ismi-şərif sözü azərbaycan dilində

ismi-şərif

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ismi-şərif • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şərif
Şərif — Kişi adı. Şərif Vəlizadə — Qafqaz müsəlmanlarının VIII Müftisi. Şərif Qurbanəliyev — Rejissor. Ssenari müəllifi. Prodüser. Aktyor. Şərif Şərifov — Azərbaycanlı güləşçi. Şərif Şərifov (operator) — Azərbaycan operatoru. Ömər Şərif — Hollivud aktyoru.
İsmi xan Cami
İsmi xan Cami (krımtat. İsmi Han Cami) ― Krımda Bağçasaray şəhərində yerləşən XVI—XVIII əsrlərə aid məscid. 2000-ci illərin əvvəlində məscidin bərpası nəzərdə tutulsa da bu vaxta qədər heç bir iş görülməyib. Hazırda məscidin bərpaya ehtiyacı var. == Haqqında == Məscid XVI—XVIII əsrlərdə Krım xanının qohumlarından olan İsmi xan tərəfindən tikdirilib. Məscidin xarici fasadında barokko bəzi digər mənbələrə görə isə kalssisizm elementlərindən istifadə olunub. Məscidin digər fərqləndirici cəhəti isə altı guşəli ulduz şəkilində düzəldilən taxta pəncərələridir. Sovet işğalından sonra məsciddən anbar kimi istifadə edilib. Bu isə onun daha da dağılmasına səbəb olub. Krım Diyar İcraiyyyə Komitəsinin 15 aprel 1986-cı il tarixli № 164 qərarı ilə məscid yerli əhəmiyyətli abidə statusu alıb.XXI əsrin əvvəllərində məscidin təmir olunacağı gözlənilsə də məscid hələ də yarı dağılmış vəziyyətdədir.
Hüseyn Şərif
Hüseyn Şərif (doğum adı: Hüseyn Qasım oğlu Şərifov; 9 fevral 1909 - 25 mart 1989) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1953), tərcüməçi. == Həyatı == O, 1909-cu ildə Tiflisdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxumuşdur. Onun uşaqlıq və gənclik illəri Tiflisdə yaşayan Azərbaycan ziyalılarının ən fəal dövrünə təsadüf edir. Bu şəhərdə yaşayan soydaşlarımız o dövrdə ədəbi jurnallar, dərgilər, qəzetlər nəşr edirdi. XX əsrin əvvəllərindən 30-cu illərin sonuna kimi Tiflisdə Azərbaycan ədəbi-mədəni mühiti çağlayırdı. Şübhəsiz ki, belə bir mühit həmin şəhərdə dünyaya göz açan, orada orta məktəbi bitirən, texnikumda oxuyan Hüseyn Şərifdən də yan ötə bilməzdi. Tiflis azərbaycanlılarının ədəbi orqanlarından biri də "Dan ulduzu" jurnalı idi. 20-ci illərin sonunda nəşr olunan bu ədəbi dərginin səhifələrində Əziz Şərif, Əmin Abid, Əli Nazim, Eynəli bəy Sultanov kimi şəxsiyyətlərin imzalarına rast gəlmək olar. Hüseyn Şərifin "Şükufə" adlı ilk hekayəsi də həmin jurnalın səhifələrində dərc olunmuşdu.
Müzəffər Şərif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. == Karyera == M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.1954-cü ilin yayında M. Şerif Quldurlar mağarası eksperimentini aparmışdır.
Məzari-Şərif
Məzari-Şərif, (fars. مزارِ شریف‎) - Əfqanıstanın şimalındakı Bəlx vilayətinin inzibati mərkəzi. == Ümumi məlumat == Əfqanıstanın dörd böyük şəhərindən biri olan Məzari-Şərif eyni zamanda Bəlx vilayətinin inzibati mərkəzidir. Özbəkistan sərhədlərinin 56 km cənubunda, dəniz səviyəsindən 380 m yüksəkdə yerləşir. Adı İmam Əlinin məzarının burada olduğu inancından verilmişdir. Həzrəti Əlinin dəfn olunduğu söylənən yerdə mavi çinili məscid və bir türbə inşa edilib. XIX əsrdə əfqanların tabeçiliyinə keçən Məzari-Şərif 1869-cu ildə Əfqan Türküstanının inzibati mərkəzi oldu.
Nəvaz Şərif
Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف‎, 25 dekabr 1949[…], Lahor, Pakistan dominionu) 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir.Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur. Şərif ilk baş nazirliyi dövründə o dövrkü prezident Qulam İshaq Xan tərəfindən korrupsiyada şübhəli bilinərək vəzifədən azad edilmişdir.
Qurani-Şərif
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Saqqalı-Şərif
Saqqal-ı Şərif - İslam Peyğəmbəri Məhəmmədin dini günlərdə sərgilənən, şüşə qabda mühafizə edilən saqqalı. Tarix boyunca İslam ölkələrində saxlanılmış, səfərlər boyunca baş üzərində daşınmış, səfər bitdikdən sonra isə növbəti səfərədək xüsusi sandıqda saxlanılmışdır. Türkiyənin və dünyanın bir çox yerlərində sərgilənmişdir. Hal-hazırda Topqapı Sarayının Hırka-i Səadət otağında mühafizə edilən Saqqal-ı Şərif Hz. Əbu Bəkr, Hz. Əli və digər səhabələrin şahidliyi ilə peyğəmbərin bərbəri Səlman Farisi tərəfindən kəsilmişdir.
Yeni Şərif
Yeni Şərif — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Balakən rayonunun Şərif kəndinin M. Əzizbəyov adına kolxozun ərazisindəki hissəsi Şərif kənd Sovetindən ayrılaraq Yeni Şərif kəndi adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Yeni Şərif kənd Soveti yaradılmışdır. == Toponimikası == Avarlar arasında bu kəndə Qazbeq və yaxud Lokuba deyilir. == Əhalisi == Əhalisi əsasən Avarlardan ibarətdir.
Ömər Şərif
Ömər Şərif (10 aprel 1932[…], İsgəndəriyyə, Misir krallığı[d] – 10 iyul 2015[…], Qahirə, Misir) — Misirli Hollivud aktyoru. Amerika və Avropa filmlərinin baş rollarının aktyoru kimi məşhurdur. == Həyatı == 10 aprel 1932-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olub. Bir çox dilləri bilir. == Münasibət == Ömər Şərif bir açıqlamasında keçmiş Misir lideri Hüsnü Mübarəkin hakimiyyətindən narazı qaldığını bildirmişdi.
Şahbaz Şərif
Mian Məhəmməd Şahbaz Şərif (pəncab və urdu: میاں محمد شہباز شریف, tələffüz olunur [miˈãː mʊˈɦəmːəd̪ ʃɛhˈbaːz]; 23 sentyabr 1951, Lahor) — Pakistan Müsəlman Liqasının (N) (PML-N) hazırkı prezidentidir. Əvvəllər o, siyasi karyerasında üç dəfə Pəncabın Baş Naziri vəzifəsində çalışıb və onu Pəncabın ən uzun ömür sürən Baş Naziri edib.O, 11 aprel 2022-ci ildə Pakistanın baş naziri seçilib. == Həyatı == Şahbaz Şərif 23 sentyabr 1951-ci ildə anadan olub.
Şərif (Balakən)
Şərif — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Şərif 1 saylı orta məktəbi rayonun seçilən məktəblərindəndir. Bu məktəb bir kənddə bir çox ziyalıları yetişdirib. AMEA-nın üzvü İqtisad elmləri doktoru, professor Əli Hüseynov da bu məktəbin məzunu olmuşdur. Bütün avarlarda olduğu kimi Şərifin əhalisində də yüksək rəqs mədəniyyəti var. Oynamaq – rəqs mədəniyyəti daha çox cavanlar arasında yayılıb. == Coğrafiyası və iqlimi == Qabaqçölün 6 kəndindən biridir. Şərqdən Xalatala, qərbdən Yeni Şərif, cənubdan Qabaqçöl qəsəbəsi, şimaldan isə Gürcüstan respublikasının Laqodexi rayonu ilə həmsərhəddir. Şərif Azərbaycanın nisbətən kontinental ərazisində yerləşdiyinə görə burada iqlim bir qədər sərtdir. Qışda nisbətən çox soyuq, yayda isə nisbətən çox isti.
Şərif (din)
Şərif (ərəbcə: شريف, xeyirxah deməkdir) — Məhəmmədin nəslindən olan, orta əsrlərdə müsəlman dövlətlərinin aristokratiyasının təbəqələrindən birini təşkil edən adamların fəxri təxəllüsüdür. Daha məhdud mənada peyğəmbərin nəvəsi Həsənin xələflərinə şərif deyilir. Onun digər nəvəsi Hüseynin xələfləri seyid adlandırılır. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Şərif (dəqiqləşdirmə)
Şərif (din) — İmam Həsənin xələfləri. Şərif (Balakən) — Azərbaycanın Balakən rayonunda kənd. Yeni Şərif — Azərbaycanın Balakən rayonunda kənd.
Şərif Abdullayev
Şərif İsaq oğlu Abdullayev (1 yanvar 1970 – 1994, Qarabağ) — Azərbaycanlı şəhid. == Həyatı == Abdullayev Şərif İsaq oğlu 1 yanvar 1970-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. 1977-ci ildə Qoşabulaq kənd orta məktəbinin birinci sinfinə getmiş və həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 1994-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Şərif Ağayar
Şərif Ağayar (tam adı: Ağayarov Şərif Ziyadxan oğlu; 1 yanvar 1976, Ağbulaq, Laçın rayonu) — Azərbaycan yazıçısı. == Həyatı == Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub.1980–1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və "Panarama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb. == Təltifləri == 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi "Xəlil Rza Ulutürk" mükafatına, 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı"na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub. 23 noyabr 2015-ci ildə maarifçi fəaliyyəti və son bir ildəki fəal yaradıcılığına görə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb.2019-cu ilin mayında Azərbaycan Yaradıcılıq Fondu tərəfindən "İlin ədəbiyyat adamı" seçilib. Həmin il "Arzulardan sonrakı şəhər" romanına görə Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" Ədəbi Mükafatının nəsr nominasiyası üzrə qalibi olub. "Xəlil Rza Ulutürk" və "Gənclər mükafatı" ilə də təltif olunub.
Şərif Hüseyn
Hüseyn ibn Əli əl-Haşimi (ərəb. حسين بن علي الهاشمي‎; d.1854, İstanbul, Osmanlı İmperiyası - ö.6.3.1931, Amman, İordaniya) - 1908-1916-cı illərdə sonuncu Məkkə şərifi, 1916-1924-cü illərdə Haşimilər sülaləsindən birinci Hicaz kralı == Həyatı == Hüseyn ibn Əli əl-Haşimi 1852-ci ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olub. 1908-ci ildə əmisioğlu Əli ibn Abdullah əl-Haşimidən sonra Məkkə şərifi təyin edildi. Osmanlı İmperiyasına qarşı ərəb millətçiləri və ingilislərlə əməkdaşlıq qurdu. 1914-cü ildə onun oğlu Feysəl ibn Hüseyn ərəblərlə və Dəməşq islahatçıları ilə əlaqəyə girdi. Digər oğlu Abdullah isə Misirdə olan İngiltərə nümayəndələri ilə əlaqə qurdu. Əvvəllər dayandırılan Avropa ilə əlaqlələr Birinci dünya müharibəsi zamanı təkrar canlandı. İngilislər Məkkə şərifinə vəziyyətdən istifadə edib Türklərə qarşı üsyan qaldırmağı məsləhət gördü. 1915-сi ildə Böyük Britaniya ilə gizli razılıq əldə olundu. Belə ki, ingilislər onu, Adendən başqa bütün Ərəbistan yarımadasında onun hakimiyyəti tanıyırdı.
Şərif Kamal
Şərif Kamal (tam. Шәриф Камалетдин улы Камал; 16 (28) fevral 1884, Tatarskaya Pişlya[d], Ruzayevka rayonu[d] – 22 dekabr 1942, Kazan) — Sovet, tatar yazıçısı, dramaturq və tərcüməçi. == Bioqrafiyası == Şərif Kamal 16 mart 1884-cü ildə Tatarskaya Pişlya kəndində (indiki Mordoviyanın Ruzayevski rayonu.) molla ailəsində anadan olub. İlk təhsilini mədrəsədə almışdır. Sonra dəmir yolunun tikintisində çalışmış, Uralda mədənçi, Xəzər dənizində balıqçı olmuşdur. 1905-ci ildə Sankt-Peterburqa köçür və burada tatar məktəbində müəllim olur. Kamalın ilk şeirləri 1905-ci ildə Nur qəzetində dərc edilmişdir. Bir il sonra "Səda" (Səs) şeirlər toplusu ayrıca bir nəşr olaraq çıxır. 1909–1912-ci illərdə işçilərin ağır həyatını təsvir edən "Qarğa yuvası" hekayəsini və "Səadət axtaran", "Xarici ölkədə", "Avara" hekayələrini yazır. "Qağayılar" hekayəsi balıqçıların istismarına həsr edilmişdir.
Şərif Mahalov
Şərif Mahalov (1939, İlisu, Qax rayonu – 18 dekabr 2020)— həkim, professor. O, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş nevroloqu Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti olmuşdur. == Həyatı == Şərif İslam oğlu Mahalov 15 sentyabr 1939-cu ildə anadan olub. 1964-cü idə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Mahalov 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda "Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1989-1991-ci illərdə kafedranın professoru vəzifəsində çalışıb. Professor Ş. Mahalovun elmi maraq dairəsi çoxşaxəlidir və onun fəaliyyətinin elmi istiqamətinin əsasını neyrogenetika, baş beynin damar xəstəlikləri və epilepsiya təşkil edir. O, Azərbaycanda sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin klinikasını, epidemiologiyasını, genetikasını, biokimyasını və neyrofiziologiyasını hərtərəfli öyrənmişdir.Professor Şərif Mahalov 10 mindən çox insan haqqında məlumat toplamışdır. O, həmçinin unikal xəstələr üzərində müşahidələr aparılmasına nail olub. Belə ki, o, bir ailənin 6 nəslində spino-serebellyar ataksiyası olan 37 xəstənin, başqa bir ailənin 6 nəslində isə Hantinqton xoreyası olan 43 xəstənin şəxsən müayinəsini aparmış və təsvirini vermişdir.
Şərif Manafov
Birinci Türkoloji Qurultayda iştirak etmişdir“Məktəb məcmuəsi” jurnalının məsul müdiri (redaktoru - N.N. ) Sürix şəhərində mühacirət həyatı yaşayarkən V.İ.Leninlə tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi altında işləyən, Başqırdıstanın Türkiyədə nümayəndəsi olmuş, daha sonralar Bakıya Xalq Maarif Komissarlığında işləməyə dəvət olunmuş Şərif Manatov idi. Şərif Manatov milliyyətcə başqırd idi. Soyadındakı “manat” sözü doğulduğu başqırd kəndinin adı ilə ilgilidir (bu soyad bəzən redaktə olunaraq, oxuculara səhvən Manafov kimi təqdim olunub). Şərif Manatov bir müddət Azərbaycan Ali Pedaqoji İnstitutunda rektor işləyib.
Şərif Məcbur
Şərif Qurbanəliyev — azərbaycanlı rejissor, ssenarist, prodüser, aktyor. == Həyatı == Rejissor Şərif Qurbanəliyev Aztv, Space kimi telekanallarda bir neçə filmin və telelayihənin müəllifidir. Bunlardan "Afaq, gülür-güldürür" telelayihəsinin misal çəkmək olar. == Əsas rolları == Akademik Milli Dram Teatrında Laləli düzən (2015) (Rəhman Əlizadə) == Filmoqrafiya == Ac həriflər (film, 1993) — ssenari müəllifi, ikinci rejissor Yurd yeri (film, 1994) Bala-başa bəla!
Şərif Məmmədov
Şərif Məmmədov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şərif Tahir oğlu Məmmədov 5 yanvar 1970-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1978–1988-ci illərdə Hoçaz kənd orta məktəbində təhsil alıb. 1988–1990-cı illərdə Çita şəhərində həqiqi hərbi xidmət çəkib. Hərbi xidmətini başa vurduqdan sonra Laçına qayıdıb və 3 aylıq milis kurslarına göndərilib. Sonra Laçın rayon DİŞ-nin polis bataliyonundamilis serjantı kimi fəaliyyətə başlayıb. Şərif Laçın rayonunun Suarası, Cicimli, Güləbird, Vağazin, Mirik, Qoşasu, Hoçaz kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1994-cü il martın 24-də Füzuli rayonu ərazisində gedən ağır döyüşlərdə həlak olub. Subay idi. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Şərif Qurbanəliyev
Şərif Qurbanəliyev — azərbaycanlı rejissor, ssenarist, prodüser, aktyor. == Həyatı == Rejissor Şərif Qurbanəliyev Aztv, Space kimi telekanallarda bir neçə filmin və telelayihənin müəllifidir. Bunlardan "Afaq, gülür-güldürür" telelayihəsinin misal çəkmək olar. == Əsas rolları == Akademik Milli Dram Teatrında Laləli düzən (2015) (Rəhman Əlizadə) == Filmoqrafiya == Ac həriflər (film, 1993) — ssenari müəllifi, ikinci rejissor Yurd yeri (film, 1994) Bala-başa bəla!
Şərif Rəzi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. == Həyatı == O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”.
Şərif Sönçələyev
Şərif Sönçələyev (1885—1959) — pedaqoq, xalq təhsilinin təşkilatçılarından biri. Başqırdıstan Dövlət Universitetinin ilk direktoru. == Bioqrafiyası == Şərif Sönçələyev 3 noyabr 1885-ci ildə Rusiya imperiyası, Saratov quberniyası, Starı Mostyak kəndində anadan olmuşdur. Rusiyada 1905-1907-ci illər inqilabında fəal iştirak etmişdir. 1907-ci ildə Kazan müəllimlər məktəbini bitirmişdir. 1907—1915-ci illər rus-başqırd dilindən Perm quberniyası, Osinski qəzası, Saraşı kəndində dərs demişdir. 1915-1917-ci illərdə Ufa quberniyası, Bələbəy qəzası Novo-Karqala rayonunda məktəbdənkənar təhsil sahəsində müəllim işləmişdir. 1916-cı ildə A. L. Şanyavski adına Moskva Şəhər Xalq Universitetində məktəbdənkənar təhsil üzrə üç aylıq kurs keçmişdir. 1917-ci ildə Ufaya köçmüşdür. Ufa Şəhər Şurasının işləri üzrə nümayəndəsi, Ufa quberniyası üzrə Ümum Rusiya Qurucu Məclisinin üzvü seçilmişdir.

ismi-şərif sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#ismi-şərif nədir? #ismi-şərif sözünün mənası #ismi-şərif nə deməkdir? #ismi-şərif sözünün izahı #ismi-şərif sözünün yazılışı #ismi-şərif necə yazılır? #ismi-şərif sözünün düzgün yazılışı #ismi-şərif leksik mənası #ismi-şərif sözünün sinonimi #ismi-şərif sözünün yaxın mənalı sözlər #ismi-şərif sözünün əks mənası #ismi-şərif sözünün etimologiyası #ismi-şərif sözünün orfoqrafiyası #ismi-şərif rusca #ismi-şərif inglisça #ismi-şərif fransızca #ismi-şərif sözünün istifadəsi #sözlük