Rosa centifolia
Yüzləçək qızılgül (lat. Rosa centifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Vətəni Persiya olub, İran, Morokko, Tunis, İtaliya, Fransa və Çində geniş yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 1-1,5 m-ə qədər olan koldur. Qopartikanları muxtəlifdir — möhkəm iri, oraqvarı əyilmiş, xırda, düz, qaidə hissəsi bir qədər enli formadadır. 5 ədəd yumurtavarı yarpaqları dərivarı olub, 5-7 sm-ə qədər uzunluqdadır. Üstdən çılpaq, altdan vəzili, kənarlı, ikiqat mişardişli, 2-2,5 sm uzunluğa və 1,5-2 sm enə malik yarpaqcıqlardan ibarətdir. Ləçəklər parlaq çəhrayıdır. Kasayarpaqcıqları uzunsovdur, lələkvarı yarıl-mışdır. İyun və iyul aylarında çiçək açır.