Ayşən Gürcan
Ayşən Gürcan (1963, Burdur) — Türkiyəli bürokrat, keçmiş Ailə və Sosial Siyasətlər naziri.
O, 28 avqust 2015-ci il - 17 noyabr 2015-ci il tarixləri arasında Əhməd Davudoğlunun sədrliyi ilə qurulan Türkiyə hökumətində vəzifəsini davam etdirib. O, həm də Respublika tarixində və seçki hökumətində ilk hicablı qadın nazir olub.
== Erkən həyatı və karyerası ==
Ayşən Gürcan 1963-cü ildə Burdurda anadan olub, ibtidai və orta təhsilini də orada bitirib.
=== Akademik karyerası ===
Ayşən Gürcan 1986-cı ildə Anadolu Universitetinin Rabitə Elmləri fakültəsini bitirib. 1987-1989-cu illərdə Təhsil Ünsiyyəti və Planlaşdırılması üzrə magistr dərəcəsinə yiyələnmiş, təhsil texnologiyası mövzusunda doktorluq dərəcəsini almışdır. 1990-2005-ci illər arasında Anadolu Universiteti Təhsil fakültəsində tədqiqatçı, müəllim və əməkdaş kimi çalışmışdır. O, təhsil elmləri, tədris və təlim, təhsil ünsiyyəti, texno-psixologiya və ailə təhsili ilə bağlı çoxsaylı əsərlərin müəllifidir. Hal-hazırda İstanbul Ticarət Universitetinin müəllim heyətinin üzvüdür.
=== Bürokrat karyerası ===
2006-2011-ci illər arasında Gürcan Türkiyə Baş Nazirliyində Ailə və Sosial Araşdırmalar üzrə baş menecer vəzifəsində çalışıb.