Srinivasa Ramanucan
Srinivasa Ramanucan (ing. Srinivasa Ramanujan, ingiliscə tələffüzü: [/ˈʃriːniˌvɑːsə rɑːˈmɑːnʊdʒən/], ; d. 22 dekabr 1887, Erod, Mədrəs prezidentliyi, Britaniya Hindistanı – ö. 26 aprel 1920, Kumbakonam, Mədrəs prezidentliyi, Britaniya Hindistanı) — Britaniya Hindistanı zamanında yaşamış hindistanlı riyaziyyatçı. Onun mücərrəd riyaziyyat üzrə rəsmi təliminin olmamasına baxmayaraq, riyazi analiz, ədədlər teorimi, sonsuz sıralar, davamlı kəsirlər və həlli qeyri-mümkün qəbul edilən məsələlərin həlli də daxil olmaq üzrə əhəmiyyətli qatqıları olmuşdur. Ramanucan ilkin olaraq təcrid vəziyyətində öz riyazi tədqiqatlarını inkişaf etdirdi; tezliklə Hind riyaziyyatçıları tərəfindən tanındı.Fəaliyyətini daha yaxşı anlayabilən riyaziyyatçıların axtarışında olaraq, 1913-cü ildə Kambric Universitetindəki riyaziyyatçı Qodfri Hardi ilə poçt vasitəsi ilə tərəfdaşlıq etməyə başladı.Tanınması üçün qeyri-adi çalışmasından nümunə kimi Hadriyə göndərdi, Hadri onun Britaniyaya səyahət etməsini təşkil etdi.
Qısa həyatı boyunca Ramanucan müstəqil olaraq təxminən 3900 nəticə (əsasən hərfli ifadələr və tənliklər) tərtib etmişdir. Bir çoxu tamami ilə yeni; Ramanucan ədədi, Ramanucan teta funksiyası, bölgü formulu, mock modular formulu yeni bütöv fəaliyyət sahəsi açmış və sonraki bir çox araşdırmaya ilham qaynağı olmuşdur. Demək olar ki, indi bütün iddialarının doğruluğu sübut edilmişdir. Ramanucan jurnalı, hakim-təftişi elmi jurnalı riyaziyyatın hər sahəsinədə nəşrlər etmək üçün Ramanucandan təsirlənərək qurulmuşdur və onun yayınlanmış və yayınlanmamış nəticələrinin xülasəsini ehtiva edən qeyd dəftəri, yeni riyazi fikirlərin mənbəyi kimi ölümündən sonra onilliklər ərzində təhlil və tədqiq edilmişdir.