Bajrangi qardaş (film, 2015)
Bajrangi qardaş (Rom: Bajrangi Bhaijaan) — ssenarist V. Vijayendra Prasadın orijinal hekayəsi əsasında Kabir Xanın ssenarisini yazdığı və rejissoru olduğu və Salman Xan ilə Rockline Venkateshin müştərək prodüseri olduqları 2015-ci ildə hind dilində çəkilmiş komediya-dram filmidir. Filmdə baş rollarda Salman Xan ilə filmlərdəki birinci (debütant) rolu olan Harşaali Malhotra, həmçinin də Nəvazuddin Siddiqi ilə Karina Kapur iştirak edir. Filmdə 6 yaşlı pakistanlı lal müsəlman qızı öz vətəninə götürmək üçün səyahətə çıxan hindu tanrısı Hanumanın fədaisi Pawan Kumar Çaturvedinin hekayəsindən bəhs edilir. Filmin axırında Hindistanda anasından ayrılan Şahidə doğma şəhərinə qaytarılır.