* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Bəzi balıqqulağıların iç qatını təşkil edən və müxtəlif bəzək şeyləri hazırlamaq üçün istifadə edilən, müxtəlif rənglərə çalan parlaq bərk maddə. Yaxasına hərdən-hərdən; İnci sədəf düzən gözəl! Aşıq Ələsgər. İmi çəhrayı atlaz örtüyü açıb, başdan-başa sədəfə tutulmuş tarını ehtiyatla çıxartdı. İ.Əfəndiyev. // Sədəfdən qayrılmış, sədəflə bəzədilmiş. Sədəf düymə. Sədəf qaval. – Səba xanım öz etidalını itirmədi. Kamançanı götürüb başındakı sədəf qübbəni çıxardı, onun içərisindən kiçik bir məktub çıxarıb Atabəyə uzatdı. M.S.Ordubadi. Tarçı, köklə sarı simi; Bir şey çal ellər eşqinə! Durma, köklə sədəf tarı. M.Müşfiq. // məc. Öz parlaqlığı, zərifliyi, rənginin saflığı ilə sədəfi xatırladan (bəzən obrazlı təşbehlərdə işləyir). Bir şirin göftarlı, bir şəkər sözlü; Ağzı sədəf, dişi dürdanədəndir. M.V.Vidadi. Sədəf dəhanından çıxan sözlərin; Hər biri bir qeybixəzanədəndir. M.P.Vaqif. Gülzarın süzgün baxışı, yanaqlarının atlaz şəfəqi, gülümsədiyi zaman görünən ağ sədəf dişləri indi də Rüstəmin bu gün səhər gördüyü kimi qarşısında idi. T.Ş.Simurq. □ Sədəf kimi – ağ, parlaq. Onun sədəf kimi ağ dişləri parıldayır, iki ala gözləri dərin bir səmimiyyətlə alışıb yanırdı. M.Hüseyn. …Güləndə dodaqlarının arasından sədəf kimi saf dişləri ağarırdı. M.Rzaquluzadə. Sədəf saçmaq (səpmək) – nur saçmaq, işıqlandırmaq, parıldatmaq. Gündüz yağan qar toxtamış, Ay aləmə sədəf saçırdı. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / sədəf2 dəniz böcəyinin qabığından hazırlanan parlaq maddə; saflıq, parlaqlıq.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / sədəf3 ə. 1) içindən inci çıxarılan dəniz böcəyi; 2) bax sədəfə (1-ci mənada).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sədəf1 Dəniz böcəyinin adıdır, ərəb sözüdür. Qədim düşüncəyə görə, dənizə ildırımlı yağış yağanda sədəf dürrə (inciyə) hamilə olur, ildırımsız yağanda isə şəvəyə (bu, farscadır, qara rəngli qiymətli daşdır, ona əqiq də deyirlər). Həmin böcəyin qabığına da sədəf deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sədəf1 SƏDƏF I is. [ ər. ] zool. İçindən inci çıxan dəniz böcəyi. Külək sədəfləri vurub sahilə çıxarmışdı. SƏDƏF II is. [ ər. ] Perlamutr, şirmayı. Durma, köklə sədəf tarı; Bir hava çal, can oynasın (M.Müşfiq). SƏDƏF III is. Dırnaq. Baş barmağının sədəfi kəhrəba rənginə çalırdı (İ.Şıxlı).
Azərbaycan dilinin omonimlər lüğəti / sədəf2 I сущ. перламутр (ценное вещество с переливчатой окраской, представляющее собой твердый внутренний слой некоторых раковин и употребляемое для мелких поделок и украшений). Sədəflə bəzəmək украшать перламутром II прил. перламутровый: 1. относящийся к перламутру. Sədəf qatı зоол. перламутровый слой 2. сделанный из перламутра. Sədəf düymə перламутровая пуговица, sədəf muncuqlar перламутровые бусинки 3. напоминающий перламутр своим блеском, нежностью окраски и т.п. Sədəf kimi dişlər перламутровые зубы, sədəf saçmaq отливать перламутром; sədəf kəpənəyi зоол. перламутровка (дневная бабочка)
Azərbaycanca-rusca lüğət / sədəf1 I. i. mother-pearl II. s. mother-of-pearl; ~ düymə pearl button
Azərbaycanca-ingiliscə lüğət / sədəf1 [ər.] сущ. седеф; // седефдин, седефдикай авур (мес. дуьгме); sədəf kimi седеф хьтин, лацу, цӀарцӀар гудай (мес. сарар); sədəf saçmaq (səpmək) седефди хьиз нур гун, экуь авун, цӀарцӀар тун.
Azərbaycanca-ləzgicə lüğəti / sədəfI (Borçalı, Meğri, Naxçıvan) 1. dırnaq (Borçalı, Meğri) 2. dırnağın dibi (Naxçıvan). – Sədəf sohra dırnağ olur (Naxçıvan). – Barmağımın sədəfi tüşüfdü (Borçalı) II (Cəbrayıl, Yardımlı) kiçik ağ düymə. – Köynəyin sədəfi düşüb (Yardımlı)
Azərbaycan dilinin dialektoloji lüğəti.