Battal sözü azərbaycan dilində

Battal

Yazılış

  • Battal • 93.1034%
  • battal • 6.8966%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdullah Battal
Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr – 740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. == Həyatı == Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir. Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi. Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər.
Battal (Uçalı)
Battal (başq. Баттал, rus. Батталово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 87 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Battal Bayraqdarov
Batdal Mikail oğlu Bayraxtarov (1 aprel 2002, Ağbil, Quba rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Batdal Bayraxtarov 2002-ci il aprelin 1-də Quba rayonunun Ağbil kəndində anadan olub. Milliyyətcə axısqa türkü idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Batdal Bayraxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Batdal Bayraqdarov oktyabrın 12-də Füzuli rayonu istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Battal Qazi
Bəttal Qazi (690, Malatya – 740) — Xalq qəhrəmanı. == Həyatı == Bəttal Qazi və ya Seyid Bəttal Qazi, VIII əsrdə yaşadığı təxmin edilən və haqqında müxtəlif inanclar buraxmış bir xalq qəhrəmanıdır. Malatya Sərdarı Hüseyn Qazinin oğludur. Anası Səidə Xatun türk əsllidir. Bəttal Qazi Malatyada doğulmuşdur. Doğulduğu və yaşadığı evin yeri hələ də mövcuddur. xarabalıq halında qorunur. Uzun illər xalqa yemək paylanan xeyriyyə yeri kimi istifadə olunmuşdur. Haqqında Övliya Çələbinin Səyahətnamə əsərində bəhs edilmişdir. Malatyada doğulduğu yerə öz adı verilmişdir.
Abdulla Battal Taymas
Abdulla Battal Taymas (1883-1969) — Kazan türklərinin liderlərindəndir. 1925-ci ildə Türkiyəyə gedib. 1927-ci ildə Mətbuat Ümumi müdirliyində rusca tərcüməçi olaraq çalışıb. Qəzet və jurnallarda Kazan Türkləri və digər tarixi mövzularda çoxlu sayda məqalələr, əsərlər yazıb çap etdirb. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətində olub.
Seyyid Battal Qazi Külliyəsi
Seyyid Battal Qazi Külliyəsi — Əskişəhərin Seyitqazi ilçəsində, 150 metr hündürlüyündə Üçlər təpəsinin şərqə baxan yamacları üzərində yerləşir. 1207-1208-ci illərdə Səlcuqi sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən inşa olunmuşdur. Seyyid Battal Qaziyə həsr olunaraq tikilmişdir. Anadolunun Bizans İmperiyası tabeliyində olduğu 700-cü illərdə, İslam hələ Anadolu içlərinə yayılmamışdı. İslamı qəbul etmiş olan Əməvilər şərqdən tez-tez Bizansa qarşı Anadolunun içlərinə yürüşlər edərək Anadolunu ələ keçirmək və islamı yaymaq istəyirdilər. 720-740-cı illərdə olan bu yürüşlərdən birində Seyyid Battal Qazi ləqəbi ilə tanınan bu əfsanələşmiş bu Xalq qəhrəmanı bu gün Seyitqazi ilçəsinin yerləşdiyi Məsih qalası kimi tanınan ərazidə 720-ci ildə şəhid olmuşdur. Bizansa qarşı aparılan döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən və İslamiyyətin Anadoluya yayılmasında böyük töhfəsi olan, nəsildən nəslə qəhrəmanlıqı haqqında əfsanələr yayılan Seyyid Battal Qazi adına 1207-1208-ci illərdə Anadolu Səlcuqlu sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən türbə və məscid tikilmişdir. Daha sonra Ümmüxan Xatun burada əlavə iki mərtəbəli eyvan şəklində bir türbə inşa etdirmişdir. Osmanlı dövlətinin quruluş və inkişafı dövrlərində bu külliyə halını almışdır. Bugun Fondlar Baş İdarəsinin tabeliyində olan və 1954-cü ilə qədər dağıntılı bir formada olan bu məscid həmin tarixdə yenidən bərpa işləri aparılaraq düzəldilmişdir.
"Battalnamə"
Battalnamə — ərəb və türk xalq qəhrəmanı Battal Qaziyə aid dastansayağı rəvayətlərin məcmusu. "Seyid Qazinin döyüşləri haqqında hekayətlər", "Hekayəti-Seyid Battal Qazi" adlı əlyazmaları var. Onların XI–XIII əsrlər dönəmində yazıya alındığı ehtimal edilir. "Battalnamə"nin Bakı nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Dastan, əsasən, Əməvi — Bizans müharibələrindən (VIII əsr) Anadoluya türk yürüşlərinin (XI əsr) qədər olan dövrü əhatə edir. "Battalnamə"də hadisələr Malatya və onun ətrafındakı ərazilərdə baş verir. Battal Qazinin şər qüvvələr üzərində qələbəsi, kafirləri islama dəvət etməsi, Malatya əmiri Ömərin qızı ilə evlənməsi və s. əks olunmuşdur. Battal Qazinin Anadoluda xristianlarla döyüş səhnələri əski türk inancları və İran nağıllarından alınmış motivlərlə zəngindir. Hekayətlərdə döyüşlər siyasi deyil, dini (islam-xristian) səciyyə daşıyır.
Battalnamə
Battalnamə — ərəb və türk xalq qəhrəmanı Battal Qaziyə aid dastansayağı rəvayətlərin məcmusu. "Seyid Qazinin döyüşləri haqqında hekayətlər", "Hekayəti-Seyid Battal Qazi" adlı əlyazmaları var. Onların XI–XIII əsrlər dönəmində yazıya alındığı ehtimal edilir. "Battalnamə"nin Bakı nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Dastan, əsasən, Əməvi — Bizans müharibələrindən (VIII əsr) Anadoluya türk yürüşlərinin (XI əsr) qədər olan dövrü əhatə edir. "Battalnamə"də hadisələr Malatya və onun ətrafındakı ərazilərdə baş verir. Battal Qazinin şər qüvvələr üzərində qələbəsi, kafirləri islama dəvət etməsi, Malatya əmiri Ömərin qızı ilə evlənməsi və s. əks olunmuşdur. Battal Qazinin Anadoluda xristianlarla döyüş səhnələri əski türk inancları və İran nağıllarından alınmış motivlərlə zəngindir. Hekayətlərdə döyüşlər siyasi deyil, dini (islam-xristian) səciyyə daşıyır.
Pseudophoxinus battalgili
Pseudophoxinus battalgili (lat. Pseudophoxinus battalgili) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü. == Mənbə == Froese, Rainer, and Daniel Pauly, eds. (2015). "Pseudophoxinus battalgilae" FishBase saytında. October 2015 version.
Salix Battalov
Salih Battalov (tatar. Салихҗан Вазыйх улы Батталов; 5 yanvar 1905 – 14 mart 1995, Kazan) — tatar yazıçı, şair və dramaturq. == Bioqrafiyası == Salih Battal böyük bir kəndli ailəsində anadan olmuşdur. Qardaşları arasında Mübarək Battal və Abdullah Battal da var. Salih doğma kəndinin mədrəsəsində və Çistopoldakı Şiqab həzrət mədrəsəsində oxuur. Ancaq Rusiya vətəndaş müharibəsi zamanı Ağ Çexlər Çistopolu ələ keçirlir, mədrəsə bağlanılır və Salih evə dönür. 1922-ci ildə böyük bacısı Leylinin ailəsi ilə birlikdə Moskva ətrafına yola düşür. Moskva ətrafında Salih Battal həyatını müxtəlif zəhmətlərlə qazanır — xüsusi bağlarda tərəvəz yığmaqdan vaqon boşaltmağa qədər. Sonra şeir yazmağa başlaır. Onun şeirləri əvvəlcə işə düzəldiyi Sobolevo-Şyolkovskaya toxuculuq fabrikindəki Zarya Molodyoji divar qəzetində, daha sonra Moskvadakı tatar qəzetində "Eşçe" (İşçi) nəşr olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2009 •••••••••••• 0.16
2010 •••••••••••••••••••• 0.27
2011 ••••••••••••• 0.17
2013 ••••••••••• 0.15
2015 ••••••••••••• 0.17
2016 ••••••••••••• 0.17
2018 •••••••••••• 0.15
2019 ••••••••••• 0.14

Oxşar sözlər

#battal nədir? #battal sözünün mənası #battal nə deməkdir? #battal sözünün izahı #battal sözünün yazılışı #battal necə yazılır? #battal sözünün düzgün yazılışı #battal leksik mənası #battal sözünün sinonimi #battal sözünün yaxın mənalı sözlər #battal sözünün əks mənası #battal sözünün etimologiyası #battal sözünün orfoqrafiyası #battal rusca #battal inglisça #battal fransızca #battal sözünün istifadəsi #sözlük