vahə sözü azərbaycan dilində

vahə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vahə • 65.3846%
  • Vahə • 30.7692%
  • VAHƏ • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vahə
Vahə — səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2 -ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır.
Banger vahəsi
Banger vahəsi (Banger-Hills; ing. Bunger Hills, Bunger Lakes, Bunger Oasis) — Antarktika vahəsi. Antarktida sahillərində yerləşir. Mouson dənizinin kənarında Noks sahilində qərarlaşır. Vahə ABŞ təyyarəçisi Devid E. Banger tərəfindən 1947-ci ilin fevralında aşkarlanmışdır. Vahənin sahəsi 450 km² (65°58' və 66°20' cənub enliyi, 100°28' və 101°20' şərq uzunluğu. Bəziləri vahənin sahəsinin 750 km² və hətta 942 km²-dir) təşkil edir. Vahə buzdan tam azad olsa da, ətrafı buzlaqlarla örtülüdür. Cənubdan şərqə iri matarik buzlağının ətəyi, şimaldan isə Şellkton şelf buzlağı ilə əhatələnir. Bu buzlaq onu dənizdən ayırır.
Şirmaher vahəsi
Şirmaher vahəsi (ing. Schirmacher Oasis) — Antarktidanın Kraliça Mod Torpağı ərazisində Şahzadə Astrid sahilinin mərkəzi hissəsində yerləşir. Antarktida vahəsi buzdan azad bölgə olaraq 35 km² ərazini əgatə edir. Vahə Lazarev dənizindən bir qədər aralıda qərarlaşır. Hündürlüyü 221 metr olan sahə təpəliklərdən ibarətdir. Burada çoxlu sayda kiçik göllər vardır. Şirmaher vahəsinin iqlimi Antarktidanın ümumi iqliminə nisbədə yumşaqdır. Burada orta illik temperatyr −10,4 °C-dir. Küləyin orta illik güçü 9,7 m/s, orta illik yağıntının miqdarı 264,5 mm, günlü saatların bir ay ərzində miqdarı 350 saatdlr. Vahə ilk dəfə 1939-cu ildə alman ekspedisiyasının rəhbəri Alferd Riçer Yeni Şvabiyanı tətqiq edərkən aşkarlamışdır.

vahə sözünün leksik mənası və izahı

vahə sözünün rus dilinə tərcüməsi

vahə sözünün inglis dilinə tərcüməsi

vahə sözünün fransız dilinə tərcüməsi

vahə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. оазис (са затӀни экъечӀ тийир чӀехи баябандин ва я чуьлдин юкьвал яд авай, ччиляй затӀар экъечӀнавай къацу чка).

    Azərbaycanca-ləzgicə lüğəti / vahə

"vahə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vahə nədir? #vahə sözünün mənası #vahə nə deməkdir? #vahə sözünün izahı #vahə sözünün yazılışı #vahə necə yazılır? #vahə sözünün düzgün yazılışı #vahə leksik mənası #vahə sözünün sinonimi #vahə sözünün yaxın mənalı sözlər #vahə sözünün əks mənası #vahə sözünün etimologiyası #vahə sözünün orfoqrafiyası #vahə rusca #vahə inglisça #vahə fransızca #vahə sözünün istifadəsi #sözlük