töhmət sözü azərbaycan dilində

töhmət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • töhmət • 98.9028%
  • Töhmət • 0.8621%
  • TÖHMƏT • 0.2351%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

töhmət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Danlama, danlayış, məzəmmət, danlaq. Lətif … Mərdanovanın ona dikilmiş düşüncəli gözlərində həm özünə qarşı töhmət, həm də böyük qayğı hiss etmişdi. H.Seyidbəyli. Sona bu töhmətlərdən yuxuda da can qurtara bilmirdi. B.Bayramov. □ Töhmət etmək – danlamaq, məzəmmət etmək. Mayaya [Səkinənin] ürəyi yandı, Rüstəm kişiyə töhmət etdi. M.İbrahimov. // Birinin hərəkətinə, işə münasibətinə rəsmən verilən mənfi qiymət. Həmişə tərifnamə arzulayan Kosanın indi töhmət sözündən gözü bərələ qalmışdı. S.Rəhimov. □ Töhmət almaq – pis əməlinə və ya işə pis münasibətinə görə töhmətləndirilmək, yazılı və ya şifahi töhmət verilmək. İşə gecikdiyi üçün töhmət almaq. Töhmət vermək – pis əməlinə görə töhmətləndirmək, yazılı və ya şifahi töhmət vermək. [Sevinc:] Mahmudla dalaşdığı üçün ona da töhmət verdilər. Z.Xəlil.

    Azərbaycan dilinin izahlı lüğəti / töhmət
  • 3 danlama, məzəmmət, danlaq. Ümumiyyətlə, birinin hərəkətinə, işə münasibətinə rəsmən verilən mənfi qiymət.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / töhmət

töhmət sözünün sinonimləri (yaxın mənalı sözlər)

töhmət sözünün antonimləri (əks mənalı sözlər)

töhmət sözünün rus dilinə tərcüməsi

  • 1 выговор, замечание, упрек, укор, укоризна

    Azərbaycanca-rusca lüğət / töhmət
  • 2 сущ. 1. выговор: 1) порицание, выражение неудовольствия чьим-л. поведением, поступками и т.п. Atanın töhməti выговор отца, töhmət etmək kimi сделать выговор к ому 2) официальная отрицательная оценка чьего-л. поступка, отношения к работе. İntizamı pozduğuna görə töhmət выговор за нарушение дисциплины, pis davranışa görə töhmət выговор за плохое поведение, işə səhlənkar yanaşmağa görə töhmət выговор за халатное отношение к работе, xəbərdarlıqla töhmət выговор с предупреждением, şifahi töhmət устный выговор, şiddətli töhmət строгий выговор, şəxsi işinə keçməklə (yazmaqla) töhmət выговор с занесением в учетное (личное) дело; töhmət almaq получить выговор, töhmət elan etmək объявить выговор 2. укор, укоризна, упрёк (порицание, обвинение)

    Azərbaycanca-rusca lüğət / töhmət

töhmət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. reprimand, rebuke; ~ elan etmək / vermək to rebuke (d.); bir kəsə ~ elan etmək / vermək to give* smb. an official reprimand; şiddətli ~ severe reprimand; ~ almaq to receive a reprimand

    Azərbaycanca-ingiliscə lüğət / töhmət

töhmət sözünün fransız dilinə tərcüməsi

töhmət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. туьгьмет, туьнбуьгь, ахмур, меземмет; töhmət etmək туьнбуьгь авун, меземмет авун, ахмурун; töhmət almaq туьгьмет къачун; töhmət vermək туьгьмет гун (пис кӀвалахдиз, амалриз килигна).

    Azərbaycanca-ləzgicə lüğəti / töhmət

töhmət sözünün türk dilinə tərcüməsi

"töhmət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#töhmət nədir? #töhmət sözünün mənası #töhmət nə deməkdir? #töhmət sözünün izahı #töhmət sözünün yazılışı #töhmət necə yazılır? #töhmət sözünün düzgün yazılışı #töhmət leksik mənası #töhmət sözünün sinonimi #töhmət sözünün yaxın mənalı sözlər #töhmət sözünün əks mənası #töhmət sözünün etimologiyası #töhmət sözünün orfoqrafiyası #töhmət rusca #töhmət inglisça #töhmət fransızca #töhmət sözünün istifadəsi #sözlük