Bunz sözü azərbaycan dilində

Bunz

Yazılış

  • Bunz • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Robert Vilhelm Bunzen
Robert Vilhelm Bunzen (31.3.1811, Göttingen – 16.8.1899, Haydelberq) — alman kimyaçısı, Peterburq Elmlər Akademiyasının əcnəbi müxbir üzvü (1862-ci ildən). == Həyatı == Göttingen Universitetini bitirmiş (1830), təhsilini Fransada, İsveçrədə, Avstriyada, İtaliyada təkmilləşdirmişdir (1832–33), Göttingen Universitetində (1834–36), Kasseldə Ali Texniki Məktəbdə (1836–38) işləmiş; Marburq (1838–51), Breslau (1851–52) və Heydelberq (1852–89) universitetlərinin professoru olmuşdur Əsas tədqiqatları qeyri-üzvi, analitik və fiziki kimya sahələrinə aiddir. Arsen-üzvi birləşmələrini tədqiq etmişdir (1837–43). Kakodil As(CH3)2 radikalının formulunu müəyyən etmiş və onun oksidinin başqa maddələrlə reaksiyasını öyrənərək, radikallar nəzəriyyəsinin yaranması üçün zəmin hazırlamışdır. == Fəaliyyəti == Karbon-sink qalvanik elementini ixtira etmiş (1841) və onun köməyi ilə əridilmiş xloridlərin elektrolizindən maqnezium (1852), litium, kalsium, stronsium və barium (1854–55) metallarını almışdır (1841). Domna sobalarında çuqunun əridilməsi prosesini və domna qazlarının tərkibini tədqiq etmişdir (1838 və 1845). “Qazometrik metodlar” (1857) əsərində təsvir etdiyi kimi qaz analizinin əsaslarını işləyib hazırlamışdır. Bunzen müxtəlif metal duzlarının buxarları ilə boyanan alovun spektrlərini öyrənmiş (1854, Q.R. Kirxhofla birlikdə) və bununla spektral analizin başlanğıcını qoymuşdur (1859), onun vasitəsilə Kirxhofla birlikdə sezium (1860) və rubidium (1861) elementlərini kəşf etmişdir. Kimyəvi proseslərə işığın təsirini tədqiq etmiş (ingilis kimyaçısı H. Rosko ilə birlikdə ) və fotokimyəvi reaksiyanın məhsulunun miqdarı ilə reaksiya sisteminə düşən şüalanma enerjisinin miqdarı arasında asılılığı kəşf etmişdir (1862, Bun zen–Rosko qanunu). Yağ ləkəli fotometri (1843), qazlampasını (1855), buz kalorimetrini (1870) ixtira etmiş, indiumun istilik tutumunu ölçmüşdür.

Oxşar sözlər

#bunz nədir? #bunz sözünün mənası #bunz nə deməkdir? #bunz sözünün izahı #bunz sözünün yazılışı #bunz necə yazılır? #bunz sözünün düzgün yazılışı #bunz leksik mənası #bunz sözünün sinonimi #bunz sözünün yaxın mənalı sözlər #bunz sözünün əks mənası #bunz sözünün etimologiyası #bunz sözünün orfoqrafiyası #bunz rusca #bunz inglisça #bunz fransızca #bunz sözünün istifadəsi #sözlük