əlcə sözü azərbaycan dilində

əlcə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əlcə • 76.9231%
  • Əlcə • 23.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
2011-ci il Əlcəzair iğtişaşları
12 fevral Əlcəzairin paytaxtı Əlcəzair şəhərində aksiyaçılarla polislər arasında qarşıdurma gedir. Lent.az-ın "France 24" telekanalına istinadən verdiyi məlumata görə, aksiyaçılar Əlcəzair prezidenti Abdelaziz Buteflikanın istefasını tələb edir, "Buteflika-rədd ol!" şüarları səsləndirirlər. Polis indiyə qədər 20 nəfəri saxlayıb. "France Presse" agentliyi isə artıq 2 min nəfərin polis səddini yardığı barədə məlumat yayıb. Misir ssenarisinin təkrarlanacağından qorxan Əlcəzair hakimiyyəti müxalifətə demokratik azadlıqların genişlənməsi, iş yerlərinin açılması və hökumət dəyişikliyi tələbi ilə kütləvi aksiya keçirməyə icazə verməsə də, insanlar küçələrə çıxıblar. Etiraz aksiyalarını müxalifət partiyalarının koalisiyası, sivil təşkilatlar və qeyri-rəsmi həmkarlar ittifaqları təşkil edəcək. Bundan öncə müxalifət dünən paytaxtda keçirilən nadir nümayişin iştirakçılarını alqışlamışdı. Həmin bu nümayiş küçələrə on minlərlə polisin çıxarılmasına baxmayaraq baş tutmuşdu. Tunis və Misirdə baş verən xalq üsyanlarından ruhlanan 2000-ə yaxın fəal paytaxtın 1 May meydanında toplaşaraq prezident Əbdüləziz Butelfikanın istefasını tələb ediblər. Bir çox fəallar polis barrikadalarını yararaq meydana çata bilmişlər.
Afir (Əlcəzair)
Afir (ərəb. أعفير‎) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 17 metr yüksəklikdə, 62 km2 ərazidə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 13,223 nəfər idi.
Korso (Əlcəzair)
Korso (ərəb. قورصو‎, fr. Corso) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir, 22,4 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 41 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 5 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 20,705 idi.
Milli Qurtuluş Cəbhəsi (Əlcəzair)
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Nasiriyyə (Əlcəzair)
Nasiriyyə (ərəb. ناصرية‎, fr. Naciria) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna . Kommuna vilayətin cənub-şərq hissəsində, dəniz səviyyəsindən 158 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 77 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 43 kilometr şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 22,431 nəfər idi.
Penon de Əlcəzair
Penon de Əlcəzair (isp. Peñón de Argel) — Aralıq dənizinin Əlcəzair şəhəri sahilinə yaxın ərazidə yerləşən ada. Orta əsrlərdə ada qumlu dillə sahilə birləşirdi. 1510-cu ildə İspaniya imperiyası Afrikanın şimalında möhkəmlənmək məqsədilə Əlcəzairin yaxınlığında olan adanı işğal edir. Adanın məhdud imkanlarına baxmayaraq ispanlar burada istehkam inşa edə bilirlər. Adada yerləşən qarnizon 200 nəfərdən ibarət idi. Yerli sultan İspaniya imperiyasının vassallığını qəbul edir və kral II Ferdinanda and edir. Qala 1516-cı ildə Oruc Barbarossanın hücumuna məruz qalsa da ələ keçirilmir. 1529-ci ildə isə Xeyrəddin Barbarossa Əlcəzair müharibəsi əsnasında qalanı ələ keçirir. Onun əmri ilə qala ispanların regiondakı mövcudluğunun simbolu olaraq tamamən dağıdılır.
Premyer Liqa Qızıl Əlcək
Premyer Liqa Qızıl Əlcək (ing. Premier League Golden Glove) — Premyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004–05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013–14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır. Qızıl Əlcək mükafatları 2005-ci ildən verilməyə başlamışdır. Bu mükafatı ilk qazanan Petr Çex olmuşdur. Qapıçılar arasında ən çox qazananlar isə, dörd mükafatla Co Hart və Petr Çexdir. Hartın mükafatı qazandığı dörd mövsümdə də forma geydiyi Mançester Siti, hal-hazırda mükafatı ən çox qazanan klubdur.
Salam, Əlcəzair (1968)
Film Əlcəzairdə keçirilən beynəlxalq yarmarka haqqındadır. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu yarmarkada Azərbaycan yeganə respublika idi ki, ona xüsusi bölmə ayrılmışdı. Filmdə yarmarkanın açılışı, Əlcəzair dövlət xadimlərinin yarmarkanın Azərbaycan bölməsinə gəlişi, burada nümayiş etdirilən eksponatlar, Əlcəzairin qeyri-adi gözəlliyi, habelə respublikamızın incəsənət ustalarının konsertləri öz əksini tapmışdır.
Salam, Əlcəzair (film, 1968)
Film Əlcəzairdə keçirilən beynəlxalq yarmarka haqqındadır. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu yarmarkada Azərbaycan yeganə respublika idi ki, ona xüsusi bölmə ayrılmışdı. Filmdə yarmarkanın açılışı, Əlcəzair dövlət xadimlərinin yarmarkanın Azərbaycan bölməsinə gəlişi, burada nümayiş etdirilən eksponatlar, Əlcəzairin qeyri-adi gözəlliyi, habelə respublikamızın incəsənət ustalarının konsertləri öz əksini tapmışdır.
Sali (Əlcəzair)
Sali (ərəb. سالي‎‎) — ‎ Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Rəqqan dairəsinin bir hissəsidir. Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1110 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 286 metr yüksəkdir. Sali kommunasının 16,683 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 7 mm-dir).
İtalyan qadın Əlcəzairdə
İtalyan qadın Əlcəzairdə (it. L'italiana in Algeri) — Coakkino Rossininin 2 pərdəli Feliçe Romaninin librettosunda opera. Komediya janrda olan bu operanın ilk premyerası 22 may 1813-cü ildə Venesiyada, San-Benedetto teatrında səhnələşdirilmişdir. Əvvəlcə operanın librettosuna bəstəkar Luici Moska tərəfindən opera bəstələnmişdir. Onun premyerası Milan teatrı La Skalada 16 avqust 1808-ci ildə səhnələşdirilmişdir. Rossini yeni əsəri üçün həmin librettonu götürərək bəstəkar Getano Rossi ilə bir qədər dəyişdirirlər. Bu opera həm də bir il sonra yazılmış olduğu "Türk İtaliyada" operası ilə analoq təşkil edir. 2 fleyta (ikinci pikolo) *2 qaboy, *2 klarnet, *1 faqot 2 korno *2 trompet bas davul Simli alətlər piano, (Violonçel və kontrabas] zaman: XVIII əsr məkan: Əlcəzair Bəy sarayının zalı. Bəyin arvadı Elvira qulu Zulməyə Musatafanın onu daha sevməməsindən şikayət edir. İçəri daxil olan bəy bərk acıqlıdır.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Əlcək vallabi
Əlcək vallabi (lat. Macropus irma) — kenquru cinsinə aid heyvan növü. Qara əlcəkli kenquru kimi də tanınan qərb fırçası kenquru, Qərbi Avstraliyanın cənub-qərb sahil bölgəsində yerləşən kenquru növüdür. Vallabi'nin əsas təhdidi,qırmızı tülkü tərəfindən ovlanmaqdır.
Əlcələr
Ölcələr (əvvəlki adı: Kuybışev) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun Kuybışev kəndi Ölcələr kəndi adlandırılmışdır. Kənd əhalisinin sayı 546 nəfərdir ki, onun da 281 nəfəri kişi, 265 nəfəri isə qadındır.
Əlcəzair
Əlcəzair (ərəb. الجزائر‎) və ya rəsmi adı ilə Əlcəzair Xalq Demokratik Respublikası (ərəb. الجمهورية الجزائرية الديمقراطية الشعبية‎‎) — Şimali Afrikada dövlət. Əlcəzair coğrafi baxımdan Məğrib ölkəsi hesab olunur. Ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Şimal-şərqdən Tunis, şərqdən Liviya, cənub-şərqdən Niger, cənub-qərbdən Mali, Mavritaniya və tanınmayan Qərbi Saxara, qərbdən Mərakeş ilə həmsərhəddir. Şimaldan isə Aralıq dənizi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əlcəzair şəhəri, ümumi sahəsi 2,381,741 kvadrat kilometr, əhalisinin sayı 44 milyon nəfərdən çoxdur. Əlcəzair 6 ölkə ilə həmsərhəddir — Tunis, Liviya, Niger, Mali, Mavritaniya, Qərbi Sahara və Mərakeş ilə. Müasir Əlcəzair dövlətinin ərazisində qədim zamanlardə qədim Liviya tayfaları yaşayırdılar.
Əlcəzair (şəhər)
Əlcəzair (ərəb. مدينة الجزائر‎, Mədinət əl-Cəzair) — Əlcəzairin paytaxtı və ən böyük şəhəri. Əhalisi 1998-ci ilin hesablamalarına görə 2 882 897 nəfərdir. Aralıq dənizi sahilində yerləşən liman şəhəridir. Şəhərin əsası 944-cü ildə Buluggin ibn Ziri tərəfindən qoyulmuş, XVI əsrdə türklərin idarəçiliyinə keçmişdir. 1830-cu ildə fransızlar tərəfindən ələ keçirilmiş və koloniyanın paytaxtı olmuşdur.
Celfa (Əlcəzair)
CelfaƏlcəzairin Celfa vilayətinin mərkəzi şəhəridir. Əhalisi 2018-ci il siyahıya alınmasına görə 490.248-dir. == Coğrafiya == Celfa Əlcəzairin şimal-orta bölgəsində Ouled Nail sıra dağlarında,1138 m yüksəkliktə yerləşir. == İqlim == Celfanın yerləşdiyi ərazi Subtropik iqlimin Aralıq dənizi tipinin hakim olduğu bir yerdir. Bu səbəblə burada yağıntılar əsasən qışda düşür və yayda isti-quru hava müşayiət olunur. == Tarix == Bölgə e.ə 7000-dən 5000-ə qədər uzanan neolit dövründə qaya oymalarının bolluğu ilə diqqət çəkir. Celfa şəhərinin şimalında daş duzların və marnların yağış nəticəsində aşınması ilə yaranan Roşer de Sel duz qayası vardır. Roma dönəmində Celfanın yerləşdiyi yerdə Fallaba adlı şəhər var olmuşdur, bu şəhər son antik dövrə qədər mövcud olmuşdur. Dini tarix Vandal krallığı və Roma imperiyası dönəmində qədim bir yepiskopluğun mərkəzi olmuşdur. Roma Afrikasındakı bir çox yepiskopluq kimi bu yepiskopluqda Ərəblərin Məğribi fəthindən sonra ləğv edildi.1933-cü ildə yepiskopluq Latın Katolik Yepiskopluğu adı ilə bərpa edildi.
Milli Qurtuluş Ordusu (Əlcəzair)
Milli Qurtuluş Ordusu (MQO; ərəb. جيش التحرير الوطني الجزائري‎; fr. Armée de libération nationale) — Əlcəzair müharibəsi zamanı milliyətçi Əlcəzair Milli Qurtuluş Cəbhəsinin silahlı qanadı. 1962-ci ildə Əlcəzair Fransadan müstəqilliyini qazandıqdan sonra MAQ müntəzəm Əlcəzair Xalq Milli Silahlı Qüvvələrinə çevrilmişdir. Qruplaşma 1957-ci ildə təxminən 40,000 nəfərlik olmuş, Fransa isə cavab olaraq 1956-cı ildən başlayaraq regiona 400,000 əsgər göndərmişdi. Federal Research Division. "Country Profile: Algeria" (PDF). Library of Congress (May 2008). May 2008. İstifadə tarixi: 9 May 2020.
İslam Dövləti – Əlcəzair vilayəti
İslam Dövləti – Əlcəzair vilayəti (İD-ƏV; ərəb. الدولة الإسلامية – ولاية الجزائر‎, ad-Dawlah al-Islāmiyah – Wilayah al-Jazā’ir) — silahlı İslam Dövləti (İD) qruplaşmasının Əlcəzairdə fəaliyyət göstərən qolu. Qrup əvvəllər "Cund əl-Xilafa fi Ərd əl-Cəzair" (ərəb. جند الخلافة في أرض الجزائر‎; mənası – "Əlcəzairdə xilafət əsgərləri") kimi tanınırdı. 2014-cü ildə onlar 55 yaşlı fransız alpinist Erve Qurdeli qaçırmışdılar. Qrup 22 sentyabr 2014-cü il tarixli videoda qeyd etmişdir ki, onlar bunu İD sözçüsü Ədnaninin ABŞ ilə birlikdə İD-yə qarşı döyüşən ölkələrin vətəndaşlarına hücum etmək əmrinin bir hissəsidir. 24 sentyabr 2014-cü ildə "Əlcəzair vilayəti" Erve Qurdelin başını kəsdiyini iddia etmişdir.
Əlcəzair Milli Qurtuluş Cəbhəsi
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Əlcəzairdə xilafət əsgərləri
İslam Dövləti – Əlcəzair vilayəti (İD-ƏV; ərəb. الدولة الإسلامية – ولاية الجزائر‎, ad-Dawlah al-Islāmiyah – Wilayah al-Jazā’ir) — silahlı İslam Dövləti (İD) qruplaşmasının Əlcəzairdə fəaliyyət göstərən qolu. Qrup əvvəllər "Cund əl-Xilafa fi Ərd əl-Cəzair" (ərəb. جند الخلافة في أرض الجزائر‎; mənası – "Əlcəzairdə xilafət əsgərləri") kimi tanınırdı. 2014-cü ildə onlar 55 yaşlı fransız alpinist Erve Qurdeli qaçırmışdılar. Qrup 22 sentyabr 2014-cü il tarixli videoda qeyd etmişdir ki, onlar bunu İD sözçüsü Ədnaninin ABŞ ilə birlikdə İD-yə qarşı döyüşən ölkələrin vətəndaşlarına hücum etmək əmrinin bir hissəsidir. 24 sentyabr 2014-cü ildə "Əlcəzair vilayəti" Erve Qurdelin başını kəsdiyini iddia etmişdir.
Ərəb dilinin Əlcəzair dialekti
Ərəb dilinin Əlcəzair dialekti (ərəb. الدارجة الجزائرية‎) və ya darci (الدارجة‎; mənası – "gündəlik ləhcə") — ərəb dilinin Əlcəzairdə və kənarda Əlcəzair diasporu arasında yayılmış növlərindən biri. Bu, Məğrib dialekt kontinuumuna aiddir, əsasən Tunis və Mərakeş dialektləri ilə qarşılıqlı surətdə başa düşülür. Əlcəzair dialekti bərbər dillərinin komponentlərini, həmçinin bərbər, türk, ispan və fransız dillərindən çoxlu alınma sözləri özündə daşıyır. Həmçinin, digər dialektlərdə olduğu kimi, yazı dilinin sonluqları da atılır. Bu dialektin rəsmi statusu yoxdur, lakin əksər əlcəzairlilər tərəfindən istifadə olunur. Ərəb dilinin Əlcəzair dialekti müxtəlif şəhərlərdə fərqlidir.
Osmanlı Əlcəzairi
Osmanlı Əlcəzairi, Əlcəzair Vilayəti və ya Əlcəzair Bəylərbəyliyi — Osmanlı İmperatorluğunun Sâlyâneli əyalətlərindən biri olmuşdur. 1517-ci ildə baş vermiş olan Ridaniyyə döyüşü ilə bu region Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. Bu ərazilərin tam olaraq əyalətləşdirilməsi 1535-ci ildə Oruc Rəis tərəfindən həyata keçirilmişdir. 1671-ci ildən sonra isə bu əyalətə seçilərək təyin olunan idarəçilərə Dayı deyilmişdir. 1671-ci ildən başlayaraq 1830-cu ilə qədər Əlcəzairdə ümumilikdə 28 dayı hökmranlıq etmişdir. Osmanlı Əlcəzair ilə 1830-cu ildə Fransa tərəfindən işğal edilərək Fransa müstəmləkə imperiyasının tərkibinə keçmişdir.
Əlcəzair Milli Kitabxanası
Əlcəzair Milli Kitabxanası — (ərəb. المكتبة الوطنيّة الجزائريّة‎; fr. Bibliothèque nationale d'Algérie) ilk dəfə 1835-ci ildə Fransa müstəmləkə hökuməti tərəfindən yaradılmışdır, Əlcəzairin müstəqilliyi üçün yeni milli kitabxananın qurulmasından əvvəl Əlcəzair A1619. kitabxana 1990-cı illərdə kitabxananın fondunda bir milyon cilddən çox nüsxə saxlamaq üçün tikilmişdir ki, bu da ona öz xidmətlərini əhəmiyyətli dərəcədə inkişaf etdirməyə imkan vermişdir. Əlcəzairin elmi və texniki məlumat ehtiyacları iki təşkilat tərəfindən təmin edilir: Texniki və Elmi İnformasiya və Texnologiya Transferi Mərkəzi, INIS şəbəkəsinin Əlcəzair ekvivalenti və 1971-ci ildə yaradılmış, seçim və indeksləşdirməni təmin edən Milli Sosial və İqtisadi Sənədlər Mərkəzidir. Ölkənin sosial-iqtisadi inkişafı üzrə avtomatlaşdırılmış sənədləşmənin və statistik məlumatların toplanmasıdır. O, 67,000 m2 (720,000 kv fut) sahəyə malikdir və 10 milyondan çox kitab yerləşdirmək üçün nəzərdə tutulmuşdur. O, eyni vaxtda 2500-dən çox oxucu qəbul edə bilər. Bu, Əlcəzair üçün qanuni depozit və müəllif hüququdur. biblionat.dz — Əlcəzair Milli Kitabxanasının rəsmi saytı ərəb.
Əlcəzairin işğalı (1516)
Əlcəzairin işğalı - II Ferdinandın (1516) ölümündən istifadə edərək Barbaros qardaşlarının Əlcəzair şəhərinin köməyinə gəldikləri ekspansiyadır. Oruc Rəis və Xızır Rəis böyük qardaşları İshaq da onlara qoşulduqdan sonra piratçılıqla kifayətlənməyərək Şimali Afrikadakı torpaqları işğal etməyə başlamışdırlar. 1516-1517-ci illərdə ispanlara qarşı mübarizə apardılar və Tenes, Tilimsan və Oran şəhərlərini ələ keçirdərək Əlcəzairi öz nəzarətləri altına almışdırlar. Oruc Rəis Əlcəzairin hökmdarı elan edilir. Növbəti il ispanlar Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək yenidən hücuma keçirlər. Bu döyüş əsnasında Xızır Rəisin böyük qardaşları olan İshaq Rəis və Oruc Rəis öldürülür. Xızır Rəis Yavuz Sultan Səlimə sədaqət andı içərək onun adına sikkələr basdıraraq xütbə söyləyir. Yavuz Sultan Səlim də öz növbəsində Xızır Rəisi Əlcəzairə vali təyin edərək öz himayəsi altına götürür. Bu hadisədən sonra isə əvvəlcə Tunis və Tilimsan bəyləri birləşərək Əlcəzairə yürüş təşkil edirlər. Əlcəzair şəhərinin xaricindəki torpaqları ələ keçirdərək, Əlcəzair şəhərinin daxilindəki xalqı üsyana qaldırırlar.

əlcə sözünün leksik mənası və izahı

  • 1 sif. Kiçik, azacıq, bir tikə, əl qədər. Əlcə çörək. Əlcə ət. – Anası bir əlcə əppəyə dönüb yoxa çıxıbdır. S.Rəhimov. Mövqeyə gələn kimi Abbas karandaşla bir əlcə kağıza ərizəsini yazdı, üç nəfərdən zəmanət aldı. Ə.Əbülhəsən. [Gülzar:] [Ağalarov] dişini bizim o bir əlcə torpağa qıcadıb. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / əlcə

əlcə sözünün rus dilinə tərcüməsi

əlcə sözünün ləzgi dilinə tərcüməsi

əlcə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Yardımlı) tikə, loğma. – Bi əlcə çörəy ver mənə

Azərbaycan dilinin dialektoloji lüğəti.

"əlcə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əlcə nədir? #əlcə sözünün mənası #əlcə nə deməkdir? #əlcə sözünün izahı #əlcə sözünün yazılışı #əlcə necə yazılır? #əlcə sözünün düzgün yazılışı #əlcə leksik mənası #əlcə sözünün sinonimi #əlcə sözünün yaxın mənalı sözlər #əlcə sözünün əks mənası #əlcə sözünün etimologiyası #əlcə sözünün orfoqrafiyası #əlcə rusca #əlcə inglisça #əlcə fransızca #əlcə sözünün istifadəsi #sözlük