Hacı Muradın nəşinin oğurlanması
Hacı Muradın nəşinin oğurlanması — Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin oğurlanması hadisəsi. Hadisənin 31 may 2019-cu il tarixində baş verdiyi ehtimal edilir. Çıxarılmış qalıqlar, iyunun 2-də öz vətənində Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqda məlumatlar yayılıb. Azərbaycanın rəsmi dövlət orqanları bununla bağlı bir bəyanat verməsələrdə, Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmənin sökülməsi, orada qazıntı aparılması iddianın əsassız olmadığını göstərir.
Hacı Murad 5 may 1852-ci ildə Qaxın Tanqıt kəndi yaxınlığında kazaklar tərəfindən mühasirəyə alınır. 11 saatlıq döyüşdən sonra Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y.Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir.
Uzun illər Hacı Muradın kəlləsinin Azərbaycanda olan məzarında basdırılma məsələsi müzakirə olunur.