küftə sözü azərbaycan dilində

küftə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • küftə • 77.6316%
  • Küftə • 22.3684%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Küftə
Küftə — Yaxın Şərq, Balkanlar, Qafqaz, Mərkəzi və Cənubi Asiya ölkələrin mətbəxlərinə aid yemək növü. Çəkilmiş ətin qarışıq tərkiblə bişirilmiş halıdır və çox növləri vardır.
Küftə-Bozbaş
Küftəbozbaş — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qoyun əti - 163q, quyruq - 20q, düyü - 15q, təzə alça - 30q, noxud - 25 q, kartof - 150q, baş soğan - 18q, zəfəran - 0,1q, quru nanə - 0,1q, istiot, duz. == Hazırlanma qaydası == Küftəbozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.
Rizə küftə
== Lazımlı ərzaqlar == adambaşına 300 qr qoyun əti 1 baş soğan 40 qr ərinmiş yağ 20 qr üzüm sirkəsi 10 qr şəkər 15 qr tomat – püre 25 qr keşniş və şüyüd habelə tam üçün duz və istiot götürülür. == Hazırlanma qaydası == Qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir. Buna istiot və duz vurulub, yaxşı qarışdırılır və 30 dəq soyuq yerdə saxlanılır. Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır. Doğranmış soğan ayrıca qızardılıb içinə tomat püre qatılır və bulyonda açıldıqdan sonra buna sirkə, yaxud limon duzu, şəkər, istiot, duz vurulub hazır olunca bişirilir. Qızardılmış ət küftəciklərinin üstünə sous tökülüb 5 – 10 dəq ərzində öz buğunda bişirilir. Süfrəyə verilən zaman rizə küftənin üstünə doğranmış göyərti səpilir.
Çiy küftə
Çiy küftə (türk. çiğ köfte) — Türk mətbəxində yemək, Türkiyənin Urfa bölgəsində çox yayılıb. Urfadan kənarda Türkiyənin Adıyaman, Qaziantəp, Diyarbəkir, Mardin, Adana bölgələrində bir qədər fərqliliklə hazırlanır. Çiy küftə içindəki yarmanın şişməsi nəzərə alınaraq tez yeyilməlidir. Çiy küftədə çiy ət olduğundan Türkiyə Səhiyyə Nazirliyi onun hazırlanmasını qadağan etmişdir. Çiy küftənin ilk dəfə İbrahim peyğəmbərin anası tərəfindən, qıtlıq dövründə yarma və ceyran ətini daşla döyərək hazırlandığına inanılır. == Hazırlanması == Hazırlanması : Əvvəlcə yarma, qıyılmış ət ya da yağda qızardılmış yumurta, sous, soğan, cəfəri və ədviyyatlar bir yerdə qarışdırılır. Kahı yarpağı ilə birlikdə Urfa ev çörəyi ilə yeyilir.
İçli küftə
İçli küftə (türk. içli köfte) — yarmanın xəmir halına gətirilərək içinin doldurulması ilə hazırlanan ənənəvi Anadolu yeməyidir. Mənşəcə ərəb mətbəxinə aiddir və orijinal adı kibbədir. Türkiyədə Bitlis, Osmaniyə, Sivas, Qəhrəmanmaraş, Tunceli, Elazığ, Malatya, Mardin, Diyarbəkir, Hatay, Qaziantep, Adana, Şanlıurfa və Adıyaman bölgələrində hazırlanır. Küftənin içi qıyma, quyruq yağı, soğan, cəfəri və ədviyyatlar ibarət qarışıqla doldurulur. Bundan sonra isə bişirmə prosesi başlayır. Bişirmə üsuluna görə iki növə ayrılır: qaynadılaraq və qızardılaraq bişirilən. Adətən ayranla süfrəyə verilir.
Küftə-bozbaş
Küftəbozbaş — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qoyun əti - 163q, quyruq - 20q, düyü - 15q, təzə alça - 30q, noxud - 25 q, kartof - 150q, baş soğan - 18q, zəfəran - 0,1q, quru nanə - 0,1q, istiot, duz. == Hazırlanma qaydası == Küftəbozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.
Mərcili çiy küftə
Mərci küftəsi — mərcidən hazırlanan soyuq yemək. Türkiyənin Qaziantep, Diyarbəkir, Osmaniyə və Mardin bölgələrində mərci küftəsinin xüsusi növləri mövcuddur.
Arzuman küftəsi
Arzuman küftəsi — Azərbaycan mətbəxindən olan ət və toyuq yeməyi. Naxçıvan bölgəsi üçün karakterikdir. Yemək 8-10 nəfər üçün hazırlanır. == Hazırlanması və servis edilməsi == Bütöv toyuq təmizlənir və qaynayan suda yarımhazır olana kimi bişirilir. Şabalıd suda pörtülür, turş gavalı soyuq suda isladılır. Hazırlanmış şabalıd və gavalı üstü zəfəranlanmış toyuğun içərisinə doldurulur. Ət və baş soğan balta ilə xırdalanır (və yaətçəkən maşından keçirilir), ədviyatlar vurulub yaxşı yoğurulur. Hazır qiymə təmiz yuyulmuş və qaynadılmış tənzifin içərisinə 1,5-2 sm qalınlığında yayılır, qiymənin ortasına hazırlanmış toyuq qoyulur və tənzifin ucları bir yerdə düyünlənib, qiymə toyuğun hər yerini örtmək şərtilə ona girdə forma verilir. Bu zaman bir əllə tənzifın ucları bir-birinə çatdırılır, o biri əllə qiymə toyuğun cəmdəyinə sıxılır və axırda tənzifin ucları bərk bağlanır. Küftə, 5-6 litrlik qazanda sümüklərdən hazırlanmış bulyona salınıb bişirilir.
Küftəotu
Təbriz küftəsi
== Lazım olan ərzaqlar == 500 qr çəkilmiş ət (qoyun ya mal əti), 250 qr baş soğan, 125 qr ləpə (yarıya bölünmüş noxud), 125 qr düyü, 2 ədəd orta ölçülü kartof, 5 ədəd yumurta, 450 qram pomidor Göyərti – cəfəri, keşniş, şüyüd, Duz, İstiot, Sarıkök. == Hazırlanma qaydası == Təbriz küftəsi hazırlamaq üçün əvvəlcə əti soğanın bir hissəsi ilə birlikdə ətçəkən maşından keçirdib qarışdırın. Bundan sonra düyünü sarıköklə qarışdırın. Tam bişmədən, bir az yumşaldıqdan sonra ocaqdan götürün. Suyunu süzüb qiyməni əlavə edin. Noxudu bişirin. Bundan sonra kartofu da bişirin. Bişmiş kartofu yaxşıca əzib qiyməyə qatın. Üç ədəd yumurtanı da qiyməyə əlavə edərək qarışdırın. Yumurtalı qiyməyə duz, istiot əlavə edib qarışığı yaxşıca qarışdırın.
Küftəbozbaş
Küftəbozbaş — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qoyun əti - 163q, quyruq - 20q, düyü - 15q, təzə alça - 30q, noxud - 25 q, kartof - 150q, baş soğan - 18q, zəfəran - 0,1q, quru nanə - 0,1q, istiot, duz. == Hazırlanma qaydası == Küftəbozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.

küftə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. bax küftəbozbaş. Küftə bişirmək. – Kişmişdən, badamdan, nanü həlvadən; Qovurmadan, … küftə, dolmadan verdilər. Q.Zakir. [Seyid:] Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər… Ə.Haqverdiyev. [Rüstəm Səkinəyə:] Arvad, küftənin iyi ətir kimi bir kilometrdən vurur. M.İbrahimov. 2. Küftəbozbaşa, xəmiraşıya, sulu xörəklərə salınmaq üçün döyülmüş ət yumruları. Küftə tutmaq. Küftə qayırmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / küftə

küftə sözünün rus dilinə tərcüməsi

küftə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. куьфте (кил. küftəbozbaş); küftə bişirmək куьфте чурун; 2. куьфте, кӀватӀ (гатанвай якӀун); küftə tutmaq куьфтеяр кьун (авун), кӀватӀар кьун (гатай якӀукай).

    Azərbaycanca-ləzgicə lüğəti / küftə

"küftə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#küftə nədir? #küftə sözünün mənası #küftə nə deməkdir? #küftə sözünün izahı #küftə sözünün yazılışı #küftə necə yazılır? #küftə sözünün düzgün yazılışı #küftə leksik mənası #küftə sözünün sinonimi #küftə sözünün yaxın mənalı sözlər #küftə sözünün əks mənası #küftə sözünün etimologiyası #küftə sözünün orfoqrafiyası #küftə rusca #küftə inglisça #küftə fransızca #küftə sözünün istifadəsi #sözlük