Kana sözü azərbaycan dilində

Kana

Yazılış

  • Kana • 91.8033%
  • kana • 8.1967%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
A (kana)
あ (hiraqana) və ya ア (katakana) – yapon dilində kanalardan biri. あ 安 kancisinin soşo stilindəki yazılışına, ア isə 阿 kancisinin radikalına əsaslanır. Müasir yapon dilində əlifba sırasında birinci yerdə gəlir. Bundan əlavə, "İroha"da 36-cı hərfdir. Romaci versiyası "a"dır. == Yaranması == ア kanası 阿 kancisinin sol elementindən törəyib. あ hiraqanası isə 安 kancisinin sadələşdirilmiş versiyasıdır. == Yazılış == あ hiraqanası 3 xətlə yazılır: Başda soldan sağa horizantal xətt. Yuxarıdan aşağı doğru gedən qövsvari xətt. Aşağıda の kanası xatırladan hissə.ア katanakası 2 xətdən ibarətdir.
Kana
Ka (kana)
か (hiraqana) və ya カ (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır. Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər. か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur. == Yaranması == Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər. == Yazılış == か hiraqanası 3 xətlə yazılır: Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
Kana Kitahara
Kana Kitahara (d. 17 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Kana Osafune
Kana Osafune (d. 16 oktyabr 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 2 qol vurub.
Kana (ad)
Kana — Yapon qadın adı. Kana Kitahara — Yaponiya qadın futbolçusu. Kana Osafune — Yaponiya qadın futbolçusu.
"Oktyabr İnqilabı" kanalı
"Oktyabr İnqilabı" kanalı (OİK) — Dağıstan Respublikasının, eləcə də Maxçqala, Kaspiysk və İzberbaş şəhərlərini su ilə təmin edən kanal. Kanal əsasən Dağıstanın quraq və az sulu rayonları olan Terek-Sulak və Primorski düzənliyini su ilə təmin etmək məqsədilə çəkilib. == Tikilmə tarixi == === İlk tikinti cəhtləri === Primorski və Terek-Sulak düzənliyində rütubət çatışmazlığı üzündən tez-tez quraqlıq qeydə alınırdı. Sulak çayı ilə Mahaçkala arasında qalan geniş məhsuldar torpaqlar ancaq otlaq sahəsi kimi istifadə olunurdu. Su çatışmamzlığı Mahaçqala şəhərinin inkişafına, eləcə də sənayenin inkişafına mənfi təsir göstərirdi. Şəhəri su ilə ancaq Tarki-Taudan çəkilən su xətti təmin edirdi. Bundan başqa Şurinka və Sulak çaylarından su gətirilirdi. Kanalın tikintisinə ilk cəht XIX əsrin ikinci yarında olmuşdur. 1 may 1875-ci ildə mühəndis Nevinskinin rəhbərliyi ilə Sulak çayında Mahaçqalaya (Petrovski-Port) kanal çəkilişinə start verildi. 1876-cı ildə kanalın 46 verstlik hissə çəkildi.
1982-ci il Kanada Qanunu
1982-ci il Kanada Qanunu, Böyük Britaniya parlamentinin Kanadanın tələbi ilə verdiyi bir qanundur. Qanunla Kanada Konstitusiyasına edəcəyi düzəlişlər üçün Böyük Britaniyanın razılığını almaq öhdəliyindən azad olmuşdu. Qanun, eyni zamanda, 1931-ci il tarixli Vestminster Statusunun İngiltərəyə verdiyi qanunvericilik imtiyazlarına (Kanada ilə bağlı hüquqi tənzimləmə və s.) xitam verdi.
2021 Süveyş kanalının tıxanması
Süveyş kanalı 2021 il mart ayında 6 gün müddətində bağlanmışdır. Buna səbəb Ever Given gəmisinin təsadüfən saya oturması olmuşdur. İlkin səbəb kimi güclü küləyin olması göstərilmişdir. Burun tərəfi kanalın şərq sahilinə ilişmiş, davam edən inersiya ilə də gəminin arxa tərəfi kanalın qərb sahilinə tərəf hərəkət edərək, kanalı tamamilə bağlamışdır. Misir hökuməti səbəb olaraq həmçinin bəzi texniki səhvlərin və heyət tərəfindən səhvlərin buraxılmasını da istisna etmirdi. Qəzanın aradan qaldılırması üçün, Süveyş kanalının rəhbərliyi tərəfindən Boskalis şirkəti cəlb olunmuşdur. == Zəmin == 1869 ildə açılan Süveyş kanalı Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən vacib ticarət yollarında biridir və 2021 il üçün oradan gündə 50 yaxın gəmi keçir ki, bu da dünya ticarətinin ümumi həcminin 12% təşkil edir. Getdikcə artan gəmilərin sayı və bunun müqabilində kifayət gədər geniş olmayan kanal, artıq uzun müddət idi ki gəmilərin bəzi yerlərindən hətta növbə ilə keçməsini şərtləndirmişdir. Kanalın genişləndirmə layihəsi realizasiya mərhələsində olmasına baxmayaraq, kanalın böyük bir hissəsi hələ də birtərəfli olaraq qalır.İrlandiya Milli dəniz kollecinin müəllimi və keçmiş kapitanı Bil Kavana, Süveyş kanalında üzməni «yüksək riskli çox mürəkkəb əməliyyat» kimi təsvir etmişdi. Küləyin əsməsi gəmilərin üzərində sanki bir yelkən kimi olan konteyner səthlərinə təsir edərək, gəminin istiqamətinə də təsir göstərir.
5-ci kanal (Birləşmiş Krallıq)
5 Kanal (ing. Channel 5) — Böyük Britaniyada telekanal. 1997-ci ildə qurulmuşdur. 2002-ci ildən 2011-ci ilədək "Five" adını daşıyırdı. O zaman kanalın sahibi RTL Group şirkəti idi.Kanal 5 Böyük Britaniyanın əsas əyləncə kanalıdır. 5 kanalda həm də maraqlı teleseriallar göstərilir. == Kompaniya == 1993-cü ildə iki il hazırlıqdan sonra 5 Kanal yayım üçün lisenziya aldı. Şirkət başlanğıcda yayım üçün pulsuz yer üçün mübarizə aparırdı, lakin bu uğursuz oldu. Ancaq müstəqil televiziya komissiyası, heç kimə yer verməməyi qərara aldı. Televiziya şirkətinin başqa problemi VCR-lər tərəfindən artıq istifadə olunan tezliklərin istifadəsi idi.
5 kanal (Böyük Britaniya)
5 Kanal (ing. Channel 5) — Böyük Britaniyada telekanal. 1997-ci ildə qurulmuşdur. 2002-ci ildən 2011-ci ilədək "Five" adını daşıyırdı. O zaman kanalın sahibi RTL Group şirkəti idi.Kanal 5 Böyük Britaniyanın əsas əyləncə kanalıdır. 5 kanalda həm də maraqlı teleseriallar göstərilir. == Kompaniya == 1993-cü ildə iki il hazırlıqdan sonra 5 Kanal yayım üçün lisenziya aldı. Şirkət başlanğıcda yayım üçün pulsuz yer üçün mübarizə aparırdı, lakin bu uğursuz oldu. Ancaq müstəqil televiziya komissiyası, heç kimə yer verməməyi qərara aldı. Televiziya şirkətinin başqa problemi VCR-lər tərəfindən artıq istifadə olunan tezliklərin istifadəsi idi.
A&E (televiziya kanalı)
A&E — ABŞ-dən başqa Kanadada, Avstraliya və Latın Amerikasında yayımlanan Amerika kabel və peyk kanalı. Əvvəllər İncəsənət və Əyləncə Şəbəkəsi adlanan kanal 1984-cü il fevralın 1-də ABŞ və Kanadada yayımlanmağa başlamışdır. 1995-ci ilin may ayında kanal rəsmi olaraq A & E şəbəkəsi adlandırıldı, buna görə yüksək incəsənətlə əlaqələndirildi. O vaxtdan bəri, müxtəlif realiti şouları və Böyük Britaniya ilə birlikdə hazırlanan dramatik mini seriyalar sayəsində kanal daha da uğur qazanmışdır ("Ceyn Eyr", "Qürur və xurafat", "Emma", "Uzunluq", "İtirilmiş dünya", "Viktoriya və Albert"). 2002-ci ildən başlayaraq, kanal diqqətini gənc auditoriyanı cəlb etməyə yönəldib, müntəzəm olaraq müxtəlif mövzularda televiziya filmləri və proqramları, həmçinin televiziya şousu yayımlayır.
ABS-CBN (televiziya kanalı)
ABS-CBN – mənzil-qərargahı Quezon City-də yerləşən ABS-CBN Corporation şirkətinə məxsus bir Filippin ticarət televiziya kanalıdır. Kanal 23 Oktyabr 1953-cü ildə istifadəyə verildi. Kapamilya Network olaraq da bilinir.
ABŞ-Kanada tornadosu (1985)
1985 ABŞ-Kanada dağıdıcı tornadosu, Kanadada Barri tornadosu — 31 may 1985-ci ildə Ohayo, Pensilvaniya, Nyu-York və Ontarioda baş verən ən yüksək — F5 kateqoriyalı tornado. Bu tornado əhatə dairəsinin genişliyinə, gücünə və dağıdıcılığına görə digər tornadolardan fərqləndiyi üçün tarixə düşmüşdür. 1985-ci ilin may ayının 31-də baş verən tornado ABŞ-nin Ohayo, Pensilvaniya və Nyu-York ştatlarını və Kanadanın Ontario əyalətini əhatə etmişdir. Bu zaman qeydə alınan 44 tornadonun 14-ü Ontarioda baş vermişdir. Pensilvaniyada bu tornado ən dəhşətli və ölümcül tornado olmuşdur.Tornado nəticəsində 90 nəfər, o cümlədən təkcə Pensilvaniya ştatında 65 nəfər həlak olmuş, ümumilikdə 1 milyard ABŞ dolları məbləğində iqtisadi zərər dəymişdir ki, onun da 600 milyonu ABŞ-də, 400 milyonu isə Kanadada qeydə alınmışdır.
Abşeron kanalı
Abşeron kanalı — Abşeron yarımadasında suvarma kanalı. Samur-Abşeron kanalının davamı olaraq Ceyranbatan su anbarında başlayaraq Gürgan qəsəbəsi ərazisində Xəzərə tökülür. Kanalın uzunluğu 72 km təşkil edir. Təsərrüfat daxili hissələrdə su borulardan istifadə etməklə ötürülür. Su magistral kanaldan və onun açıq qollarından nasoslar vastəsi ilə təsərüfat daxili şəbəkəyə vurulur. Basqılı boru kəmərinin ümumi uzunluğu 1056 km, açıq qolarının uzunluğu isə 37 km-dir. Abşeron yarımadasında şəhər ətrafı kənd təsərrüfatının inkişafında və yaşıllıqların artırılmasında böyük əhəmiyyəti vardır.
Alqami kanalı döyüşü
Alqami kanalı döyüşü — Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlularla Əmir Teymurun nəvəsi Əbubəkr ibn Miranşahın başçılıq etdiyi Teymuri qoşunu arasında 1402-ci ilin sonlarında Bağdadı və İraqı ələ keçirmək uğrunda baş vermiş döyüş. == Arxa plan == Elxanilərin rəqib monqol tayfaları olan Çobanilər, Cəlairilər, Müzəffərilər və İncuidlərə parçalanmasından sonra baş vermiş daxili mübarizə və xarici müdaxilələr onları Əmir Teymurun işğalları üçün ideal hədəfə çevirmişdir. 1393-cü ildə yürüşə çıxan Teymur İran, İraq, Azərbaycan, Ermənistan, Gürcüstanı işğal edib yağmaladıqdan sonra 1396-cı ildə Səmərqəndə geri döndü. O, İran Müzəffərilərini bu yürüş zamanı süquta uğratdı. Lakin o, Sultan Əhməd Cəlair komandanlığındakı Cəlairiləri və ona tabe olan türkmən konfederasiyasının başçısı Qaraqoyunlu Qara Məhəmməd Türemişi, onun oğlu Qara Yusifi ortadan qaldıra bilmədi.Nəhayət, o bu ikiliyə qarşı yürüşə başladı. Lakin Osmanlı dövləti onları qaçqın kimi qəbul etdi. Bu əsnada Misirin Məmlük sultanı Nəsrəddin Fərəc Teymurun elçisini qeyri-qanuni formada həbs etdirdi. Lakin o, bu iki düşməni aradan götürməmiş Sultan Əhməd və Qara Yusifə tərəf yönəlmədi. Suriyaya hücum edən Teymur oranı Məmlüklərdən işğal etdi və İraqa geri döndü. Bağdadı 1401-ci ilin 20 iyununda mühasirəyə alıb yandırdıqdan sonra Gürcüstana yönəldi və 20 iyul 1402-ci ildə Ankarada Sultan I Bəyazidi məğlub etdi.
Alxançurt kanalı
Alxançurt kanalı — Şimali Qafqazda suvarma və nizamlayıcı kanal. Kanal Alxançurt vadisindən keçməklə Şimali Osetiya, İnquşetiya və Çeçenistan ərazilərinə aiddir. Kanal Alxançurt rayonlar arası suvarma və nizamlama sisteminin əsas kanalıdır. Kanalın əsas su götürmə mənbəyi — Terek çayıdır. Axançurt kanalı əsas iki qola bölünür. Qərb və Şərq kanalları. Bu qolların ayrılma nöqtəsinə kimi kanalın uzunluğu 66,4 km-dir. Qolları ilə birlikdə kanalın ümumi uzunluğu — 182,4 km-dir. Kanal inşasından sonra Açaluk çayıda kanala tökülməyə başlamış. Dövlət su reyestrində obyekt kodu — 07020000222308200003054.
Anql-Kanadalılar
Anql-Kanadalılar – Kanadanın iki əsas xalqından biri. == Ümumi məlumat == Sayı 10,8 mln. nəfərdir (1995). B.Britaniya, ABŞ və s. ölkələrdədə yaşayırlar. İngilis dilinin Kanada variantında danışırlar. Dindarları xristianlardır. 16–20-cı əsrlərdə Avropadan (ingilislər, şotlandlar, irlandlar, almanlar, hollandlar və s.), sonralar isə ABŞ-dən köçüb gələn qrupların inteqrasiyası nəticəsində formalaşmışlar. Müasir mədəniyyətlərində Amerikanın təsiri güclüdür.
Artemisia kanashiroi
Artemisia kanashiroi (lat. Artemisia kanashiroi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Ayjarkın Kanayulı
Ayjarkın Kanayulı (1855 – 8 mart 1930) — qazax siyasi və hərbi xadimi, 1916-cı ildə çar Rusiyasına qarşı baş vermiş Turqay üsyanının və 1930-cu ildə Sovet İttifaqına qarşı baş vermiş İrgiz üsyanının təşkilatçısı və lideri. == Həyatı == Ayjarkın Kanayulı II Nikolayın Orta Asiya xalqlarının Birinci Dünya Müharibəsində arxa cəbhədə məcburi işə cəlb olunmaları haqqında 1916-cı il iyun göstərişinə qarşı çıxaraq Turqay vilayətinin İrgiz bölgəsində üsyan qaldırmışdır. 1916-cı ilin iyul ayında İrgiz bölgəsində üsyançılar onu özlərinin xanı seçirlər. 1916-cı ilin avqust ayında isə hər kəsin xanı olan Abduqappar Janbosınov tərəfindən özünə müavin seçilmişdir. Üsyançılar onun tabeliyində İrgiz və Torqay bölgələrində aktiv döyüşlər keçirirdilər. Üsyan yatırıldıqdan sonra həbs olunmalı olsa belə Fevral inqilabının başlaması onu həbsdən qurtarır. 1930-cu ilin fevral mart aylarında sovet hökuməti tərəfindən keçirilən məcburi kollektivləşdirməyə qarşı kəndlilərin üsyanına rəhbərlik edir. Üsyan Qazaxıstan SSRnin Aqtöbe, Kostanay, Qızılorda vilayətlərini əhatə edirdi. Üsyançılar tərəfdən yenidən xan seçilən onun tabeliyində 2500 nəfər var idi. Kanayulı ilə birlikdə dəstəyə rəhbərlik edən Mukantay Səmədov da hökumət qüvvələri ilə döyüşlərdə iştirak etmiş İrgiz kəndini düşməndən qorumuşdur.
Azərbaycan radio kanalları
Azərbaycanda ilk radio kanalı 6 noyabr 1926-cı il tarixində tarixində yayıma başlamışdır. Hal-hazırda ölkədə 16 radio kanalı fəaliyyət göstərir. == Radio kanalları == Qeyd: Yayıma başladıqları tarixlərə əsasən sıralanmışdır.
Azərbaycan radio kanalları siyahısı
Azərbaycanda ilk radio kanalı 6 noyabr 1926-cı il tarixində tarixində yayıma başlamışdır. Hal-hazırda ölkədə 16 radio kanalı fəaliyyət göstərir. == Radio kanalları == Qeyd: Yayıma başladıqları tarixlərə əsasən sıralanmışdır.
Azərbaycan radio kanallarının siyahısı
Azərbaycanda ilk radio kanalı 6 noyabr 1926-cı il tarixində tarixində yayıma başlamışdır. Hal-hazırda ölkədə 16 radio kanalı fəaliyyət göstərir. == Radio kanalları == Qeyd: Yayıma başladıqları tarixlərə əsasən sıralanmışdır.
Azərbaycan televiziya kanalları
Azərbaycan televiziya kanallarının siyahısı — Azərbaycanın televiziya kanallarının siyahısı Azərbaycanda ilk televiziya olan Azərbaycan Televiziyası 14 fevral 1956-cı il tarixində yayıma başlamışdır. Azərbaycanda televiziya və radioya nəzarət Azərbaycan Respublikası Audiovizual Şurasına məxsusdur. Yayımı isə Teleradio İstehsalat Birliyi həyata keçirir. == Ümumrespublika == === Dövlət === Qeyd: xoronoloji ardıcıllıqla sıralanmışdır. === Özəl === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Regional == === Özəl === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. === Peyk === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. === İnternet === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Fəaliyyətini dayandıran == Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Efir-kabel və kabel tv şirkətləri == Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır.
Azərbaycan televiziya kanallarının siyahısı
Azərbaycan televiziya kanallarının siyahısı — Azərbaycanın televiziya kanallarının siyahısı Azərbaycanda ilk televiziya olan Azərbaycan Televiziyası 14 fevral 1956-cı il tarixində yayıma başlamışdır. Azərbaycanda televiziya və radioya nəzarət Azərbaycan Respublikası Audiovizual Şurasına məxsusdur. Yayımı isə Teleradio İstehsalat Birliyi həyata keçirir. == Ümumrespublika == === Dövlət === Qeyd: xoronoloji ardıcıllıqla sıralanmışdır. === Özəl === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Regional == === Özəl === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. === Peyk === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. === İnternet === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Fəaliyyətini dayandıran == Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Efir-kabel və kabel tv şirkətləri == Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır.
Azərbaycanın radio kanallarının siyahısı
Azərbaycanda ilk radio kanalı 6 noyabr 1926-cı il tarixində tarixində yayıma başlamışdır. Hal-hazırda ölkədə 16 radio kanalı fəaliyyət göstərir. == Radio kanalları == Qeyd: Yayıma başladıqları tarixlərə əsasən sıralanmışdır.
Azərbaycanın suvarma kanalları
Azərbaycanın suvarma kanalları - Hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Cəmi uzunluğu 90 min km.-dən artıq. 1,3 mln hektar torpaq sahəsinin suvarılmasına imkan verən sıx kanallar şəbəkəsi. == Haqqında == Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının inkişafı haqqında dolğun təsəvvür yaratmaq üçün sahənin inkişaf mərhələlərinə nəzər salmaq lazım gəlir. Mütəxəssislər Azərbaycanda sahənin inkişafını keçid dövrlərinə əsaslanaraq aşağıdakı dövrlərə bölməyi daha münasib hesab edirlər: Suvarmanın qədim dövrü; 1920-1940-cı illər – Sovet hakimiyyəti qurulduqdan sonrakı dövr; 1945-1970-ci illər – İkinci Dünya Müharibəsindən sonrakı dövr; 1970-1985-ci illər – Ölkənin yüksək inkişaf dövrü; 1985-1993-cü illər – Yenidənqurma, Sovet İttifaqının dağılması və postsovet ölkələrinin müstəqillik əldə etmə dövrü – sahənin tənəzzül dövrü; 1993-cü ildən sonrakı dövr – yeni inkişaf dövrü. === Suvarmanın qədim dövrü === Qədim dövrlərdə texnika və texnologiyaların zəif inkişafı ilə əlaqədar olaraq suvarma kanalları və hidrotexniki qurğular ağır əl əməyi hesabına tikilib istifadə olunmuşdur. V-VI əsrlərdə Mil düzündə inşa edilmiş suvarma kanallarının izləri, VI-VII əsrlərdə çəkilmiş Gavurarx, Hacı Hüseynağa, Daşçay-arx kanalları hələ də qalmaqdadır. Mühəndis tipli irriqasiya sistemlərinin və qurğularının tikintisinə XIX əsrin ikinci yarsında başlanılmışdır. 1868-ci ildə Qarayazı düzündə mühəndis tipli suvarma şəbəkəsi inşa edilmiş və suvarma aparılmışdır. 1872-ci ildə Arazdöyən suvarma şəbəkəsi tikilib istifadəyə verilmişdir.
Azərbaycan–Kanada münasibətləri
Azərbaycan–Kanada münasibətləri — Azərbaycan Respublikası ilə Kanada arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Kanada Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 10-da qurulmuşdur. Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi 2004-cü ilin sentyabr ayında açılmışdır. Kanadanın Türkiyə Respublikasındakı səfiri həmçinin Azərbaycana akkreditə olunmuşdur. Hazırda səfir Kris Kuterdir. == Parlamentlərarası əlaqələr == 2006-cı ilin noyabr ayında Kanada Parlamentində Kanada–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilmişdir. Qrupun sədri 2013-cü ilin məlumatlarına görə Kanada Parlamentin Mühafizəkarlar partiyasından olan üzvü Barri Devolindir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Samur Novruzov olmuşdur.
Aşağı Kanada
Aşağı Kanada (fr. Province du Bas-Kanada, ing. Province of Lower Canada (Aşağı Kanada əyaləti)) — Müqəddəs Lavrentiya çayının aşağı hissəsi ilə Müqəddəs Lavrentiya körfəzi boyunca uzanan bir ingilis koloniyasıdır. 1791 ilə 1841 arasında mövcud olan koloniya bu günkü Kvebekin cənubunda idi. Fransız mənşəli Kanadalıların məskunlaşdığı Yeni Fransa torpaqlarının bir hissəsi də Aşağı Kanadaya birləşdirilmişdir.
Bengütürk (kanal)
Bengütürk — Türkiyədən yayımlanan milli bir xəbər kanalıdır. 2007-ci ildə sınaq yayımına başlayıb. Kanal Milliyyətçi Hərəkat Partiyasına yaxınlığı ilə tanınır. == Tarixi == 1 mart 2016-cı il tarixində Türksat ilə müqavilənin yaratdığı problem səbəbindən Türksat peykində yayımlar kəsilmişdir. Murat İde bunu öz Facebook-hesabında söyləmişdi. Kanal 11 mart 2016-cı il tarixində Türksat peykindəki yayımlarına qayıtmışdır. İdarə heyətinin sədri Murat İde 2017-ci ildə Türkiyədə keçirilən referendum konstitusiya dəyişikliyində "xeyr" oyunun istifadə ediləcəyi səbəbiylə kanaldan çıxarılıb. Buna cavab olaraq kanalın tanınmış üzvləri vəzifələrindən istefa etmişdir. == Azərbaycan rüzgarı == Kanalda 1 avqust 2018-ci ildən "Azərbaycan rüzgarı" veriliş yayımlanır. Verilişin aparıcısı Səidə Ömərovadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2005 ••••••••• 0.67
2006 •••••••••••••••••••• 1.58
2009 ••• 0.16
2010 ••••• 0.36
2011 •••••••••••••••• 1.20
2016 ••• 0.17
2019 •• 0.14
2020 •• 0.13

"kana" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kana nədir? #kana sözünün mənası #kana nə deməkdir? #kana sözünün izahı #kana sözünün yazılışı #kana necə yazılır? #kana sözünün düzgün yazılışı #kana leksik mənası #kana sözünün sinonimi #kana sözünün yaxın mənalı sözlər #kana sözünün əks mənası #kana sözünün etimologiyası #kana sözünün orfoqrafiyası #kana rusca #kana inglisça #kana fransızca #kana sözünün istifadəsi #sözlük