Diqor sözü azərbaycan dilində

Diqor

Yazılış

  • Diqor • 80.0000%
  • diqor • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Diqor elçəsi
Diqor — Qars ilinin ilçəsi.
Diqor ilçəsi
Diqor — Qars ilinin ilçəsi.
Diqora
Diqora (diq. Дыгурæ, İron Дигорæ, ; rus. Дигора) — Rusiya Federasiyasının respublikalarından olan Şimali Osetiya–Alaniya Respublikasında şəhər, Diqorski rayonunun inzibati mərkəzi. == Etimologiya == Şəhərin adı osetin dilindəki Digoræ (Diqoriya) sözündən gəlir. Diqoriya Şimali Osetiyanın qərb hissəsində yerləşir və burada yaşayan diqorlar coğrafi və etnolinqvistik baxımdan Şimali Osetiyanın şərq hissəsində yaşayan ironlardan fərqlidirlər. Diqoranın adı bir neçə dəfə dəyişmişdir. Yaşayış məntəqəsinin ilkin adı Volno-Xristianovski (rus. Во́льно-Христиа́новский) olmuş, daha sonra Novoxristianovskoye (rus. Новохристиа́новское), Xristianovskoye (rus. Христиа́новское) olaraq dəyişdirilmiş, 1934-cü ildən bəri isə Diqora olaraq qalmışdır.
Diqora mədəniyyəti
Diqora mədəniyyəti - Diqora dərəsində (Şimali Osetiyanın qərbi), Kabarda- Balkariyanın dağlıq rayonlarında və Raçidə (Qərbi Gürcüstan) Son Tunc dövrünə (e.ə. XV-XIII əsrlər) aid arxeoloji mədəniyyət. Y.İ.Krupnov tərəfindən müəyyənləşdirilməsi (1951) mübahisələrə səbəb olsa da, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində yazılmış elmi əsərlərlə təsdiqlənmişdir. Müasir tədqiqatlara görə, Diqora mədəniyyəti Şimali Qafqaz və Mərkəzi Qafqazın qohum protokoban mədəniyyətləri ilə sinxrondur; protokoban dövrünün ikinci mərhələsinə aiddir; 2 mərhələyə bölünür. Ağac-daş konstruksiyalı sərdabalarda meyityandırma izləri var; uzadılmış vəziyyətdə dəfn olunmuş meyitlərə (bəzən torpaq quyularda) rast gəlinir. Çaxmaqdaşıdan ucluqlar, dəstəli xəncərlər, baltalar, ucluqlu (volyuta, oval və s. şəkilli) sancaqlar, lövhəşəkilli tilli qolbaqlar, qoç başlı quşabənzər piləklər, asmalar, şüşə muncuqlar, sürməli bəzək əşyaları və s. aşkar edilmişdir. Diqora mədəniyyətinin dolmen mədəniyyəti, Svaneti, Qaraçay-Çərkəz, Inquşetiya və Dağıstan abidələri (Qinçi mədəniyyəti, Qayakənd-Xoroçoy mədəniyyəti) ilə əlaqələri izlənilir. Diqora mədəniyyətinin Koban mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır.
Diqora rayonu
Diqora rayonu (oset. Дигори (Дыгуры) район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Diqora şəhəridir. == Coğrafiya == Digora rayonu respublikanın qərb hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Ərazidən üç çay axır: Ursdon, Dur-Dur, Srau (Siraudon). Rayonun sahəsi - 584.51 km². Şərqdən Ardon rayonu, cənub-şərqdən Alagirski rayonu, şimaldan Kirov rayonu, qərbdən İrafski rayonu, şimal-qərbdən isə Kabarda-Balqariyanın Leskenski rayonu ilə həmsərhəddir. == Əhali == Urbanizasiya Şəhər şəraitində (Diqora ş.) rayon əhalisinin 55,09 % yaşayır. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: 2019-cu il məlumatına əsasən rayon əhalisinin sayı 18 283 nəfərdir. == İnzibati-ərazi vahidliyi == Ardon rayonunun tərkibinə daxil olan 5 kənd və 1 şəhər yaşayış məntəqəsi 6 inzibati vahidlikdə birləşir: Diqora şəhər məntəqəsi - Diqora Dur-Dur kənd sovetliyi - Dur-Dur Karman-Sincikau kənd sovetliyi - Karman-Sincikau Kora-Ursdon kənd sovetliyi - Kora-Ursdon Mostizdağ kənd sovetliyi - Mostizdağ Nikolayev kənd sovetliyi - Nikolayev.
Diqorlar
Diqorlar (Diqor ləhcəsi: дигорон - digoron, cəm halı: digoræ, digorænttæ - digoræ, digorænttæ; İron ləhcəsi: дыгурон - dyguron, cəm halı: didur, didurættæ - dygur, dygurættæ) - osetinlərin alt qrupudur. SSRİ-də 1937-ci ilə qədər ayrı bir dil hesab edilən Şərqi İran dillərindən sayılan osetin dilinin diqor ləhcəsində danışırlar. 1937-ci ildən bu yana osetin dilinin dialekti sayılır. Digər ləhcəni-iron ləhcəsi danışan ironlar diqorlar başa düşmürlər, baxmayaraq ki diqorl iron ləhcəsini tam başa düşür. Çünki iron ləhcəsi osetin xalqının rəsmi dili idi və məktəblərdə rəsmi olaraq tədris olunurdu. 2002-ci il Rusiya siyahıyaalınmasına görə 607, 2010-cu ildəki siyahıyaalınmaya görə isə cəmi 223 diqor Rusiyada yaşayırdı. Dialekti danışan 100.000-dən çox insan olmasına baxmayaraq, əksəriyyəti özünü osetin olaraq təqdim edir. Diqorlar, əsasən, Diqora, İrafski, Mozdok rayonlarında və Vladiqafqaz, Şimali Osetiya, həmçinin Kabarda-Balkariya, Türkiyə və Suriyada yaşayır. == Tarixi == Aşxaratsuytsda verilən qəbilələr içərisindəki "aştiqor" qəbiləsi tarixçilər tərəfindən müasir diqorların əcdadları hesab olunur. Bu fakt və digər linqvistik nəzəriyyələr göstərir ki, diqor ləhcəsinin proto-osetin dilindən ayrılaraq, ayrı bir dil kimi qəbul edilməsi monqol yürüşləri dövrünə təsadüf edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2012 •••••• 0.09
2013 •••••••••••••••••••• 0.29

Oxşar sözlər

#diqor nədir? #diqor sözünün mənası #diqor nə deməkdir? #diqor sözünün izahı #diqor sözünün yazılışı #diqor necə yazılır? #diqor sözünün düzgün yazılışı #diqor leksik mənası #diqor sözünün sinonimi #diqor sözünün yaxın mənalı sözlər #diqor sözünün əks mənası #diqor sözünün etimologiyası #diqor sözünün orfoqrafiyası #diqor rusca #diqor inglisça #diqor fransızca #diqor sözünün istifadəsi #sözlük