Cefri sözü azərbaycan dilində

Cefri

Yazılış

  • Cefri • 99.4805%
  • cefri • 0.5195%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Artur Cefri
Artur Cefri (ing. Arthur Jeffery; 18 oktyabr 1892, Avstraliya, Melburn – 2 avqust 1959, Kanada, Yeni Şotlandiya) — avstraliyalı şərqşünas. == Həyatı == Melburn Universitetində təhsil almış, Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1921-ci ildə Qahirədəki Amerika Universiteti nəzdində Şərq Araşdırmaları Mərkəzinə (School of Oriental Studies) müəllim kimi dəvət edilmişdir. == Fəaliyyəti == 1929-cu ildə Edinburq Universitetində doktorluq dərəcəsi almış, 1938-ci ildən ABŞ-nin Kolumbiya Universitetinin Yaxın və Orta Şərq dilləri fakültəsinin dekanı olmuşdur. Metodist kilsəsinə mənsub idi. == Kitabları == Artur Cefrinin araşdırmaları Quranın müxtəlif qiraət qaydalarına, Məhəmməd peyğəmbərin həyatına, İslam və xristianlığın əlaqələrinə həsr olunmuşdur. İbn Ərəbinin "Şəcərət əl-kövn" əsərini ingilis dilinə tərcümə etmişdir. "İslam Ensiklopediyası" nın 2-ci nəşrində ("Encyclopaedia of Islam", Vol. 1, Leiden: E.J.Brill, 1960) bəzi məqalələrin müəllifidir.
Cefri Damer
Cefri Layonel Damer (ing. Jeffrey Lionel Dahmer; 21 may 1960, Miluoki, Viskonsin – 28 noyabr 1994) — Amerikalı seriyalı qatil. Onun qurbanlarının hamısı kişi idi. O, 1978–1991-ci illər aralığında 17 nəfərin həyatına son qoymuşdu. Cefri qurbanlarını təkcə zorlamırdı, bəzilərini yeyirdi. == Həyatı == Cefri 1960-cı ildə Viskonsin ştatının Miliuoki şəhərində anadan olmuşdu. Kişik yaşlarında ailəsi Ayova ştatına köçür. Cefri 6 yaşında qarnındakı yırtıqdan əməliyyat keçirir. Bundan sonra uşaq özünə qapanır. Bir müddət sonra atası polis şöbəsinə müraciət edir.
Cefri Epşteyn
Cefri Epşteyn (ing. Jeffrey Epstein) — ABŞ maliyyəçisi və cinayətkarı. Nyu-Yorkun Bruklin rayonunda böyüyən Epşteynin kollec dərəcəsi olmamasına baxmayaraq, peşəkar həyatına Manhettendə Dalton məktəbində müəllimlik etməklə başlayıb. Məktəbdən qovulduqdan sonra bank və maliyyə sektoruna daxil olub, Bear Stearns-də müxtəlif vəzifələrdə çalışıb və nəhayət öz şirkətini yaratdı. Epşteyn elit sosial dairəni, bir çox qadın və uşaqları öz işlərinə cəlb edirdi; sonra o və onun bəzi tərəfdaşları həmin qadın və uşaqlara qarşı cinsi istismar etmişdi.
Cefri Çoser
Cefri Çoser (ing. Geoffrey Chaucer; təq. 1343, London, İngiltərə krallığı – təq. 25 oktyabr 1400, London, İngiltərə krallığı) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi. == Həyatı == Gənc yaşlarından(17) İngiltərə sarayında qulluğa başladı. Kralın oğullarından John of Gaunt onu himayəsinə aldı. 1359-cu ildə Fransaya hərbi səfərdə iştirak etdi və fransızlara əsir düşdü. Lakin kral onu pul ilə geri aldı. Müxtəlif tapşırıqlarla əlaqədar olaraq Fransa və İtaliya şəhər dövlətlərinə səfər etdi. Həyatının sonunda kral tərəfindən Çoserə yüksək miqdarda təqaüd təyin olundu.
Tom Cefri Henks
Tomas Cefri "Tom" Henks (ing. Thomas Jeffrey Hanks, 9 iyul 1956[…], Konkord, Kontra-Kosta, Kaliforniya) — amerikalı aktyor. Amerika aktyoru və prodüseri Tomas Ceffri Henks 9 iyul, 1956-cı ildə Kaliforniya ştatının Konkord şəhərində anadan olub. Atası yerli restoranda baş aşpaz, anası isə həmin restoranda ofisiant işləyib. Tommi ailənin üçüncü uşağı idi. O, doğulandan 5 il sonra valideynləri boşanır və Amerika qanunvericiliyinə əsasən, 3 böyük uşaq (Tom, Larri və Sandra) atanın himayəsinə verilir. Tom azyaşlı olduğundan anası ilə qalır. Artıq gənc yaşlarında Tom Henks aktyorluq məharəti və güclü yumor hissi ilə ətrafdakıları ələ almağı bacarır. Kaliforniya Universitetinə qəbul olunması onun üçün məntiqli addım olur. Lakin Klivlenddə çıxış edən kiçik teatr truppasından dəvət alan kimi Tom təhsilini yarımçıq qoyur.
Cefri Ceykob Abrams
Cefri Ceykob Abrams (27 iyun 1966[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı kinorejissor və bəstəkar. O, dram və elmi fantastika janrlarında olan əsərləri ilə məşhurlaşmışdır. Abrams Henriyə münasibətdə (1991), Forever Young (1992), Armageddon (1998), Cloverfield (2008), Star Trek (2009), Star Wars: The Force Awakens (2015) və Star Wars: The Skywalkerin yüksəlişi (2019).

Oxşar sözlər

#cefri nədir? #cefri sözünün mənası #cefri nə deməkdir? #cefri sözünün izahı #cefri sözünün yazılışı #cefri necə yazılır? #cefri sözünün düzgün yazılışı #cefri leksik mənası #cefri sözünün sinonimi #cefri sözünün yaxın mənalı sözlər #cefri sözünün əks mənası #cefri sözünün etimologiyası #cefri sözünün orfoqrafiyası #cefri rusca #cefri inglisça #cefri fransızca #cefri sözünün istifadəsi #sözlük