* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Üstündə oturmaq üçün qayışlarla atın belinə bağlanan oturacaq. [Doktor:] Atı yəhərin altında yox, qoşquda görməyi daha da artıq xoşluyuram. C.Məmmədquluzadə. // Velosiped oturacağı. □ Yəhər qaşı – yəhərin dal və qabaq tərəfindəki çıxıq hissə. Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı. Mir Cəlal. 2. k.t. Calaq üsullarından biri. Qələm calağı calaqaltının yoğunluğundan asılı olaraq yarma, yəhər və sadə üsullarla edilir. İ.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / yəhər2 Üstündə oturmaq üçün qayışlarla atın belinə bağlanan oturacaq. (“Koroğlu” dastanının lüğəti) Yəhər qaşında da yüz qızıl pul var. (“Koroğlunun Ərzurum səfəri”) * – Ey Bürcü Sultan, mehtərə verdiyin çörək haram olsun ki, atının yəhər-yüyənini yaxşı bərkitməyib. İndi səni atdan yerə salsam, deyəcəksən ki, yəhər boş idi. Əyil yəhərini bərkit, sonra vuruşaq. Axmaq Bürcü Sultan aldanıb əyilib yəhəri düzəltmək istəyəndə Koroğlu Qıratı onun üstünə sürüb qılıncın yastısı ilə kürəyinə yüngül bir zərbə endirdi. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikası / yəhər1 Qədim mənbələrdə iyər (əyər) kimi verilib. İyərqə isə əymək şəklində izah olunub. Yəhər sözü əyri sözü ilə kökdaşdır, onun dəyişmiş formasıdır. Səbəbi isə odur ki, yəhərin canı qaltaqla bağlıdır, qaltaq isə həmişə əyri formada düzəldilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yəhər2 I сущ. седло: 1. сиденье для всадника на спине лошади. Yəhərin tağı (qaşı) лука седла, qazağı yəhər казачье седло, idman yəhəri спортивное седло, təlim yəhəri тренировочное седло, yəhərin qayışı подпруга седла, yəhərə yatmaq вжаться в седло (при быстрой езде), yəhərə atılmaq вскочить на седло, yəhəri çəkmək подтянуть седло, yəhərdən düşmək вылезть из седла; atın yəhərini almaq расседлать лошадь 2. название различных деталей, служивших для опоры, насадки чего-л. Tutucu yəhər тех. ловильное седло 3. околопочечная часть (бараньей, телячьей) туши. Yəhər arxası анат. спинка седла II прил. седельный: 1. относящийся к седлу. Yəhər emalatxanası седельная мастерская ◊ yəhərdən salmaq kimi выбить, вышибить из седла кого; yəhərin qana bulansın! чтобы тебя сразила вражеская пуля!
Azərbaycanca-rusca lüğət / yəhər1 сущ. 1. пурар; // пурарин; yəhər qaşı пурарин къаш (пурарин вилик ва кьулухъ хкис хьайи чка); 2. велосипеддин ацукьдай чка; 3. х.м. кӀалам илигунин са жуьре.
Azərbaycanca-ləzgicə lüğəti / yəhər