Cəmil sözü azərbaycan dilində

Cəmil

Yazılış

  • Cəmil • 99.4380%
  • CƏMİL • 0.4215%
  • cəmil • 0.1405%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977–1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990–1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993–1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994–2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri — "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Tahsin Cəmil
Təhsin Cəmil (türkcə: Tahsin Cemil, rumınca: Tasin Gemil) (21 sentyabr 1943, Mecidiya[d], Konstantsa) – Əslən Krım tatarlarından olan Rumıniya tarixçisi, tərcüməçi, diplomat və siyasi xadim. O, 1998–2003-cü illərdə Rumıniyanın Azərbaycandakı səfiri olmuşdur. Həmçinin, Osmanlı dilini bilən Tahsin Cəmil Osmanlı imperiyası və Rumıniya tarixi barədə 100-dən çox məqalə yazmış, Osmanlı sənədlərini rumıncaya tərcümə etmişdir. == Həyatı == Təhsin Cəmil 21 sentyabr 1943-cü ildə Rumıniyanın Dobruca bölgəsinin Məcidiyyə şəhərində milliyyətcə Krım tatarlarından olan ailədə anadan olmuşdur. O, doğma şəhərində ibtidai və orta təhsilini başa vurmuş və Yassı Universitetinin tarix və fəlsəfə fakültəsini bitirmişdir (1965). Universiteti bitirdikdən sonra yaradıcılıq fəaliyyətini davam etdirmiş, dissertasiya müdafiə edərək elmlər doktoru dərəcəsini almışdır. Təhsin Cəmil Nafiyə Cemil ilə evlidir və 1970-ci il təvəllüdlü bir qız atasıdır. Təhsin Cəmil ana dili olan tatar və təhsil aldığı rumın dilindən başqa türk, Azərbaycan, türkmən, özbək, qazax, qırğız, ingilis və fransız dillərini bilir. == Fəaliyyəti == O, Yassıdakı A. D. Xenopol adına Tarix və Arxeologiya İnstitutunda, daha sonra Buxarestdəki Nikolay İorga adına Tarix İnstitutunda çalışmışdır. 1989-cu il inqilabından sonrakı aylarda Milli Qurtuluş Cəbhəsi ətrafında yaradılan yeni müvəqqəti idarəetmə orqanı olan CPUN-a qoşulmuşdur.
Təhsin Cəmil
Təhsin Cəmil (türkcə: Tahsin Cemil, rumınca: Tasin Gemil) (21 sentyabr 1943, Mecidiya[d], Konstantsa) – Əslən Krım tatarlarından olan Rumıniya tarixçisi, tərcüməçi, diplomat və siyasi xadim. O, 1998–2003-cü illərdə Rumıniyanın Azərbaycandakı səfiri olmuşdur. Həmçinin, Osmanlı dilini bilən Tahsin Cəmil Osmanlı imperiyası və Rumıniya tarixi barədə 100-dən çox məqalə yazmış, Osmanlı sənədlərini rumıncaya tərcümə etmişdir. == Həyatı == Təhsin Cəmil 21 sentyabr 1943-cü ildə Rumıniyanın Dobruca bölgəsinin Məcidiyyə şəhərində milliyyətcə Krım tatarlarından olan ailədə anadan olmuşdur. O, doğma şəhərində ibtidai və orta təhsilini başa vurmuş və Yassı Universitetinin tarix və fəlsəfə fakültəsini bitirmişdir (1965). Universiteti bitirdikdən sonra yaradıcılıq fəaliyyətini davam etdirmiş, dissertasiya müdafiə edərək elmlər doktoru dərəcəsini almışdır. Təhsin Cəmil Nafiyə Cemil ilə evlidir və 1970-ci il təvəllüdlü bir qız atasıdır. Təhsin Cəmil ana dili olan tatar və təhsil aldığı rumın dilindən başqa türk, Azərbaycan, türkmən, özbək, qazax, qırğız, ingilis və fransız dillərini bilir. == Fəaliyyəti == O, Yassıdakı A. D. Xenopol adına Tarix və Arxeologiya İnstitutunda, daha sonra Buxarestdəki Nikolay İorga adına Tarix İnstitutunda çalışmışdır. 1989-cu il inqilabından sonrakı aylarda Milli Qurtuluş Cəbhəsi ətrafında yaradılan yeni müvəqqəti idarəetmə orqanı olan CPUN-a qoşulmuşdur.
Ümmü Cəmil
Ümmi Cəmil Avra ​​bint Harb ibn Üməyyə (arb: أمّ جميل), Məhəmmədlə müxalifliyi ilə tanınan, Əbu Ləhəb surəsində xatırladılan qadın, Əbu Süfyanın bacısı Əbu Ləhəbin arvadıdır. Atası Harb bin Üməyyə, anası Fahidə binti Əmir əs-Səqafidir. İslama qarşı hərəkətlər etmişdi və Məhəmmədin keçdiyi yollara qaya parçaları və tikanlı ağac budaqları səpərək onu işgəncələr verirdi. Əbu Ləhəb surəsində əri Əbu Ləhəbin yandığı alovda boynuna bağlanılmış bir iplə hambal kimi odun daşıyacağı bildirilmişdi. Ölüm yeri və tarixi barədə dəqiq məlumat yoxdur.
Əhməd Cəmil
Əhməd Cəmil (əsl adı: Əhməd Səttar oğlu Cəmilzadə; 20 oktyabr 1913, İrəvan – 24 sentyabr 1977, Bakı) — Azərbaycan şairi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan dövlət mükafatı laureatı (ölümündan sonra 1980). == Həyatı == Cəmilzadə Əhməd Səttar oğlu 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulmuşdur. Dörd yaşında ikən atasını itirmiş, anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində almışdır. Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunurdu. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933–1936), sonra Gəncədə (1936–1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940–1942).
Cəmil Bayık
Cəmil Bayık (kürd. Cemîl Bayik; 1951) — kürd hərbi xadimi. O, Kürdüstan Fəhlə Partiyasının (PKK) beş qurucusundan biridir və təşkilatın yüksək səviyyəli liderləri arasındadır. O, 12 nəfərdən ibarət Kürdüstan İcmalar İttifaqının (KCK) idarə şurasının üzvüdür. O, həmçinin özünün, PKK lideri vəzifəsini icra edən Murad Karayılan və Rojavadan olan PKK komandiri Fəhman Hüseynin də daxil olduğu, təşkilatın rəhbər orqanı olan PKK-nın üç nəfərdən ibarət İcraiyyə Komitəsinin üzvüdür. == Narkotik ticarəti == 20 aprel 2011-ci ildə Türkiyənin tələbi ilə ABŞ Maliyyə Departamenti PKK-nın qurucuları Cəmil Bayık, Duran Qalxanın və digər yüksək rütbəli üzvlərin Xarici Narkotiklərin Kinqpin Təyinatı Qanununa uyğun olaraq Xüsusi Təyin olunmuş Narkotik Alverçiləri kimi təyin olunduğunu elan etmişdir. Qanuna uyğun olaraq, təyinat təyin edilmiş şəxslərin ABŞ yurisdiksiyasında ola biləcək hər hansı aktivlərini dondurur və ABŞ şəxslərinin bu şəxslərlə maliyyə və ya kommersiya əməliyyatları aparmasını qadağan edir. Buna baxmayaraq, illər sonra Almaniya Konstitusiyanı Müdafiə Federal İdarəsi bildirmişdir ki, PKK-nın təşkilati strukturlarının Almaniyada narkotik ticarəti ilə birbaşa məşğul olduğuna dair heç bir sübut yoxdur.
Cəmil Ağamalıyev
Cəmil Ağamalıyev (31 avqust 1974) — Azərbaycan əsilli Türkiyə şahmatçısı, qrosmeyster (2002). O, 1993-cü ildə 26 yaşadək gənclər arasında şahmat üzrə komandalararası dünya çempionatında Azərbaycan yığmasında çıxış edib. Həmçinin 2005-ci ildə İranda keçirilən 2-ci "Kiş GM" turnirində beşinci yeri tutub. 2014-cü ildən etibarən Türkiyəyə köçüb. İnternet Şahmat Klubunda adı "Şəki"dir.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mərdəm Bəy — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Cəmil Adıgözəlov
Cəmil Debbouz
Camal Dəbuz (fr. Jamel Debbouze, 18 iyun 1975, Paris) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru, prodüseri və komediyaçısı. == Həyatı == 2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur. Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır. 1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır. == Filmoqrafiya == Les pierres bleues du désert (1992) Les Deux papas et la maman (1996) Zonzon (1998) Un pavé dans la mire (1998) Le Ciel, les oiseaux et... ta mère!
Cəmil Fərəcov
Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946, Bakı – 1 avqust 2023) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974). 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 1997–2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002–2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006–2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi. Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. == Filmoqrafiya == Arvadım Mənim, Uşaqlarım Mənim (1978) "Azərbaycan" dünyanı gəzir (film, 1984) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Ağır şkaf (film, 1971) Axırıncı maqın sonu (film, 1974) Ayna və Həmid (film, 1990) Azərbaycan kinosu-80 (film, 1996) Azərbaycan məktəbi yüksəlişdə (film, 1972) Azərbaycan və Nobel qardaşları (film, 1991) Başdan ayağa (film, 1973) Bəhrə (film, 1984) Bir səfərin izilə (film, 1980) Biz qayıdacağıq (veriliş, 2007) (II) Çay daşının göz yaşı...
Cəmil Həsənli
Cəmil Həsənli (tam adı: Cəmil Poladxan oğlu Həsənli; 15 yanvar 1952, Ağalıkənd, Puşkin rayonu) — Azərbaycan tarixçi-alimi; siyasətçi; tarix elmləri doktoru (1992) — professor (1993); Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009); Milli Şuranın qurucu üzvlərindən biri (2013); Azərbaycan Respublikasının əməkdar müəllimi (2009); Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993–2013); Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Milli Şuranın sədri və lideri. ABŞ Woodrow Wilson Mərkəzinin Tarix və Publik Siyasət Proqramının işturakçısı olub (2011,2020), Türk Tarix Qurumunun xarici üzvüdür (2013), Woodrow Wilson Mərkəzinin Demokratiya uğrunda İon Ratui mükafatını alıb (2015), Şanghai Şərqi Çin Normal Universitetində dəvətli araşdırmaçı kimi çalışıb (2016-2017), Amerika Tarixçilər Cəmiyyətinin üzvüdür (2021), London Universiteti Tarix Araşdırmaları İnstitutunun dəvətli araşdırmaçısı, baş elmi işçisidir (2021-2024). == Həyatı == Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır. 1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) Tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirmişdir. 1977-ci ilin payızında ADU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirmişdir. 1983–1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmişdir. 1984-cü ildə ADU-nun ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini almışdır. 1990-cı ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür.
Cəmil Həşimli
Cəmil Kavukçu
Cəmil Niftaliyev (türk. Naza Cəmil; 1951) — hekayə və roman yazarı. == Həyatı == 1951-ci ildə Türkiyədə anadan olub. == Yaradıcılığı == Yaradıcılığa 1980-ci illərdən başlayıb. "Bazar günəşi" adlanan ilk hekayələr kitabı 1983-cü ildə çap olunub. "Dönüş" və başqa romanların müəllifidir. Hekayələrində əsasən sadə insanların həyatından bəhs olunur.
Cəmil Lənbəranski
Cəmil bəy Ləmbəranski (1884, Lənbəran, Cavanşir qəzası – 1959, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, travmatoloq, ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı. == Həyatı == Cəmil Ləmbəranski 1884-cü ildə Cavanşir qəzasının Lənbəran kəndində anadan olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini qurtarmışdır. Universiteti bitirdikdən sonra Tərtərdə zemski həkim işləmişdi. Cəmil bəy 1919-cu ildə Bakıya gələrək doktor Larionovun müalicəxanasında cərrah işləməyə başlayır. 1922-ci ildə Xalq Səhiyyə Komisarlığının qərarı ilə cərahiyyə xəstəxanası yaradılmış və Cəmil bəy Ləmbəranski xəstəxananın müdiri təyin edilmişdir. 1929-cu ilə qədər orada işləyən Cəmil bəy xəstəxana ləğv edildikdən sonra Caparidze adına Bakı Şəhər 3 nömrəli klinik xəstəxanasının travmatologiya şöbəsinə müdir təyin olunur. 1941–1945-ci illərdə Cəmil bəy İkinci Dünya müharibəsində iştirak etmişdir. 1946-cı ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Bərpa Cərrahiyyəsi İnstitutunda baş həkim işləyən Cəmil bəy Ləmbəranski 1948-ci ildən Cəmil bəy Ləmbaranski Bakı şəhər 2 nömrəli klinik xəstəxanasında travmatologiya şöbəsinə müdir təyin olunur. O, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərahiyyəsi kafedrasında da baş elmi işçi olaraq da işləyir.
Cəmil Müfidzadə
Cəmil Miryusif oğlu Müfidzadə (24 fevral 1934, Ordubad rayonu, Naxçıvan MSSR – 20 dekabr 2019, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Cəmil Müfidzadə 24 fevral 1934-cü ildə Ordubadda anadan olmuşdur. O, ilk ixtisas təhsilini 1948-1955-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. "Ümumittifaq sərgisinə eksponatların yola salınması" tablosu onun diplom işi idi. Rəssam daha sonra 1955-1956-cı illərdə Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini, 1959-1962-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunun "Qrafika" fakültəsini bitirmişdir. Cəmil Müfidzadənin növbəti diplom işi "Neft daşları" mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsi olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Qrafika" kafedrasına rəhbərlik etmiş Cəmil Müfidzadə "Ofort" adlı dərsliyin müəllifidir. Görkəmli rəssam 20 dekabr 2019-cu ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın işlədiyi "Doğma düzənlər" ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunmuşdur. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) "Qaldırıcı kranlar təmirdə" adlı ofort ilə iştirak etmişdir.
Cəmil Məmmədli
Cəmil Niftəliyev
Cəmil Niftəliyev (5 oktyabr 1968, Yardımlı – 29 mart 1992, Şelli, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir. 1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir. 1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur. == Döyüşlərdə iştirakı == Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı.
Cəmil Nəcəfov
Cəmil Nəcəf oğlu Nəcəfov (24 iyun 1993, Bakı – 10 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda dünyaya göz açmışdır. 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almışdır. Orta məktəbi bitirən Cəmil Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən Cəmil hərbi vəzifəsinə başlamış, baş leytenant rütbəsi almışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun baş leytenantı olan Cəmil Nəcəfov 2016-cı ildə Aprel döyüşlərində ön cəbhədə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Cəbrayıl döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Cəmil Çiçək
Cəmil Çiçək (4 noyabr 1946, Yozqat) — Türkiyə Böyük Millət Məclisinin sədri. == Həyatı və fəaliyyəti == 1946-cı ildə Yozqatda doğulan Cəmil Çiçək İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Turqut Özalla bərabər Ana Vətən Partiyasının qurucularından olan Cəmil Çiçək bu qurumun hakimiyyəti illərində ailə məsələləri üzrə dövlət naziri vəzifəsini icra edib. TBMM-in 18, 20, 21, 22-ci çağırışlarında Ankaradan millət vəkili seçilib. 2002-ci ildə AKP-nin qurulmasında iştirak edən Cəmil Çiçək Rəcəb Teyyub Ərdoğan hökumətində ədliyyə naziri, baş nazirin müavini və hökumət sözçüsü vəzifələrində çalışıb. Evlidir, 3 övladı var. == Türkiyə Böyük Millət Məclisinə sədr seçilməsi == 2011-ci il iyulun 4-də Türkiyə Böyük Millət Məclisinə sədr seçilib. Cəmil Çiçəklə bərabər sədrliyə AKP-dən Zelkif Kazdal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Tunca Toskay namizəd olublar. İlk turda Cəmil Çiçək 302, Tunca Toskay 50, Zelkif Kazdal 23 səs alıb. Qələbə üçün millət vəkillərinin üçdə ikisinin (367) səsini almaq tələb olunduğundan ikinci tur keçirilib.
Cəmil Əhmədli
Əhmədli Cəmil Teymur oğlu (27 oktyabr 1931 – 9 fevral 2010) — fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi. 1997-ci ildə Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının akademiki seçilmişdir. == Həyatı == Cəmil Əhmədli 1931-ci il oktyabrın 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində Mirzə Teymur Əhmədli adlı bir müəllimin ailəsində doğulmuşdur. 1938-ci ildə birinci sinifə gedən C. Əhmədli müharibə illərində, məktəblərin çətin fəaliyyət göstərdiyi dövrdə atasının yanında təhsil almışdır. 1948-ci ildə 10-cu sinifdə oxuyarkən respublikada keçirilən riyaziyyat olimpiyadasının qalibi olmuşdur. Həmin il yeni yaradılmış Moskva Fizika-Texnika İnstitutunun nümayəndəsi C. Əhmədlinin oxuduğu məktəbin buraxılış imtahanlarında iştirak etmiş və onun həmin instituta qəbul olunduğunu bildirmişdi, lakin maddi çətinliklərə görə Cəmil Əhmədli Moskvaya gedə bilmir, sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə şöbəsinə verərək qəbul olmuş, həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Cəmil Əhmədli 1953-cü ilin yayında SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına müsabiqə yolu ilə imtahan verərək qəbul edilmişdir. 1956-cı ildə Akademik Teodar Oyzermanın rəhbərliyi ilə "Azadlıq və zərurət" mövzusunda dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1960-cı ildə Bakıda nəşr edilən "Azadlıq və zərurət" (rus dilində) kitabı mövzuya dair keçmiş SSRİ məkanında ilk monoqrafiya idi. 1954–1956-cı illərdə Moskva Dövlət Universitetində, 1958–1962-ci illərdə Azərbaycan Sənaye İnstitutunda, 1963–1972-ci illərdə Bakı Ali Partiya Məktəbində, 1959–1974-cü illərdə Azərbaycan SSR EA-nın Aspiranturasında fəlsəfə kursundan dərs demişdir.
Cəmil Əhmədov
Əhmədov Cəmil Məhəmməd oğlu (1924, Cəbrayıl, Qaryagin qəzası – 2 sentyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Cəbrayılın mərkəzində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə getmişdir. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdir. Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir. Bundan iki ay sonra 1944-cü ilin 2 sentyabrında Polşa ərazisində həlak olmuş və Varşavada Sovet döyüşçülərinə aid qəbiristanlıq da dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə ona 1945-ci ilin 24 martında verilmişdir. Cəbrayılda məktəb və bir küçə onun adını daşıyır. Yazıçı Sabir Əhmədovun qardaşıdır. == Həmçinin bax == Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısı == Xarici keçidlər == 9may.az Arxivləşdirilib 2010-05-01 at the Wayback Machine "Qarabağın görkəmli şəxsiyyətləri:Cəmil Əhmədov". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.).
Cəmil Əlibəyov
Əlibəyov Cəmil Ədil oğlu — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984). == Həyatı == Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir. Atası Ədil bəy Həsəy bəy oğlu üç yüz il əvvəl Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soy adının davamçısı olmuşdur. Sovet hakimiyyətindən əvvəl ata-baba mülkünü idarə etmişdir. XX əsrin 20-ci illərinin axırlarında mülkədar–bəy silkinə məxsus olanlar sıxışdırılarkən İrana mühacirət etmiş, bir neçə il sonra orada həyatını dəyişmişdir. Anası Ziba xanım Cəbrayıl qəzasının qazisi Mirzə Əli Axundzadənin ailəsində təvəllüd tapmışdır. C.Əlibəyovun atası mühacirətə gedəndən sonra bir müddət ailə anasının və dayılarının himayəsində olmuşdur. Bir tərəfdən atasının sovet qurumunun sinfi düşməni, digər tərəfdən babasının ali ruhani silkinə məxsusluğu ilə əlaqədar maddi və mənəvi sıxıntılara məruz qalmışdır. Əlibəyovlar kulaka salınmış, təqib olunmuşdur. C.Əlibəyov kəndlərindəki (müsadirə edilmiş evlərində yerləşən) məktəbdə təhsil almağa başlamış, lakin mühacirətdə olan atası İrandan göndərdiyi məktublar ona ünvanlandığından altı yaşında olan uşaq birinci sinifdən kənarlaşdırılmışdır.
Cəmil Əliyev
Cəmil Əziz oğlu Əliyev (30 mart 1946, Bakı) — tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (2001), Əməkdar Elm xadimi (2000), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru. == Həyatı == Cəmil Əziz oğlu Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim və görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində anadan olmuşdur. 1968-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində "onkologiya" ixtisası üzrə "Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1978-ci ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində "onkologiya" ixtisası üzrə "Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1987-ci ildə elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə "onkologiya" ixtisası üzrə professor elmi adı almışdır. Professor C. Ə. Əliyev 1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edir. C. Ə. Əliyev süd vəzi, başın yumşaq toxumaları və boyun şişlərinin diaqnostikası sahəsində görkəmli aparıcı mütəxəssislərdən biridir. C. Ə. Əliyev Azərbaycanda müasir klinik onkologiyanın və süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə alimlər məktəbinin banilərindən biridir. C. Ə. Əliyev hal-hazırda da uzun illər ərzində yaratdığı Azərbaycan elmi onkologiya məktəbinə uğurla rəhbərlik edir.
Cəmil Əmirov
Cəmil Fikrət oğlu Əmirov — Azərbaycan bəstəkarı, cazmen, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi. == Həyatı == Cəmil Fikrət oğlu Əmirov 3 may 1957-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun ailəsində anadan olub. 1965–1975-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb.1975–1980-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) Bəstəkarlıq fakültəsində Cövdət Hacıyevın sinifini bitirib.Daha sonra 1980–1982-ci illərdə aspirantura təhsili alıb. == Ailəsi == Atası Fikrət Əmirov Anası Aidə Əmirova Bacısı Sevil Əmirova == Əmək fəaliyyəti == Azərbaycan Dövlət Kamera Orkestri (1978–1983) Fortepiano və klavesin ifaçısı kimi Azərbaycan Televiziya və radio Komitəsinin "Qobustan" estrada – folklor ansamblının rəhbəri (1983−1985) Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1985–1989) Azərbaycan Dövlət "Muğam" teatrının musiqi rəhbəri (1989−1990) Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1990 – 1991) Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti "Qaya" Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri (1991−1992) Bakı şəhər Mədəniyyət idarəsinin Caz klubun rəhbəri (1992) R.Babayevin rəhbərlik etdiyi "Cəngi" ansamblı (1992−1995) Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi (2009-cu ildən bu günə qədər) Konsert fəaliyyəti: Gənclər və tələbələrin Ümümdünya festivalı (Moskva,1985) Beynəlxalq caz festivalı (Tbilisi, 1986) "Gaudemus" Beynəlxalq musiqi həftəsi (Bolqarıstan-1988, Hollandiya-1989) Etno musiqisinin Ümümdünya festivalı (Hamburq, 1999, Dakar, Sineqal 1993) "Gülüm" layihəsinin iştirakçısı "SAVAB" ansamblının musiqi rəhbəri (Bakı, 2002) Etnomusiqinin Ümümdünya festivalında "SAVAB" ansamblının musiqi rəhbəri (İstanbul, 2005) Ümümdünya caz festivalı (Astana,2006) Bir sıra sənədli və animassiya filmlərinə, tamaşalara, müxtəlif tərkibli ansambllar üçün instrumental musiqinin və mahnıların müəllifi == Mükafatları == "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 16 sentyabr 2006 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 27 may 2018 Azərbaycan Respublikası Prezidentinin mükafatı — 6 may 2016, 1 may 2017-ci ildə, 9 may 2018 10 may 2019 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2020-ci ildən == Elmi əsərləri == F.Əmirov və C.Hacıyevin həyat və yaradıcılıqları haqqında bir neçə populyar qəzet və jurnallarda məqalələri çap olunub. H.Əliyev fondu tərəfindən nəşr olunan "F.Əmirov — Ömrün səhifələri" və əsərlərindən ibarət antologiyanın müəllifidir. == Filmoqrafiya == Armudu (film, 1986) Bir dəfə görmək... (film, 1984) Dəvətnamə (film, 1989) Həvəskarlar və ya peşəkarlar (film, 1987) İkinci həyat (film, 1984) Kədərimiz... Vüqarımız...
Cəfər Cəmilov
Cəmil bəy Musayev
Cəmil bəy Musayev — 1919-cu ildə ADR hökuməti tərəfindən Avropa universitetlərinə göndərilmiş tələbələrdən biri, Azərbaycan SSR-nin əməkdar inşaatçısı. == Həyatı == Cəmil bəy İbrahim oğlu 14 mart 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini, sonra gimnaziyanı bitirmişdi. İstanbula bədii sahə üzrə təhsil almağa göndərilmişdi.
Cəmil bəy Vəzirov
Cəmil bəy İsmayıl bəy oğlu Vəzirov (5 mart 1888, Şuşa və ya Zümürxan, Cavanşir qəzası – 19 may 1945, Rusiya imperiyası və ya Rusiya) — Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı (naziri), mühəndis, jurnalist, dövlət xadimi. == Həyatı == Cəmil bəy Vəzirov 1886-cı ildə Cavanşir qəzasının Zümürxan kəndində dünyaya gəlmişdi. Bakı real məktəbini bitirəndən sonra Kiyev Politexnik İnstitutuna daxil olmuşdu. Kiyev Politexnik İnstitutunun kimya şöbəsini mühəndis-texnoloq ixtisası üzrə bitirmiş, burda əməli mübarizə məktəbi keçmiş və proletar döyüşçüsü kimi yetişmiş Cəmil bəy 1917-ci ildə Bakıya gəldi. Gələn gündən inqilabi fəaliyyət göstərməyə başladı. Eyni zamanda da şəhər ərzaq komitəsində manufaktura şöbəsinin müdiri vəzifəsində çalışdı. 1918-ci ilin iyul ayının 31-də Cəmil bəy keçmiş vəzifəsindən azad olunub, Şəhər telefon şəbəkəsində müfəttiş vəzifəsində işlədi. 1919-cu ildə bir-birinin ardınca Azərbaycan və rus dillərində leqal və qeyri-leqal qəzetlər nəşr olunmağa başladı. Cəmil bəy də bu mətbuat orqanlarının yaranmasında və nəşrində yaxından iştirak edirdi. 1919-cu ilin axırlarında "Novıy mir" qəzetinin ilk nömrəsi çapdan çıxdı.
Cəmil bəy Şirinbəyli
Cəmil bəy Şirinbəyli — Azərbaycan xalqı və milləti qarşısında böyük xidmətləri olan, Qarabağda, Şuşada doğulmuş dövrünün nüfuzlu şəxslərdən biri. == Həyatı == Cəmil bəy Şuşada məşhur olan Şirinbəyovlar soyuna məxsusdur. Bu soyun ulu babası Əlinağı bəydir. Əlinağı bəy Şuşa şəhərində yaşamışdır. Əlinağı bəy Mehri xanımla ailə qurmuş, onların bu nigahdan Şirin bəy adlı oğulları dünyaya gəlmişdi. Şirin bəy Əlinağı bəy oğlu 1794-cü ildə Şuşa şəhərində anadan olmuş, ilk təhsilini Molla yanında almışdır. Ticarətlə məşğul idi. Kərbəlayı Həsən bəyin beşinci oğlu olan Cəmil bəy 1879-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında aldıqdan sonra Şuşa real məktəbində təhsilini davam etdirmişdi. Cəmil bəy ərəb, fars, rus və fransız dillərini yaxşı bilirdi.
Məşədi Cəmil Əmirov
Məşədi Cəmil Əmiraslan oğlu Əmirov (1875, Şuşa – 1928, Gəncə) — Azərbaycan tarzəni, bəstəkar, musiqi xadimi. == Həyatı == Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada anadan olmuş və ilk təhsilini mədrəsədə almışdı. Onun uşaqlığı və gənclik illəri ehtiyac içində keçmişdir. 12 yaşında ikən atası Kərbəlayi Əmiraslan bəyi itirən Məşədi Cəmil Şuşanın Torpaq meydanında bişmiş noxud satmağa başlayır və buna görə də təhsilini yarımçıq dayandırır. Məşədi Yaxşı xanım oğlunu bir dərzinin yanına şagird qoyur. Məşədi Cəmil tezliklə Şuşada bir dərzi kimi məşhurlaşır. 1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. İki ilə yaxın İstanbulda yaşayır və təhsil alır. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Türkiyəlilər tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmildə görürlər.
Rüfət Cəmilzadə (Şəhid)
Rəhim Cəmilov
Rəhim Cəlil oğlu Cəmilov (1941, Zaqatala) — Azərbaycan dövlət xadimi, Azərbaycanın taxıl məhsulları naziri (1986–1991). == Həyatı == Cəmilov Rəhim Cəlil oğlu 1941-ci ildə Azərbaycan SSR Zaqatala şəhərində anadan olmuşdur. 1960-cı ildə Zaqatala şəhər 1 nömrəli tam orta məktəbi bitirmişdir. 1960–1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda mühəndis ixtisasi üzrə ali təhsil almışdır. 1965–1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1967–1972-ci illərdə aspirant olmuş və namizədlik dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildə böyük elmi işçi vəzifəsinə irəli çəkilmişdir. 1974–1978-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinin Kənd təssərüfatı idarəetmə şöbəsinin rəis müavini, 1978–1980-ci illərdə Təbiətin mühafizəsi şöbəsinin rəisi olmuşdur. 1980–1983-cü illərdə Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri, 1983–1986-cı illərdə Yeyinti sənayesi şöbəsinin müdiri işləmişdir. 1980 və 1985-ci illərdə Zəngilan seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
Səməd bəy Cəmillinski
Səməd bəy Cəmillinski (tam adı: Səməd bəy Cəmil bəy oğlu Cəmilinski; 1892, Cəmilli – 7 dekabr 1937) — Cənub-Qərbi Azərbaycan general-qubernatoru (1919–1920). == Həyatı == Səməd bəy Cəmilbəy oğlu Cəmillinski 1892-ci ildə Qarabağın Cəmilli obasında anadan olmuşdur. İbtidai təhsilini molla məktəbində alsa da, təhsilini sonralar Gəncə gimnaziyasında davam etdirmişdir. Ali təhsilini isə Peterburqdakı Rusiya Dövlət Universitetinin hüquq fakültəsində almışdır. === Ailəsi === Xurşudbanu Natəvanın qızı Həcər bəyim xanımın oğludur. == Fəaliyyəti == 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir müddət Qarabağ general-qubernatorluğu nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tapşırıqlar üzrə müvəkkil olmuşdur. 1919-cu ilin avqustunda Qərbi Azərbaycanın (Naxçıvan mahalının) general-qubernatoru təyin edilmişdir. Qərargahı əvvəl Ordubadda yerləşmiş, sonra isə Naxçıvana köçürülmüşdü. Cəmillinski bölgənin idarə olunmasında, erməni-daşnak silahlı dəstələrindən təmizlənməsində, cari problemlərinin həllində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xəttini həyata keçirməyə səy göstərmiş, qaçqınların yerləşdirilməsi və təmin olunması məsələlərinə böyük diqqət yetirmişdi. Cəmillinski Naxçıvan mahalı və ətrafının İrandan müdafiəsi və onun erməni qəsbkarılığının dəf olunması sahəsində mühüm işlər görmüşdür.
Xaqani Cəmilli
Xəqani Cəmilli
Yaşayış binası (Əhməd Cəmil küçəsi, 27)
Əhməd Cəmil küçəsi, 27 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli tikilinin birinci mərtəbəsinin qalın divarları yarımdairəvi tağ şəklində mərtəbələr arası tavan örtüyünə keçir. Dar pəncərə kənarları, divar qalınlığında yerləşdirilmiş və zirzəmiyə aparan daxili pilləkən sərt təəssürat yaradır. İkinci mərtəbənin atmosferi isə tamamilə fərqlidir. Burada çoxlu təmiz havanın olduğu açıq veranda və üzüm tənəklərinin yaşıl yarpaqları canlılıq görüntüsü formalaşdırır. Xeyli qabağa çıxan incə oymalı taxta karnizləri zərif işləməli kapitelə malik taxta sütunlar saxlayırlar. Konstruktiv baxımdan əsaslandırılmış taxta detallar yalnız bu tikilidə deyil, Gəncənin digər mülki memarlıq nümunələrində də xarakterik xüsusiyyət rolunu oynayır. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Şakir Cəmilli
Əhməd Cəmil küçəsi (Bakı)
Əhməd Cəmil küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçə. Küçə Azərbaycan şairi, Azərbaycan dövlət mükafatı laureatı Əhməd Cəmilin adını daşıyır. == Haqqında == 2015-ci ilin may ayında təmiri başa çatan Bəxtiyar Vahabzadə küçəsindən sonra ona perpendikulyar Əhməd Cəmil küçəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulmuş, 1 iyun 2015-ci il tarixdən təmirə başlanılmışdır. Küçənin açılışı 2015-ci ilin sentyabrında olmuşdur. Bu küçədə yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə isə təmir 2015-ci ilin aprel ayında başlamış, sentyabr ayında bitmişdir. == Kəsişdiyi küçələr == Küçə Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən başlayaraq Akim Abbasov küçəsində bitir. Lətif İmanov küçəsi Şəhriyar küçəsi Mehdi Məmmədov küçəsi Əbdürrəhim bəy Haqverdiyev küçəsi Həsən Məcidov küçəsi == Mühüm ünvanlar == № 3 — Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey № ?
Cəmil Sidqi Zəhavi
Cəmil Sidqi Zəhavi (ərəb. جميل صدقي الزهاوي‎) (18 iyun 1863, Bağdad, Bağdad əyaləti[d] – 24 fevral 1936, Bağdad) — İraq şairi, pedaqoqu, filosofu. O, müasir dövrdə ərəb dünyasının ən böyük şairlərindən biri hesab edilir və qadın hüquqlarının müdafiəçisi kimi tanınır. == Həyatı == Cəmil Sidqi Zəhavi Bağdadda anadan olmuşdur. Atası İraq kürdlərindən idi və Bağdad müftisi vəzifəsində çalışmışdır. Osmanlı hakimiyyəti dövründə Bağdad Təhsil Şurasının üzvü olmuş və burada qadınlar üçün təhsil almaq hüququnu müdafiə etmişdir. O, Bağdaddakı yeganə qəzet olan "əl-Zəvrə"nin redaktoru kimi fəaliyyət göstərmiş, Yəmən və İstanbul Ali Məhkəməsinin üzvü olmuşdur. O, ərəb dünyasının aparıcı yazıçılarından biri idi. Əsərləri Beyrut, Qahirə və Bağdadda böyük qəzet və jurnallarda çap olunmuşdur. Bəhailik təlimlərinin təsiri ilə 1896-cı ildən Misir dövri mətbuatında bəşəriyyəti birləşdirməyə hesablanmış "bütün xalqlar üçün universal" yazısını yaymaq üçün kampaniya aparmışdır.
Cəmilli qətliamı
Cəmilli qətliamı və ya Cəmilli faciəsi — 15 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Cəmilli kəndində erməni hərbi birləşmələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay tərəfindən törədilmiş qətliam. Hadisə zamanı 9 nəfər mülki şəxs öldürülmüşdür. == Qətliam == 13 dekabr 1991-ci ildə erməni hərbi birləşmələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay Azərbaycanın Xocalı rayonunun Cəmilli kəndin mühasirəyə almışdı. 14–15 dekabr tarixlərində kəndə hücum etmişdilər. İlk növbədə kənd artilleriya atəşinə tutulmuşdur. Cəmillini yerli özünümüdafiə dəstəsi və Ağcabədi rayonundan olan polis dəstəsi müdafiə edirdi. Bir neçə saat davam edən kütləvi atəşdən sonra onlar kəndə nəzarəti ələ keçirmişdir. Kəndə soxulan silahlılar əvvəlcə 14 evi yandırmış, sonra qarət etməyə başlamışdılar. Bu zaman 9 nəfər azərbaycanlı mülki şəxs öldürülmüşdür. Qətliamın şahidi Tehran İbadovun sözlərinə görə, ermənilər meyitləri qarət edir və məsxərəyə salırdılar.
Cəmilə Abbasova
Cəmilə Abbasova — Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Əkrəm Cəmilpaşa
Əkrəm Cəmilpaşa (kürd. اکرم جهمیل پاشا, Ekrem Cemîl Paşa; türk. Ekrem Cemilpaşa) və ya Əkrəm Cəmilpaşazadə (türk. Ekrem Cemilpaşazade; 22 fevral 1891, Diyarbəkir – 31 dekabr 1974, Dəməşq) — kürd siyasətçisi və zabiti. == Erkən həyatı == Əkrəm Cəmilpaşa 22 fevral 1891-ci ildə Osmanlı imperiyasının tərkibində olan Diyarbəkirdə mühüm kürd ailələrindən olan Cəmilpaşazadə ailəsinin nümayəndəsi Qasım bəy və çərkəzəsilli Xeyriyyə xanımın ailəsində anadan olmuşdur. Əkrəm Cəmilpaşa Diyarbəkirdə yerləşən hərbi məktəbdə təhsil almış və təhsilini İstanbulda davam etdirmişdir. Cəmilpaşa 1913-cü ildən atası tərəfindən göndərildiyi İsveçrədə riyaziyyat təhsili almağa nail olmuşdur. Avropadan İstanbula qayıdarkən kürd tələbələr üçün "Hevî" assoasiyasını təsis etmişdir. == Fəaliyyəti == Birinci Dünya müharibəsi başlayan zaman Əkrəm Cəmilpaşa Osmanlı imperiyasını müdafiə etməyə çağırılmışdır. Çanaqqala cəbhəsində artilleriya sahəsində xidmət etdikdən sonra Qafqaz cəbhəsinə göndərilmiş və orada yaralanmışdır.
Qədri Cəmilpaşa
Qədri Cəmilpaşa (kürd. Qedrî Cemîl Paşa/قادری جهمیل پاشا, türk. Kadri Cemilpaşa), həmçinin Cəmilpaşazadə Qədri və ya Zınar Silopi (kürd. Zinar Sîlopî; 1891, Diyarbəkir – 27 oktyabr 1973 və ya 27 noyabr 1973, Dəməşq) — kürd siyasətçi. == Erkən həyatı == 1891-ci ildə Diyarbəkirin qabaqcıl ailələrindən olan Cəmilpaşazadə Fuad bəyin oğlu olaraq anadan olmuşdur. Diyarbəkir Hərbi Orta Məktəbini bitirdikdən sonra İstanbula getdi və İstanbul Sultanisindən məzun olmuşdur. 1911-ci ildə Ziraət Əli Məktəbi məktəbinə daxil olmuşdur. Bu dövrdə əmisi Ömər Cəmilpaşa və iki dostu ilə Kürd Tələbə Ümid Cəmiyyətini təsis etmişdir. Daha sonra təhsil üçün Lozannaya göndərilmiş, 1913-cü ildə əmisi Əkrəm Cəmilpaşa və dostları ilə birlikdə Ümid Cəmiyyətinin şöbəsini açmışdır. == Birinci Dünya müharibəsi == Birinci Dünya müharibəsi səbəbindən İsveçrə ilə poçt rabitəsi kəsildiyi üçün ailənin pulu artıq mövcud deyildi.

cəmil sözünün leksik mənası və izahı

"cəmil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəmil nədir? #cəmil sözünün mənası #cəmil nə deməkdir? #cəmil sözünün izahı #cəmil sözünün yazılışı #cəmil necə yazılır? #cəmil sözünün düzgün yazılışı #cəmil leksik mənası #cəmil sözünün sinonimi #cəmil sözünün yaxın mənalı sözlər #cəmil sözünün əks mənası #cəmil sözünün etimologiyası #cəmil sözünün orfoqrafiyası #cəmil rusca #cəmil inglisça #cəmil fransızca #cəmil sözünün istifadəsi #sözlük