Dion sözü azərbaycan dilində

Dion

Yazılış

  • Dion • 96.2733%
  • dion • 3.7267%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dion Malone
Dion Malone (13 fevral 1989-cu ildə anadan olub) — Erediviziya təmsilçilərindən olan ADO Den Haaq klubunda müdafiənin sağ cinahında çıxış edən Surinamlı peşəkar futbolçudur. O, bir müddət Almere Siti və Qəbələ klubunda çıxış etmişdir. Malone həmçinin Niderland vətəndaşıdır. == Karyerası == Malone Surinamın Paramaribo şəhərində anadan olmuşdur. O, peşəkar karyerasında debütünü Almere Siti klubu ilə (o vaxtlar Omnivorld klubu) 2008-09 mövsümündə etmişdir.24 iyun 2017-ci ildə Malone Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə iki illik müqavilə imzalamışdır.27 iyul 2018-ci ildə Malone yenidən Erediviziya təmsilçilərindən olan ADO Den Haaq klubu ilə iki illik müqavilə imzalamışdır.
Selin Dion
Selin Dion (fr. Céline Marie Claudette Dion; 30 mart 1968[…]) — Kanada pop müğənnisi. 1988-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi. O, musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur.
Valeriya Dion
Valeriya Dion (d. 29 iyul 1980) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Valeriya Dion, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Valeriya Dion, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Dion Kassi
Lusi Klavdi Kassi Dion Koksean (və ya Kokkeyan), həmçinin sadəcə Dion Kassi və ya Kassi Dion (q.yun. Δίων ὁ Κάσσιος, lat. Lucius Claudius Cassius Dio Cocceianus; ən tezi 155 və ən geci 164, Nikeya[d], Qədim Roma[…] – ən tezi 229 və ən geci 235, Nikeya[d][…]) — yunan əsilli Roma konsulu və tarixçisi. O, Eneyin İtaliyaya gəlişindən tutmuş Roma imperatoru Aleksandr Severin hakimiyyətinə qədərki dövrü əhatə edən 80 kitabda "Roma tarixi"nin müəllifidir. Qədim yunan dilində yazılmış əsərin yarıdan çoxu bütünlüklə və ya əhəmiyyətli çıxarışlarla günümüzə qədər gəlib çatmışdır. == Həyatı == Lusi Klavdi Kassi Dion Koksean II əsrin ortalarında Nikeyada, yunan əsilli ailədə anadan olmuşdur. O, 180-ci ildə Romaya köçmüşdür. Dion Kassi burada senator olmuş və Aleksandr Sever hakimiyyəti altında Afrikanın prokonsulu, Dalmatiya və Yuxarı Pannoniyada imperator legatı kimi xidmət etmişdir. O, 229-cu ildə ikinci dəfə konsul olmuşdur. Dion Kassinin özünün dediyinə görə, yuxuda gördüyü "demon" onu tarixi əsər yazmağa sövq etmişdir.
Kassi Dion

Diona (Saturnun peyki)
Diona (q.yun. Διώνη, lat. Dione) — Saturn planetinin peyki. 21 mart 1684-cü ildə italyan astronomu Covanni Kassininin Paris rəsədxanasındakı tədqiqatları nəticəsində kəşf edilmişdir. == Adlandırılması == Diona Kassininin kəşf etdiyi Saturnun 4 peykindən biridir. Digər üçü Tetis, Reya və Yapetdir. Kassini kəşf etdiyi peykləri Fransa kralı XIV Lüdovikin şərəfinə "Lüdovik ulduzları" (lat. Sidera Lodoicea) adlandırmışdı. 1847-ci ilə qədər astronomlar Dionanı Saturnun dördüncü peyki (Saturn IV) adlandırırdılar. Yalnız həmin il Uilyam Herşelin oğlu Con Herşel Saturnun o dövrdə məlum olan 7 peykini Roma mifologiyasında Saturnun analoqu olan Kronosun bacı və qardaşlarının şərəfinə adlandırmağı təklif etdi.
Diona (mifologiya)
Diona (yun. Διώνη; Miken sivilizasiyasına görə: di-u-ja, Diviya) — Qədim yunan mifologiyasında personaj, xüsusiyyətləri qeyri-müəyyən olan ilahə, orfizmə görə titan Uran və Geyanın qızı. Hesiod öz "Teoqoniya"sının girişində onun adını çəkmiş, amma titanidaların siyahısında onu qeyd etməmişdir. Homerin İliadasında Diona Zevsin sevgilisi və Afroditanın anası kimi təsvir edilmişdir. Fərziyyələrə görə o, yunan tanrılarına qədərki dövrə aid Yer ilahəsidir. Miken panteonunda Zevsin arvadı kimi qeyd olunur. Dodonada Dionanın Zevsin arvadı kimi kultu mövcud olmuşdur.
Diona (peyk)
Diona (q.yun. Διώνη, lat. Dione) — Saturn planetinin peyki. 21 mart 1684-cü ildə italyan astronomu Covanni Kassininin Paris rəsədxanasındakı tədqiqatları nəticəsində kəşf edilmişdir. == Adlandırılması == Diona Kassininin kəşf etdiyi Saturnun 4 peykindən biridir. Digər üçü Tetis, Reya və Yapetdir. Kassini kəşf etdiyi peykləri Fransa kralı XIV Lüdovikin şərəfinə "Lüdovik ulduzları" (lat. Sidera Lodoicea) adlandırmışdı. 1847-ci ilə qədər astronomlar Dionanı Saturnun dördüncü peyki (Saturn IV) adlandırırdılar. Yalnız həmin il Uilyam Herşelin oğlu Con Herşel Saturnun o dövrdə məlum olan 7 peykini Roma mifologiyasında Saturnun analoqu olan Kronosun bacı və qardaşlarının şərəfinə adlandırmağı təklif etdi.
Dioncophyllaceae
Dioncophyllaceae (lat. Dioncophyllaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Dionis
Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu, Priapın atası. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu. == Doğulması == Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur.
Dionis Tanasoğlu
Dionis Tanasoğlu (qaq. Dionis Tanasoglu; 7 iyul 1922, Kiriyet, Qaqauziya – 23 avqust 2006) — görkəmli qaqauz şairi, yazıçısı, dramaturqu və ictimai xadimi. == Həyatı və təhsili == Dionis Tanasoğlu 1922-ci ilin iyulun 7-də Moldovanın Qaqauz elinin, Kiriyet kəndində Nikolay Tanasoğlunun ailəsində dünyaya göz açmış, ilk təhsilini doğma kəndində almışdır. Bütün qaqauzlar kimi kilsədə Dionis adı qoysalar da, Türk dünyasında Dəniz ağa kimi tanınmışdır. Çünki özünü bu adla təqdim edir, şeirlərini bu imzayla yazırdı. İlk yaradıcılığa şeirlə başlamışdır. Sonralar onun adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, alim, ictimai-siyasi xadim sözləri yazılmışdır. Zaman və xalqının düşdüyü vəziyyət onu bu işləri görməyə məcbur etmişdir. 1957-ci ildə ilk qaqauz əlifbasını yaradan da, ilk qaqauz romanını yazan da, qaqauzların ilk peşəkar rejissoru və dramaturqu da Dionis Tanasoğlu olmuşdur. Dionis Tanasoğlu Kişinyov Pedaqoji İnstitutunun tarix-ədəbiyyat, Leninqrad Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmiş, 1965-ci ildə Bakıda Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda Məmmədağa Şirəliyevin rəhbərliyi altında "Çağdaş qaqauz dilində tabeli mürəkkəb cümlə" mövzusunda dissertasiya yazaraq filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Dionisades adası
Dionisades adası (yun. Διονυσάδες, также Γιανυσάδες — Gianysades)- Krit adasının şimal-şərqində balaca adalar qrupudur. Yunanıstana aiddir. == Coğrafi mövqeyi == Adalar qrupuna Yanisada, Draqonada, Paksimada və Prasonisi adaları daxildir. Lasitinin Sitiya bölgəsinə aid edilir. Ada ərazisi qorunmaqdadır. Belə ki, burada nadir bitki və heyvan növləri yaşamaqdadır. Adalar qədim zamanlarda qədim yunan tanrısı Dionisin idi. Adada aparılan arxeoloji qazıntılar nəticəsində arxeoloqlar qədim və erkən xristian dövrlərinə aid olan əsərləri aşkar etmişlər ki, əvvəllər adanın məskunlaşdığını sübuta yetirmişlər. == Həmçinin bax == Paksimadiya adası Suda adası Diya adası Qavdos adası Elafonisi adası Krit adası == İstinadlar == Балканские страны, юг // Атлас мира / сост.
Dionisio Auqustine
Dionisio Auqustine (16 iyun 1992) — Mikroneziyalı üzgüçü. Dionisio Auqustine Mikroneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dionisio Auqustine birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.17 saniyəlik nəticəsi ilə 65-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Dionisiy Perieqet
Dionisiy Perieqet (yun. Διονύσιος ὁ Περιηγητής) — İsgəndəriyyəli qədim yunan coğrafiyaşünası. == Nəşrləri == Dionysii Orbis Terrae Descriptio == Xarici keçidlər == Dionysius Periegetes: Description of the Known World with Introduction, Text, Translation, and Commentary by J. L. Lightfoot Дионисий Периэгет Античные источники по истории Азербайджана. Второе издание. Автор: Алиев Кемал Гасан оглы. Баку: Издательство "Элм", 1987, 132 стр.
Dionisiya Areopaqita küçəsi
Dionisiya Areopaqita küçəsi (yun. Οδός Διονυσίου Αρεοπαγίτου) — Afinanın Makriyani rayonunda yerləşən və Afina Akropolunun cənub hissəsinə bitişik piyada küçəsi. Afinanın ilk xaç suyuna salınmış sakini və Həvari Pavelin şagirdi olan Dionisiyanın şərəfinə adlandırılmışdır. Şərqdən qərbə doğru uzanır. Amaliya prospekti qovşağında, Hadrian qövsünün yaxınlığında başlayır və Filopappus abidəsində artıq Həvari Pavel prospektinə girən yerdə, Akropol və Afina aqora ətrafındakı piyada zonasının sonunda bitir. Küçə ilk olaraq 1857-ci ildə indiki yerindən bir az şimalda salınmışdır. 1955-ci ildə Afina Akropolunda yol sistemini inkişaf etdirən memar Dimitris Pikionis küçəni yenidən düzəldərək yerini dəyişdirdi. 2003-cü ildən bu yana küçə sırf piyalar üçündür. == Tikili və abidələri == Amaliya prospektində, küçənin əvvəlində onun hər iki tərəfində binalar var. Lakin Makriyani küçəsi ilə kəsişmədən sonra şimal tərəfdə demək olar ki, heç bir bina yoxdur.
Hermes və körpə Dionis
Hermes və körpə Dionis və ya Olimpiya Hermesi — 1877-ci ildə Hera məbədinin xarabalıqlarında kəşf edilmiş körpə Dionisin qədim yunan heykəlidir. Onun boyu 213 santimetrdir. Yunan profili, yunan burnu və praksitelik əyri anlayışları klassik gözəlliyin modelinə çevrilmişdir. == Haqqında == Yunan mifologiyasının hesablarına görə , Dionis tanrı Zevsin oğlu və Semele , fani, Fiv kralı Kadmusun qızıdır. Çox güman ki, bu heykəl himayədarı Hermes olan Elis və himayədarı Dionis olan Arkadiya sakinləri arasında sülhün alleqoriyasıdır. == Tarixi == Yunan dövləti 1874-cü ildə Almaniya ilə Olimpiyada arxeoloji kəşfiyyat işləri aparmaq üçün müqavilə imzaladı. Alman qrupu tərəfindən qazıntılar 1875-ci ildə Ernst Kurtiusun rəhbərliyi altında başladı. Bu gün sərgiləndiyi kimi heykəltəraşlıq qrupuna çatana qədər heykəlin altı fərqli hissəsi kəşf edildi. Hermesdə sağ qol, sol əlin iki barmağı, dizdən hər iki ayağı, sol ayağı və cinsi xüsusiyyətləri yox idi; Körpə Dionisin qolları (Hermesin çiynində dayanan sağ əli istisna olmaqla) və sağ ayağının ucu yox idi.
Luis Dioni
Luis Dioni (20 dekabr 1992-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen klubunda hücumçu kimi çıxış edən Fransalı peşəkar futbolçudur. Dioni həmçinin Martinika vətəndaşıdır. == Klub karyerası == Dioni öz peşəkar karyerasında debütünü Nant klubu ilə 2012-ci ilin noyabr ayında Niort klubuna qarşı oyunda etmiş və həmin görüşdə komandası 0-0 hesabı ilə bərabərə qalmışdır.Dioni altı ay doğma şəhərini təmsil edən, dördüncü diviziya təmsilçisi olan Stad Mantois klubunda çıxış etmişdir. 2014-cü ilin yanvar ayında o, Dijon klubuna transfer olmuşdur. === Bristol Siti === 25 yanvar 2018-ci ildə Luis Dioni Çempionşip təmsilçilərindən olan Bristol Siti klubuna bu mövsümün sonuna qədər icarəyə verilmişdir. O, klubda əsl əfsanəyə çevrilmişdir.
Saxta Dionisi Areopagit
Saxta Dionísius Areopagít (yunanca Διονύσιος ὁ Ἀρεοπαγίτης) - Korpus Areopagitikum (latınca Corpus Areopagiticum) adlı xristian ehkamları mövzusuna aid olan dörd risalə və on məktubun bilinməyən yazarıdır. O əsərlərini xristian kilsəsində müqəddəs sayılan Dionisius Areopagitin (96-cı ildə öldürülmüşdür) adı ilə imzalayırdı. Ona görə ona "yalançı" demişdirlər.533-cü ildə Kalkedon şəhərində monofizitlərlə rəsmi kilsə nümayəndələri arasında barışıq məqsədi ilə məclis keçirilmişdir. Lakin orada mübahisələr olmuşdur. Monofizitlər öz mövqelərini sübut etmək üçün Dionisius Areopagitin adı ilə imzalanmış 4 risalə və müxtəlif keşişlərə ünvanlanmış məktublar təqdim etmişdilər. Bu əsərlərin hamısını birlikdə "Korpus Areopagitikum" adlandırırlar. Bu risalələrin adları: "De divinis nominibus" (İlahi adlar haqqında); "De mystica theologia" (Mistik ilahiyyat haqqında); "De coelesti hierarchia" (Göylərdə iyerarxiya haqqında); "De ecclesiastica hierarchia" (Kilsə iyerarxiyası haqqında).Dionisius Areopagitin adı isə Əhdi-Cədiddə çəkilir (Həvarilərin işləri 17: 34). Orada deyilir ki, o Paulusun (Pavelin) tələbəsi olub. Rəvayətlərə görə Dionisius Areopagit I yüzillikdə Afina şəhərinin yepiskopu olmuşdur. Başqa rəvayətə görə, Paris yepiskopu olmuşdur.Yalançı Dionisiusun bu dörd risaləsində kilsə xadimlərinə çox əlverişli məqamların olduğuna görə, onlar tədricən təkcə monofizitlərin deyil, həm də rəsmi kilsə xadimləri tərəfindən qəbul edilmiş və onların üzərində böyük bir ənənə yaranmışdır.
Saxta Dionisius Areopagit

Korinfli Dionisi
Dionisi (q.yun. Διονύσιος, lat. Dionysios; II əsr, Korinf – 8 aprel 171, Korinf) — 170-ci ildən Korinf şəhərinin yepiskopu. O, lakedemoniyalılara, afinalılara, nikomediyalılara və s. səkkiz məktub yazmışdır. Onlar öz dövrlərində çox məşhur idilər. Məktubların hamısı itmişdir, onların yalnız fraqmentləri Yevsevi tərəfindən qorunub saxlanılmışdır.Yevsevi Roma imperatoru Mark Avrelinin dövründə yaşamış kilsə yazıçıları sırasında Dionisinin adını çəkmişdir. Nə Dionisi, nə də İyeronim Dionisinin əzabkeşliyindən bəhs etmir, lakin bəzi agioqrafik mənbələrdə o, müqəddəs əzabkeş adlandırılmışdır. Dionisinin əzabkeşliyi haqqında məlumat yalnız XI əsrdən Bizans müəllifləri Georgi Kedrin və Mixail Qlikanın yazılarında mövcuddur. Sonuncu səhvən onun ölümünü imperator Antonin Piyin dövrünə aid edir.
Apollonik və Dionisian
Apollonik və Dionisian — yunan mifologiyasından Apollon və Dionis fiqurları arasındakı ikilik ilə təmsil olunan fəlsəfi və ədəbi konsepsiya. Konsepsiyanın populyarlaşması Fridrix Nitsşenin “Musiqi ruhundan tragediyanın doğuşu” əsəri ilə geniş şəkildə qeyd olunur, baxmayaraq ki, terminlər əvvəllər məsələn, şair Fridrix Hölderlin, tarixçi İohan Yoahim Vinkelman və başqalarının yazılarında istifadə olunub. "Dionisian" sözü hələ 1608-ci ildə Edvard Topsellin "İlanların tarixi" adlı zooloji traktatında rast gəlinir . O vaxtdan bəri bu konsepsiya Qərb fəlsəfəsi və ədəbiyyatında geniş şəkildə istifadə edilmiş və müzakirə edilmişdir. Yunan mifologiyasında Apollon və Dionis Zevsin oğullarıdır. Günəşin tanrısı, rasional düşüncə və nizam-intizam tanrısı Letonun oğlu Apollon məntiqə, tədbirliliyə və saflığa müraciət edir və ağlın tərəfdarıdır. Semelin oğlu Dionis isə şərab və rəqs tanrısı, irrasionallıq, xaos, ehtiras, duyğu və instinktləri təcəssüm etdirir. Qədim yunanlar təbiətcə çox vaxt bir-birinə qarışsalar da, iki tanrını bir-birinə zidd və ya rəqib hesab etmirdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.60 dəfə / 1 mln.
2005 •••••••• 0.67
2009 •••••• 0.48
2010 •••••••••••••••••••• 1.72
2011 ••••••• 0.60
2012 ••••••••• 0.77
2013 ••••••••• 0.73
2014 •••••••••••••• 1.20
2015 •••••• 0.51
2016 ••••••••• 0.69
2017 •••••••••• 0.81
2018 •• 0.15
2019 ••••• 0.42
2020 •• 0.13

"dion" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dion nədir? #dion sözünün mənası #dion nə deməkdir? #dion sözünün izahı #dion sözünün yazılışı #dion necə yazılır? #dion sözünün düzgün yazılışı #dion leksik mənası #dion sözünün sinonimi #dion sözünün yaxın mənalı sözlər #dion sözünün əks mənası #dion sözünün etimologiyası #dion sözünün orfoqrafiyası #dion rusca #dion inglisça #dion fransızca #dion sözünün istifadəsi #sözlük