* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Ayaqda: baldır sümükləri ilə pəncə sümüklərinin birləşdiyi yerdə yanlara çıxan oynaq. Topuğu ağrımaq. – Avtor əsərinin başlanğıcında yazır ki, qızın uzun saçları topuğuna dəyirdi. M.Hüseyn. ◊ Ağlı topuğunda – gic, ağılsız adam haqqında. Araz aşığından, Kür topuğundan – bax aşıq2. Daldan atılan daş topuğa dəyər – bax dal. Dili topuq çalmaq (vurmaq) – bax dil.
Azərbaycan dilinin izahlı lüğəti / topuq1 Ayağın baldırla birləşdiyi yerdə iki çıxıntı var, topuq (лодыжка) və ya topuq sümüyü adlanır. Formaca topa oxşadığı, yəni yumru olduğu üçün ona bu adı veriblər. “Щиколотка” anlamını verən topuq sözü isə (aşıq, сустав) “oynaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / topuq1 TOPUQ I is. Ayaqda olan çıxıntı. Daldan atılan daş topuğa dəyər (Ata. sözü). TOPUQ II is. Tutulma, dolaşma. O danışdıqca dili topuq vururdu.
Azərbaycan dilinin omonimlər lüğəti / topuq2 I сущ. лодыжка (выступающее по бокам ноги сочленение костей голени с костями стопы), щиколотка. Topuğuna qədər до щиколоток (по щиколотки), topuq bağı эмбр. связка лодыжки II прил. лодыжковый. Topuq şırımı лодыжковая борозда ◊ ağlı topuğundadır не вышел (не вышла) умом, не хватает ума; Araz aşığındandır, Kür topuğundan kimin море по колено кому; daldan atılan daş topuğa dəyər после драки кулаками не машут; dili topuq çalır (vurur) язык заплетается
Azərbaycanca-rusca lüğət / topuq1 i. anat. ankle; (atda) fetlock; ~ çalmaq / vurmaq to brush the fetlock of one foot with the shoe of the opposite foot; ◊ dili ~ çalmaq / vurmaq to stammer, to hesitate in speaking
Azərbaycanca-ingiliscə lüğət / topuq1 is. anat. cheville f ; malléole f ◊ dili ~ çalmaq avoir la langue pâteuse
Azərbaycanca-fransızca lüğət / topuq1 сущ. кӀегьеб; topuğu ağrımaq кӀегьеб тӀа хьун; ** ağlı topuğunda акьул дабанда авай, акьулсуз, семе; Araz aşığından, Kür topuğundan кил. aşıq²; daldan atılan daş topuğa dəyər кил. dəymək; dili topuq çalmaq (vurmaq) кил. dil.
Azərbaycanca-ləzgicə lüğəti / topuq