Tartu sözü azərbaycan dilində

Tartu

Yazılış

  • Tartu • 98.8506%
  • tartu • 1.1494%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tartu
Tartu (est. Tartu, alm. Dorpat, Dörpt‎; 1030—1224 və 1893—1918-ci illərdə Юрьев, в 1224-1893-ci ildə Дерпт) — Estoniyanın şəhəridir. Emayıgi çayının sahilində yerləşir. Tallindən sonra Estoniyanın 2-ci böyük şəhəridir. Tartu şəhəri hələ b.e. V əsrindən «Tarbatu» (est. tarvas — «tur, ibtidai buğa və ya öküz») adında estlərin yaşayış məntəqəsi kimi tanınırdı. Şəhər tarix boyunca Qədim Rus dövlətinin, Novqorod respublikasının, Livoniya ordeninin, Reç Pospolitanın, İsveç Krallığının, Rusiya imperiyasının və SSRİ-nin tərkibində olmuşdu, buna görə də şəhərin bir çox variantda adı var. === Əhali === === Əhalinin etnik tərkibi === == İqlim == === Memarlıq abidələri === == Partnyorlaşmış şəhərlər == == Web links == Кай Крашевски.
Tartu Universiteti
Tartu Universiteti (est. Tartu Ülikool, lat. Universitas Tartuensis) — Estoniyanın Tartu şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim ali təhsil ocağıdır. == Tarixi == 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır. Bu universitet həmin dövrdə İsveç Krallığının rəhbərliyi altında idi. == Tərkibi == Universitetin çox sayda filialı, texnikumları, konservatoriyası, elmi-tədqiqat mərkəzi var. == Tələbələri == Hər il universitetə 4500 tələbə qəbul olunur.Hazırkı Estoniya bayrağı 1881-ci ildə Tartu Universitetinin tələbələri tərəfindən hazırlanmışdır. == Xarici əlaqələri == Universitet Utrext Şəbəkəsinin, Koimbra qrupunun və Avropa Birliyinin Erasmus proqramının üzvüdür. Tartu Universiteti Erasmus proqramı çərçivəsində 26 ölkənin 200-dən çox universiteti ilə əməkdaşlıq edir. 2007/2008 tədris ilində burada təxminən 175 Erasmus tələbəsi var idi ki, onların da böyük əksəriyyəti Finlandiya, Almaniya, İtaliya, Fransa və İspaniyadan gəlir.
Tartu Hava Limanı
Tartu Hava Limanı (IATA: TAY, ICAO: EETU) — Estoniyanın Tartu şəhərinin mərkəzindən 9,5 km cənub-qərbdə yerləşən hava limanı, Tartu-Vıru magistral yolunun yaxınlığındadır. Ülenurme kəndinə yaxın olduğu üçün Ülenurme Hava limanı da adlanır. Burada Finnair aviaşirkətinin Helsinkiyə gündəlik uçuşları var. == Tarixi == Hava limanı 1946-cı ildə açılmışdır. Yeni terminal binası 1981-ci ildə inşa edildi, elə həmin vaxtı uçuş-enmə zolağı və sürmə zolağı yeniləndi. 2005-ci ildən bəri hava limanı Tallinn Airport Ltd məxsusdur. 2009-cu ildə uçuş-enmə zolağı 1799 m-ə qədər artırıldı. 2009-cu ildə Tartu Hava Limanından sərnişin axını 9 707 nəfərə çatmışdır. Hava limanının yaxınlığında Estoniya Aviasiya Akademiyası yerləşir ki, onun təlim uçuşları hava limanında uçuş və eniş əməliyyatlarının 90%-nı təşkil edir. == Aviaşirkətlər və istiqamətlər == == Xarici keçidlər == World Aero Data saytından EETU hava limanı barədə məlumat.
Daş Körpü (Tartu)
Daş Körpü (Tartu) — Estoniyanın Tartu şəhərində Emajogi çayı üzərində qorunmamış daş körpü. Livoniyadakı ilk daş körpü, erkən klassik dövrün əhəmiyyətli memarlıq əsəri. == Tarixi == Daş körpü 1775-ci ildə Tartuda baş vermiş böyük yanğından sonra general qubernator Yuri Yuryeviç Brounun təşəbbüsü ilə tikilmişdir. Layihənin müəllifləri İohan Zaklovski və İ. Ziqfriedendir. Körpünün daşları ağır əmək üçün Estoniyaya sürülmüş Puqaçov üsyanının iştirakçıları tərəfindən yonulub. Tikinti 1779-cu ildə başladı və 1784-cü ildə tamamlandı. Körpü 1784-cü il sentyabrın 16-da açılmışdır. Körpünün mərkəzi hissəsi antikvarı xatırladan zəfər tağları ilə bəzədilmişdir. Körpü Tartu şəhərinin mərkəzi meydanının tarixi ansamblının kompozisiyasının əsas elementlərindən biri idi. Körpü meydanın uzununa oxunda yerləşərək ona bir növ təntənəli giriş kimi xidmət edirdi.
Tartu müqaviləsi (Finlandiya-RSFSR)
Tartu müqaviləsi (Rusca: Тартуский мирный договор, Fincə: Tarton rauha) Finlandiya və RSFSR arasında 4 ay davam edən danışıqlardan sonra 14 oktyabr 1920-ci ildə imzalanmışdır. Müqavilə ilə tərəflər arasındakı sərhəd Finlandiya vətəndaş müharibəsindən sonra çəkilib. Müqavilə Sovet İttifaqının 1939-cu ildə "Qış müharibəsi"nə başlamasından sonra başa çatdı. Müqavilə Eston Tələbə Cəmiyyətinin binasında Tartu şəhərində (Estoniya) imzalanmışdır. Müqavilənin ratifikasiyası 31 dekabr 1920-ci ildə Moskvada edildi. Müqavilə 5 Mart 1921-ci ildə Millətlər Müqaviləsi Seriyasında qeyd edildi.
Tartumaa
Tartuumaa (est. Tartu maakond) — Estoniyanın vilayətidir. Vilayətin paytaxtı Tartudur. Sahəsi 2 993 km², əhalisi 148 847 min nəfərdir. 22 bələdiyyədən ibarətdir: 3 şəhər və 19 icmadan. == Əhali == Təbii artım Estoniyanın digər bölgələrindəki kimi çox aşağıdır. Estonlar bölgə əhalisinin çoxluğunu təşkil etsə də, burada həmçinin rusdilli azlıq da yaşamaqdadır. Ümumilikdə isə estonlar 82,7 % (mərkəz Tartu şəhərində 79,0 %), ruslar 13,8 %, ukraynalılar 1,0 %, finlər 1,0 %, və digərləri 4,2 % (beloruslar, almanlar, tatarlar, ermənilər və d.) == Coğrafiya == Tartumaa bölgəsindən Çud gölü ilə Vırtsyarv gölünü birləşdirən Emayıgi çayı keçir və bölgəni iki yerə bölür. == Yerli hakimiyyət və idarə orqanları == Tartumaa 22 bələdiyyədən ibarətdir: === Şəhərlə r === Elva - Kallaste - Tartu === İcmalar === Alatskivi Haaslava Kambya Konguta Laeva Luunya Meeksi Myaksa Nıo Peipsiyaare Piirissaare Puhya Rannu Rıngu Tartu (rayon) Tyahtvere Vara Vınnu Ülenurme == Xarici keçidlər == Vikianbarda Tartumaa ilə əlaqəli mediafayllar var.
Tartus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Tartus mühafazası
Tərtus mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 1.892 km², inzibati mərkəzi Tərtus şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.904 milyon nəfərdir .

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.54 dəfə / 1 mln.
2003 ••••••• 0.39
2004 •••••• 0.34
2006 •••••••••••• 0.68
2008 ••••••••••••••••• 0.97
2009 •••••• 0.32
2010 ••••••••••••• 0.73
2011 ••••••••••••••••••• 1.12
2012 •••••••••••••••• 0.95
2013 •••••••• 0.44
2014 ••••••••• 0.51
2015 •••••••••••••••••••• 1.19
2017 ••••••••• 0.49
2018 •••••• 0.30

Oxşar sözlər

#tartu nədir? #tartu sözünün mənası #tartu nə deməkdir? #tartu sözünün izahı #tartu sözünün yazılışı #tartu necə yazılır? #tartu sözünün düzgün yazılışı #tartu leksik mənası #tartu sözünün sinonimi #tartu sözünün yaxın mənalı sözlər #tartu sözünün əks mənası #tartu sözünün etimologiyası #tartu sözünün orfoqrafiyası #tartu rusca #tartu inglisça #tartu fransızca #tartu sözünün istifadəsi #sözlük