Hito sözü azərbaycan dilində

Hito

Yazılış

  • Hito • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hitobaşira
Hitobaşira (人柱, azərb. insan sütunu‎) – Yaponiyada insan qurban verməyin əfsanəvi üsulu. Bir çox Yaponiya əfsanəsinə görə qədim dövrə aid bəzi körpü, bənd, qəsrlərin tikintisi zamanı onların altında insanlar diri-diri basdırılıblar ki, tikilinin strukturu möhkəm olsun.Bu cür insan qurban vermək barədə ilk məlumata "Nihon Şoki" (720) salnaməsinin İmperator Nintokunun hakimiyyəti haqqında olan bölməsində bəhs olunur. Xüsusilə, Tarumidə (Hyoqo prefekturası) yerləşən Naqara körpüsünün tikintisi bu barədə məşhur əfsanədir. Bu əfsanədə bir kəndli istəmədən də olsa özünü qurban verir. Əfsanələrdəki qurbanların çoxu qadındır. Hitobaşira əfsanələrinin mikolar tərəfindən su ilahlarını sakitləşdirmək məqsədilə yayıldığına inanılır. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan. III cild. Tokio: Kodansha.
Hitodama
Hitodama (人魂, azərb. insan ruhu‎) – Yaponiya folklorunda insanın ölümü zamanı onun bədənindən ayrılan ruh. İnanca görə bu ruh mavitəhər ağ rəngə malik quyruqlu alov topları şəklinə düşür.Hitodama görmək insanın öləcəyi barədə ənənəvi proqnoz hesab olunurdu. Lakin Orta əsr ədəbiyyatında onları uzaqlaşdırmaq üçün bir çox yol təklif olunub. Müasir dövrdə də gecə vaxtı qəbiristanlıqda və ya evin damının üzərində hitodama gördüyünü iddia edən şəxslərə rast gəlmək mümkündür. Meteorlar, fosforesensiya və ya digər təbiət hadisələrinin hitodama üçün mənbə olduğu güman olunur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan. III cild. Tokio: Kodansha. 1983.
Hitoşi Nakata
Hitoşi Nakata (中田 仁司, Nakata Hitoshi, 17 yanvar 1962-ci ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. O, Nelsinyo Baptistanın işdən azad edilməsindən sonra 2005-ci ildə Naqoya Qrampus FK klubu ilə müqavilə imzaladı. == Məşqçi statistikası == 31 dekabr 2015-ci il məlumatlarına əsasən.
Hitoşi Soqahata
Hitoşi Soqahata (d. 2 avqust 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kakinomoto no Hitomaro
Kakinomoto no Hitomaro (柿本 人麻呂 və ya 柿本 人麿; d. 653–655 – ö. 707–710) — Yaponiyanın vaka şairi və Asuka dövrünün aristokratı; Şeirləri ən qədim vaka antologiyası hesab edilən «Manyoşu»ya daxil edilən ən məşhur şairlərdən biri. İmperial poetik antologiyaya (Kokin Vakaşu) əsərləri daxil edilib. Onun adı, həmçinin, Yaponiyanın “36 ölməz şair” siyahısına daxildir. == Haqqında == Yaponiyanın ilk böyük şairi Hitomaro VIII əsrin ikinci yarısında yaşamış, IX əsrin əvvəllərində vəfat etmişdir. Onun həyatı haqqında, demək olar ki, heç bir məlumat yoxdur. Yalnız bu məlumat var ki, o, sarayda kiçik bir vəzifədə olub və ömrünün son günlərini paytaxtdan uzaq olan bir kənddə keçirmişdir. Hitomaro özünün adaları və elegiyaları ilə məşhur olmuşdur. Naqauta janrının ən istedadlı ustası olmuşdur. Onun qısa nəğmələri xüsusilə sənətkarlıqla yazılıb. Saray şairi olan Hitomaro öz odalarında imperatorların şəxsi ləyaqətlərini yox, öz ölkəsinin böyüklüyünü və gözəlliklərini tərənnüm etmişdir.
Hitokotonuşi məbədi
Hitokotonuşi məbədi (一言主神社, Hitokotonuşi-cinca) – Yaponiyanın İbaraki prefekturasının Coso şəhərində yerləşən şintoist məbədi. == Tarixi == Məbədin əsası 809-cu ildə qoyulmuşdur və kami Hitokotonuşiyə həsr olunmuşdur. == Arılar üçün içməli fəvvarə == Hitokotonuşi məbədi bal arıları üçün quraşdırılmış içməli fəvvarəsinə görə tanınır. 2020-ci ilin yayından etibarən məbəddə arılar üçün içməli fəvvarə quraşdırılır. Hər il yüzlərlə arı bu fəvvarəyə baş çəkir. Fəvvarə ilk dəfə 2016-cı ildə yaradılsa da, məbədi "ziyarət edən" arıların sayı az olduğu üçün növbəti 4 il ərzində bir daha quraşdırılmamışdır. Məbədin çozuya pavilyonunun yanında yerləşən fəvvarə bambukdan hazırlanıb və mamırla örtülüb. Fəvvarənin üstündəki lövhədə "bal arıları üçün içməli su yeri" sözləri yazılmışdır, lakin eşşək arılarının da buradan su içdiyini görmək olar. Arılar su içməklə yanaşı pətəklərindəki temperaturu tənzimləmək üçün buradan su aparırlar.

Oxşar sözlər

#hito nədir? #hito sözünün mənası #hito nə deməkdir? #hito sözünün izahı #hito sözünün yazılışı #hito necə yazılır? #hito sözünün düzgün yazılışı #hito leksik mənası #hito sözünün sinonimi #hito sözünün yaxın mənalı sözlər #hito sözünün əks mənası #hito sözünün etimologiyası #hito sözünün orfoqrafiyası #hito rusca #hito inglisça #hito fransızca #hito sözünün istifadəsi #sözlük