofiziki, nəzəri astrofizikanın yaradıcılarından biri. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1953, 1939-cu ildən müxbir üzvü). Ermənistan SSR Elmlər Akademiyasının prezidenti (1947–1993). == Həyatı == Ambartsumian ulduz və dumanlıqlara, mükəmməl astronomiya və ulduz sistemlərinin dinamikası və ulduz və qalaktika kosmoqoniya fizika sahəsində çalışmışdır. Byurakan Astrofizika Rəsədxanasının banisi hesab edilir. == Mükafatları == Sosialist Əməyi Qəhrəmanı (2 dəfə: 1968, 1978). Ermənistan Milli Qəhrəmanı (1994 11 oktyabr). Stalin mükafatı iki dəfə qalibi (2 dəfə: 1946, 1950). Ermənistan SSR Dövlət mükafatı (1988) laureatıdır.
Ambazoniya
Ambazoniya — (rəsmi olaraq Ambazon Federal Respublikası və ümumi adı Amba Land) 1961-ci ildə BMT tərəfindən yaradılmış Kamerun Federasiyasının muxtar anqlofon dövləti kimi beynəlxalq səviyyədə tanınan, özünü elan etmiş bir dövlətdir. Ambazoniya Cənubi Kamerunun keçmiş Britaniya Məcburi Ərazisinin varisidir. Ştat şərqdə Kamerun Respublikası, şimal və qərbdə Nigeriya, cənubdan Atlantik okeanı ilə Bonni körfəzi ilə həmsərhəddir. Onun ərazisi təxminən 5 milyon insanın yaşadığı 42,710 km² qiymətləndirilir. FRA 1 oktyabr 2017-ci ildə Kamerunun mərkəzləşdirilməsinə və ölkənin ingilisdilli əhalisinə qarşı etirazlar zamanı müstəqil elan edildi. Kamerun hökuməti müstəqillik bəyannaməsinin heç bir hüquqi çəkiyə malik olmadığını bəyan etdi və FRA-ya müharibə elan etdi ki, bu da faktiki olaraq dövlətin müstəqilliyinin tanınması kimi qiymətləndirilə bilər. 2018-ci ildə Ambazoniya Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatına qəbul edildi. 5 yanvar 2018-ci ildə Yuliy Ayuk Tabe (Ambazoniyanın ilk prezidenti) və köməkçiləri Nigeriya və Kamerun hakimiyyətinin sui-qəsdi nəticəsində Abuca otelindən qaçırıldılar və siyasi ittihamlarla ittiham olunaraq Kameruna təhvil verildilər. Tezliklə hərbi tribunal tərəfindən ömürlük həbs cəzasına məhkum edildilər. Etiraz hərəkatının liderlərini və ya Ambazoniya liderlərini həbs etmək və ya aradan qaldırmaq üçün sonrakı cəhdlər xalqın qəzəbinə çevrildi və bu, müstəqillik hərəkatlarının aktivləşməsinə, Kamerunda prezident və parlament seçkilərinin boykot edilməsinə səbəb oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.45
2010 ••••• 0.09
2011 •••••••••••••••• 0.34

Oxşar sözlər

#amba nədir? #amba sözünün mənası #amba nə deməkdir? #amba sözünün izahı #amba sözünün yazılışı #amba necə yazılır? #amba sözünün düzgün yazılışı #amba leksik mənası #amba sözünün sinonimi #amba sözünün yaxın mənalı sözlər #amba sözünün əks mənası #amba sözünün etimologiyası #amba sözünün orfoqrafiyası #amba rusca #amba inglisça #amba fransızca #amba sözünün istifadəsi #sözlük