Malaqa sözü azərbaycan dilində

Malaqa

Yazılış

  • Malaqa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Malaqa FK
Malaqa FK (isp. FK Málaga Club de Fútbol — İspaniya futbol klubu. 1904-cü ildə yaradılan klub İspaniya Primera Divizion RFEF liqinde çıxış edir. Oyunlarını 30.044 nəfərlik "Estadio La Rosaleda" stadionunda keçirir. Əndəlüs vilayətinin təmsilçisi olan digər komanda "Qranada" ilə keçirdiyi oyunlar "Əndəlüs dersbisi" adlanır. Klub, tarixi boyu 32 mövsüm La Liqada, 34 mövsüm Sequnda Divizonda (İspaniya ikinci dəstə), 4 mövsüm Sequnda Divizion B-də, 11 mövsüm Tercera División-da keçirmişdir. Ayrıca 2004-cü ildə 2002-ci ildə UEFA Intertoto Kubokunu qazanaraq klub tarixinin ilk Avropa Kuboku zəfərini əldə etdilər.2003-ci ildə UEFA Avropa Liqasında dörddəbir finala gəlmə müvəffəqiyyətini göstərmişdir. İspaniya La Liqasını 2011-2012-ci il mövsümündə 4-cü yerdə başa vuraraq UEFA Çempionlar Liqasında mübarizə aparmaq haqqı qazanmışdılar. Həmin turnirdə 1/4 (dörddəbir) finala qədər irəliləmiş, həmin mərhələdə Almaniyanın Borussia Dortmund klubuna məğlub olaraq mübarizəni dayandırmışdır. == 1904-1933 Quruculuq illəri == Malaga Futbol Klubu 3 aprel 1904-ci ildə 3000 nəfərlik bir izdiham qarşısında köhnə bir sahədə ilk matçına çıxdı.
Malaqa Müasir İncəsənət Mərkəzi
Malaqa Müasir İncəsənət Mərkəzi (ispan dilində: Centro de Arte Contemporáneo de Málaga, qısaldılmış şəkildə - CAC Málaga) - XX əsrin son 30 ilində və və müasir dövrdə yaradılmış heykəltaraşlıq və vizual sənət əsərlərinin toplanması üzrə ixtisaslaşmış müasir incəsənət muzeyi. Muzey 17 fevral 2003-cü ildə 1980-ci illərədək Malaqa şəhərinin mərkəzində fəaliyyət göstərmiş keçmiş topdansatış ticarət bazarının binasında açılmışdır. Malaqa Müasir İncəsənət Mərkəzi alman "incəsənət evləri", alman dövlətləri üçün səciyyəvi olan kunstxauslar modelinə uyğun olaraq müasir incəsənətin sosial, siyasi və estetik meyllərini inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Muzeyin binası 1937-1939-cu illərdə arxitektor Luis Quteres Sotonun layihəsi əsasında inşa edilmişdir. Muzeyin sahəsi 6 000 kv. m.-dir, onun 2 400 kv. metri eksponatların nümayişi üçün ayrılmışdır. Malaqa Müasir İncəsənət Muzeyinin daimi kolleksiyası 400 eksponatdan ibarətdir. Muzeydə Luiza Burjuanın, Ceyk və Dinos Çepmenlərin, Herhard Rixterin, Pol Makkartinin, Aniş Kapurun, Raymond Pettibonun mövsümi sərgiləri keçirilmişdir. Muzeydə həmçinin, kinoların nümayişi, konsertlər və konqreslər də təşkil olunur.
Malaqal dağı
Malaqal dağı- Qazax rayonu ərazisində dağ. == Ümumi məlumat == Əli-Bayramlı kəndindən cənub-şərqdədir.Hündürlüyü 544 metrdir.Güman etmək olar ki,oronim Azərbaycanın bir çox rayonlarında müxtəlif variantlarda qeydə alınmış “isti vaxtda mal-qaranın sərin düşənə kimi saxlandığı kölgəli yer” mənalı mağal sözü ile eyni mənşəlidir.
Malaqasi Nil timsahı
Malaqasi Nil timsahı (lat. Crocodylus niloticus madagascariensis) — əsl timsahlar sinfinin ən böyük nümayəndələrindən biri sayılan Nil timsahının bir yarımnövü. Yalnız Madaqaskar adasında yayılmışdır. Malaqasilər buna "voay" və ya "mamba" deyirlər. Hal-hazırda yarımnöv insanlar tərəfindən demək olar ki, məhv edilir. Son Malaqasi Nil timsahlarına əlçatmaq çətinkeşilən yerlərdə rast gəlinir. Məsələn: Ankarana massivinin yeraltı çaylarında (Ankarana Milli Parkı). "Müqəddəs göllərdə" yaşayan və dini qadağa ilə qorunan populyasiyalar da var. Belə bir göl Ambilube və Antsiranana şəhərləri arasında yerləşən Anivuranudur. == Ədəbiyyat == Мадагаскар / Сакалоў В. Е. — М.: Прагрэс, 1990.
Malaqasi ariarisi
Ariari - Madaqaskarın pul vahidi.
Malaqasi dili
Malaqasi dili — Madaqaskarın milli dili və Avstroneziya dillərinin Malay-Polineziya dilləri qrupunun bir üzvüdür. Madaqaskarın əhalisinin əksəriyyəti,Malaqasiycanı ilk dil kimi danışırlar.
Malaqasiy dili
Malaqasi dili — Madaqaskarın milli dili və Avstroneziya dillərinin Malay-Polineziya dilləri qrupunun bir üzvüdür. Madaqaskarın əhalisinin əksəriyyəti,Malaqasiycanı ilk dil kimi danışırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.38 dəfə / 1 mln.
2003 •• 0.39
2006 0.23
2008 ••• 0.73
2009 •• 0.48
2010 ••••• 1.27
2011 ••• 0.69
2012 ••••••••••••• 3.61
2013 •••••••••••••••••••• 5.83
2014 •••••••••• 2.75
2015 •••••• 1.53
2016 ••••• 1.39
2017 ••• 0.65
2018 •• 0.30
2019 0.28
2020 •• 0.40

"malaqa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#malaqa nədir? #malaqa sözünün mənası #malaqa nə deməkdir? #malaqa sözünün izahı #malaqa sözünün yazılışı #malaqa necə yazılır? #malaqa sözünün düzgün yazılışı #malaqa leksik mənası #malaqa sözünün sinonimi #malaqa sözünün yaxın mənalı sözlər #malaqa sözünün əks mənası #malaqa sözünün etimologiyası #malaqa sözünün orfoqrafiyası #malaqa rusca #malaqa inglisça #malaqa fransızca #malaqa sözünün istifadəsi #sözlük