kənd-kəsək sözü azərbaycan dilində

kənd-kəsək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kənd-kəsək • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. == Ümumi məlumat == Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Abana (kənd)
Abana — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Ağavnadzor kəndindən 14 km şərqdə yerləşirdi. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. == Toponimi == Toponim e.ə. qarqarlarla birlikdə Qafqaza-Albaniyaya gələn abant (t samiti sonradan ixtisar edilmişdir) etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı 1727-ci ilə aid mənbəyə görə kənddə 17 müsəlman (azərbaycanlı) ailəsi yaşayırdı (mənbədə ailələrin başçılarının adları çəkilmişdir)..Gürcüstanda üç Abano, Abanoeti, Abanosxеvi XIX əsrdə Batum əyalətinin Artvin dairəsində Avana və Dağlıq Qarabağda Evankənd adları ilə sıra təşkil edir. Qədim türk mənşəli Aban tayfasının adındandır. == Əhalisi == Burada 1831-ci ildə 25 nəfər azərbaycanlı yaşamışdır.
Abaran (kənd)
Abaran kəndi — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir.
Abdallar (kənd)
Abdallar — Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində (keçmiş Abdallar) mövcud olmuş kənd. Kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur.Kənd sonralar ləğv olunmuşdur. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda kəndin adına rast gəlinmir.
Akveduk (kənd)
Akveduk (Kabard.-çərk. Акуэдук) kəndi Kabarda-Balkariya Respublikasının Terek rayonunda yerləşir. "Yeni-Həmidiyə kənd yaşayış məntəqəsi"nin bələdiyyəsinə daxildir. == Coğrafiya == Akveduk kəndi Terek rayonunun şərq hissəsində, Kurp çayının sol sahilində yerləşir. Yeni-Həmidiyə kənd mərkəzindən 7 km şərqdə, regional mərkəzdən 55 km şimal-şərqdə və Nalçikdən 97 km şimal-şərqdə yerləşir. Kəndin şərqində Kabarda-Balkariyanın Şimali Osetiya ilə inzibati sərhədi yerləşir. Qəsəbələrin torpaqları ilə həmsərhəddir: qərbdə Yeni-Həmidiyə , şimal-qərbdən Həmidiyə və şərqdə Aşağı Malqobek. Kənd Terek silsiləsinin şimal ətəyində, meylli Kabarda düzənliyində, dağətəyi ərazidən respublikanın dağlıq zonasına keçiddə yerləşir. Kənddə orta hündürlük dəniz səviyyəsindən 207 metr yüksəkdir. Torpaq möhkəmdir və əsasən cənubdan Terek silsiləsinin yamaclarına keçən meylli dağətəyi düzənlikdən ibarətdir.
Amasiya (kənd)
Amasiya — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Ararat (kənd)
Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1975-ci ildə kənd Ararat adlandırılmışdır. == Toponimi == Toponim qacarların bir boyu olan dəvəli etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.
Arkas (kənd)
Arkas — Dağıstanın Buynaksk rayonunda kənd. == Haqqında == Arkas kəndi Buynaksk rayon mərkəzindən 19 km cənubda yerləşir. Kənd orta əsr Nərgiz yaşayış məskəni yaxınlığında yerləşir. Kənd Əmir Teymurun yürüşünə qədər mövcud idi. Həmin vaxt əhalisi monofizitlik təriqətinə itaət edirdi. 1860-cı ildə çar administrasiyası Arkasda qunibliləri (avarları) bu ərazidə məskunlaşdırır. Avarlar indiyə qədər bu ərazidə yaşayır. Ümumrusiya siyahıyalınmasının məlumatlarına görə 2010-cu ildə əhalisinin 98%-i avarlardan ibarət idi.
Baqqal (kənd)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Bartaz (kənd)
Bartaz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Bartaz çayının sol sahilində, Mehri silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Yaşayış məntəqəsi vaxtilə Ordubad və Samux rayonlarından gəlmiş ailələrin Pəri Bartaz adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır.2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Bilici (kənd)
Belici — Dağıstan Respublikasının Dərbənd rayonunun tərkibinə daxil olan kəndlərdən biridir. Rayon ərazisində eyniadlı qəsəbə də yerləşir. == Əhalisi == 1886-cı ildə kənd əhalisi 144 evdə 283 nəfəri kişilər, 234 nəfər isə qadınlar olmaqla 517 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənd sakinlərinin sayı 3,434 nəfər olmuş, onlardan 2,270 nəfəri etnik azərbaycanlılardan ibarət olmuşdur. Əhalisi əsasən azərbaycanlılardan,qismən tabasaranlılardan və az sayda ləzgilərdən ibarətdir.Kənddə şiə inanclılar (azərbaycan türkləri) çoxluq təşkil etsə də, burada sünnilər (tabasaranlılar və ləzgilər)də yaşayır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə: I cild.
Buğdatəpə (kənd)
Buğdatəpə - İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı XIX əsrin 30-cu illərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır.
Cütçü (kənd)
Cütcü (əvvəlki adı: Maçkalaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Keçmışdə kəndin ərazisi binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırıldı. 1992-ci ildən kəndin adı Cutcu kimi rəsmiləşdirilmişdir. Oykonim peşə adı ilə bağlı olub, "torpağı becərən, sürən" deməkdir. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Maçkalaşen kəndi Cütçü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cütçü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. === Tarixi abidələri === Cütcü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Dərbənd (kənd)
Dərbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim fars dilində «keçid, boğaz, sədd, sərhəd bölgələri, dağlar arasından çətinliklə keçilən yer» mənasında işlənən dər və bənd sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karmrakar qoyulmuşdur.
Dərk (kənd)
Dərk — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir. == Tarixi == Dərk kəndi qədim tarixə malikdir. Kənddəki yaşlı nəsilin söylədiyinə görə buralar əvvəllər yaylaq yeri olub. Yollar çəkildikdən sonra, əhali çoxalıb və kənd salınıb. == Toponimikası == Dərk oyk., sadə. Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Baba çayının sahilində, Yan silsiləsindədir. Çox vaxt Dərgavar variantında qeydə alınır. Oykonim dərk (bənd, körpü) və var/vər (qarşı tərəf) komponentlərindən düzəlib, "körpünün, bəndin qarşı tərəfi" mənasındadır.
Dəvəçi (kənd)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Gizel (kənd)
Gizel (Oset. Джызæл) kəndi Şimali Osetiyanın Priqorodnı rayonunda yerləşir. Eyni adlı kəndin inzibati mərkəzidir. Kənddə Respublika sanatoriya internat məktəbi var və eyni adlı hərbi aerodrom fəaliyyət göstərir. == Coğrafiya == Kənd Vladiqafqazdan 8 km qərbdə, Gizeldon (qərbdə) və Qara (şərqdə) çayları arasında yerləşir. Kəndin şimal-qərb kənarında Koban və Karmadon dərələrinə gedən yol başlayır. == Tarix == Kənd 1867-ci ildə qurulmuşdur, digər mənbələrə görə kənd 1858-ci ildə qurulmuşdur. Kəndin yerləşdiyi yerdə 1858-ci ilə qədər Taqaurski soyadları olan aullar Mamsurov, Kanukov, Kunduxov və Dzantiev var idi. 1825-1830-cu illərdə taqaur aldarları olan bir neçə ailə dağlardan çayətrafına doğru hərəkət etdi və Gizeldon çayı boyunca hər ailə ayrı-ayrılıqda özləri üçün müvəqqəti binalar tikdi. Taqaur aldarlarının bu yerlərə köçürülməsindən iki-üç il sonra, hökumətin əmri ilə digər dərələrdən olan digər osetinlər köçməyə başladılar və bir neçə il ərzində beş kənd qurdular və onlara həmin aldarların adları verildi.
Göyərçin (kənd)
Göyərçin kəndi — Qаrаqоyunlu elinin kəndlərindən biri. == Tarixi == Göyərçin kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. == Əhalisi == Göyərçin kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənddir. Azərbaycanlı əhalisi 1897-ci ildə 257, 1926-cı ildə 271, 1931-ci ildə 205, 1939-cu ildə 237 nəfər olub. 1950-ci ildə yaxınlıqdakı Salah kəndi ilə birləşdirilmişdir, əhalisi də oraya köçürülmüşdür. Kəndin məşhur tayfaları aşağıdakılardır: Göyalılar, Məmmədalılar, Dəmirli, Abdullalı.
Horadiz (kənd)
Horadiz — Azərbaycan Respublikasının Füzuli rayonunda kənd.Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır. == Tarixi == Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır.27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur.. == Etimologiyası == "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz. Şamaxı rayonunda Horadil (kora, qora və ərəb dilində tel "təpə" sözlərindən) dağ adında və Abşeronda Goradil (kora, qora və ərəbcə tel "təpə" sözlərindən) kənd adları mənaca eynidir. == Əhalisi == Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmşdur.
Kiçik kənd
Kiçikkənd - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sağ sahilində, Karbi kəndinin yaxınlığında yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilir və kəndin başqa adının Uş olduğu göstərilir. XIX əsrin rus mənbələrində qeydə alınmışdır. Toponim Azərbaycan dilində «balaca, sahəsi az olan, xırda» mənasında işlənən kiçik sözü ilə «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 77 nəfər, 1873 - cü ildə 166 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 296 nəfər, 1908-ci ildə 366 nəfər, 1914 - cü ildə 292 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 370 nəfər, 1919 - cu ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd sakinləri erməni təcavüzünə mərauz qalaraq deportasiya olunmuşdur. Azərbaycanlılar (sağ qalanlar) ata-baba yurdlarına indiki Ermənistanda sovet hökuməti qurulandan sonra qayıda bilmişlər. Burada 1922-ci ildə 56 nəfər, 1931-ci ildə 55 nəfər yalnız azərbaycanlı əhali yaşamışdır.
Kürdili (kənd)
Kürdili — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Kürdili oyk., sadə. Neftçala rayonunun Şirvanlı inzibati ərazi vahidində kənd. Xəzər dənizi sahilindədir. Kəndin adı Kür Dili adasının adından götürülmüşdür.Yaşayış məntəqəsi haqqında "Əriyən ada", Sonuncu və Daxildəki ada adlı filmlər çəkilmişdir.
Kənd Horadiz
Horadiz — Azərbaycan Respublikasının Füzuli rayonunda kənd.Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır. == Tarixi == Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır.27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur.. == Etimologiyası == "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz. Şamaxı rayonunda Horadil (kora, qora və ərəb dilində tel "təpə" sözlərindən) dağ adında və Abşeronda Goradil (kora, qora və ərəbcə tel "təpə" sözlərindən) kənd adları mənaca eynidir. == Əhalisi == Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmşdur.
Kənd Soveti
Kənd soveti — kənd yerlərində Sovet hökumətinin yerli orqanı.
Kənd Zəngilan
Zəngilan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd.Zəngilan kəndi Oxçu çayının (Arazın qolu) sahilində, düzənlikdədir. 1930—1933-cü illərdə Zəngilan rayonunun inzibati mərkəzi idi. Yaşayış məntəqəsi kimi XIV əsrdən məlumdur. VII əsrə aid mənbədə Xudafərin körpüsü yaxınlığında adı çəkilən Zəngiyan yaşayış məntəqəsinin indiki Zəngilan olması haqqında fikir var. Oronim "zəngilərin məskəni" mənasındadır. Cənubi Azərbaycanda da Zəngilan kəndi var.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == İstinadlar == 2020-ci 22 oktyabr tarixindən etibarən Zəngilan kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Şərəfsiz Erməniləri iti qovan kimi qovuruq! Nabarot Qızışıyoruz!!
Kənd qaranquşu
Kənd qaranquşu (lat. Hirundo rustica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin əsl qaranquş cinsinə aid heyvan növü.

kənd-kəsək sözünün leksik mənası və izahı

  • 1 top. dan. Kənd və ona yapışıq yer. Kənd-kəsəyə bələd olmaq. – [Hacı Bayram:] Bəy deyiləm, rəiyyətim yox, kənd-kəsəyim yox. Ə.Haqverdiyev. [Məhərrəm bəy:] …Kənd-kəsəyi dolandıra bilmirəm. S.S.Axundov. Kənddə-kəsəkdə başıpapaqlı qalmayıb, hamısını yığıblar. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / kənd-kəsək

kənd-kəsək sözünün rus dilinə tərcüməsi

kənd-kəsək sözünün inglis dilinə tərcüməsi

kənd-kəsək sözünün fransız dilinə tərcüməsi

kənd-kəsək sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#kənd-kəsək nədir? #kənd-kəsək sözünün mənası #kənd-kəsək nə deməkdir? #kənd-kəsək sözünün izahı #kənd-kəsək sözünün yazılışı #kənd-kəsək necə yazılır? #kənd-kəsək sözünün düzgün yazılışı #kənd-kəsək leksik mənası #kənd-kəsək sözünün sinonimi #kənd-kəsək sözünün yaxın mənalı sözlər #kənd-kəsək sözünün əks mənası #kənd-kəsək sözünün etimologiyası #kənd-kəsək sözünün orfoqrafiyası #kənd-kəsək rusca #kənd-kəsək inglisça #kənd-kəsək fransızca #kənd-kəsək sözünün istifadəsi #sözlük