zərbi-məsəl sözü azərbaycan dilində

zərbi-məsəl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zərbi-məsəl • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məsəl
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. Elçin. Seçilmiş əsərləri.
Zərbi muğamlar
Zərbi muğam janrının özünəməxsus səciyyəvi cəhətləri var. Öz inkişafı cəhətdən tarixən qədim olan vokal-instrumental zərbi muğamların populyarlığına baxmayaraq, bir janr kimi indiyə qədər o, lazımınca tədqiq edilib öyrənilməmişdir. Bunu əsas səbəblərindən bir son illərə qədər zərbi muğamların not yazısının olmamasıdır. Maraqlıdır ki, janrın mahiyyəti onun adını müəyyənləşdirir.mahnı Məhz zərbi muğam sözü instrumental-vokal muğamların ifası zamanı müğənnini müşayiət edən instrumental ansamblların tərkibində zərbli alətlərə böyük yer verilməsi ilə əlaqədardır. Onu da qeyd edək ki, xanəndə muğam hissələrini oxuyan zaman zərb alətlərinin ritmik formullarını xalq çalğı alətləri ansamblına daxil olan başqa alətlər də ifa edirlər. Bu keyfiyyət digər tərəfdən janrın başqa səciyyəvi cəhətini də müəyyənləşdiri. Məlumdur ki, muğam dəstgahları suitaya bənzər çoxhissəli vokal-instrumental əsərlərdir. Onun səciyyəvi xüsusiyyəti vokalın aparıcı rolundadır. Zərbi muğamlar isə birhissəli kompozisiya təşkil edir. Sərbəst metro-ritmə əsaslanan muğam dəstgahlarının əksinə olaraq zərbi muğamlarda vokal musiqi instrumental müşayiəti dəqiq ölçülü fonuna əsaslanır.

zərbi-məsəl sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Məsəl kimi söylənilən məşhur söz, xalq ifadəsi, atalar sözü. [Hacı:] Nə qədər timsal və zərbi-məsəllər eşitsəniz, uşaqlarınıza deyin, dəftərlərinə yazsınlar. Qantəmir. □ Zərbi-məsəl olmaq – dillərdə məsəl kimi işlənmək. Çarın bu mahir rüşvətxoru özünün həyasızlığı ilə Təbriz tacirlərinin arasında zərbi-məsəl olmuşdu. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / zərbi-məsəl

zərbi-məsəl sözünün sinonimləri (yaxın mənalı sözlər)

zərbi-məsəl sözünün rus dilinə tərcüməsi

zərbi-məsəl sözünün inglis dilinə tərcüməsi

zərbi-məsəl sözünün fransız dilinə tərcüməsi

zərbi-məsəl sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. мисал хьиз лагьанвай машгьур гаф, халкьдин гаф, бубайрин гаф (мисал); zərbi-məsəl olmaq мисал хьун, мецера мисал хьиз кӀвалахарун.

    Azərbaycanca-ləzgicə lüğəti / zərbi-məsəl

Oxşar sözlər

#zərbi-məsəl nədir? #zərbi-məsəl sözünün mənası #zərbi-məsəl nə deməkdir? #zərbi-məsəl sözünün izahı #zərbi-məsəl sözünün yazılışı #zərbi-məsəl necə yazılır? #zərbi-məsəl sözünün düzgün yazılışı #zərbi-məsəl leksik mənası #zərbi-məsəl sözünün sinonimi #zərbi-məsəl sözünün yaxın mənalı sözlər #zərbi-məsəl sözünün əks mənası #zərbi-məsəl sözünün etimologiyası #zərbi-məsəl sözünün orfoqrafiyası #zərbi-məsəl rusca #zərbi-məsəl inglisça #zərbi-məsəl fransızca #zərbi-məsəl sözünün istifadəsi #sözlük