I Pyotrun Rəşti işğal etməsi
I Pyotrun Rəşti işğal etməsi — 1722-ci ilin dekabrı ilə 1723-cü ilin martı arasında baş vermişdir. Rus-Səfəvi müharibəsinin bir hissəsidir. Bu işğalla Rəşt də daxil olmaqla, Səfəvi imperiyasının Xəzər dənizi sahili torpaqlarının bir hissəsi təxminən 10 illik rus işğalı altına düşmüşdür. Bu işğal 1732-ci il Rəşt müqaviləsinə qədər davam etmiş, bu müqavilədən sonra Səfəvi imperiyasına geri qaytarılmışdır.
== İşğal və döyüş ==
Müharibənin başlaması üçün bəhanə rəsmi olaraq Səfəvi dövlətinin təbəəsi olan, lakin mərkəzi hökümətə qarşı artıq uzun müddətdir üsyan qaldırmış olan ləzgi tayfalarının 1721-ci ildə Şirvan əyalətində hücum edərək rus tacirlərinin canına və malına ziyan vurmaları olmuşdur. Bundan əlavə, 1722-ci ildə Səfəvi dövləti tənəzzül etməkdə idi. Ölkənin bir çox yerini üsyanlar bürümüşdü. Buna görə də, Gilan əyalətinin valisi rus yardımına müraciət etdi.
Hücum əməliyyatı Pyotr və onun ordusu üçün sürətli cərəan etməkdə idi. O, artıq Səfəvi torpaqları olan Dağıstanı ələ keçirmiş və təxminən müasir Azərbaycan Respublikasının ərazisini təşkil edən Aran və Şirvana doğru yürüşlər planlamaqda idi.