* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax səhəng. Su sənəyi axırda suda sınar. (Məsəl). [Mələk] lalə kimi rəng verib, rəng ala-ala bulağa endi, sənəyi bulağa söykədi, su gurhagur sənəyə doldu. A.Divanbəyoğlu. Az keçməmiş gəlinlər gəlib onun komasını suvadılar, su dolu bir sənək gətirdilər. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / sənək2 Su daşımaq üçün misdən və ya gildən hazırlanmış qulplu, qarınlı, darboğaz qab; güyüm. Axşamdan yağan qar çıxıbdı dizə, Kəsilib bulaxdan yolu qızların. Sənəyin doldurub qoyanda düzə Üşüyüb barmağı, əli qızların. (“Qurbani”)
Azərbaycan dastanlarının leksikası / sənək1 Ərəbcə səhn kimidir, məlum su qabının adıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sənək2 сущ. большой медный кувшин с длинным узким горлышком и с ручкой для ношения воды на плече или на спине
Azərbaycanca-rusca lüğət / sənək1 i. a long jar with a narrow long neck for water (made of copper)
Azərbaycanca-ingiliscə lüğət / sənək