Kanq sözü azərbaycan dilində

Kanq

Yazılış

  • Kanq • 98.1132%
  • kanq • 1.8868%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Han Kanq
Şablon:Infobox Korean nameHan Kanq - (Koreya dilində: 한강; 1970-ci il, noyabrın 27-də dünyaya gəlib) koreyalı yazıçı. 2016-cı ildə yazdığı mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən “Vegeterian" adlı əsərilə “Man Booker” mükafatına layiq görülüb. Roman həmçinin müəllifin ingilis dilinə tərcümə edilən ilk əsərlərindəndir. == Həyatı == Han Kanq yazıçı Han Sınqvonun qızıdır. Qvancuda anadan olub və 10 yaşında olarkən öz “Yunan dərsləri" adlı əsərində də bəhs etdiyi Suyuriyə köçüb. Yonsey universitetində ədəbiyyat üzrə təhsil alıb. Müəllifin qardaşı Han Donq Rim də yazıçıdır. “Seulda qış" adlı şeirinin də daxil olduğu beş şeirinin “Ədəbiyyat və cəmiyyət" adlı 1993-cü il qış sayında çap edilməsi ilə karyerasına başlamışdır. Öz bədii debütünü isə növbəti ildə qısa hekayəsi “Qırmızı lövbər"in “Seul Şinmun” bahar müsabiqəsində qalib gəlməsi ilə başlamışdır. O vaxtdan bəri “İ Sanq” ədəbiyyat mükafatı(2005), “Günün gənc artisti” mükafatı və “Koreya Roman Ədəbiyyatı ” mükafatına layiq görülmüşdür.
Kanqal
Kanqal — Türkiyə ərazisində yetişdirilən it cinsi. Əsasən qoyun iti və qoruma istiqamətlidir. İt adını Sivasın Kanqal ilçəsindən götürülmüşdür. Dünyada müstəqil it cinsi olaraq tanınmada, Türkiyədə təmiz it cinsi hesab edilir. Üstəlik Türkiyə Kinoloji Federasiyası, o cümlədən Türkiyədə rəsmi Kanqal təşkilatlarının görə Ankara Kangal Dərnəyi itin müstəqil cins olması üçün cəhdlər göstərir. == Tarixi == Orta Asiyadan gələn Kanqlı (Kəngər) türk boyunun adı bağlıdır. Orxan Yılmaz "Kangal Köpeği / Tarihi-Tanıtımı-Yetiştirilmesi-Islahı" adlı kitabında "Kanqlı" türk boyunun Orta Asiyadan köç edərkən yanlarında üç şeyi gətirdiyini bildirir: at, it və qoyun. 2003-ci ilin 11 avqust tarixində kanqalla bağlı keçirilən I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu cinsin Türküstandan Anadoluya gətirilməsi təstiqlənir. Kanqallar XVII əsrdən etibarən Osmanlı sarayında istifadə edilir və samson olarak adlandırıldı. Doğan Kartay həm "Türk Çoban Köpəyi Kanqal" kitabında, həm də I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu itlərin həmcinin Yeniçərilər tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini birdirmişdir.
Kanqal (Sivas)
Kanqal (türk. Kangal) — Sivas ilinin ilçəsi.
Kanqansulle
Kanqansulle (kor. 강강술래) — ənənəvi Koreya xalq rəqsi olub əsasən Chuseok bayramında bədirlənmiş ay altında oynanılır. Rəqs 15 fevral 1966-cı ildə Koreyanın 8-ci Əhəmiyyətli Qeyri-Maddi Mədəni İrsi olaraq təyin edildi. 2009-cu ildə isə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edildi. == Etimologiya == Ganggangsullae və ya Ganggangsuwollae kimi tələffüz olunur. Bu ifadəni Çin dilindəki 强羌水越來[Yağış getdikcə güclənir ] kimi tərcümə etmək mümkündür. Ganggangsullae-nin etimologiyası indiyədək tam aydın deyil, lakin bu terminin mənşəyini Koreya və ya Hanja simvollarında şərh etməklə təxmin etmək olar. Ilk variant olaraq bu terminin yerli Koreya sözlərindən əmələ gəldiyini düşünülür ki, burada Ganggangsullae'nin "Gang" dairə, "sunu" və ya "sulla" sözlərindən əmələ gələn "sullae" isə kutle, izdiham və ya xəbərdarlıq mənasını verir. Digər fərziyyəyə görə isə Ganggangsullae sözünün xalqı yapon işğalçılarından xəbərdar etmək üçün bir çağırışı tərənnüm etdiyini nəzərə alsaq, "güclü bir barbar ölkəmizi işğal edəcək" mənasını verən hanja ifadəsi olduğu düşünülür. Bu məşhur fərziyyəyə görə, söz admiral Yi Sun-sin tərəfindən ortaya atılmışdır.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Kanqşunq Buzlağı
Kanqşunq Buzlağı — Everest dağında yerləşən üç əsas buzlaqdan biridir və Çinin Tibet Muxtar Vilayəti daxilindəki Tibet bölgəsindədir. Digər iki buzlaq Xumbu Buzlağı və Ronqbuk Buzlağıdır. == Coğrafiya == Kanqşunq buzlağının yığılma sahələri Everestin üç əsas yamacında yerləşir. Buzlaq dünyanın ən yüksək dağının şərq yamacında, Çin Xalq Respublikasının Tibet Muxtar Vilayətinin Şinqatse rayonunda yerləşir. Everest və Lhotzenin ortaq şərq yamacı Kanqşunq divarı adlanır. Kanşunq buzlağı buradan başlayır və sonra Kama vadisindən şərqə doğru axaraq Kama Çu çayına çevrilir. Buzlağın cənubu və Lhotzenin şərqi Makaluya (8463 m) və onun yaxınlığındakı Makalu II (7678 m — həmçinin Kanqşunqtze adlanır) və Makalu zirvəsinin görünüşünü gizlədən Çomo Lonzoya (7818 m) qədər uzanır. Nepal və Çin arasındakı sərhəd bu zirvədən keçir. Everest dağının şərq tərəfi dağın ən az əlçatan və inkişaf etmiş tərəfidir. Ronqbuk buzlağındakı baza düşərgəsinə cip və Everestin cənub tərəfinə bir gecədə qalmaq üçün möhkəmləndirilmiş lojalardan istifadə edərək bir neçə günə çatmaq mümkün olsa da, Kanqşunq Buzlağına yalnız bir neçə günlük yürüşdən sonra çatmaq olar.
Kanqşunq divarı
Kangşung divarı — Comolunqma dağının şərq hissəsində yerləşən böyük divar, bu ərazi həm də dağın tibet ərazisində yerləşən hissələrindən biridir. Divarın ətəyindən (ətəkdə Kangşung buzlağı yerləşir) zirvəyə qədər olan hündürlük 3350 metrdir . Kangşung enli dağ divarıdır, sağda Şimal-şərq qrabeni, solda isə Cənub-şərq qrabeni və Cənub yəhəri yerləşir. Divarın yuxarı hissəsində asılı buzlaqlar üstünlük təşkil edir. Aşağı hissəsində isə dik qaya çıxıntıları və kuluarlar var. Comolunqmaya Kangşung divarı ilə qalxmaq standart marşruta nisbətən daha çətindir. Standart marşrut Şimal yəhərindən və ya Cənub yəhərindən keçir. Ümumən dağın bu hissəsi daha kənarda yerləşir və Kungşung divarının ətəyinə çatmaq üçün daha çox yol qət etmək lazımdır. == Fəth olunma tarixi == 1981-ci ildə Riçard Blyumun (ing. Richard Blum) və Luis Reyhardtın (ing.
Liçipriya Kanqucam
Liçipriya Kanqucam — Hindistan əsili ətraf mühit fəalı. O, dünyanın ən gənc iqlim fəallarından biridir. Liçipriya Madriddə keçirilən BMT-nin İqlim Dəyişikliyi 2019 Konfransında (COP25) dünya liderlərindən iqlim dəyişikliyi ilə mübarizə üçün təcili tədbirlər görmələrini istəyir. Liçipriya 2018-ci ildən bəri Hindistan iqlim dəyişikliyinə qarşı mübarizə aparır və Hindistanın yüksək çirklənmə səviyyəsini cilovlamaq üçün yeni qanunların qəbul edilməsini tələb edir. O, məktəblərdə məcburi iqlim dəyişikliyi proqramının tətbiqinin tərəfdarıdır. == Bioqrafiya == Liçipriya Kanqucam 2 oktyabr 2011-ci ildə Başixonqda anadan olub və ailənin böyük qızıdır. Kanqucam hələ yeddi yaşında ikən ətrafdakıların diqqətinə iqlim dəyişikliyi və fəlakət riskinin azaldılması ilə məşğul olmağa başlayır. 2019-cu ilin iyun ayında Hindistan parlamentinin binası qarşısında etiraz edir və Hindistanın baş naziri Narendra Modiyə Hindistanda iqlim dəyişikliyi ilə bağlı qanun layihəsini qəbul etməsi üçün müraciət edir. O, hindistanlı Qreta Tunberq hesab olunurdu, baxmayaraq ki, o, bu terminin istifadəsini sevmir. Liçipriya Kanqucam 2018-ci ilin iyul ayında iqlim dəyişikliyinə qarşı çıxış etməyə başlayır.
Yuyçzülyü Kanqti
Yuyçzülyü Kanqti (v. 553) - Atasının ölümündən sonra nominal xaqan titulunu daşıyırdı. 553-cü ildə Göytürklər tərəfindən öldürüldü. Yerinə Anaxuanın oğlu Yuyçzülyü Anloçen keçdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2004 ••••••• 0.34
2005 ••••••••••••• 0.67
2006 •••••••••••••••••• 0.90
2007 •••••••••••••••••••• 1.06
2008 ••••• 0.24
2009 •••••••••••••••• 0.80
2010 ••••••••••• 0.54
2011 ••••••••• 0.43
2012 ••••••• 0.34
2013 •••••• 0.29
2015 •••• 0.17
2016 •••• 0.17
2017 •••• 0.16
2018 ••• 0.15
2019 •••••• 0.28

"kanq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kanq nədir? #kanq sözünün mənası #kanq nə deməkdir? #kanq sözünün izahı #kanq sözünün yazılışı #kanq necə yazılır? #kanq sözünün düzgün yazılışı #kanq leksik mənası #kanq sözünün sinonimi #kanq sözünün yaxın mənalı sözlər #kanq sözünün əks mənası #kanq sözünün etimologiyası #kanq sözünün orfoqrafiyası #kanq rusca #kanq inglisça #kanq fransızca #kanq sözünün istifadəsi #sözlük