oca sözü azərbaycan dilində

oca

Yazılış

  • oca • 45.4545%
  • Oca • 27.2727%
  • OCA • 18.1818%
  • OCa • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abşeronun istirahət ocaqları (film, 1975)
Abşeronun istirahət ocaqları filmi rejissor Eldar Eminbəyli tərəfindən 1975-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilm də istehsal edilmişdir. Film Abşeronda Xəzərin sahilində yerləşən istirahət ocaqlarından danışır. == Məzmun == Xəzərin Abşeron sahilləri... Hər cür şəraiti olan sanatoriyalar, müasir istirahət evləri, rahat pansionatlar. Sovetlər İttifaqının hər yerindən adamlar müalicə almağa, istirahət etməyə bu yerlərə gəlirlər, burada dincəlirlər. Buzovnadakı beynəlxalq "Gənclik" düşərgəsi də dəniz sahilində yerləşir... Sənədli televiziya filmi Abşeronda Xəzərin sahilində yerləşən istirahət ocaqlarından danışır.
Ageratina ocanensis
Ageratina ocanensis (lat. Ageratina ocanensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Alpərən Ocaqları
Alpərən Ocaqları (türk. Alperen Ocakları), rəsmi olaraq Alperen Ocaqları Təhsil, Mədəniyyət və Həmrəylik Vəqfi (türk. Alperen Ocakları Eğitim Kültür ve Dayanışma Vakfı) və ya sadəcə olaraq Alpərənlər — Türkiyədə Böyük Birlik Partiyası ilə əlaqəli ifrat sağçı gənclər təşkilatı. == İdeologiyası == Alpərən Ocaqlarının ideologiyası sünni islam ilə türk milliyətçiliyinin sintezidir. Bu, milliyyətçiliyə günah kimi baxan islamçılar və dini əhəmiyyətsiz hesab edən milliyətçilər tərəfindən tənqid edilən ideologiyadır. Bununla belə, onlar Ülkü Ocaqlarından daha çox milliyətçilik əvəzinə dinə meyl etmələri kimi bəzi aspektlərdə fərqlənirlər. Həmçinin, Alpərənlər Türkiyədə türklər, lazlar, çərkəzlər, kürdlər və ərəblər də daxil olmaqla, bütün etnik qrupların əl-ələ verərək ölkəni müdafiə etməli olduqlarını, Ülkü Ocaqlarının isə yalnız etnik türklərin qayğısına qaldığını iddia edirlər. Alpərənlər heç bir etnik qrupu marjinallaşdırmadan, bütün insanları Adəm övladı kimi görərək türk millətinə qarşı dərin sevgi, bağlılıq və məsuliyyət yaratmaq istədiklərini iddia edirlər.
Alı Xəlifə ocağı
Alı Xəlifə ocağı - Laçının Böyük Seyidlər kəndində yerləşən ziyarətgah. == Tarixi == Laçının ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Bu yerlərdəki müqəddəs məkanlara gəlincə isə Qarabağın ən ağır seyidlərindən sayılan Alı Xəlifə həmin kənddə dünyasını dəyişmişdi və məzarı üstündə sərdabə tikilmişdir. Ulu səcdəgahlardan biri də məhz Alı Xəlifənin ocağı idi.Sərdabəsi kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir. 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Həmçinin bax == Laçın Laçın abidələrinin siyahısı Laçın rayonu Seyidlər kəndi == İstinadlar == == Xarici keçidlər == "Ziyarətgahlar diyarı - Laçın". ahlibeyt.az. İstifadə tarixi: 10 avqust 2021. "Laçın rayonunun vandalizmə məruz qalmış abidələri".
Ata ocağı (film, 2017)
Ata ocağı bədii serialı baş ssenarist Valeh Əhmədov və rejissor Rüfət Şahbazov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Xəzər televiziyasında istehsal edilmişdir. Serial psixoloji dram janrındadır. Əsas rolları Rəşad Bəxtiyarov, Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfərov, Mənsurə Əhmədova ifa edirlər. Serial həftəiçi hər gün saat 22:00-da "Xəzər TV" yayımlanır. 3 avqust 2023-cü ildə final edərək bitmişdir. == Məzmun == Serial psixoloji dram janrındadır. Ailə münaqişəsindən bəhs edir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir. Ailə başçısı ata sosial problemlər məngənəsində təklənir.
Ata ocağı (serial, 2017)
Ata ocağı bədii serialı baş ssenarist Valeh Əhmədov və rejissor Rüfət Şahbazov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Xəzər televiziyasında istehsal edilmişdir. Serial psixoloji dram janrındadır. Əsas rolları Rəşad Bəxtiyarov, Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfərov, Mənsurə Əhmədova ifa edirlər. Serial həftəiçi hər gün saat 22:00-da "Xəzər TV" yayımlanır. 3 avqust 2023-cü ildə final edərək bitmişdir. == Məzmun == Serial psixoloji dram janrındadır. Ailə münaqişəsindən bəhs edir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir. Ailə başçısı ata sosial problemlər məngənəsində təklənir.
Axura Qaradağ Ocağı
Axura Qaradağ Ocağı — Şərur rayonundakı ziyarətgah == Haqqında == Ocağın mərkəzində nəhəng prizmatik-konusvarı formalı qara daş var.; daşın ətrafında kiçik ölçülü bir neçə daş düzülmüşdür. Əfsanəyə görə, qara daş göydən zühur etmiş ana, ətrafındakı daşlar isə onun övladlarıdır. Odur ki,ocağa yalnız qadınlar və uşaqlar gedə bilər. Arzu və niyyətinin həyata keçməsini istəyən şəxslər ocağa nəzir deyir, arzularına çatdıqda ortaya nəzir aparırlar. Axtarışlar nəticəsində ocağın həyətindən XIII əsr- XIV əsrlərə aid saxsı qab qırıqları aşkar edilmişdir. Görünür, ocaq da həmin dövrə aiddir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Azərbaycan Ali Təhsil Ocaqları
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Azərbaycan tanıtım ocağı
Azərbaycan tanıtım ocağı (ATO) Təbriz universitetinde 2006 dan bəri çalışan öyrənci təşkilatı. Azərbaycanlı öyrənciləri öz doğma yurdlarının ictimai-iqtisadi və kültürəl problemlərinə hassaslatmaq yanında bilimsəl tədqiqat aparmaq və öyrınciləri umum Azərbaycan məsələlərinin həlli üçün fəallaştırmaq Atonun əsas amacıdır.
Azərbaycanda zəlzələ ocaqları
Zəlzələ — Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani titrəməsi. == Zəlzələ == Zəlzələlər təbiətin ən dəhşətli hadisələrindəndir. Hər dəfə fəlakətli zəlzələlər minlərlə insan tələfatına, böyük həcmli iqtisadi itgilərə səbəb olurlar. Analiz göstərir ki, Yerdə baş verən kataklizmlərin yarısından çoxu seysmik fəlakətlərdir. 1755-ci il noyabrın 1-də Atlantik okeanında baş verən zəlzələ çox geniş ərazidə (yüzlərlə kilometr məsafədə) dağıntılara səbəb olmuşdur. Zəlzələ ocağına ən yaxın məsafədə yerləşən Lissabon şəhərinin böyük hissəsi yerlə yeksan olmuş, 15000-ə yaxın ev dağılmış, 50000 nəfərə yaxın insan tələf olmuşdur. Zəlzələ zamanı okean dibinin titrəyişi sunami əmələ gətirmiş, hündürlüyü 30m-ə yaxın olan dəniz dalğaları nəinki yaxındakı Lissabon sahillərində, hətta İngiltərə, Fransa, Almaniya sahillərində də dağıntılara səbəb olmuşdur. İri su dalğaları həmçinin cənubi Amerika sahillərində də müşahidə olun¬muşdur. 1906-cı il aprelin 18-də Kaliforniyada iri San-Andreas qırılmasında baş verən qəfləti üfüqi yerdəyiş¬mə güclü zəlzələyə səbəb olmuş, San-Fransisko şəhəri dağılmaqla bərabər, böyük yanğınlara məruz qalmışdır. Qırılma zonasında yerdəyişmənin amplitudu 7 m-ə çatmışdır.
Azərbaycanın müalicə ocaqları (film, 1951)
Azərbaycanın müalicə ocaqları filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1951-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir. == Məzmun == Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir.
Ağasən ocağı
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da Talış dilndə "qoca" deməkdir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır.Bu haqda tədqiqarçı -tarixçi Aqşin Əliyev özünün 2018 ci ildə yazdığı Cənub bölgəsinin abidələri ensiklopediyası kitabında geniş məlumat vermişdir. == Mülahizələr == Xalq arasında sadəcə «Ocaq» adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir. Kəndin çox yaşlı, hətta dünyasını dəyişmiş sakinlərinin dediyinə görə bu yerdə bir seyyidə qadın dəfn olunub və o, əvvəlcə Alar, sonralar isə Solqard kəndində yaşayan seyidlərin qohumu olmuşdur.
Bakının ali təhsil ocaqları
Sovet dövründən bu yana şəhərdə bir çox ali təhsil müəssisəsi yerləşib. Bunlardan ilki isə 1919-cu ildə açılan Bakı Dövlət Universitetidir. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası da məhz Bakıda yerləşir.
Ceyhun Ocadov
Ceyhun Ocadov (d. 27 iyun 1984, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 26 yanvar 2017, Bakı, Azərbaycan) — Azərbaycan müasir incəsənət rəssamı. == Həyatı == 1984-cü il iyunun 27-də Bakıda doğulub. 1991-ci ildən 2001-ci ilə qədər Bakıda 53 saylı orta məktəbdə oxuyub. 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 2012-ci il dekabrın 18-də Ceyhun Ocadov rəssam Faiq Əhmədi onun işlərini plagiat etməsində ittiham edib. == Sərgiləri == === Qrup sərgiləri === 2003 — Aluminium. Art + New Technologies. Beynəlxalq incəsənət sərgisi.
Doğma Ocağım Mənim (1984)
== Məzmun == Televiziya sənədli filmi Cəlilabad rayonunda yaşayan adlı-sanlı mexanizator, 16 övlad atası Nüsrət Məmmədovun həyat və fəaliyyətindən bəhs edir.
Doğma ocaq (film, 2012)
Doğma ocaq — Azərbaycanlı rejissor Rodion İsmailovun filmi. == Məzmun == Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən “Doğma ocaq” filmi Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir. Filmin qəhrəmanı Lolitanın anası rus, atası azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır. == Haqqında == Film Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək istehsalıdır. Film Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib. == Festivallar, mükafatlar == “Ən yaxşı antropoloji film” mükafatı — 2013. Yekaterinburq. VIII Rusiya antropoloji filmlər festivalı “Ən yaxşı sənədli film” mükafatı — 2013.
Doğma ocağım mənim (film, 1984)
== Məzmun == Televiziya sənədli filmi Cəlilabad rayonunda yaşayan adlı-sanlı mexanizator, 16 övlad atası Nüsrət Məmmədovun həyat və fəaliyyətindən bəhs edir.
Eşkinci ocağı
Eşkinci Ocağı, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan bir hərbi quruluşdur. Ələmdar hadisəsindən sonra Yeniçəri Ocağını ləğv etmək istəyən II Mahmud onu əvəz etmək üçün Eşkinci Ocağını qurdu. Bunu təhdid olaraq görən Yeniçərilərin üsyanı Vaqiəyi-Xeyriyyəyə doğru aparan prosesi sürətləndirdi. Üsyanla bərabər Eşkinci Ocağı ləğv edildi.
Hacı Qaraman ocağı
Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar «Ocaq» kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur. == Ziyarətgah == Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.
Həzrət Abbas ocağı
Həzrət Abbas ocağı-Ağcabədi şəhərindəki inanc yerlərindən biri. == Tarixi == Bəzən el arasında bu ocağa Ayna ocağı da deyirlər. Keçmişdə bu ocağın yeri düzəngahlıq olub. Burada bir qoca arvad yaşayırmış. Bir gecə həmin arvada yuxuda deyirlər ki, daxmanın ətrafında qədim, müqəddəs bir qəbir var. Ətrafına ağac sancmış, ora içində kimyə olan bir kasa qoymuşuq; o yerin adı Həzrət Abbas ocağıdır. Get, bu barədə camaata danış. Arvad yuxusunu heç kəsə danışmır. Gecə arvad həmin yuxunu təkrar "görür" . Səhəri gün arvad yuxusunu gedib ağsaqqallara danışır.
Kamil Ocaq Stadionu
Kamil Ocaq stadionu — Qaziantepdə olan stadion. "Gaziantepspor"un və "Gaziantep Büyükşehir Belediyespor"un daxili sahə oyunlarını oynadığı stadion 16,981 adam əhatəlidir. İstehsalını dövrün idmandan məsul Dövlət Naziri, Gaziantep Millət vəkili rəhmətlik Kamil Ocaq reallaşdırmışdır. 1974-ci ildə xidmətə açılmışdır. Gecə ışıqlandırması mövcuddur. Qaziantepdə olan tək peşəkar stadiondur.
Qumbaraçı ocağı
Qumbaraçı ocağı — Osmanlı dövlətinin hərbi təşkilatında qumbara düzəldən və bunu istifadə edənlərin bağlı olduğu təşkilat. Dünyanın ilk hava topu sinifidir. Qumbara dəmir və ya tuncdan tökülmüş əl bombasıdır. Qumbaraçılıq Osmanlı dövlətində XVI əsrdə Mustafa adındakı bir topçu bölük başısının ilk tunc qumbara emalatxanasını qurmasıyla meydana gəlmişdir. 1729-cu ildə Osmanlıya iltica edən və müsəlman olduqdan sonra Əhməd adı verilən Qraf Bonneval tərəfindən inkişaf etdirilib yenidən təşkil edildi. 1783-cü ildə Sədrəzəm Xəlil Həmid Paşa qumbaraçılar üçün yeni tənzimləmələr gətirdi və 1792-ci ildə çıxarılan bir nizamnaməyə əsasən qumbaraçıların səlahiyyətləri artırıldı. Qumbaraçılar, Əhməd Paşanın səyləriylə ordunun ən intizamlı və nizamlı sinifi vəziyyətinə gəlmişdir. Qumbaraçı ocağının islahı ilk olaraq XVIII əsrdə, Qumbaraçı Əhməd Paşa və Sədrəzəm Osman Paşanın istəyi ilə gündəmə gəlmişdir. 1731-ci ildə islah layihəsi hazırlandı və iki il sonra da Üsküdarda Qumbaraçı ocağı quruldu. Beləcə Bosniyadan tutmuş 300 ulufeli qumbaraçı namizədi ilə müxtəlif qalalardan seçilən 300 sipahi qumbaraçılıq təhsilinə başlayaraq qumbara emalatxanasının qurulması yolunda addımlar atıldı.
Qışlaq-i Ocaq-i Yek (Pərsabad)
Qışlaq-i Ocaq-i Yek (fars. قشلاق اجاق 1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (25 ailə).
Rasim Ocaqov
Ocaqov Rasim Mirqasım oğlu (22 noyabr 1933, Nuxa – 11 iyul 2006, Bakı) — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980). == Həyatı == Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. 50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu.
Sari ocaq
Sarı Ocaq — İranın Şimali Xorasan ostanının kəndlərindən biri. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndinin əhalisi 800 nəfər və 100 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Xorasan türklərindən ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2003 ••••••••••• 0.39
2008 •••••••••••••••••••• 0.73
2009 ••••• 0.16
2017 ••••• 0.16
2018 ••••• 0.15

"oca" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oca nədir? #oca sözünün mənası #oca nə deməkdir? #oca sözünün izahı #oca sözünün yazılışı #oca necə yazılır? #oca sözünün düzgün yazılışı #oca leksik mənası #oca sözünün sinonimi #oca sözünün yaxın mənalı sözlər #oca sözünün əks mənası #oca sözünün etimologiyası #oca sözünün orfoqrafiyası #oca rusca #oca inglisça #oca fransızca #oca sözünün istifadəsi #sözlük