bardaq sözü azərbaycan dilində

bardaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bardaq • 92.4731%
  • Bardaq • 6.4516%
  • BARDAQ • 1.0753%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bardaqdan nə tökülə bilər (film, 1988)
Bardaqdan nə tökülə bilər qısametrajlı sənədli televiziya filmi rejissor M. Ağayev tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir.
Bardaqlar vadisi
Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil. Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var. Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2009 •••• 0.16
2010 •• 0.09
2011 •••• 0.17
2012 ••••••••• 0.43
2013 •••••••••••••••••••• 1.02
2014 •••• 0.17
2016 •••• 0.17
2017 •••• 0.16
2018 ••• 0.15
2019 ••• 0.14
2020 ••• 0.13

bardaq sözünün leksik mənası və izahı

  • 1 is. Su və ya başqa mayelər tökmək, yaxud içində piti bişirmək üçün saxsıdan, çinidən və s.-dən qayrılmış qulplu və ya qulpsuz darboğaz qab; səhəng, cürdək. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval [durmuşdur]. C.Məmmədquluzadə. Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb, ucu yeyilmiş taxta qaşıqla çalxalamağa başladı. M.İbrahimov. Adama belə gəlirdi ki, bu qız su ilə dolu bir bardağı başında aparsa, bardaq yırğalanmaz… Ə.Sadıq.

    Azərbaycan dilinin izahlı lüğəti / bardaq

bardaq sözünün etimologiyası

  • 1 Tatar dilində “içki, şərab” mənalarını verən burda kəlməsi var. Sözün əsli bor şəklində olub. Bardaq –“şərab qabı” (şərab tuluğu) deməkdir. Rus dilindəki бурдюк (qədimdə bardaq “tuluq” olub, yəni dəridən düzəldilib) kəlməsi də buradan törəmədir, hətta бордовый sifəti də “şərab rəngində olan” anlamını əks etdirir. Sözün –daq hissəsi daqqa kəlməsində (“qab, çən” mənasında) indi də qalmaqdadır. Başqa yozum da var: Bordo Fransada yer adıdır. Orada istehsal edilən çaxır növünə “bordo” deyilib. Bordovıy “bu çaxırın rəngində olan” deməkdir. Bardaq “çaxır qabı” dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / bardaq

bardaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 BARDAQ (su və ya başqa maye tökmək üçün qulplu, yaxud qulpsuz darboğaz qab) Adama belə gəlirdi ki, bu qız su ilə dolu bir bardağı başında aparsa, bardaq yırğalanmaz (Ə.Sadıq); CÜRDƏK Fikrin budu, atan yerişi yeriyəsən sən; Xüm çayını haşa tuta cürdək, köpək oğlu (Q.Zakir); KUZƏ O torpağa axıtdı kuzənin ayranını (M.Rahim); SƏNƏK Sənəkdən piyaləyə ayrançı ayran süzür; Əfsəri bir anlığa dərindən baxıb süzür (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / bardaq

bardaq sözünün rus dilinə tərcüməsi

bardaq sözünün inglis dilinə tərcüməsi

bardaq sözünün fransız dilinə tərcüməsi

bardaq sözünün ləzgi dilinə tərcüməsi

"bardaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bardaq nədir? #bardaq sözünün mənası #bardaq nə deməkdir? #bardaq sözünün izahı #bardaq sözünün yazılışı #bardaq necə yazılır? #bardaq sözünün düzgün yazılışı #bardaq leksik mənası #bardaq sözünün sinonimi #bardaq sözünün yaxın mənalı sözlər #bardaq sözünün əks mənası #bardaq sözünün etimologiyası #bardaq sözünün orfoqrafiyası #bardaq rusca #bardaq inglisça #bardaq fransızca #bardaq sözünün istifadəsi #sözlük