Axaməd
Axaməd (əvvəlki adı: Ağəhməd) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kənd inzibati ərazi dairəsi tərkibindəki Ağəhməd kəndi Axaməd kəndi adlandırılmışdır.