Totem sözü azərbaycan dilində

Totem

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Totem • 51.6129%
  • totem • 35.4839%
  • TOTEM • 12.9032%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Totemizm
Totemizmin əlamətlərinin meydana gəlməsi insanın mədəni inkişafa doğru atdığı ən uğurlu addımlardan biridir. Qədimlərdə totem heyvanları qəbilə üzvləri özləri ilə aparırdılar, onun xasiyyət və davranışlarını yamsılamağa çalışır, elə zənn edirdilər ki, bu davranış və hərəkətlər vasitəsi ilə qeyri-adi gücə malik olurlar. Totem heyvanın xasiyyətini, səsini daha düzgün icra edən icmada ən hörmətli şəxs sayılırdı. Totem ulu əcdad üçün ətraf mühitə münasibətdə indiqator rolunu oynayır, əxlaq və etik normaları tənzimləyirdi. == Tarixi == Tarixəqədərki bütün inkişaf mərhələlərində – istər nitq qabiliyyətinə çatmamış, şüuru oyanmamış olsun, istər barbarlıqda öz övladının ətini yediyi anlarını yaşasın, istər heyvanlar kimi təbiətin yazılmamış qanunlarıyla, gücün, qol zorunun hesabına dövran sürsün, istərsə də də bir kökdən, eyni totemdən törədiyini zənn edib ailə, tayfa çərçivəsində birləşməklə başqa canlılara düşmən kəsilsin – insanın keçdiyi müəmmalı, qaranlıq yolları ilk növbədə arxeoloji qazıntılarda tapılan əşya və ləvazimatlarla öyrənmək mümkündür. Bəşər övladı evsiz, ocaqsız çöldə-biyabanda ömür-gün keçirdiyi çağlarda ancaq qidasını tapmaq uğrunda çalışmış, yağışdan, soyuqdan qorunmaq üçün isə təbii mağaralara sığınmışdı. Əlinə keçən primitiv daş alətlər, üstündə gəzdirdiyi elementar əşya və ləvazimatlar nə yollasa, ölümündən sonra qalıb bizim zamanəmizə çatıbsa, onlar vasitəsi ilə onun mədəni səviyyəsi, incəsənəti (var idisə), dünyagörüşü, dini inamı (formalaşmışdısa) barədə məlumat əldə etmək imkanı yaranır. Keçmişin dərin qatlarına doğru uzanan bilinməz yolu tapmağın ikinci ənənəvi üsulu arxaik mif, əfsanə, nağıl, dastan və digər folklor qaynaqlarını saf-çürük etməkdir. Çünki həmin bədii yaradıcılıq məhsulları şifahi şəkildə uzun əsrləri adlasa da, ulu əcdadın lap başlanğıcdakı düşüncələrinə, dünyabaxışına, adət-ənənələrinə və əxlaqına aid ən incə nöqtələri içərisində qoruyub saxlayır. Görkəmli psixoanalitik Z.Freyd bu sıraya apardığı eksperimetlərin nəticəsi olaraq bir də onu əlavə edir ki, "İbtidai insan həm də məlum mənada müasirimizdir".
Totemlərlə əlaqədar mifoloji toponimlər

Öküzə sitayiş (totemizm)
Öküzə sitayiş - qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması. == Qədim xalqların dini baxışlarında öküzə sitayiş == Bir çox tədqiqatçıların hesab etdiyi kimi, öküz ayini Şərq xalqlarının hələ ən qədim totemist təsəvvürlərinə gedib çıxır. Öküzə ehtiram Çatalquyukun saxsı qablarından əvvəlki dövrdə, neolitdə öz çiçəklənmə dövrünə çatmışdır. Paleolit dövründən başlayaraq və sonrakı dövrlərdə öküz müxtəlif tayfa və xalqlarda totem hesab edilmişdir. Məsələn, orta əsrlər türk tayfası oğuzların dastanında nəslin banisi Oğuz xaqanı haqqında deyilirdi: «Onun ayaqları öküzün ayaqları kimi, budları canavarın budu kimi, çiyinləri ayının çiyni kimi idi. Onu «öküz» adlandırırdılar». Bir çox tayfalar öz başlanğıcını öküzlə əlaqələndirirdilər. Hunlar, monqollar və buryatlar başlanğıcı öküz nəslindən götürürdülər. Öküzün buynuzlarını isə cəsarət, hünər və güc rəmzi ilə əlaqələndirirdilər. Qazaxıstan petroqliflərində olan öküz təsvirləri haqqında analoji fikirlər söylənilirdi.
İlana sitayiş (totemizm)
İlana sitayiş - qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması. == Haqqında == === Qədim xalqların dini baxışlarında ilana sitayiş === Dünyanın müxtəlif xalqları arasında qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür formalarından biri olan ilana sitayiş geniş yayılmışdır. Bu inam şifahi xalq yaradıcılığında - nağıllarda, əfsanələrdə, əsatirlərdə, toponimlərdə, arxeoloji və tarixi abidələr üzərindəki təsvirlərdə özünü göstərir. Qayaüstü rəsmlər arasında da ilan təsvirləri xüsusi yer tutur. E.ə.II minillikdə I minilliyin başlanğıcında bütün dünyada günəşin ilanlarla mübarizəsi haqqında əsatir yayılmışdır. İlanlarla əhatə olunmuş günəş səhnələrinə Tagil çayında yerləşən ilan dağında qayaüstü təsvirlərdə və Qafqazın Qızıl Qobu mədəniyyətinə aid olan saxsı qırıqlarında rast gəlmək olar. İlan bir çox xalqlarda qorxu hissi yaradırdı. Onların təsəvvürlərinə görə, ilan şamanların köməkçisidir. İlan müqəddəs və toxunulmaz idi. Lakin müqəddəs ilanlara sitayiş təkcə bu zəhərli və təhlükəli heyvan qarşısında qorxu ilə deyil, həm də onların əzəməti qarşısında ehtiramla bağlıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2009 •••••••••••• 0.16
2010 •••••••••••••••••••• 0.27
2011 ••••••••••••• 0.17
2012 ••••••••••••• 0.17
2018 •••••••••••• 0.15

totem sözünün leksik mənası və izahı

  • 1 [Şimali Amerika hindularının dilindən] Bəzi ibtidai xalqlarda tayfanın əcdadı və himayəçisi sayılıb sitayiş edilən heyvan (bəzən isə bitki və s.). [Çopo:] Xalq bizi totemləri olan qoçun şərəfinə “mə-ə-ə” deyə mələşərək qarşıladı və ayaqlarımızın altına çiçəklər atdı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / totem

totem sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. тотем (животное, растение и т.п., являющееся предметом религиозного поклонения как родоначальник и покровитель племени) II прил. тотемный (связанный с тотемами). Totem sitayişi тотемный культ

    Azərbaycanca-rusca lüğət / totem

totem sözünün inglis dilinə tərcüməsi

totem sözünün fransız dilinə tərcüməsi

totem sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [Şimali Amerika hindularının dilindən] тотем (бязи сифтегьан халкьари чпин тайифадин аждад яз гьисабна гьадаз сажда ийизвай гьайван, набатат ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / totem

"totem" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#totem nədir? #totem sözünün mənası #totem nə deməkdir? #totem sözünün izahı #totem sözünün yazılışı #totem necə yazılır? #totem sözünün düzgün yazılışı #totem leksik mənası #totem sözünün sinonimi #totem sözünün yaxın mənalı sözlər #totem sözünün əks mənası #totem sözünün etimologiyası #totem sözünün orfoqrafiyası #totem rusca #totem inglisça #totem fransızca #totem sözünün istifadəsi #sözlük