Sams sözü azərbaycan dilində

Sams

Yazılış

  • Sams • 60.0000%
  • sams • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəlidağ (Samsar silsiləsi)
Dəlidağ (gürc. შავნაბადა) — Samsar silsiləsində dağ.
Mustafa Kamalın Samsuna gəlişi
Mustafa Kamalın Samsuna gəlişi (türk. Mustafa Kemal'in Samsun'a çıkışı) — 1919-cu ilin 19 may tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir.Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir. == Anadoluda ümumi vəziyyət == Osmanlı İmperiyası 1918-ci ilin sonlarına doğru Birinci Dünya müharibəsindən məğlub ayrılmış, Mudros müqaviləsini imzalayaraq artıq dağılma dövrünün sonuna gəlmiş bir dövlət halında idi. Avropa dövlətlərinə görə xəstə adam olaraq xarakterizə edilən Osmanlı İmperiyası imzaladığı atəşkəs ilə boğazların hakimiyyətini, yeraltı qaynaqların istifadə haqqlarını və donanma ilə ordu üzərindəki bütün əmr haqqlarını Antanta dövlətlərinə təslim etmiş olur.Mudros müqaviləsinin ardınca İzmir yunanlar, Adana fransızlar, Antalya və Konya italyanlar tərəfindan işgal edilmişdi. Bunlarla bərabər Urfa, Maraş, Antep, Merzifon və Samsuna ingilis əsgərləri daxil olmuş, İstanbulda isə Krallıq donanması yerləşmişdi.
Nadejda Samsonova
Nadejda Samsonova (26 aprel 1924, Kiyev, SSRİ – 9 yanvar 2010, Moskva) — sovet kino aktrisası. == Həyatı == Nadejda Vasilyevna Samsonova 26 aprel 1924-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində hərbçi ailəsində anadan olmuşdur. Uşaqlıqdan bütün ölkəni gəzən aktrisa məktəbi Ulan-Udedə bitirmişdir. ÜDKİ-də pedaqoqlar Bibikov və Pijovoydan dərs almışdır. Epizodlar ustası sayılır. Kəskin və qeyri-adi rolların ifaçısıdır. 200-dən çox filmə çəkimişdir. Həmçinin 800-dən artıq filmin dublyajında iştirak etmişdir. 1950-1980-ci illərdə Kinoaktyor Teatr-Studiyasında çalışan aktrisa, həm də M. Qorki adına Kinostudiyanın ştatlı aktrisası idi. 9 yanvar 2010-cu ildə Moskvada vəfat etmişdir.
Samsa
Samsa — Asiya və Afrikanın müxtəlif ölkələrində pişirilən peraşkisinin növü.
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Samsalı (Urmiya)
Samsalı (fars. سامسالو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (12 ailə).
Samsar dağı
Samsar dağı — Samsar silsiləsində dağ.
Samsar silsiləsi
Samsar silsiləsi (gürc. სამსრის ქედი) — Gürcüstanda dağ silsiləsi. == Zirvələri == Dəlidağ — hündürlüyü 2929 m Samsar dağı — hündürlüyü 3284.7 m Qaraquzey dağı — hündürlüyü 2670.1 m Böyük Əbül dağı — hündürlüyü 3300.5 m Kiçik Əbül dağı — hündürlüyü 2799.8 Koroğlu dağı — hündürlüyü 2921 m İvantəpə — hündürlüyü 2933.4 m == Mənbə == Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), Оглавление: Глава I. Топографическое описание поверхности. Горы: Горы Цихе-Джвари, стр.
Samson
Samson (İvrit dilində: שִׁמְשׁוֹן, Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır. == Haqqında == Hakimlərin kitabına görə Samsonun valideynləri Dan tayfasından idi. Allah Qüds yaxınlığındakı Zorada əkinçilik edən Manoa adlı bir kişinin sonsuz qadınina mələklərindən birini göndərir. Mələk qadına sonsuz olduğunu, ancaq hamilə qalacağını və uşaq dünyaya gətirəcəyini söyləyir.
Samson Abioye
Samson Abioye (d. 25 mart 1991 – ö. 28 iyul 2017) — Nigeriya kompüter proqramçısı və internet sahibkarı. 2013-cü ildə o, Ladoke Akintola Universitetində təhsil alarkən müdafiə işi kimi tələbələrin ölkə səviyyəsindəki imtahanları üçün onlara praktiki kömək edən onlayn test platforması olan nı yaratmışdır. Ölümünə qədər pass.ng saytında baş icraçı direktor kimi fəaliyyət göstərmişdir. == Karyerası == 2014-cü ildə Airtel Catapult-a-Startup müsabiqəsində pass.ng layihəsi ilə qalib gəlməzdən əvvəl müvəqqəti olaraq universitetdə İKT şöbəsində çalışmışdır. O, həmçinin, 2013-cü ildə Nigeriyada Kompüter Elmləri üzrə Milli İstehsalçılara təqdim olunan ən yaxşı proqramçı mükafatının qalibi olmuşdur. == Ölümü == Abioye 28 iyul 2017-ci ildə səhər saatlarında vəfat etmişdir. Ölümündən sonra, Pulse Nigeria onun ölümünü "Nigeriyada texnologiya sahəsini şok edən" başlığı altında yayımlamışdır.
Samson Mkrtumov
Samson Movsesoviç Mkrtumov (əsl soyadı: Mkrtumyan; erm. Սամսոն Մովսեսի Մկրտումյան; rus. Самсо́н Мовсе́сович Мкрту́мов; 15 (28) iyul 1910, Brnakot, Zəngəzur qəzası – 1 noyabr 1943, Qomel) — erməni əsilli SSRİ hərbi pilotu, Sovet İttifaqı Qəhrəmanı, kapitan. == Həyatı == Samson Mkrtumov 28 iyul 1910-cu il tarixində Rusiya imperiyası tərkibindəki Yelizavetpol quberniyasının Zəngəzur qəzasında yerləşən Brnakot kəndində anadan olmuşdur. O, 1928-ci ildə Bakıya köçmüş, Bibiheybət neft mədənində işləmişdir. Mkrtumov 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, 1936-cı ildə Borisoqlebsk Təyyarəçilik Məktəbini bitirmidir. Mkrtumov 1939-cu ildən Sovet Ordusunda xidmət etmişdir. O, Sovet-Finlandiya müharibəsində iştirak etmişdir. Mkrtumov İkinci Dünya müharibəsində eksadrilya komandiri olan Mkrtumov 219 döyüş uçuşu keçirmişdir.
Samson Pirtsxalava
Samson Georgiyeviç Pirtsxalava (gürc. სამსონ გიორგის ძე ფირცხალავა, 3 yanvar 1872 – 26 iyul 1952, Tbilisi)) — gürcü siyasətçisi, Gürcüstan Təsis Məclisinin üzvü (1919–1921). == Həyatı == Samson Pirtsxalava Georgi Pirtsxalava və Barbala Çirqadzenin ailəsində anadan olmuşdur. Oxumağı və yazmağı böyük qardaşlarından, sonra yerli kilsənin dekonundan öyrənmişdi. Xoni şəhərində iki illik məktəbi,1893-cü ildə Kutaisi klassik gimnaziyasını, 1898-ci ildə Sankt-Peterburq İmperator Universitetinin hüquq fakültəsini bitirib. Sankt-Peterburqda olarkən gürcü diasporunun fəalları İvane Cavaxişvili, Zurab Avalişvili, Qriqol Rtsxiladze, İosif Barataşvili, Arçil Djordjadze, İlya Nakaşidze və Luarsab Andronikaşvili ilə dostluq münasibətləri qurdu. 1893-cü ildən ədəbi yaradıcılıqla məşğul olur. 1901–1902-ci illərdə "İveriya" qəzeti ilə əməkdaşlıq etmişdir. Yazıları "Kalami" (qələm) və "Sitkva" (söz) təxəllüsləri ilə nəşr edilmişdir. Gürcüstan Sosialist-Federalist Partiyasının qurucularından biri (1901) və rəhbəri, "Qlexi" qəzetinin ("Krestianin", 1906) qurucularından və redaktorlarından biri idi.
Samson fəvvarəsi
Samson fəvvarəsi (alm. Simsonbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == 1527-ci ildə Hans Ginq tərəfindən inşa olunmuş taxta fəvvarə 1544-cü ildə daşla əvəzlənmişdir. Fəvvarənin hovuzu səkkizbucaqlı formaya malikdir. Fəvvarə şirin ağzını yaran məşhur bibley qəhrəmanı Samsonu ifadə edir. XVI əsrdə Samson güc təcəssümü idi və qədim yunan mifologiyasında qəhrəman Herakl ilə eyniləşdirilirdi. Yəqin ki, bu fəvvarə qessab gildiyasının ianələri sayəsində inşa edilmişdir. Əvvəllər fəvvarə Şaalbrunnen adlanırdı (Bern ləhcəsində Schaal - sallaqxana deməkdir); 1687-ci ildə onun adı dəyişdirilərək "Qəssab" (alm. Metzgernbrunnen‎) qoyulmuş və yalnız 1827-ci ildə o özünün hazırkı adını qazanmışdır.
Samson xan
Samson xan (rus. Самсо́н Я́ковлевич Маки́нцев; fars. سامسون‌خان‎; doğ.1776 - 1849) — Qacarlar ordusunun generalı. == Həyatı == Samson Yakovleviç Makintsev 1776-cı ildə Rusiya imperiyasının Qafqaz xəttində anadan olmuşdu. Əsgər övladıdır. 24 sentyabr 1799-cu ildə Nijeqorod Draqun alayında hərbi xidmətə başlamışdı. Qafqaz cəbhəsinə göndərilmişdi. Samson Makintsev vaxmistr rütbəsində 1802-ci ildə ordudan qaçıb Qacarlar tərəfə keçdi.Naib (leytenant) rütbəsində İrəvan piyada alayında xidmət etməyə başladı. O, rus fərarilərini orduya cəlb edib, yeni qoşun (Nizami-cədid) hissəsi yaratdı. Ordu komandanı, şahzadə Abbas mirzə Qovanlı-Qacar onun hissəsinə baxarkən bəyəndi.
Samsun
Samsun — Türkiyənin Samsun ilinin inzibati mərkəzi.
Samsun-Ceyhan neft kəməri
Samsun-Ceyhan neft kəməri Samsun ilə Ceyhan arasında yaradılması istənilən neft kəməri. Qazaxıstan və Azərbaycandan gələcək nefti boğazlardan keçirtmədən Aralıq dənizinə endirmək hədəf alınıb.Hal-hazırda Samsun ilə Rusiya arasında Qaradənizin altından bir təbii qaz boru xətti (Mavi axın) keçir. Türkiyə bu xəttə paralel bir digər təbii qaz xətti daha istəyir. Ancaq bəzi alimlər Rusiyaya asılılığı daha çox artıracağı səbəbi ilə Rusiya ilə yeni layihələrdə təmkinli olmaq lazım olduğunu deyir. Bu xəttin daha əvvəldən başlanğıc nöqtəsi Samsun olarak müəyyən etdi, lakin layihəni tətbiq edəcək olan firma xəttin başlanğıc nöqtəsini Samsundan Ünyeyə sürüşdürülmüşdür.
Samsun Babayev
Babayev Samsun Şəmsəddin oğlu () — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samsun Babayev 3 aprel 2001-ci ildə Qax rayonunun Qapıçay kəndində anadan olmuşdur. Qapıçay tam orta məktəbini bitirmişdir. Onun atası "pars" adlanan Azərbaycan qaraçı icmasının nümayəndəsi, anası isə Gürcüstan azərbaycanlısı idi. == Hərbi xidməti == 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmşdur.
Samsun ili
Samsun - Türkiyədə il. Samsun Qaradəniz bölgəsinin Orta Qaradəniz hissəsində yerləşir. Qaradənizin ən böyük və ən önəmli limani buradadır.
Samsung
"Samsung" sənaye qrupu (kor. 삼성 그룹 — Samseong Georup) — Cənubi Koreyanın ən inkişaf etmiş, beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi dünyada tanınan korporasiya.Samsung dünyada elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkətidir. 1969-cu ildən fəaliyyət göstərir. Şirkətin mərkəzi Cənubi Koreyanın Seul şəhəridir. Əsası Li Ben Çxol tərəfindən, 1938-ci ildə qurulmuşdur. İdarə heyəti Başçısı Lee Kun-Hee'dir. Samsung müxtəlif şirkətlərdən ibarət olan bir qrup olub, bunlardan ən əhəmiyyətlisi, Samsung Elektroniks'dir. == Şirkətinin Li Ben Çxoldan sonrakı taleyi == "Samsung" 1991–1992-ci illərdə mobil qurğuların və mobil telefoniyanın ilk istehsalını yekunlaşdırdı.Şirkət məhsulları inkişaf etdirməklə yanaşı marketinq dəyişiklikləri etməyə, şirkətin missiyası və onun simvolunu dəyişikdirmək qərarına gəlir. Şirkətin loqotipində üç qırmızı ulduz əks olunmuşdu, amma Samsung rəhbərliyi, əvvəlki loqotipi beynəlxalq korporasiyanın imicinə uyğun gəlmədiyini əsas götürərək onu dəyişdirdi. Məhz onda müasir emblem işıq üzü gördü — içərisində firmanın adı yazılmaqla dinamik əyilmiş göy ellips.
Samsung Electronics
"Samsung Electronics" Co., Ltd. (Hanqıl: 삼성전자; Hanca: 三星電子 (Tərcüməsi «üç ulduz elektroniks»)) — Cənubi Koreyanın elektronika istehsalçı şirkətidir. Baş ofisi Suvon şəhərində yerləşir. Samsung şirkətlər qrupunun əsas rol oynayan şirkətidir. Gəlir həcminə görə dünyanın ən iri informasiya texnologiyaları şirkətidir. Samsung Electronics Apple, Sony, HTC, Nokia və s. kimi şirkətlərə müxtəlif elektronika hissələri - LCD displeylər, lithium-ion batareyaları, yarımkeçiricilər, çiplər, fləş yaddaş çipləri, sərt disk qurğuları və s. istehsal edir. 2019-cu ilə olan məlumata görə, Samsung Electronics gəlirlərinə görə dünyanın ikinci ən böyük texnologiya şirkətidir və onun bazar dəyəri 520,65 milyard ABŞ dolları təşkil edərək dünyada 12-ci ən böyük şirkətdir. Dünyanın ən iri smartfon istehsalçısıdır.
Samsung Galaxy Note 10.1
Samsung Galaxy Note 10.1 — Samsung şirkətinin istehsal etdiyi planşet. == Xüsusiyyətləri == Galaxy Note 10.1 planşeti 10,1 düymlü sensor ekrana malikdir. Aparata Android 4.0 Ice Cream Sandwich proqram platforması quraşdırılıb. Planşet barmaqlarla idarəetməni və S Pen adlı xüsusi qələm vasitəsilə əllə daxiletməni dəstəkləyir. S Note aləti vasitəsilə birbaşa veb-brauzer, foto və ya videomateriallarda qeydlər etmək mümkündür. Model 1,4 QHs takt tezliyində işləyən 4 nüvəli prosessorla təchiz edilib. Əməli yaddaş tutumu 2 QB təşkil edir. Ekranın təsvir ölçüsü 1280×800 nöqtəyə (WXGA) bərabərdir.Galaxy Note 10.1 planşeti, həmçinin 5 və 1,9 meqapiksel matrisli kamera, GPS/QLONASS qəbuledicisi, MicroSD (64 QB-a qədər) slotu, Bluetooth 4.0 və Wi-Fi 802.11a/b/g/n simsiz rabitə adapterləri, akselerometr, rəqəmli kompas, işıqlanma datçiki və jiroskop tənzimçisi ilə təchiz olunub. Planşetin ölçüsü 262×180×8,9 millimetr, çəkisi təxminən 600 qram təşkil edir. Akkumulyator batareyasının tutumu 7000 milliamper/saata bərabərdir.
Samsung Galaxy Note 3
Samsung Galaxy Note 3 — Samsung şirkətinin istehsal etdiyi telefon. == Xüsusiyyətləri == Samsung Galaxy Note 3 "ağıllı" telefonu 5,7 düymlü ekran və 8 nüvəli Samsung Exynos 5 prosessorla təchiz edilib.
Samsung Galaxy Note III
Samsung Galaxy Note 3 — Samsung şirkətinin istehsal etdiyi telefon. == Xüsusiyyətləri == Samsung Galaxy Note 3 "ağıllı" telefonu 5,7 düymlü ekran və 8 nüvəli Samsung Exynos 5 prosessorla təchiz edilib.
Samsung Galaxy R
Samsung Galaxy R — Samsung şirkəti tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Smartfon Android 2.3 əməliyyat sistemi ilə işləyir və NVIDIA Tegra 2 aparat platformasına əsaslanır. Samsung Galaxy R 4,2 800x480 piksel kəskinlikli Super Clear LCD ekranı, 2 kamera – 5 meqapikselli əsas və 2 meqapikselli ön kamera ilə təchiz edilib. Smartfon HSPA, Bluetooth 3.0, Wi-Fi və GPS modulları ilə təchiz edilib. Daxili yaddaş həcmi 8 QB təşkil edir, microSD formatı yaddaş kartları üçün slot nəzərdə tutulub. Telefonun ölçüləri 126x67x9,5 millimetr, çəkisi isə 131 qramdır.
Samsung Galaxy S5
Samsung Galaxy S5 Samsung şirkəti tərəfindən hazırlanan, inkişaf etdirilən və satışa çıxarılan Android əməliyyat sistemli bir smartfondur. Samsung Galaxy S4-ün xələfidir. Galaxy S5 24 fevral 2014 tarixində WMC texnologiya sərgisində təşkil edilən Unpacked adlı mətbuat konfransında tanıdılmışdır. IPX6 / 7 lisenziyasına malikdir. Yəni (1 metrə qədər, 30 dəqiqə boyunca) suya qarşı davamlıdır və toz keçirmir. Ancaq Samsung etdiyi şərhdə Galaxy S5 ilə duş alına biləcəyini, ancaq suya atılması lazım olduğunu ifadə etmişdir. Qara , Ağ , Qızıl və Mavi rəng variantları mövcuddur . Galaxy S5-də Galaxy S4-dən fərqli olaraq səhiyyə proqramlarında təkmilləşdirmələr edilmişdir. Cüt LED flaşa (sarı və ağ) malikdir. Barmaq izi oxuyucusu əlavə olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2019 •••••••••••••••••••• 0.14

Oxşar sözlər

#sams nədir? #sams sözünün mənası #sams nə deməkdir? #sams sözünün izahı #sams sözünün yazılışı #sams necə yazılır? #sams sözünün düzgün yazılışı #sams leksik mənası #sams sözünün sinonimi #sams sözünün yaxın mənalı sözlər #sams sözünün əks mənası #sams sözünün etimologiyası #sams sözünün orfoqrafiyası #sams rusca #sams inglisça #sams fransızca #sams sözünün istifadəsi #sözlük