* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Sağlam, kök, koppuş, ətli-canlı. Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər. Çəmənzəminli. Palıd ağacı tərəfdən pırpız saçlı, qaraşın, totuq bir oğlan uşağı gəldi. İ.Hüseynov. // Eyni mənada hər hansı bir bədən üzvü haqqında. Uşaq totuq əlini yanağına söykəyib çoxdan yatmışdı. Çəmənzəminli. Atan sənin şəklini; İstəyir məndən, bala; Sabah totuq üzünü; Çəkdirib sallam yola. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti / totuq2 TOTUQ [İsfəndiyarın] totuq yanaqlarından az qala qan damırdı, amma xəstə idi, özü də çox bərk xəstə idi (M.Hüseyn); KOPPUŞ Səlimə: Mən yaxınlaşıb başı-gözü yaylıqla sarınmış Salatının yun əlcəkli balaca əllərindən tutaraq, isti evdən çıxdığı üçün qızarmış koppuş yanaqlarından öpdüm (İ.Əfəndiyev); POTA Birinci Çopur Abdullanın əminəvəsi Firuzla onun özü tək pota bir oğlan güləşdi (H.Abbaszadə); YUMRU Yumru, totuq uşaqlar qızıl taxtalarda qumaş yastıqlara söykənən möminlərə şərab paylayırdılar (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / totuq2 прил. пухлый, пухленький. Totuq uşaq пухленький ребёнок (пышка), totuq əllər пухленькие руки, totuq yanaqlar пухлые щеки
Azərbaycanca-rusca lüğət / totuq1 sif. potelé, -e ; dodu, -e ; rebondi, -e ; ~əl main f potelée
Azərbaycanca-fransızca lüğət / totuq