* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. …İkramın fikri dəyişir, bütün günahları nənəsində görürdü. Ə.Əbülhəsən. 2. Bəzi yerlərdə anaya deyilir. 3. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət. [Yusif:] Xoş gəlibsən, Pərzad nənə! N.Nərimanov. // Çox qoca qadın haqqında. [Qarı:] Qurban sana qarı nənən; Xeyir xəbər gətirdim mən. S.Vurğun. // Bəzən xitab yerində işlənir. Nənə, buyurun, əyləşin.
Azərbaycan dilinin izahlı lüğəti / nənə1 Serb dilində bu söz “ana”, polyak dilində “dayə”, hind dilində “ana”, alban dilində “qidalandırıcı (dayə)”, bolqar dilində “xala”, fin dilində “məmə” (döş) mənalarında işlədilir. Няня formasında rus dilinə də keçib. Belə zənn edirəm ki, ana sözü ilə qohumdur və başqa dillərə türk dillərindən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nənə2 сущ. 1. бабушка: 1) мать отца или матери, разг. бабка. Nənəyə baş çəkmək навещать бабушку, nənəni təbrik etmək поздравлять бабушку, nənə olmaq быть, стать бабушкой, nənənin nağılları сказки бабушки, бабушкины сказки 2) обращение к старой женщине, старухе. Nənə, əyləşin бабушка, садитесь 2. диал. мать, мама
Azərbaycanca-rusca lüğət / nənə1 is. grand-mère f ; ata ~si grand-mère paternelle ; ana ~si grand-mère maternelle
Azərbaycanca-fransızca lüğət / nənə1 сущ. 1. баде (хтул авай дишегьли); 2. бязи чкайра дидедизни лугьуьда; 3. баде (яшлу дишегьлидив рахадамаз гьуьрметдалди лугьудай гаф); гзаф кьуьзуь дишегьли.
Azərbaycanca-ləzgicə lüğəti / nənəI (Ağdam, Ağcabədi, Ağdərə, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Goranboy, Göyçay, Kəlbəcər, Qazax, Laçın, Lənkəran, Ordubad, Şərur, Tərtər, Tovuz) ana. – Uşağı kim doğdu, uşağ ona nənə deməlidi (Bərdə); – Nənə, ma: çörəx’ ver (Kəlbəcər); – Nənəmnən toya getmişdim (Lənkəran) II (Balakən) bacı. – Nənəm onuncu sinifdə oxuyur
Azərbaycan dilinin dialektoloji lüğəti.