Muşavaq
Muşavaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Muşavaq kənd inzibati ərazi dairəsində kənd.
== Toponimikası ==
"Avak" sözü türk dillərində "yön, istiqamət, səmt, tərəf" mənalarını ifadə edir. Oykonim "muşlular, Muşdan gələnlər" mənasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin dialektlərinda "yamaq, hörmə, közəmə" mənasında müşəbəx sözü də işlənməkdədir.
== Tarixi ==
Kəndin əsl adı Muşavakdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra Türkiyənin Muş əyalətindən gəlmiş Avak adlı bir nəfərin məskunlaşması nəticəsində yaranmışdır.
=== Tarixi abidələri ===
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
== Coğrafiyası və iqlimi ==
Kənd Başkənd-Dəstəfur çökəkliyində yerləşir.
== Əhalisi ==
== İqtisadiyyatı ==
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
== Mədəniyyəti ==
Kənddə Muşavaq kənd kitabxana filialı, Muşavaq kənd Mədəniyyət Evi fəaliyyət göstərir.