Cıbıllı
Cıbıllı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu
ərazisində kənd olmuşdur.
== Tarixi ==
Rayon mərkəzindən 67 km cənub-şərqdə yerləşirdi. Kəndin digər adı Cibikli olmuşdur.
Toponim cibikli (> cıbıllı) tayfa əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
== Əhalisi ==
Kənddə 1897-ci ildə 82 nəfər, 1904 - cü ildə 80 nəfər, 1914 - cü ildə 160 nəfər azərbaycanlı
yaşamışdır.
1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir.
Burada 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə
77 nəfər azərbaycanlı yaşamışdır.