qab-qacaq sözü azərbaycan dilində

qab-qacaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qab-qacaq • 99.3464%
  • Qab-qacaq • 0.6536%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qab-qacaq
Qab-qacaq — məişətdə, əsasən də mətbəxdə yemək hazırlığı, ərzağın saxlanmsı və emalı üçün işlədilən əşyaların ümumi adı. Qab-qacaq aşağıdakı kateqoriyalara bölünür: Stol süfrəsinə düzülməsi üçün: boşqab, dayaz boşqab, dərin boşqab, salat qabı, fincan, nəlbəki, piyalə, stəkan, rumka, bokal, kiçik stəkan, stəkanaltı; Yeməyin hazırlanması üçün: qazan, tava Köməkçi əşyalar - bıçaq, qaşıq, çəngəl Yeməyin saxlanması üçün qablar.Son əsrlərdə qablar adətən saxsı qablar, daş qablar, çini və ya çini kimi keramika materiallarından hazırlanır. Qab-qacaq, ağac, metallar (məsələn, qalay), temperli şüşə, akril və melamindən də hazırlana bilər. Birdəfəlik qablara kağız və plastik kimi birdəfəlik qablar daxildir. Ətraf mühitlə bağlı narahatlıqlara görə, 2023-cü ilin oktyabrından İngiltərədə birdəfəlik plastik qablar və bıçaqlar qadağan ediləcəkdir. Oxşar qadağa Aİ-də 2021-ci ilin iyul ayından etibarən tətbiq edilir.
Qab
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab. == Ümumi məlumat == Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.
Krater (qab)
Krater (qab) (q.yun. κεράννυμι — qarışdırıram) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Çanaq (qab)
Çanaq — əski çağlarda məişətimizdə istifadə edilən qab. == Ümumi məlumat == Çanaq oğuz — türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən hazırlanan qabdır. Ondan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Çanaq pendiri çanaqda hazırlandığına görə belə adlandırılmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da həm qab, həm də ölçü qabı kimi istifadə olunmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2011 •••• 0.17
2012 •••••••••••••••••••• 0.86
2014 •••••••• 0.34
2015 •••••••••••••••• 0.68

qab-qacaq sözünün leksik mənası və izahı

  • 1 top. İçərisində xörək hazırlamaq, yaxud içərisinə yemək şeyləri qoymaq üçün qablar. Qab-qacaq mağazası. Qabqacaq yumaq. Qab-qacaq şkafı. – Bu məfrəşlərdə bir qədər qab-qacaq və qeyri ev şeyləri vardır. S.S.Axundov. Küçələrə tökülmüş sınıq qab-qacaqları görürkən, … yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı. ◊ Qabına-qacağına sığmamaq – bax qabına sığmamaq (“qab”da). [Telli] sevincindən qabına-qacağına sığmırdı. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / qab-qacaq

qab-qacaq sözünün etimologiyası

  • 1 Mənbələrin verdiyi məlumata görə, qab sözü ərəbcədir (məncə, bizdən keçib), qacaq isə, əslində, çanaq kimi olub və forma dəyişmələrinə məruz qalıb. Qab-qacaq sözünün əsli qab-çanaq şəklində olub, sinonimlər birləş­mə­sidir. Söz təhrif edildiyi üçün indi qab-qacaq sözünün ikinci komponentini şərh etməkdə çətinlik çəkir, onun məna bildirmədiyini bəyan edirik. Əslində isə, komponentlərin biri heç vaxt leksik mənaya malik olmayıbsa, mürəkkəb söz yarana bilməz. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qab-qacaq

qab-qacaq sözünün rus dilinə tərcüməsi

qab-qacaq sözünün inglis dilinə tərcüməsi

qab-qacaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. къаб-къажах, гьар жуьре къапар (къажгъан, бади, сукӀра ва мсб. санал); // къапар авай, къапарин (мес. магазин, шкаф); ** qabına-qacağına sığmamaq кил. qab (qabına sığmamaq).

    Azərbaycanca-ləzgicə lüğəti / qab-qacaq

Oxşar sözlər

#qab-qacaq nədir? #qab-qacaq sözünün mənası #qab-qacaq nə deməkdir? #qab-qacaq sözünün izahı #qab-qacaq sözünün yazılışı #qab-qacaq necə yazılır? #qab-qacaq sözünün düzgün yazılışı #qab-qacaq leksik mənası #qab-qacaq sözünün sinonimi #qab-qacaq sözünün yaxın mənalı sözlər #qab-qacaq sözünün əks mənası #qab-qacaq sözünün etimologiyası #qab-qacaq sözünün orfoqrafiyası #qab-qacaq rusca #qab-qacaq inglisça #qab-qacaq fransızca #qab-qacaq sözünün istifadəsi #sözlük