dağ-divar sözü azərbaycan dilində

dağ-divar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dağ-divar • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Divar (1991)
== Məzmun == Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir. Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir. Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir. == Film haqqında == Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Divar hanası
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgahQədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd);Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Divar kağızı
Divar kağızı — evlər və binalar daxilində divarları əhatə etmək üçün istifadə olunan kağız. Divar kağızı boyamaq yerinə binaların daxilini bəzəmək üçün istifadə olunur. "Divar kağızı" həmçinin kompüter monitorunnda rəsm üçün bir söz.
Divar kərtənkələsi
Divar kərtənkələsi (lat. Podarcis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Divar kərtənkələləri bir növ Lacerta bənzəyirlər. Hətta sklet quruluşu və pulcuqların düzülüşü eynidir. == Yayılması == Divar kərtənkələləri əsasən Aralıq dənizi hövzəsi ərazilərində:Cənubi Avropa, Şimali Afrika və Kiçik Asiya ərazilərində rast gəlinir.
Dördüncü divar
Dördüncü divar — ilk vaxtlar teatrda, daha sonra isə film, komikslər, video oyunlar kimi digər incəsənət sahələrində də istifadə olunan termin. == İzahı == Dördüncü divar — aktyorlarla tamaşaçılar arasında ənənəvi üçdivarlı teatrlarda olan xəyali divardır. Termin Deni Didro tərəfindən 18-ci əsrdə düşünülsə də, yalnız 19-cu əsrdə istifadə olunmağa başlanmışdır. Səhnədən və ya ekrandan birbaşa tamaşaçıya müraciət edən aktyorun hərəkəti dördüncü divarı dağıtmaq adlanır. Bu fənd əsasən komediyalarda və cizgi filmlərində geniş yayılsa da, bəzən ciddi, dramatik əsərlərdə də buna rast gəlmək olur. Dördüncü divarın dağıdılması tamaşaçılara əsərdə təsvir olunan hadisələrə daha dərindən dalmaq imkanı yaradır.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Divar (film, 1991)
== Məzmun == Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir. Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir. Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir. == Film haqqında == Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Qoruyucu divar (kompüter)
Qoruyucu divar (ing. Firewall) — icazəsiz girişi bloklamaq üçün yaradılıb və yalnız icazəsi olanlara girişi təmin edir. Bu qurğu və ya qurğular sistemi girişə icazəni qaydalar və müxtəlif kriteriyalara əsasən verir.Firewall-un iki əsas növü var: - Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı (Stateful Inspection Firewall) - Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı (Application Layer Firewall) Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı – məlumatı göndərildiyi yerdən daxil olacağı yerə qədər izləyir. Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı isə yalnız daxil olan və çıxan məlumatın başlıq hissələrini yoxlayır və tətbiqetmə səviyyəsindəki protokolları məhdudlaşdıraraq təhlükəsizliyi təmin edir. Məsələn, HTTP protokolu vasitəsi ilə hər hansı bir Veb sayta girişin qadağan olunması. Bu iki növdən ən çox inkişaf edən və ən çox istifadə olunanı birincisidir. Ona görə ki, daha böyük şəbəkələrin, İnternet və daxili şəbəkədəki trafiklərinə nəzarət edir. “Firewall nə üçün lazımdır?” sualına gəldikdə isə bunu qeyd etmək lazımdır ki, sizin kompüteriniz yalnız virus hücumlarına deyil, sizin şəxsi məlumatlarınızı ələ keçirə biləcək hücumlara da məruz qalırlar. Məhz bu hallarda Firewall-dan istifadə olunur.
Divar (Qısa hekayələr toplusu)
Jan Pol Sartrın 1939-cu ildə nəşr olunan "Divar" (fr. Le Mur) adlı 5 hekayədən ibarət hekayələr toplusu. Müəllifin ən böyük ekzistensialist fantastika əsərlərindən biri hesab olunur. Sartr kitabı öz yoldaşı, Olqa Kosakieviçə həsr etmişdir. "Divar" "Otaq "Herostrat" "İntimlik" " Liderin uşaqlığı " == "Divar" == Eponim hekayəsi məhbusların ölümə məhkum edildiyi vəziyyəti soyuqqanlı şəkildə təsvir edir. 1939-cu ildə yazılmış hekayə,18 iyul 1936-cı ildə başlayan və 1 aprel 1939-cu ildə general Fransisko Frankonun başçılıq etdiyi Millətçilərin sona çatan vətəndaş müharibəsində baş verir. Başlıq məhbusları edam etmək üçün atəş dəstələrinin istifadə etdiyi divara aiddir. Divarın özü insanın ölümünün qaçılmazlığını və xəbərsizliyini simvollaşdırır. Baş qəhrəman Pablo İbbieta kamerada olan digər iki nəfərlə birlikdə ölümə məhkum edilir. Yoldaşı Ramon Qrisin yerini açıqlayacağı təqdirdə ona çıxış yolu təklif olunur.
Diverqent 3: Divar arxasında
Diverqent 3: Divar arxasında (ing. The Divergent Series: Allegiant) — 2016-cı ildə istehsal olunmuş ABŞ filmi.
Abdal (dağ)
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Almalı dağ
Almalıdağ — Şahbuz rayonunda dağ. Almalı dağ — Şəki rayonu ərazisində dağ.
Amuduq (dağ)
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Avey (dağ)
Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. == Avey sözünün mənası == Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub.
Ayuv Dağ
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var.Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağlağan (dağ)
Ağlağan - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Ağlağan dağının hündürlüyü 2992 m.-dir. == Toponimikası == Ağlağan İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Boz Abdal dağ silsiləsinin zirvələrindəndir. Hünd 2992 m.-dir. İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (IV boy) adı çəkilir. Türk dillərində rəng bildirən ağ və mənası məlum olmayan "laqan" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasındakı Qızıl Laqan (bulaq adı), Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusundakı Laqan-Xuduk (dağ adı) və Dağıstan əyalətinin Teymurxanşura dairəsindəki Cakas-Lağan toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla ermənicə Urasar adlandırılmışdır.
Ağoyuq (dağ)
Ağoyuq — Zəngilan rayonu ərazisində cənub-şərqində dağ. Hündürlüyü 548 m. Oronim ağ (kicik) və oyuq (çökək, kaha, mağara, zağa) sözlərindən düzəlib, "kicik kaha, mağara olan dağ" deməkdir.
Ağyataq (dağ)
Ağyataq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində, Kicik Qafqazda dağ. Hündürlüyü 2389 m. Oronim ağ (rəng) və yataq (burada faydalı material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq civə yatağı Moz çayı ilə Kilsəli kəndi arasındadır. Dağın adı da buradan götürülmüşdür.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Balliqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Ballıqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.

Oxşar sözlər

#dağ-divar nədir? #dağ-divar sözünün mənası #dağ-divar nə deməkdir? #dağ-divar sözünün izahı #dağ-divar sözünün yazılışı #dağ-divar necə yazılır? #dağ-divar sözünün düzgün yazılışı #dağ-divar leksik mənası #dağ-divar sözünün sinonimi #dağ-divar sözünün yaxın mənalı sözlər #dağ-divar sözünün əks mənası #dağ-divar sözünün etimologiyası #dağ-divar sözünün orfoqrafiyası #dağ-divar rusca #dağ-divar inglisça #dağ-divar fransızca #dağ-divar sözünün istifadəsi #sözlük