fito sözü azərbaycan dilində

fito

Yazılış

  • fito • 77.2727%
  • FİTO • 13.6364%
  • Fito • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Respublikasında Fitosanitar Nəzarəti Xidməti
Azərbaycan Respublikasında Fitosanitar Nəzarəti Xidməti == Haqqında == 1931-ci ildə təşkil olunmuş və SSRİ–nin dağılmasına qədər Azərbaycan Respublikasının Nazirlər Soveti yanında Dövlət Bitki Karantini müfəttişliyi kimi mövcud olmuşdur. Müfəttişlik 2000-ci ildə ləğv olunmuş, Bitki mühafizəsi və karantini şöbəsi kimi Kənd Təsərrüfatı Nazirliyinin aparatına verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli 467 nömrəli Sərəncamına əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti yaradılmış və Prezidentin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "Dövlət Fitosanitar nəzarəti xidməti haqqında" Əsasnamə təsdiq edilmişdir. 12 may 2006-cı ildə "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq, onların mənbələrini vaxtında aşkar etmək, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq, flora və faunanın pestisidlərin və digər zəhərli maddələrin təsirindən qorumaq, Respublikanın ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq və digər bu kimi tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır.
Fitobentos
Fitobentos — bitki və bentos deməkdir. Bitki bentosu - su hövzələrini dibində həmçinin dibdə yerləşən əşyaların üzərində olan bitkilərin məcmusudur == Ümumi məlumat == Fitobentosa çiçəkli bitkilər, az miqdarda ayıdöşənəyikimilər, mamırlar, göbələklər və yosunlar daxildir. Dərin olmayan saf su hövzələrində fitobentos bütün dic hissəni, dərin və ya saf olmayan su hövzələrində isə dayaz yerləri tutur. Fitobentosun tərkibi suyun axar vəziyyətindən, temperaturundan, saflığından və digər faktorlarda asılıdır. Fitobentosin bir sıra nümayəndələrinsən sənaye üçün xammal (məs. yod istehsalında) həmçinin qida mənbəyi (dəniz kələmi) kimi istifadə olunur.
Fitofaq
Fitofaq — bitki yeyən heyvanlar. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Fitofaqlar
Fitofaqlar (müvafiq olaraq "bitki" və "yemək" mənasın verən q.yun. φῠτόν və φαγεῖν sözlərindən yaranıb) — heyvanların bitkilərlə qidalanması Bura əsasən daxildir: dırnaqlılar, gəmiricilər, çoxlu cücülər, o cümlədən karpofaqlar (meyvəni yeyir), ksilofaqlar (oduncağı) rizofaqlar (kök sistemini, kökümsovu, soğanağı), mikofaqlar (məs. gənələrin sürfələrini, göbələklərin qiflərini yeyir). Bitki ilə qidalanan onurğalıların çoxu (məs. gəmiricilər, dənyeyən quşlar) heyvan mənşəli qidaları, onurğasızları da yeyirlər.
Fitogeosfer
Fitogeosfer- Landşaft təbəqəsində canlı orqanizmin əsasən bitkilərin daha artıq toplandığı təbəqəyə deyilir.Fitogeosfer dedikdə bütün bitki örtüyü və heyvanlar aləmi,habelə həyat olan (bərk,maye və qaz) mühit nəzərdə tutulur.Fitogeosferin qalınlığı quruda bir neçə on metr,dənizlərdə və okeanlarda isə 100-350m-ə qədərdir.
Fitoiqlim
Fitoiqlim — bitki örtüyünün yaratdığı iqlim. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Fitolakka
Fitomeliorasiya
Fitomeliorasiya - bitki qruplaşmalarının istifadəsinin nizama salmaq, həmçinin meşə zolaqlarının, ot səpinlərinin yaradılması və s.yolu ilə təbii şəraitin yaxşılaşdırılması üzrə tədbirlər sisteminin keçirilməsi. Fitomeliorasiyanı aşağıdakı sahələrə ayrılır: humanitar fitomeliorasiya (insanın fiziki və mənəvi vəziyyəti üçün mühitin sağlamlaşdırılması), təbiəti qorumaqla (biosenozların saxlanılmaq və yaxçılaşdırmaq), bioməhsuldar (məhsulun kəmiyyətını artırmaq) və mühəndis (yol və hidrotexniki) qurğuların istismar şəraitinin yaxşılaşdırılması.
Fitomonadlar dəstəsi
Fitomonadlar dəstəsi (lat. Phyto – monadida ) — Qamçılılar sinfinə aid olan dəstə. == Haqqında == Fitomonadlar iki qamçılı yaşıl qamçılılardır. Onlar autotrof orqanizmlərdir. Böyük əksəriyyəti volvokskimilər fəsiləsində (Volvocidae) birləşərək koloniya şəklində rast gəlinir. Koloniya lövhəşəkilli, şarşəkilli formada ola bilər. Bu fəsilənin ayrı-ayrı koloniyalarında ölçüsü və fərdlərinin sayı müxtəlif olur. Ən sadə quruluşlu koloniya yastı lövhəşəkilli qonium koloniyasıdır. Bu koloniyada fərdlərin sayı 4–16 ədəd olub, tamamilə eyni fərdlərdən ibarətdir və bütün hüceyrələr bir cərgədə düzülərək lövhə şəklindədir. Hər bir fərd koloniyadan ayrılaraq bölünmə vasitəsilə qeyri-cinsi yolla coxalıb yeni koloniya əmələ gətirə bilir.
Fitonomus
Fitonomus (lat. Phytonomus variabilis) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin fitonomus 5–8 mm (xortumsuz) böyüklükdə olur. Böcəyin başı uzanaraq boru formasını almışdır. Cavan böcəklərin rəngi sarımtıl-bozdur. Yaşlı böcəklərin üzəri boz tükcüklərlə örtülü olur. Böcəklərin üst tərəfindən uzununa doğru əvvvəlcə enli, sonra isə birdən nazilən tünd-qəhvəyi rəngli zolaq gedir. Yumurtası 0,5-0,65 mm böyüklükdədir, ellips şəklindədir, əvvəlcə sarı-kəhrəba rəngində olub, inkişaf etdikcə tədricən tutqunlaşır. Sürfənin uzunluğu 10 mm-dir. Ayaqsızdır.
Fitonsidlər
Fitonsidlər — bitkilərin əmələ gətirdiyi, bakteriyaların, mikroskopik göbələklərin, ibtidailərin böyüməsini və inkişafını saxlayan bioloji aktiv maddələr. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır. Aydın olmuşdur ki, təbiətdə fitonsid hadisəsi geniş yayılmışdır. Bakteriyalardan tutmuş ali bitkilərə qədər bütün bitki aləmi fitonsid xassəsinə malikdir. Çay, dəniz və göllərin suyunda da fitonsidli bitkilərə rast gəlinir. Ağaclar daha çox fitonsid xassələri daşıyır. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə, tozağacı meşələri xəstəlik törədən virusları, mikrobları aloye, sarımsaq, soğan və istiotdan da tez məhv edir. Fitonsid buraxan 40-a qədər ağac və kol növü müəyyən edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus təsiredici xassəsi vardır. Şam ağacının Fitonsidi vərəm xəstəliklərinin sağalmasına kömək edir.
Fitopatologiya
Fitopatologiya — bitki xəstəlikləri, onların profilaktikası və ləğv edilməsi üsullarını öyrənən elm. Ümumi və xüsusi hissəyə bölünür. Ümumi Fitopatologiya xəstəlik törədiciləri, onların başvermə səbəbini və şəraitini, inkişaf və yayılma qanunauyğunluqlarını, xəstə orqanizmdə anatomik, fizioloji dəyişkənlikləri, bitki immuniteti və karantini məsələlərini öyrənir. Fitopatologiyaya kənd təsərrüfatı fitopatologiyası, ağac və kolların xəstəliklərini öyrənən meşə fitopatologiyası, dekorativ bitkilərin fitopatologiyası aiddir.
Fitoplankton
Fitoplankton — su qatlarında yaşayan, ibtidai bitkilər — yaşıl, göy-yaşıl, qamçılı, diatom və b. yosunlar. == Haqqında == Fitoplankton suyun işıqlanan üst qatında yaşayan yosunların məcmusu. Fitoplankton müxtəlif sistematik mənşəli birhüceyrəli yosunlardan (qızılı-sarı, peridinlər, diatomea, yaşıl, müxtəlifqamçılılar, evqlenlər və b.) ibarətdir. İntensiv inkişafı işığın gücündən və suda həll olmuş qida maddələrinin zənginliyindən asılıdır. Əlverişli şərait olduqda yosunların bəzi növləri sürətlə çoxalır və suyun yosunla örtülməsi müşahidə edilir. Fitoplankton okeanın qida zəncirində ilk həlqədir. Çox vaxt okeanlarda biogen çöküntütoplanma prosesləri fitoplankton paylanması ilə müəyyən olunur. Çöküntülərdə hüceyrələrin bərk hissələri (karbonatlı kokkolitinlər, silikoflagellər və silisiumlu diatomealar, bəzən peridinlərin üzvi qılafı) mühafizə olunur. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Fitoremediasiya
Fitoremediasiya – yaşıl bitkilərdən istifadə etməklə axar suları, torpaqları, atmosfer havasını təmizləməyin kompleks metodlarıdır. Bu bioremediasiyanın daha ümumiləşmiş istiqamətlərindən biridir. == Tarix == Axar suların- suvarılan sahələrin və filtrasiya sahələrinin təmizləməyin ilkin ən sadə metodları bitkilərdən istifadəyə əsaslanmışdı. İlkin elmi tədqiqatlar 50-ci illərdə İsraildə keçirilmişdir, lakin metodun aktiv inkişafı yalnız XX əsrin 80-ci illərində baş vermişdır. == Prinsip == Bitki ətraf mühitə müxtəlif vasitələrlə təsir edir. Bunlardan əsas olanları aşağıdakılardır: rizofiltrasiya – köklər bitkilərin həyat fəaliyyəti üçün lazım olan suyu və kimyəvi elementləri sorur; fitoekstraksiya – bitkilərin orqanizmində təhlükəli çirkabların (məsələn, ağır metalların) yığılması; fitovolatilizasiya – bitki yarpaqları ilə suyun və uçucu kimyəvi elementlərin buxarlanması; fitotransformasiya: fitostabillilik - kimyəvi birləşmələrin az hərəkətli və aktiv formaya keçirilməsi (çirkabların yayılma riskini azaldır); fitodeqradasiya – çirkabların orqanik hissəsinin bitkilərlə və simbiotik mikroorqanizmlərlə deqradasiyası; fitostimulyasiya – təmizləmə prosesində iştirak edən simbiotik mikroorqanizmlərin inkişafının stimulyasiyası.Çirkabların deqratasiyasında mikroorqanizmlər əsas rol oynayır. Bitki bir növ biofiltrdir və onlar üçün yaşayış mühiti yaradır (süxuru oksigenlə və yumşaldıcı ilə təmin etmə). Bu proses sayəsində təmizlənmə qeyri vegetasiya dövründə də baş verir (yay fəslindən başqa), hərçənd onun intensivliyi müəyyən qədər aşağı düşür.
Fitosanitar Nəzarəti Xidməti (Azərbaycan)
Azərbaycan Respublikasında Fitosanitar Nəzarəti Xidməti == Haqqında == 1931-ci ildə təşkil olunmuş və SSRİ–nin dağılmasına qədər Azərbaycan Respublikasının Nazirlər Soveti yanında Dövlət Bitki Karantini müfəttişliyi kimi mövcud olmuşdur. Müfəttişlik 2000-ci ildə ləğv olunmuş, Bitki mühafizəsi və karantini şöbəsi kimi Kənd Təsərrüfatı Nazirliyinin aparatına verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli 467 nömrəli Sərəncamına əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti yaradılmış və Prezidentin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "Dövlət Fitosanitar nəzarəti xidməti haqqında" Əsasnamə təsdiq edilmişdir. 12 may 2006-cı ildə "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq, onların mənbələrini vaxtında aşkar etmək, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq, flora və faunanın pestisidlərin və digər zəhərli maddələrin təsirindən qorumaq, Respublikanın ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq və digər bu kimi tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır.
Fitosenologiya
== Fitosenologiya == Fitosenologiya - fitosenozların tərkibi, quruluşu, inkişafı, təsnifatı, fitosenoz mühitinin xüsusiyyətləri, habelə məhsuldarlığını, dəyişdirilməsini və istifadə edilməsini öyrənən elmə deyilir. Fitosenologiyanın tədqiqat obyekti fitosenoz və onun əmələ gətirdiyi bitki örtüyüdür. Geniş mənada fitosenologiya fitocoğrafiya elmləri kompleksi kimi başa düşülür.
Fitosenoz
Fitosenoz (yunanca:Ümumi bitki) — Biosenoza daxil olan bitkilərin məcmusuna deyilir. == Həmçinin bax == Biosenoz == Mənbə == Биогеография. Кукурудза С. И. Львов.
Fitoterapiya
Fitoterapiya (yunanca phyton — "bitki" və therapeia — "terapiya") — dərman kimi bitkilərdən istifadə olunan müalicə üsulu. Bu gün Fitoterapiya parafarmaseptikada xüsusi inkişaf yeri tutubdur. Bioloji aktiv əlavələrin işlənməsi üçün, insan sağlamlığının effektiv bərpa olunması üçün, nutrisevtika üçün, bitkilərin, otların tərkibinin öyrənilməsi və insan orqanizminə təsirlərini müəyyən etmək üçün bu istiqamətdə çoxlu sayda yeni elmi-tədqiqat biomühəndislik institutları yaranmışdır. Ümumdünya ekologiyasındakı fəlakəti və sağlamlığımıza təsirini göz önündə tutub desək, bu bizim həyat tərzimizdə çox mühüm həlledici rol oynayır. Praktiki olaraq hər insanda bir xroniki xəstəlik vardır və bu yaş keçdikcə daha ağır hal almağa başlayır. Ağrı kəsicilər, antibiotiklər, müxtəlif dərman vasitələri ilə hər dəfə zəhərlənmək də daha yeni xəstəliklərin yaranmasına yol açır. Fitoterapiya insan orqanizminin yaxşılaşması və xəstəliklərin müalicəsində real effektiv üsuldur. Biz nə qədər təbiətə yaxın dursaq, bir o qədər az xəstələnəcəyik! Əgər sağlam yaşamaq istəyiriksə, biz təbiət və özümüzlə barışıq olmalıyıq. Müasir dünya ilə ayaqlaşmaq, öz tələbatlarımızı əldə etmək uğrundə əlimizdə olan ən dəyərli şeyi – sağlamlığımızı itirdiyimizi heç düşünmürük də… Sağlam həyat siması daha çox bu aspektlərdə özünü göstərir: Düzgün və müxtəlif qidalanma Dünya ilə tamamlayıcı harmoniya Bitki və heyvan aləmi ilə yaxın münasibət İnsanlarla aktiv və sağlam ünsiyyət Aktiv ruhi fəaliyyət (yaradıcılıq) Və əlbəttə ki, özünü təkmilləşdirmə, öz-özünü təhlil etmə və daimi mənəvi inkişaf.Verilən aspektlər, əlbəttə ki, ideala yaxın tələblərdir, ancaq həmişə gərək məqsədə doğru səy göstərmək lazımdır.
Fitotoksinlər
Fitotoksinlər — bitki mənşəli toksinlər. Fitotoksikologiya bitkilərin bioloji sitemlərdə zərərli təsirlərə səbəb olan toksik birləşmələrini öyrənən elm sahəsidir. İnsanlar və heyvanların bitkilərlə zəhərlənməsi müxtəlif səbəblərdən baş verə bilər. Zəhərli bitkilərin təsadüfən qəbul edilməsi Digər zəhərli orqanizmlərlə ,məs:zəhərli göbələklərlə qarışdırılması Bitkinin tərkibindəki az miqdarda toksiki birləşmələrin müəyyən həssas insanlarda təsirliliyi Mikotoksinlərlə kirlənmiç ərzaqların qəbulu. Bitkinin coğrafi yayılması səbəbi ilə torpağın tərkinbindəki toksiki birləşmələri udması.
Fizuli Hüseynov (həkim-fitoterapevt)
Hüsenov Fizuli Məmməd oğlu - Həkim-fitoterapevt, Herba Flora şirkətinin həmtəsisçisi. == Həyatı == Fizuli Hüseynov 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Qabıllı kəndində anadan olub. 1990-cı ildə Qabıllı kənd orta məktəbini gümüş medalla bitirmiş, 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsindən məzun olmuşdur. İxtisasca İnfeksionistdir. 1998-ci ildə Herba Flora şirkətini təsis etmiş, hal-hazırda həmin şirkətin aparıcı mütəxəssisi və Herba Medical Tibb Mərkəzinin Baş Həkimi vəzifəsində fəaliyyət göstərir. == Kitabları == "Təbibim yanımda", "Hicama" və "Zəli müalicəsi" adlı kitabların müəllifidir. Şəxsi bloqunda xalq təbabəti, təbii müalicə üsulları barədə məqalələr paylaşmaqdadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2007 ••••••••••••• 0.21
2013 ••••••••• 0.15
2015 •••••••••••••••••••• 0.34

fito sözünün rus dilinə tərcüməsi

  • 1 фито … (первая составная часть сложных слов, соответствующая по значению слову “растение”). Fitopaleontologiya фитопалеонтология, fitocoğrafiya фитогеография

    Azərbaycanca-rusca lüğət / fito

"fito" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fito nədir? #fito sözünün mənası #fito nə deməkdir? #fito sözünün izahı #fito sözünün yazılışı #fito necə yazılır? #fito sözünün düzgün yazılışı #fito leksik mənası #fito sözünün sinonimi #fito sözünün yaxın mənalı sözlər #fito sözünün əks mənası #fito sözünün etimologiyası #fito sözünün orfoqrafiyası #fito rusca #fito inglisça #fito fransızca #fito sözünün istifadəsi #sözlük