Khmer sözü azərbaycan dilində

Khmer

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Khmer • 82.3529%
  • khmer • 17.6471%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Khmer-krom
Khmer-krom (khm. ខ្មែរក្រោម, vyet. Khơ Me Crộm) — Vyetnamda, Mekonq deltasında yaşayan xalq. Vyetnamda onlara "kho-me zıoy" (Khơ-me dưới), yəni "aşağı khmerlər" deyilir. 2006-cı il siyahıyaalınmasına görə, Vyetnamda 1,055,174 khmer-krom yaşayırdı. Mekonq deltasında khmerlər vyetnamlılardan sonra ikinci ən böyük etnik qrupdur.Çoxsaylı müstəqil ictimai təşkilatlar khmer-krom hüquqlarının Vyetnam hökuməti tərəfindən mütəmadi olaraq pozulduğunu bildirir. Khmer-kroma etnik və dini səbəblərdən ayrı-seçkilik edilir, onlar adlarını Vyetnam dilinə uyğun olaraq dəyişmək məcburiyyətində qalırlar və həm də Vyetnam dilində danışmağa məcbur edilirlər.
Khmer dili
Khmer dili (khm. ភាសាខ្មែរ) [pʰiːəsaː kʰmaːe]) — khmerlərin dili. Mon-khmer dilləri qrupuna aiddir. Bu dildə təxminən 4,5 milyon adam danışır (1979). Səs tərkibi saitlərlə zəngindir. Köksözlü dillərdəndir. İki əsas dialekt qrupu (şimal-qərbi və cənub-şərqi) var. Ədəbi dil Pnompen dialektinə əsaslanır. Leksikasında sanskrit, pali və fransız dillərindən keçmə sözlər çoxdur. Yazısı pali dilindən götürülmüşdür.
Khmer imperiyası
Khmer İmperiyası (khm. ចក្រភពខ្មែរ, Çakrphup Khmer və ya khm. អាណាចក្រខ្មែរ, Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (khm. អាណាចក្រអង្គរ, Anaçak Anqkor) və ya hindlilər tərəfindən Kambucadeşa (hind ख्मेर साम्राज्य) — IX–XV əsrlərdə indiki Kamboca, Vyetnam, Tayland və Laos ərazisində hökmranlıq etmiş feodal khmer buddist dövləti. Keçmiş Bapnom və Çenla krallıqlarının süqutu ilə yaranan imperiya Cənub-şərqi Asiyanın əksəriyyətini və Cənubi Çinin bir hissəsini idarə edirdi.Dövlətin ən böyük irsi onun paytaxtı Anqkor şəhəri idi. Şəhərin Anqkor Vat və Bayon kimi tikililəri Khmer İmperiyasının ucsuz-bucaqsız güc və zənginliyinin, valehedici incəsənət və mədəniyyətinin, memarlıq üslublarının, estetik nailiyyətlərinin və əsrlər boyu qoruyub-saxladığı müxtəlif inanc sistemlərinin rəmzidir. Süni peyklərdən əldə edilən şəkillər Anqkor şəhərinin sənaye inqilabından əvvəlki dünyanın ən böyük şəhəri olduğunu sübut edir.Khmer İmperiyasının yaranma tarixi 802-ci il götürülür. Həmin il II Cayavarman özünü çakravartin ("dünyanın kralı" və ya "krallar kralı"). Krallıq XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır. == Tarixi == Dövlət Hind-Çin yarımadasının mərkəzi hissələrində yaşayan khmer tayfaları arasındakı əlaqələrin inkişafının bir nəticəsi olaraq yaranmışdır.
Khmer yazısı
Khmer yazısı və ya khmer əlifbası (khm. អក្សរខ្មែរ, [ʔakˈsɑː ˈkʰmae], aksa khmae) — Kambocanın rəsmi dili olan Khmer dilini yazmaq üçün istifadə olunan yazı. == Samitlər == Khmer yazısında 35 samit var, onlardan yalnız 33-ü müasir khmer dilində istifadə olunur, ikisi isə köhnəlmişdir. Hər samitin özünəməxsus saiti var. Samit silsiləsi samitlərə aid edilən asılı saitlərin tələffüzünü müəyyən edir və bəzi mövqelərdə özünəməxsus sait səsi öz-özünə tələffüz olunur. Bu iki cərgə əvvəlcə səssiz və müvafiq olaraq səsli samitlər idi. Orta Khmer dövründə fonetik dəyişikliklər səssiz samitlərdən sonra saitlərə təsir etmiş və bu dəyişikliklər xarakterik səsin itirilməsinə baxmayaraq davam etmişdir.
Khmer issarak
Khmer issarak (khm. ខ្មែរឥស្សរៈ, hərf. Azad khmer) — antifransa və antimüstəmləkə müstəqillik hərəkatı. Hərəkət "amorf" kimi etiketlənmişdir. İssarak təxminən 1945-ci ildə yaradılmış və hər birinin öz lideri olan bir neçə fraksiyadan ibarət olmuşdur. İssarak fraksiyalarının əksəriyyəti 1945-ci ildə İkinci Dünya müharibəsinin bitməsi ilə 1953-cü ildə Kambocanın müstəqilliyi arasında fəal mübarizə aparırdılar. Khmerlərin ilkin məqsədləri müstəqillik əldə etmək üçün fransızlara qarşı mübarizə aparmaq idi, lakin daha sonra Kamboca hökumətini devirməyə yönəlmişdir. İssarak termini ilkin olaraq qeyri-kommunistlərə istinad edirdi, lakin 1950-ci illərin əvvəllərində Vyetminin rəhbərlik etdiyi partizanlar digər qeyri-kmmunist qüvvələri birləşdirmək naminə özlərini issarak adlandırmışdılar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Becker, Elizabeth. When The War Was Over: Cambodia and the Khmer Rouge Revolution. New York: PublicAffairs.
Dağ khmerləri
Dağ khmerləri — Cənub-Şərqi Asiyada yaşayan mon-khmer xalqları qrupuna aid xalq. == Etimalogiyası == "Dağ khmerləri" termini 1960-cı illərdə Kambocada ölkənin şimal-şərqində yaşayan xalqları qeyd etmək məqsədilə qəbul olunmuşdur. Kambocadakı Dağ khmerləri (khmaelılar) khmerlər tərəfindən assimilyasiya olunurlar. Dağ khmerləri, ehtimal ki, khmerlər, monlar, myan malar, siamlılar, laolar və vyetlərin etnogenezində mühüm rol oynamış qədim substratın qalıqlarıdır. == Yaşadıqları ölkələr == Dağ khmerləri Cənub-Qərbi Çinin dağlıq rayonlarında – Yunnan əyalətində, Qərbi Vyetnamda, Şimali, Şərqi və Cənubi Laosda, Şərqi Myanmada, Şimali və Şərqi Taylandda, Şimal-Şərqi Kambocada yaşayırlar. == Sayları == Ümumi sayları 2008-ci ilin məlumatlarına görə Çində 700 min nəfərdən çox, Vyetnamda təqribən 1,3 milyon nəfər, Laosda təqribən 1,6 milyon nəfər, Myanmada 1,8 milyon nəfərdən çox, Taylandda təqribən 600 min nəfər, Kambocada 150 min nəfərdən çox idi. Əsas iki qrupa ayrılırlar: Şimali və Şərqi. Şimali Dağ khmerlərinə ("dağ monları"na) palaunq-va xalqları – qərbi – valar (900 min nəfərdən çox), bulanlar (112 min nəfər) və başqaları; şərqi – palaunqlar (640 min nəfər), danaular (138 min nəfər), rianqlar (50 min nəfər), lametlər (14 minnəfər) və başqaları, manqlar (3,5 min nəfər), khmular [khmular (900 min nəfərdən çox), phaylar (54 min nəfər), praylar (40 min nəfər) və başqaları aid edilir. Şərqi Dağ khmerlərinə banar xalqları – şimali – hrelər (tyam -relər, tatömlər; 130 min nəfər), sedanqlar (130 min nəfər) və başqaları; mərkəzi – banarlar (banalar; 180 min nəfər), tampuonlar (32 min nəfər) və başqaları; qərbi – suilər (özlərini cru adlandırırlar, cru, yaxud loven dilində danışırlar; 86 min nəfər) və başqaları; cənubi – srelər (keholar, koholar; 147 min nəfər), mnonqlar (mnonqqarlar və mnonqrlamlar; 123 min nəfər), stiyenqlər (97 min nəfər), malar (özlərini kontyau adlandırırlar; 38 min nəfər) və başqaları], katular – mərkəzi – katanqlar (120 min nəfər), taoylar (60 min nəfər) və başqaları; şərqi – katular (özlərini ktu adlandırırlar; 78 min nəfər), pakohlar (15 min nəfər) və başqaları; qərbi – kuilər (440 min nəfər), solar (manqkonqlar; 160 min nəfər), brular (brao dilində danışırlar; 150 min nəfər) və başqaları aid edilir. == Dilləri == Mon-khmer dillərində danışırlar.
Khmerlər
Khmerlər, kxmerlər (khm. ខ្មែរ, kʰmaːe) və ya kambocalılar — Kambocanın əsas əhalisi olan etnik qrup. Ümumi sayı təxminən 16 milyon nəfərdir, onlardan 14,2 milyonu Kambocada, 895 min–1,3 milyonu Vyetnamın cənubunda və 1,4 milyonu Tailandda yaşayır. == Dil == Khmerlər Avstroasiya dillərinin mon-khmer qolunun khmer dilində danışırlar. Onlar Khmer yazısından istifadə edirlər. == Din == Khmerlər əsasən buddizmin cənub qolu olan theravadaya etiqad edirlər. Kambocanın kahin ailələrində dini rütbə ana tərəfdən kişidən bacısının oğluna keçə bilərdi, çünki khmer ruhaniləri subaylığa riayət edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия. Дажан Б. Кхмеры. М.: Вече, 2009.
Qırmızı khmerlər
«Qırmızı kxmerlər» (khm. ខ្មែរក្រហម, Kmae Krɑhɑɑm, Khmer Kror-Horm; fr. Khmer Rouge) — Kambocada partizan müharibəsi ilə hakimiyyətə gələrək 1975–1979-cu illərdə ölkəni idarə edən radikal kommunist hərəkat. Hərəkatın qurucusu və lideri Pol Potdur. 1967-ci ildə Kamboca Kommunist Partiyasının silahlı qanadı kimi qurulmuşdur. Təqribən 2 milyon insanın öldürülməsi ilə nəticələnən Kamboca soyqırımında günahlandırılır. == Tarixi == 1960-cı illərin əvvəllərində Fransada təlim keçmiş marksistlərin rəhbərliyi altında şahzadə Norodom Sianuka qarşı üsyanda iştirak edən Kommunistlər 1967-ci ildə bir kəndli üsyanına və 1968-ci ildə sürətlə genişlənən bir qəbilə üsyanına qatılmışdılar. 1970-ci ilin martında, Şahzadə Sianuku devirmiş General Lon Nolun rəhbərliyi ilə sağçı çevriliş ilə Kamboca Respublikası quruldu. Çevrilişdən qısa müddət sonra, ABŞ və Cənubi Vyetnam qoşunlarının ölkəni işğal etməsi ilə Kambocanı Vyetnam müharibəsinin iştirakçılarından birinə çevirdilər. Yeni rejimin sərt qərarlarından qaçan kambocalı vetnamlılar ilə müstəqil dövlət qurmaq istəyən müsəlmanlardan 2 minə yaxın insan da onlara qoşuldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2012 •••••••••••• 0.17
2013 •••••••••••••••••••• 0.29
2014 •••••••••••• 0.17
2019 •••••••••• 0.14

Oxşar sözlər

#khmer nədir? #khmer sözünün mənası #khmer nə deməkdir? #khmer sözünün izahı #khmer sözünün yazılışı #khmer necə yazılır? #khmer sözünün düzgün yazılışı #khmer leksik mənası #khmer sözünün sinonimi #khmer sözünün yaxın mənalı sözlər #khmer sözünün əks mənası #khmer sözünün etimologiyası #khmer sözünün orfoqrafiyası #khmer rusca #khmer inglisça #khmer fransızca #khmer sözünün istifadəsi #sözlük