* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Nadinc, dəcəl, şuluqçu. Şuluq uşaq. 2. is. Dələduz. Yoluğun nəyi var, şuluğa versin. (Ata. sözü). 3. is. Hərc-mərclik, qarışıqlıq, qalmaqal, qayda-qanunsuzluq. [Məmmədəli:] Güləndam, itin olum, küçüyün olum, bu ev çox şuluqdur, aman günüdür. N.Vəzirov. …Məsciddə şuluq başlandı… M.S.Ordubadi. □ Şuluq salmaq – qarışıqlıq salmaq, qarışdırmaq, pozğunluq salmaq, iğtişaş salmaq, qayda-qanunu pozmaq. [Bülənd:] Dövlət yazır ki, Veys şuluq salıb, beş-on adam tutdurub. Ə.Əbülhəsən. ◊ İş şuluqdur – iş əngəldir, yaxşı deyil, içindən xata çıxacaq. [Süleyman:] Sənin işin şuluqdur. M.İbrahimov. [Kişi:] Bala, bu işlərin axırı şuluqdur. Qantəmir.
Azərbaycan dilinin izahlı lüğəti / şuluq1 Şıltaq (və ya şərəşur) kəlməsi ilə qohumdur. “Səs-küy salan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şuluq1 ŞULUQ – DİNC Nə vaxt dəliləşib şuluq salardım; Xəmir yoğurardı qulaqlarımdan... (S.Tahir); Əhməd dinc uşaqdır. Heç kəsə korluğu olmaz (S.S.Axundov).
Azərbaycan dilinin antonimlər lüğəti / şuluq2 I прил. озорной, шаловливый, проказливый. Şuluq uşaq шаловливый ребёнок II сущ. 1. озорник, озорница; проказник, проказница; шалун, шалунья 2. см. şuluqluq во 2, 3, 4 знач.; şuluq salmaq см. şuluqluq salmaq ◊ işlər şuluqdur дела плохи
Azərbaycanca-rusca lüğət / şuluq1 s. playful; naughty; frolicsome; ~ adam playful man*; ~ uşaq a playful / naughty child*
Azərbaycanca-ingiliscə lüğət / şuluq1 1. прил. шулугъдай, шулугъчи, надинж, жадал (мес. аял); 2. сущ. хулиган, луту; 3. сущ. шулугъ, къалмакъал, женжел, акахьайвал, къайда-къанун авачир гьал; şuluq salmaq шулугъ кутун (ттун), къал ттун, араяр акадарун, къайда-къанун чӀурун; ** iş şuluqdur кӀвалах шулугъ я, энгел я, хъсан туш, хата ква.
Azərbaycanca-ləzgicə lüğəti / şuluq