Həşimov sözü azərbaycan dilində

Həşimov

Yazılış

  • Həşimov • 98.3130%
  • HƏŞİMOV • 1.6870%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla Həşimov
Abdulla Abiddin oğlu Həşimov (14 aprel 1930, Qax rayonu – 8 aprel 1992) — kənd təsərrüfatı elmləri namizədi. == Həyatı == Abdulla Həşimov 14 aprel 1930-cu ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 1946-cı ildə İlisu kənd orta məktəbini bitirmişdir. 1951-ci ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun Zootexniya fakültəsindəki təhsilini əla qiymətlərlə başa çatdırmışdır, 1954-cü ildə SSRİ-də, Moskva şəhərində Ümumittifaq Elmi-Tədqiqat Yemçilik və Yemləmə Texnologiyası İnstitunun aspitanturasını bitirmiş və 1955-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 9 aprel 1992-ci ildə Qax rayonunda məzuniyyətdə olarkən vəfat etmişdir. 4 övladı, 5 nəvəsi var. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Aynurə Həşimovanın atasıdı. == Fəaliyyəti == Təhsil aldığı institutun təyinatı ilə 1951–1955-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq Və Aqrokimya institutunda işləmişdir. 1955–1961-ci illərdə Gəncədə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda böyük elmi işçi vəzifəsi tutmuşdur. 1961–1962-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirinin müavini işləmişdir.
Arif Həşimov
Arif Məmməd oğlu Həşimov (28 sentyabr 1949, Şahbuz) — texnika elmlər doktoru, akademik, "Azərenerji" ASC-nin prezidentin müşaviri və LAYİHƏ-AXTARIŞ ENERGETİKA İnstitutunun direktoru, AMEA Fizika İnstitutunun "Yüksək gərginliklərin fizikası və texnikası" laboratoriyasının rəhbəridir. Əməkdar Elm Xadimi (2005), AMEA-nın həqiqi üzvü (2007) AMEA Fizika İnstitutunun baş direktoru (22.01.2021). 19 fevral 2022 etibarən AMEA-nın prezident vəzifəsinin icraçisi. == Həyatı == Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərindən müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun "Elektrofizika" laboratoriyasında işləməyə başlamışdır. Hazırda laboratoriya "Yüksək gərginliklərin fizikası və texnikası" adlanır və A.M.Həşimov onun rəhbəridir. O, 1980-ci ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafıə etmişdir. Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilmişdir. O, 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilmiş və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra etmişdir.
Azər Həşimov
Azər Həşimov (d. 6.11.1984, Mingəçevir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu. Karvan futbol klubunun yarımmüdafiəçisidir. == Həyatı == Azər Həşimov ilk dəfə 11 yaşında Mingəçevirin uşaq futbol məktəbində futbolla məşğul olmağa başlamışdır. İlk məşqçisi Elbrus İsmayılov olmuşdur. 5 il bu məktəbdə futbolun sirrlərini öyrənən Azər, 2003-2004cü illərdə Azərbaycan Milli Ordusu sıralarında hərbi xidmət keçmişdir. Evlidir. 2 övladı var == Karyerası == 1999-cu ildə, Həvəskarlar Liqasında çıxış edən Mingəçevirin "Ulduz" komandasında futbol oynamağa başlamışdır. 3 il bu klubda keçirdikdən sonra hərbi xidmətə çağırılmış, və bu müddət ərzində Bakının "Ədliyyə" klubunda çıxış etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, Birinci dəstədə çıxış edən Mingəçevirin "Energetik" klubuna keçmişdir.
Bəxtiyar Həşimov
Bəxtiyar Əjdər oğlu Həşimov (iyul 1975, Həsənli, Sabirabad rayonu – 3 fevral 1994, Füzuli rayonu) — şəhid. == Həyatı == Bəxtiyar Həşimov 1975-ci ilin iyul ayında Sabirabad rayonunun Həsənalı kəndində anadan olub. 1982-1992-ci illərdə Balvar kənd tam orta məktəbində oxumuşdu. === Ailəsi === Subay idi. Ailənin ilk övladı idi. == Hərbi xidməti == 1993 cü ilin iyul ayının 20-də Hərbi komisarlığ tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 1993-1994-cü illərdə Bəxtiyar müxtəlif döyüş bölgələrində xidmət etmişdir. Döyüş dostlarının dediyinə görə Bəxtiyar çox çəsur döyüşçü idi. Bütün döyüş əməliyyatlarında həmişə öndə getmişdir. 1994-cü ilin fevralın 3-də Füzuli rayonu bölgəsində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Cabbar Həşimov
Həşimov Cabbar Seyid Həşim oğlu — Azərbaycan pedaqoqu, Azərbaycan SSR Əməkdar Müəllimi. == Həyatı == Cabbar Həşimov 1898-ci ildə Cəbrayıl qəzasının Aybasanlı оbasında dünyaya göz açmışdı. Оrta məktəbi bitirdikdən sоnra Azərbaycan Pedaqoji İnstitutuna daxil оlmuşdu. İnstitutu tamamlayandan sоnra Qaryagin (Füzuli) rayоnunun Aybasanlı kəndində müəllim kimi fəaliyyətə başlamışdı. Rayоnun bir çоx məktəblərində məktəb dirеktоru vəzifəsində çalışmışdı. == Ailəsi == Cabbar Həşimov Gövhər xanımla ailə qurmuşdu. Nuru, Arif, Vaqif adlı оğulları, Еlmira, Еlminaz adlı qızları var. == Mükafatları == Cabbar Həşimov "Lеnin", "Qırmızı Əmək Bayrağı" оrdеnləri ilə təltif оlunmuşdu, Əməkdar Müəllim adına layiq görülmüşdü. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
Elçin Həşimov
Elçin Həşimov (Elçin Ləzgi oğlu Həşimov; 5 sentyabr 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2007), Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyat və Yaradıcılığı == Elçin Həşimov 5 sentyabr 1973-cü ildə Bakıda anadan olub. Əslən Füzuli rayonunun Əhmədbəyli kəndindən olan Elçin Həşimov, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbində ilk musiqi təhsilini alıb. 1988–1992-ci illərdə Asəf Zeynallı adına musiqi texnikomunu fərqlənmə diplomu ilə bitirmişdir. 1992–1997-ci illərdə Bakı Musiqi Akademiyasında “tar” ixtisası üzrə məzun olub, hazırda Azərbaycan Milli Konservatoriyasının dosentidir, eyni zamanda Musiqi Kollecində Tar ixtisası üzrə muğam fənnindən tədris edir. 1999-cu ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestr solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" milli tamaşasında muğam solo partiyasını ifa edərək İstanbulda, Parisdə UNESCO-nun səhnəsində Qətər Respublikası, İsveçrədə, Tacikistanda və dünyanın digər ölkələrində bu tamaşa ilə çıxış etmişdir. Eyni zamanda Vasif Adıgözəlovun Natavan operasında, Şəfiqə Axundovanın Gəlin Qayası operasında,Tomris baletində, Üzeyr Hacıbəyovun O olmasın bu olsun operettasında ifa etmişdir. Strasburqda Azərbaycanın Avropa Şurasına qəbulu zamanı təmsil etmişdir. 2001-ci ildə Vaşinqtonda “Silkway” festivalında, 2002-cü ildə bütün dünya musiqiçiləri ilə birlikdə “Atlas Ensemble” orkestrində çıxış etmişdir.
Elşən Həşimov
Həşimov Elşən Qiyas oğlu (Lənkəran rayonu) — milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). == Həyatı == Həşimov Elşən Qiyas oğlu 2 noyabr 1970-ci il tarixində Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. 1994–1995-ci illərdə Ukraynanın Nikolayev vilayətinin Pervomaysk şəhərində 16613 saylı hərbi hissədə heyət rəisi vəzifəsində xidmət etmişdir. 1995–1998-ci illərdə Xarkov Hərbi Universitetinin əyani adyunkturasında təhsil almaqla xidmətini davam etdirmişdir. 1998–1999-cu illərdə Xarkov Hərbi Universitetinin "Raket silahları və texnoloji qurğular" kafedrasında "assistent" vəzifəsində, 1999–2000-ci illərdə "müəllim" vəzifəsində xidmət etmişdir. 12.01.2000-ci il tarixindən öz xahişimlə Ukrayna Silahlı Qüvvələrindən tərxis olunmuşdur. 2000–2002-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbinin Hava hücumundan müdafiə kafedrasının müəllimi, 2003–2007-ci illərdə Mexanika kafedrası rəisinin müavini vəzifələrində xidmət etmişdir. 2007–2013-cü illərdə Mexanika kafedrasının rəisi vəzifəsini icra etmişdir. 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elm və Adyunktura şöbəsinin dosenti, Elm və Adyunktura şöbəsinin rəisi vəzifələrində. 2015–2020-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin rəisi-professor vəzifəsində xidmət etmişdir.
Famil Həşimov
Həşimov Famil İsfəndiyar oğlu (31 dekabr 1935, Əyin, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ – 31 dekabr 1991, Azərbaycan) — "Avanqard" qəzetinin redaktoru, Qubadlı rayon Partiya Komitəsinin katibi, Qubadlı rayon Aqrokombinatının Baş direktoru. == Həyatı == Famil Həşimov 31 dekabr 1935-ci ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1942-ci ildə Əyin kənd natamam orta məktəbinə qədəm qoymuş, sonra təhsilini Qubadlı qəsəbə orta məktəbində davam etdirmiş və 1954-cü ildə orta məktəbi bitirmişdir.1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində yaxın qohumu Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun evində qalmışdır. Yazıçının evində qalması, onunla yaxından təmasda olması Famil Həşimovun sonrakı həyat və yaradıcılığına öz əhəmiyyətli təsirini göstərmişdir.1960-cı ildə Famil Həşimov ali təhsilini başa vuraraq Qubadlı rayonuna qayıdır. Həmin ildə Qubadlı Rayon Xalq Deputataları Sovetinin orqanı olan "Avanqard" qəzetində məsul katib kimi işə başlayır. 1962–1963-cü illərdə Cəbrayıl rayon Kolxoz-sovzox idarəsində təşkilatçı müfəttiş, 1963–1964-cü illərdə Zəngilan istehsalat idarəsində təşkilatçı müfəttiş, 1964-cü ildən 1966-cı ilə kimi Qubadlı Rayon Kənd Təsərrüfatı idarəsində iqtisadçı vəzifəsində işləmişdir. Harada işləmsəindən asılı olmayaraq vaxtaşırı yerli mətbuatda və respublikada dərc olunan qəzet və jurnallarda müxtəlif mövzülarda məqalələr dərc etdirmişdir.Jurnalistlik istedadı və qabiliyyəti F.Həşimovu yenidən ilk iş yeri olan "Avanqard" qəzetinə gətirdi. 1966-cı ildən 1979-cu ilə kimi – 13 il fasiləsiz olaraq "Avanqard" qəzetində redaktor vəzifəsində işlədi. O, bu müddət ərzində qəzetin yüksək ideya-siyasi səviyyədə çıxmasına nail olmaqla bərabər, gənc jurnalist kadrlarının yetişməsində də böyük səy göstərmişdir.
Fikrət Həşimov
Fikrət Həşimov (1948, Şahbuz – 8 fevral 2022) — Azərbaycan Respublikasının əməkdar rəssamı, professor. == Həyatı == 1948-ci ildə Azərbaycanın Şahbuz rayonunda anadan olub. 1968-ci ildə isə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində İ. Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. Rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Rusiya, Polşa, Almaniya, Çexoslovakiya və İtaliyada nümayiş etdirilib. Müxtəlif əsərləri milli muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Muzeylərində rəssamın “XX-əsrin arabası” əsəri nümayiş etdirilir. Moskva Dövlət Tretyakov Qalereyasında Azərbaycan mövzusunda "Bül-bül kimi ötərdik" və "Araz çayının mahnısı" adlı əsərləri saxlanmaqdadır.
Fərrux Həşimov
Fərrux Mirzəmməd oğlu Həşimov (24 mart 1988; Qubadlı rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərrux Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid F.Həşimova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Murad Həşimov
Murad Həşimov (3 iyun 1988, Şəki, Azərbaycan SSR) —azərbaycanlı aparıcı. == Həyat və karyerası == Murad Əhməd oğlu Həşimov 3 iyun 1988-ci ildə Şəki şəhərində anadan olub. İbtidai və orta təhsili Şəkidə 18 saylı məktəbdə alıb. 2008-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitini bakalavr diplomu ilə bitirib. Elə həmin ildən televiziya və radio sahəsində fəaliyyətə başlayıb. 2008-2009-cu illərdə "Kanal S" televiziyasında aparıcı işləyib. 2009-cu ildə Türkiyədə "Maltepe Universiteti"ndə televiziya sahəsində təhsil alıb. İstanbulun bir sıra televiziyalarında təcrübələr keçib. 2009-2010-cu illərdə bir müddət "TQDK"da məsləhətçi olaraq fəaliyyət göstərib. 2010-cu ildə "GRBS Şirkətlər Qrupu"nun PR manager-i və mətbuat katibi olub.
Natiq Həşimov
Natiq Həşimov (tam adı: Natiq Canəli oğlu Həşimov; 1 dekabr 1974; Masallı, Azərbaycan SSR — 24 mart 1995; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi. == Həyatı == Natiq Həşimov 1974-cü ilin 1 dekabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasının Masallı rayonunun Hişkədərə kəndindən anadan olub. Hişkədərə kəndində yerləşən orta məktəbi bitirdikdən sonra bir müddət Qazaxıstan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmuşdur. 24 may 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə başlamışdır. 1995-ci ilin 24 mart tarixində Azərbaycan Respublikası Ağdam rayonunu Mərzili kəndi yaxınlığında düşmən təxribatının qarşısını alarkən şəhid olmuşdur.
Nağı Həşimov
Nağı Anar oğlu Həşimov (20 avqust 1998; Gəncə, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nağı Həşimov 1998-ci il avqustun 20-də Gəncə şəhərində anadan olub. 2005-2013-cü illərdə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini davam etdirib. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə ali hərbi məktəbi “yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” (Mülki ixtisası: Xüsusi təyinatlı texnika və sistemlər) ixtisasıyla bitirib. == Hərbi xidməti == Nağı Həşimov 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə “N” saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlayıb. Azərbaycan Ordusunun leytenantı olan Nağı Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nağı Həşimov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Polad Həşimov
Polad İsrayıl oğlu Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020).2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu. == Həyatı == Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur. Polad Həşimovun ailədə 2 bacısı — Arzu və Kəmalə, və 1 qardaşı — İlham olmuşdur.
Rafiq Həşimov
Həşimov Rafiq Məhəmməd oğlu (11 avqust 1966, Ucar) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Rafiq Həşimov 1966-cı ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlamışdır. Sonradan videooperator, montajçı işləmişdir. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Ailəlidir, bir qızı var. == Fəaliyyəti == Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olmuşdur.
Sabir Həşimov
Sabir Həşimov (doğum 1939, Hacıqabul, Azərbaycan SSR - ölüm 2013) Azərbaycanlı hərbçi olmuşdur. == Həyatı == Sabir Hacıbala oğlu Həşimov 1939-cu ildə Hacıqabul rayonunun Rəncbər kəndində anadan olmuşdur. Orta təhsilini Hacıqabulda (o vaxtkı Qazıməmməd) 15 nömrəli orta məktəbdə almışdır.1957-1990-cı illərdə keçmiş SSRİ-də xidmət etmiş, həmin illərdə Tbilisi Hərbi Artilleriya Məktəbini (1962) on il sonra isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib və raket-artilleriya silahları üzrə hərbi mühəndis ixtisasına yiyələnmişdir. 1975-1980-ci illərdə Macarıstanda məxfi hərbi hissədə Nüvə silahı üzrə mühəndis kimi fəaliyyət göstərmiş, 1992-1999-cu illər arası Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. Həşimov Sabir 2013-cü il yanvar ayının 21-də vəfat etmişdir. İki oğlu və bir qızı var. Oğulları onun yolunu davam etdirir. Oğullarından biri polkovnik, digəri polkovnik-leytenantdır. == Fəaliyyəti == Azərbaycan Müdafiə Nazirliyinin, Milli Ordunun yaradılmasında rolu olmuşdur. Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim işləmişdir.Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında xidmət göstərmişdir.
Sərxan Həşimov
Sərxan Həşimov (Həşimov Sərxan Qasım oğlu; d. 26 yanvar, 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — "Microsoft" Azərbaycan nümayəndəliyinin rəhbəri, "Microsoft" MDB nümayəndəliyinin idarə heyətinin üzvlərindən biri. == Həyatı == Sərxan Həşimov 1984-cü ilin yanvar ayının 26-da Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1990–2000-ci illər ərzində Bakı şəhəri 5 nömrəli orta məktəbdə təhsil almışdır. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr səviyyəsində təhsil almışdır. 2004–2006-cı illər ərzində Maliyyə Menecmenti üzrə magistr təhsili almışdır. == Ailəsi == Evlidir, bir oğlu var. Vüqar Həşimovun qardaşıdır. Asudə vaxtlarında peşəkar şahmatla məşğul olur. == Karyerası == Sərxan Həşimov HP, "Oracle" və SAP kimi beynəlxalq şirkətlərdə çalışıb.
Tərzan Həşimov
Tərzan Qəhrəman oğlu Həşimov (13 aprel 1989; Lerik rayonu, Azərbaycan - 20 oktyabr 2020; Füzuli, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. == Hərbi Xidməti == Tərzan Həşimov 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi almış və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı taqım komandirinin müavini vəzifəsində xidmət etməyə başlamışdır. Şəhid Tərzan Həşimov Rabitəçi Gizir Rütbəsində Xidmət Göstərir.O Düşmən dilini Səlis şəkildə Bilirdi.Döyüş YoldaşLarının Sözlərinə Görə Bir neçə dəfə Düşmənlə Rabitəyə Girərək Düşmən texnikasını Məhv etmişdir. O, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir və döyüş zamanı yaralanmışdır.O Döyüş Müddətində Xüsusi İradə Göstərmiş Və Neytral Zonadan Döyüş Zamanı Həlak Olan Şəhidimizi Çıxarmışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Tərzan Həşimov Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Haşımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərzan Haşımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020.
Vüqar Həşimov
Vüqar Qasım oğlu Həşimov (24 iyul 1986, Bakı – 11 yanvar 2014, Heydelberq, Baden-Vürtemberq) — Azərbaycan şahmatçısı, qrosmeyster (2002). == Həyatı == Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. Vuqar Həşimov 11 yanvar 2014-cü ildə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunmuş; o, həmin gün II Fəxri Xiyabanda dəfn edilmişdir. === Şəxsi həyatı === Vüqar Həşimov şahmatdan başqa məharətlə pianinoda da ifa edirdi. Poeziyanı sevirdi. Boş vaxtlarında Futbol və böyük tennislə məşğul olurdu. Vüqar Həşimov fenomen yaddaşı ilə dünya tarixini, coğrafiyasını, musiqisini, idmanını və 7-dən çox xarici dili mükəmməl bilirdi. == Fəaliyyəti == Vüqar Həşimov 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdir. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır.
Zaur Həşimov
Həşimov Zaur Tahir oğlu (24 oktyabr 1981, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı futbolçu. == Həyatı == Zaur Tahir oğlu Həşimov 24 oktyabr 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. Futbola 7 yaşında başlayıb. Sumqayıt futbol məktəbinin yetirməsidir. İlk məşqçisi Tofiq Rzayev və Ağamusa Bağırov olmuşdur. == Karyerası == Premyer-liqada "U-18", "Şəfa" (Bakı), "Xəzər Universiteti" (İndiki İnter Bakı) klublarında oynayıb. 2007/08 mövsümündə "MKT-Araz" (İmişli) klubuna keçib. İlk oynunu UEFA kubokunda "Qroçilina" klubuna qarşı keçirib. İmişli təmsilçisi zəif oyundan sonra komanda dağılıb və Həşimov "Xəzər Lənkaran"a transfer olunub. Qış fasiləsində isə "Qarabağ"ın 4 nömrəsi olub.
İsrafil Həşimov
İsrafil Həşimov - (azərb. Həşimov İsrafil Ağababa oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1964-cü il aprelin 3-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 144 nömrəli tam orta məktəbdə almışdır. Azərittifaq sistemində satıcı işləyib. İki uşağı var. Günel 1988-ci ildə, Aysel 1989-cu ildə anadan olmuşdur. Həyat yoldaşı Quliyeva Gülnisə Qasım qızı heç yerdə işləmirdi. İsrafil həmin axşam evdən çıxıb, bütün gecə evə gəlməyib.
Şəhid Həşimov Bəxtiyar Əjdər oğlu
Bəxtiyar Əjdər oğlu Həşimov (iyul 1975, Həsənli, Sabirabad rayonu – 3 fevral 1994, Füzuli rayonu) — şəhid. == Həyatı == Bəxtiyar Həşimov 1975-ci ilin iyul ayında Sabirabad rayonunun Həsənalı kəndində anadan olub. 1982-1992-ci illərdə Balvar kənd tam orta məktəbində oxumuşdu. === Ailəsi === Subay idi. Ailənin ilk övladı idi. == Hərbi xidməti == 1993 cü ilin iyul ayının 20-də Hərbi komisarlığ tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 1993-1994-cü illərdə Bəxtiyar müxtəlif döyüş bölgələrində xidmət etmişdir. Döyüş dostlarının dediyinə görə Bəxtiyar çox çəsur döyüşçü idi. Bütün döyüş əməliyyatlarında həmişə öndə getmişdir. 1994-cü ilin fevralın 3-də Füzuli rayonu bölgəsində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Əbdücəlil Həşimov
Əbdücəlil Həşimov (tac. Абдуҷалил Ҳошимов; 1 yanvar 1944, Qafurov rayonu[d], Soqd vilayəti) — Tacikistan müğənnisi (dramatik tenor), Tacikistanın xalq artisti, bəstəkar, instrumental ifaçı. == Həyatı == Əbdücəlil Həşimov 1 yanvar 1944-cü ildə Tacikistan SSR-in Leninabad rayonunun Kastakoz kəndində anadan olmuşdur. 1961-ci ildə orta məktəbi bitirmiş, 1961–1963-cü illərdə doğma kəndində konserv zavodunda klubda musiqi müəllimi işləmişdir. 1963–1994-cü illərdə Tacikistan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin nəzdində fəaliyyət göstərən "Şaşmakom" ansamblının solisti-vokalçısı olmuşdur. 2000–2005-ci illərdə Tacikistan Dövlət Konservatoriyasının kafedrasının dosenti, 2005-ci ildən professor.
Əliheydər Həşimov
Əliheydər Şirin oğlu Həşimov — professor. == Həyatı == Əliheydər Həşimov 24 iyul 1924-cü ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1938–1940-cı illərdə Ağdamda pedoqoji texnikumda təhsil alıb. 1947-ci ildə ADU-nun filologiya və psixologiya şöbəsinə daxil olur. 1952-ci ildə təhsilini başa vuraraq Gəncə Pedoqoji İnistitutunda və Respublika Xalq Maarifi Muzeyində çalışır. 1966-cı ildə həmin İnistitutunda tədris işləri üzrə prorektor, üç il sonra isə rektor təyin edilir. 1986-cı ildə Xarici Dillər İnstitutunun professoru seçilir. Onlarla dissertantın rəhbəri və doktorantın oponenti olmuşdur. Fəaliyyəti illərində onun aşağadakı dərslikləri çap etdirmişdir: "Azərbaycan xalq pedaqogikasından mühazirələr"," Azərbaycan xalq pedaqogikası antalogiyası", "Azərbaycan xalq pedaqogikası ", "Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər ", "Azərbaycan xalq pedaqogikasından iki mühazirə", " Azərbaycan xalq pedaqogikasının əsasları"," Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri","Xalq pedaqogikasında tərbiyənin üsul və vasitələri"," Pedaqogika kursunun tədrisində xalq hikmətindən istifadə". 1994-cü ildən Bakı Özəl Universitetinin tədris məsələləri üzrə prorektoru işləmişdir.
Ələkbər Həşimov
Ələkbər Ələsgər oğlu Həşimov (15 avqust 1951, Rabənd, Zəngilan rayonu) — Zəngilan rayonu İcra Hakimiyyətinin başçısı (1996–1998). == Həyatı == Ələkbər Həşimov 1951-ci ildə Zəngilan rayonunun Rəbənd kəndində doğulub.1969-cu ildən Bakı şəhərində yaşayır. İxtisasca inşaatçı mühəndisdir. == Ailəsi == Atası Sosialit Əməyi Qəhrəmanı olmuşdur. 2 oğul,1 qız övladı var. == Fəaliyyəti == 30 mart 1996-cı il tarixində Zəngilan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. 26 avqust 1998-ci ildə işdə ciddi nöqsanlara yol verdiyinə görə Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. 12 il müddətinə həps edilmişdir. 18 mart 2008-ci il Əfv sərəncamıyla azadlığa çıxmışdır. == Mükafatları == 1978-ci ildə Komsomol mükafatı laureantı (Arxitektura sahəsində) adına layiq görülmüşdür.
Aynurə Həşimova
Aynurə Abdulla qızı Həşimova — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Təsviri Sənət Qalereyasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2015). == Həyatı == Həşimova Aynurə Abdulla qızı 29 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1993–1997-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib. 1998–2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsini bitirib. 2002–2005-ci illərdə həmin Akademiyada magistr təhsili alıbdır. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantı olaraq "Dizayn tərkibli təsviri incəsənət məşğələlərində uşaqların təfəkkürünün və qabiliyyətlərinin inkişafı imkanları" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2001-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Fərdi sərgiləri keçirilib, dövlət tədbirlərinin yüksək səviyyədə təşkilinə görə dəfələrlə fəxri fərmanlarla , diplomlarla , təşəkkürnamələrlə təltif edilibdir. 2007-ci ilədə Bakı Şəhər Təhsil İdarəsinin fəxrə fərmanı ilə təltif edilib. 2006-cı il 10 may Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi ilə təltif edilib.
Növrəstə Həşimova
Növrəstə Xankişi qızı Haşımova (26 noyabr 1954) — Aktrisa. == Həyatı == Növrəstə Həşimova 27.11.1954 -cü il tarixində anadan olub. 1973-1977 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" fakültəsində təhsil alıb. Növrəstə Həşimovada teatr sənətinə olan maraq hələ uşaqlıq illərindən özünü göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə o, C.Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında bir çox müxtəlif səpgili rollarda oynamışdır. N.Həşimova teatr sənəti ilə yanaşı həm də xalq mahnılarının gözəl ifaçısıdır. O, SSRİ Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. 1973-cü ildən bu günə kimi Sumqayıt Dövlət Dram Teatrında çalışan N.Həşimova onlarca səhnə obrazı yaratmış və tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Sumqayıt teatrında işlədiyi dövrdə N.Həşimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı həm də rus və xarici ölkə dramaturqlarının səhnə qəhrəmanlarının həllində yaddaqalan obrazlar yarada bilmişdir. Onun səhnə obrazları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir.
Ulduz Həşimova
Ulduz Fayızi qızı Həşimova (5 dekabr 1951, Şamaxı) — Azərbaycan alimi, biologiya elmlər doktoru, AMEA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunun direktoru == Həyatı == Ulduz Həşimova 1951-ci il dekabrın 5-də Şamaxı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi bitirmiş, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) daxil olmuşdur. 1973-cü ildə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinatla Tibb İnstitutunun biologiya kafedrasında, daha sonra isə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş laborant vəzifəsində işləmişdir. 1975-ci ildə antropologiya ixtisası üzrə SSRİ Elmlər Akademiyasının Etnologiya İnstitutunun antropologiya şöbəsinin aspiranturasına qəbul olunmuşdur. 1979-cu ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Antropologiya İnstitutunda Biologiya fakültəsinin antropologiya ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ilədək dissertasiya müdafiə etdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. == Elmi fəaliyyəti == 1985-ci il aprelin 1-də Azərbaycan Elmlər Akademiyasının Prezidiumunun Qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutuna keçirilmiş və baş elmi işçi, daha sonra aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1996-cı ildə Azərbaycan Elmlər Akademiyasının Genetika İnstitutunda Genetika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1999–2004-cü illərdə Qərb Universitetində müəllim, daha sonra isə magistratura şöbəsinin dekanı vəzifəsində işləmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 21.74 dəfə / 1 mln.
2002 •• 3.43
2003 •••••••• 19.29
2004 •• 4.04
2005 ••••••• 16.19
2006 •••••••• 19.60
2007 ••••••••••••• 33.62
2008 ••••••••••••••••••• 49.70
2009 •••••••••••••••••••• 53.27
2010 ••••••••••••••••• 43.39
2011 •••••••••••••••• 40.24
2012 •••••• 15.75
2013 ••••• 12.11
2014 •••••• 15.79
2015 •• 5.10
2016 •••• 8.85
2017 ••••• 11.06
2018 •••• 8.54
2019 ••• 6.12
2020 •• 4.24

Oxşar sözlər

#həşimov nədir? #həşimov sözünün mənası #həşimov nə deməkdir? #həşimov sözünün izahı #həşimov sözünün yazılışı #həşimov necə yazılır? #həşimov sözünün düzgün yazılışı #həşimov leksik mənası #həşimov sözünün sinonimi #həşimov sözünün yaxın mənalı sözlər #həşimov sözünün əks mənası #həşimov sözünün etimologiyası #həşimov sözünün orfoqrafiyası #həşimov rusca #həşimov inglisça #həşimov fransızca #həşimov sözünün istifadəsi #sözlük