Mans sözü azərbaycan dilində

Mans

Yazılış

  • Mans • 95.4545%
  • mans • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mans (İzer)
Mans (fr. Mens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38226. Kommunanın 2006-cı il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Le Mans 24 Saat
Le Mans 24 Saat yarışları (24 Heures du Mans) — dünyanın ən məşhur idman avtomobillərinin dözümlülük yarışlarından biridir. Pistin uzunluğu 13.469 km-dir. Üç kateqoriyaya malikdir: İdman avtomobili, yük maşını və motosiklet. Yarışlarda iştirak edən avtomobillər prototipdir. 1923-cü ildən bəri keçirilir. 1939-1949-cu illər arasında İkinci Dünya Müharibəsinə görə təşkil edilməmişdir. 1955-ci ildə qəza nəticəsində 83 ölü və 120-dən çox yaralı olmuşdur. Hər il Fransanın Le Mans yaxınlığındakı Circuit de la Sarthe pistinin French Sarthe département hissəsində keçirilir. Automobile Club de l'Ouest (A.C.O) tərəfindən təşkil edilir. == Sürücülər == Əvvəlcə avtomobil sürücülərinin sayı və onların nə qədər sürə biləcəyi ilə bağlı qaydalar yox idi.
Arif Mansurov
Arif Ənvər oğlu Mansurov (1939, Bakı – 2002, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, yazıçı, SSRİ Jurnalistlər İttifaqı və Azərbaycan Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Ekologiya və Həyatın Mühafizəsi Elmləri Akademiyasının akademiki, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1988–1990). == Həyatı == Arif Mansurov 1939-cu ildə Bakıda anadan olmuşdur. Arif Mansurov Mirzə Mansur Mansurovun nəvəsidir, tarzən Ənvər Mansurovun oğlu, aktyor Ənvər Mansurovun atasıdır. Arif Mansurov 2002-ci ildə qəfildən, 61 yaşında dünyasını dəyişib. == Siyasi-ictimai fəaliyyəti == Bakıda, Mərdəkan qəsəbəsində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə, Səbail rayonunda qəzəlxan Əliağa Vahidə qoyulan abidələr Arif Mənsurovun adı ilə bağlıdır.Moskvada çıxan "Nedelya" qəzetində vaxtaşırı ekoloji problemlərlə bağlı məqalələri, esseləri çap olunub.Arif Mansurov Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri olmuşdur. === Partiya fəaliyyəti === Arif Mansurov 1989-cu ildə Azərbaycanda Yaşıllar Hərəkatı kimi fəaliyyətə başlamış və 1993-cü ildə siyasi partiyaya çevrilmiş Yaşıllar Partiyasının sədri və qurucusu olmuşdur.O vəfat etdikdən sonra 2002-ci ildən həmin partiyaya Elmar Qafarov və həyat yoldaşı Cəmilə Mansurova rəhbərlik etmişdir. == Təltif və mükafatları == "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı Yusif Məmmədəliyev adına mükafat Əliağa Vahid adına mükafat1995-ci ildə "Avr-Asiya" qəzetinin sorğusuna əsasən Azərbaycanda ilin adamı seçilib. == Əsərləri == 1990: Белые Пятна Истории и Перестройка (azərb. Tarixin ağ ləkələri və Yenidənqurma‎) 1994: Гены гиен (azərb. Goreşən xisləti‎) === Kitabları === Мансуров А. Белые пятна истории и перестройка.
Artemisia manshurica
Artemisia manshurica (lat. Artemisia manshurica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Aydın Mansurov
Aydın Bəhram oğlu Mansurov (14 sentyabr 1953, Bakı – 30 dekabr 2017, Bakı) — Azərbaycan musiqiçisi, kinooperator. == Həyatı == Aydın Mansurov 14 sentyabr 1953-cü ildə Bakıda musiqiçilər ailəsində anadan olub. Asəf Zeynallı adına Orta Musiqi Məktəbində xor dirijorluğu fakültəsində təhsil alıb (1968-1973). Bir müddət musiqi məktəbində nəzəriyyədən dərs deyib (1975-1982). 1983-2005-ci illərdə AzTV-də kinooperator vəzifəsində çalışıb. 2005-ci ildən isə ömrünün sonuna qədər İctimai Televiziyada işləyib. Aydın Mansurov bir çox televiziya və sənədli filmlərin quruluşçu operatoru olub. 24 aprel 2015-ci ildə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyətinin "Humay" Milli Mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 7 noyabr 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == == Şəcərəsi == Məşədi Məlik bəy Mansurovun nəticəsidir.
Bruno Manser
Bruno Manser (25 avqust 1954[…], Bazel – 10 mart 2005, Kalimantan) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur. == Gənclik illəri və təhsili == Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub. Manser gənclik illərində müstəqil düşüncəli insan olub. Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır.
Bəhram Mansurov
Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (12 fevral 1911, Bakı – 14 may 1985, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olmuşdur. Qədim İçərişəhərdə yaşayan Mansurovların evi sanki bir muğam ocağı idi. Bu evdə Bəhram Mansurovun musiqişünas babası Məşədi Məlik bəyin təşkilatçılığı ilə musiqi gecələri təşkil olunur və doğma Azərbaycanımızın hər yerindən muğam biliciləri, xanəndələr, musiqiçilər bu məclisə toplaşırdılar. Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər də bu məclislərin qonağı olmuşlar. Balaca Bəhramın yaşadığı bu evdə cürbəcür xalq çalğı alətləri var idi. Böyüklər evdə olmayanda o,tarlardan birini götürüb kökdən salana kimi çalırdı. Bahramın babası Məşədi Məlik muğam ustası və milli musiqinin ilk təbliğatçılarından biri olmuşdur. O, Azərbaycanın musiqi mədəniyyəti tarixində Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu kimi tanınır. Bəhram Mansurovun əmisi Mirzə Mansur isə uzun müddət konservatoriyada çalışmışdır.
Bəhruz Mansurov
Mənsurov Bəhruz Qəhrəman oğlu (13 mart 1975, Telavar, Yardımlı rayonu – 16 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı həlak olub. == Həyatı == Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Yardımlı rayonunun Telavar kəndində dəfn edilib. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır. Oxuduğu orta məktəb onun adını daşıyır. Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksi onun adını daşıyır.
Cucumis melo var. mansouri
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Eldar Mansurov
Eldar Bəhram oğlu Mansurov (28 fevral 1952, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2012). == Həyatı == Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yaradıcılıq gecəsi keçirilmişdir.2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007–2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Eldar Mansurovun mahnıları (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Elxan Mansurov
Elxan Bəhram oğlu Mansurov (21 fevral 1955, Bakı) — tarzən, muğam ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2005). == Həyatı == Elxan Mansurov 1955-ci il fevral ayının 21-də Bakıda, musiqiçi ailəsində doğulmuşdur. Tar çalmağı uşaq yaşlarından atasından öyrənmişdir. Elxan Mansurov 1975-ci ildə Asəf Zeynallı adına orta musiqi məktəbinin, 1983-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirib. 47 ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsndə işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlamışdır. Bunlardan Nəzakət Teymurova — Leyli, Şahsənəm və Əsli; Gülüstan Əliyeva — Leyli, Şahsənəm, Əsli və Ərəbzəngi; Lalə Məmmədova — Leyli; Alim Qasımov — Məcnun və Qərib; Səbuhi İbayev — Məcnun, Qərib və Şah İsmayıl; Simarə İmanova — Leyli və Şahsənəm; Mələkxanım Eyyubova — Leyli; Zahid Quliye — Məcnun; Təyyar Bayramov — Şah İsmayıl və İbn-Salam; Gülyaz Məmmədova — Şahsənəm və Əsli; Aygün Bayramova — Şahsənəm və Əsli; Mütəllim Dəmirov — Qərib və İbn-Salam; Vüsalə Musayeva — Leyli; İlkin Əhmədov — Məcnun; Rafiq Əliyev — Məcnun və Şah İsmayıl; Elnur Zeynalov — Qərib, İbn-Salam və Məcnunun atası; Nəzər Bəylərov — İbn-Salam və Zeyd — adlarını çəkmək olar. Elxan Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısıdır. O, uzun illərdir ki, dövrü mətbuatda, radio və televiziyada silsilə verilişlərdə muğamlarımızın təbliği ilə məşğul olur. Atası Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir.
Elçin Mansurov
Elçin Elşən oğlu Mansurov (25 noyabr 1984, Binə – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Elçin Mansurov 1984-cü il noyabrın 25-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Aviaşəhərcik" adlanan aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən idi. === Təhsili === Elçin Mansurov ilk təhsilini əvvəlcə Binə qəsəbəsində yerləşən 149 nömrəli orta məktəbdə alıb. Ailə vəziyyəti ilə əlaqədar olaraq Yasamal rayonuna köçən Elçin Mansurov burada 286 nömrəli orta məktəbi təhsilini davam etdirib. 8-ci sinifdən sonra Yardımlı rayonunun Kürəkçi kənd məktəbində təhsil alan Elçin Mansurov orta təhsilini bu məktəbdə başa vurub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Şəhid baş leytenant Fərid Əhmədov ilə kursant yoldaşı olub. 2007-ci ildə ali hərbi məktəbi nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib. === Ailəsi === Atası Elşən Fürsənd oğlu Mansurov Bakı Aeroportunda uzun illər müəyyən vəzifələrdə çalışıb.
Elçin Mansurov (həkim)
Elçin Mansurov (Elçin Bilal oğlu Mansurov; 3 iyun 1960, Qılınclı kəndi, Kəlbəcər rayonu) — həkim-onkoloq, Azərbaycan Respublikasının əməkdar həkimi. == Həyatı == Elçin Mansurov 3 iyun 1960-ci ildə Kəlbəcər rayonu Qılınclı kəndində anadan olmuşdur.1977-ci ildə Qazax rayonu Ağköynək kənd orta məktəbini bitirmişdir. 1977-1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil almışdır. 1987-1989-cu illərdə Elmi Tədqiqat Rentgen Radiologiya və Onkologiya İnstitutunda klinik ordinatura keçmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1984-1987-ci illərdə Mingəçevir Rayonlararası Onkoloji Dispanserdə həkim-onkoloq vəzifəsində çalışmışdır. 1989-cu ildən Milli Onkoloji Mərkəzində həkim onkoloq vəzifəsində çalışmaqdadır. 1999-cu ildə Tibb elmləri namizədi dərəcəsinə layiq görülmüşdür. 2016-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının assistentidir. Onkologiya sahəsində 74 elmi iş və məqalələr dövrü nəşriyyatda və başqa ölkələrdə çap olunmuşdur.
Elşən Mansurov
Elşən Mansurov (Elşən Məmməd oğlu Mansurov; 30 dekabr 1962) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Elşən Mansurov 30 dekabr 1962-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonundandır.Konservatoriyada təhsil alıb (1985–1990). 2000-ci ildən Konservatoriyada kamança sənətinin sirlərini öyrədir. Bir müddət Alim Qasımovu müşayiət edib (1989–1997). E.Mansurov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Ağacəbrayıl Abasəliyevin kamança sinfində təhsil almışdır.Təhsil aldığı illərdə Respublikada keçirilən müxtəlif müsabiqələrdə laureat olmuşdur. 1986-cı ildə Bakı şəhərində keçirilən Ü.Hacıbəyli adına I Beynəlxalq Müsabiqədə birinci yerə layiq görülmüşdür. 1986-cı ildən başlayaraq xanəndə Alim Qasımovla birlikdə çalışmışdır. O, dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarının təbliği ilə məşğul olmuşdur. Bu ölkələrdən Amerika, Fransa, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İspaniya, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İtaliya, Braziliya, İran, Türkiyə, Mərakeş, Tunis, Rusiya və s.
Erigeron manshuricus
Erigeron manshuricus (lat. Erigeron manshuricus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Fərid Mansurov
Fərid Mansurov (10 may 1982, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi (2010-2011), Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri. == Həyatı == 10 may 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur.Ailəsi 1984-cü ildə Bakıya köçmüşdür. 1992-ci ildən «Neftçi» İdman Cəmiyyətində Əliqulu Həsənoğlunun rəhbərliyi altında məşqlərə başlamışdır. 1997-ci ildə ilk uğurunu əldə edir. Yeniyetmələr arasında dünya birinciliyində 2-ci yeri tutur. Lakin 1998-ci ildə yeniyetmələrin Olimpiadasında uğursuz çıxış edir.Səbəb isə yarımfinalda Kuba idmançısıyla görüşündə biləyinin çıxmasıdır. Fərid Mansurov 2000-ci ildə kişilər arasında Azərbaycan çempionatında birinci yeri tutur. Bir il sonra Özbəkistanda keçirilən gənclərin dünya birinciliyində qızıl medal qazanır. 2002-ci ildə gənc olmasına baxmayaraq, o zaman məşqçisi olan Elçin Cəfərov onu gənclərin dünya çempionatına deyil , birbaşa böyüklərin analoji yarışına hazırlayır. Fərid Mansurov 8 ildən sonra , dünya çempionatının gümüş medalçısı olur.
Jan-Fransua Mansel
Jan-Fransua Mansel (fr. Jean-François Mancel) — fransız siyasətçi, Fransa Milli Məclisinin keçmiş deputatı, Uaza departamentinin Ümumi Şurasının keçmiş prezidenti, Respublikaçılar partiyasının üzvü,Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti == Bioqrafiyası == 1 mart 1948-ci ildə Bove şəhərində (Uaza departamenti) anadan olub. Parisdə təhsil aldı, ictimai və mülki hüquq ixtisası bitirmişdir. 1968-ci ildə o, siyasi karyerasına respublikaya dəstək olaraq Demokratlar İttifaqının Qaullist Partiyasına qoşulmaqla başlamış, daha sonra Cümhuriyyəti dəstəkləyən Birlik, sonra isə Xalq Hərəkatı Birliyi adını vermişdir. 1971-ci ildə Bove şəhər məclisinə seçildi və vitse-mer təyin olmuşdur. Bu vəzifəni 1977-ci ildə, sosialist Valter Ansallem bələdiyyə seçkilərində qazandıqdan sonra tutmuşdur. 1978-ci ildə Mansel Uaza departamentinin 5-ci təslimində Fransa Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürdü və 30 yaşında Milli Məclisin deputatı oldu. Növbəti il, ilk dəfə, Noai Kantonundan Uaza departamentinin Ümumi Şurasına seçkidə qalib gəldi, bundan sonra təkrar seçildi və kantonu hazırda məclisdə təmsil edir. 1981-ci ildə Jan-Fransua Mansel növbəti parlament seçkilərində mandatını müdafiə edə bilmədi və 1983-cü ildə Bove meri uğrunda mübarizədə Volter Ansalleyə məğlub oldu. 1985-ci ildə yenidən kantonal seçkilərdə qalib gələrək Uaza departamentinin Baş Şurasının prezidenti oldu və 2004-cü ildə məclisdə sağçı çoxluq itirənə qədər bu vəzifəni tutdu.
Katrin Mansfild
Katrin Mansfild Boçamp Murri — Görkəmli modernist Yeni Zelandiyada doğulmuş İngilis qısa hekayə yazıçı.19 yaşında Katrin Yeni Zelandiyanı tərk etmiş və İngiltərdə məskunlaşmışdır.İngiltərədə o,modernist yazıçılar Oldes Haksli, David Lavrens və Virciniya Vulf ilə dostluq əlaqləri yaratmışdır.Onun qısa hekayələrində şüur axınından istifadə olunmuşdur.1917-ci ildə vərəm diaqnozu qoyulur.34 yaşında Fransada vəfat edir. == Həyatı == Mansfild 1888-ci ildə Vellinqtonda görkəmli ailədə dünyaya gəlmişdir.Atası Yeni Zelandiya bankının müdüri idi və cəngavər tituluna layiq görülmüşdü.1893-cü ildə Mansfild ailəsi Torndondan Karoriyə köçür.Katerina burada uşaqlığının ən xoşbəxt illərini keçirir.Sonralara Prelüd hekayəsində bu illərdən yazır. 9 yaşında "Enna Blake" adlı ilk hekayəsi çap olunur. 1903-cü ildə Queens College-ə daxil olur və bacıları ilə birgə Londonda köçür.Burada Cənubi Afrikadan olan yazıçı İda Beyker(Lesli Mur kimi də tanınır) ilə tanış olur və ömrünün axırına qədər dost qalır. Mansfild 1903-1906-cı illər arasında Belçika və AlmaniyayIa səyahət edir.Almaniyada olduğu müddətdə Anton Çexovun əsərləri ilə tanış olur.İngiltərədə təhsilini başa vurduqdan sonra Zelandiyaya qayıdır və qısa hekayələr yazmağa başlayır.2 il sonra yenidən Londona qayıdır.Atası ona illik 100 sterlinq göndərirdi. Həm qadınlar,həm də kişilərlə sevgi münasibətləri oldu.İlk qadın sevgilisi Maorili Maata Mahupuku(bəzən Marta Qreys kimi də tanınır) olmuşdur.Özü tez-tez Maatanı Şarlotta deyə çağırırdı.Maata haqqında bir neçə qısa hekayəsində də yazdı.Maata 1907-ci ildə evləndi.Katrinin ikinci belə münasibəti Edif Katlin Bendal ilə oldu.Bu münasibət 1906-1908-ci illər arasında davam etdi.Sonralar Beatris Hastinqslə sevgili olur. İlk evliliyini 1909-cu ildə Corc Braunla edir.Amma həmin gün Corcu tərk edir.1918-ci ildə Katrin Con Midlton Marri ilə evlənir. I Dünya Müharbəsində sevimli qardaşı "Çammi"nin ölümündən sonra yaradıcılığında Zelandiyadakı uşaqlıq illərinə sığındı.Daha çox nostalgiyaya yer verdi.Mansfildin ailəsi ilə bağlı xatirələri Bliss(1920) hekayələr kitabında yer alır.Həyatı boyu sadəcə 3 hekayələr kitabı nəşr olunur. Əsərlərinin çoxu ölümündən sonra ikinci həyat yoldaşı tərəfindən çap olunur,halbuki özü əsərlərinin yandırılmasını vəsiyyət etmişdi. Şəxsiyyətinin bəzi yönləri Lavrensin,Oldos Hakslinin,Fransis Karlonun və Konrad Aykenin bəzi əsərlərindəki obrazlar üçün ilham mənbəyi olmuşdur.
Laetitiya Mansieri
Laetitiya Mansieri (19 aprel 1983) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Laetitiya Mansieri Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Laçın əl-Mansuri
Laçın əl-Mansuri ya da tam adı Məlik əl-Mənsur Hüsaməddin Laçın el-Mansuri (ərəb. الملك المنصور حسام الدين لاجين المنصورى‎; v. 16 yanvar 1299, Qahirə)- Misir və Suriyada 1296–1299-cu illərdə hökm sürmüş on birinci Məmluk Sultandır. == Həyatı == Laçın, Sultan Mənsur Əlinin məmlüklü köləsi idi. Sarışın olduğu üçün Avropalılar onun German əsilli olduğunu iddia etsələr də Qafqazlı sarışın bir Çərkəz olması daha mümkündür. 1259-cu ildə bu Sultan Mənsur Əlinin taxtan endirilməsi ilə Kalavun tərəfindən satın alındı və onun yanında yetişib bacarıqlı olduğuna görə Əmir adını aldı. 1280-ci ildə Kalavun tərəfindən Dəməşq qalasının mühafizə komandanlığına gətirildi. Bu da əvvəl komandan olmuş Sunqur al-Askarın Dəməşqdə üsyan etməsinə və özünü sultan elan etməsinə səbəb oldu. Bu üsyanın yatırılması üçün Kahoredən qoşunlar gətirildi və bu qoşuna komandanlığı da Laçın edərək üsyan yatırtdı. Bu uğuru münasibətilə iyun 1280-ci ildə Laçın Suriya əyaləti valisi təyin edildi.
Malik Mansurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Mansa Musa
Mansa Musa (təq. 1280, Mali imperiyası – ən tezi 1332 və ən geci 1337) — 1307/12-1332/37-ci illərdə hakimiyyətdə olmuş orta əsr Mali dövlətinin mansası (ali hökmdar). Keyta sülaləsinin nümayəndəsi idi. Mali dövlətinin banisi Sundiat Keytanın qardaşı oğlu idi. May ayının ilk ongünlüyündə anadan olmuş, bu təxminən 1 maydan 8 maya qədərdir və avqustun son ongünlüyündə ölmüşdür - bu isə 24-31 avqust aralığını əhatə edir. Onun hakimiyyəti illərində Mali tarixində ən böyük ərazilərə sahib idi. Ölkə əhəmiyyətli dərəcədə böyümüş və mədəni inkişafının zirvəsinə çatmışdır. == Ümumi təsvir == Musanın hökmranlığı əsasən o dövrün ərəb salnaməçilərinin qeydlərindən məlumdur: ən dolğun məlumatları - Şihab əd-din Əhməd ibn Yəhya ibn Fadlallah əl-Omari ad-Dimashki (ərəb. شهاب الدين احمد ابن يحيى ابن فضل الله العمري الدمشقي‎), İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (ərəb. أبو عبد الله محمد ابن بطوطة‎‎) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb.
Mansarda
Mansarda ( fr. mansarde ) - binaların üstündə çatı tavanlı otaq. == Mansardanın tarixi == Mansardanın tarixi XVII əsrdə başlamışdır. O, məşhur fransız memarı Fransua Mansarın adı ilə bağlıdır. Baxmayaraq ki, Mansara qədər Fransız memarlar (xüsusilə Pyer Lesko) orada yaşayış binaları tikmək üçün Fransız damlarından istifadə edirdilər, məhz o oldu ki kim, ən tez-tez istifadə etməyə başladı dekorativ effektə nail olmaq üçün. O ilklərdən biri oldu kim damı gözəl pəncərələr ilə təchiz etdi və çardağı çox adlı-sanlı olmayan qonaqlar üçün apartamentə çevirdi. Bu ideya Parisdə geniş yayılmışdır. Yaşayış mansardanının olması dəbə düşdü, ən əsası isə çox sərfəli idi. Parisin şəhər hakimiyyət orqanları mərtəbədən asılı olaraq ev sahibidən vergilər toplayırdılar. Amma çardaq mərtəbə hesab olunmurdu, ona görə də pul onun üçün götürmürdülər.
Mansel adası
Мansel (ing. Mansel Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Adada yaşayış yoxdur (2012). == Coğrafiya == Ada Hudzon körfəzinin şimal-şərqində, Unqava yarımadasının şimal-qərbindən 58 km qərbdə yerləşir. Yaxınlığında yerləşən adalar: Kots (115 km qərbdə), Sauthempton (150 km şimal-qərbdə) və Hottinhem (120 km şimal-şərqdə). Adanın uzunluğu 112 km, eni 48 km, sahəsi 3 180 km² təşkil edir. Dünyada sahəsinə görə 159-cu yerdədir. Sahil həttinin uzunluğu 298 km-dir. Kvebek vilayəti ərazisinə yaxın yerləşməsinə baxmayaraq, inzibati cəhətdən Nunavut vilayətinin Kikiktani rayonu ərazisinə daxildir. Ada əsasən düzənlik əraziyə malikdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.67
2010 ••• 0.09
2011 ••• 0.09
2012 •••••••• 0.26
2017 ••••••••••••••• 0.49

"mans" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mans nədir? #mans sözünün mənası #mans nə deməkdir? #mans sözünün izahı #mans sözünün yazılışı #mans necə yazılır? #mans sözünün düzgün yazılışı #mans leksik mənası #mans sözünün sinonimi #mans sözünün yaxın mənalı sözlər #mans sözünün əks mənası #mans sözünün etimologiyası #mans sözünün orfoqrafiyası #mans rusca #mans inglisça #mans fransızca #mans sözünün istifadəsi #sözlük