* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Nazlanmaq, naz etmək. [Ələmdar] əzilib-büzülən, şirindil xanımların başları üstündən uzun dimdiyini sallayıb … baxdı. S.Rəhimov. 2. məc. Cavabdan qaçmağa çalışmaq, tərəddüd etmək. Yasavulbaşı əzilib-büzülməyə başladı. M.Rzaquluzadə. 3. Əzilmək, əzik-əzik olmaq. Əzilib-büzülmüş paltarı ütüləmək. – Maya ayağa durdu, əzilib-üzülmüş balışı çırpdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / əzilib-büzülmək1 f. 1. to coquet, to be* affected; to give* oneself airs, to put* on airs idiom.; 2. to wriggle; 3. bax əzilmək (1-ci mənada)
Azərbaycanca-ingiliscə lüğət / əzilib-büzülmək1 гл. 1. пад чуькьвез акъвазун, наз маса гун, наз гун; 2. пер. кьве рикӀин хьун, жавабдикай катиз алахъун; 3. шуьткьверар гьатун, биришар гьатун, пуьрчуькь хьун, буьнжуькь хьун, фитӀил хьун.
Azərbaycanca-ləzgicə lüğəti / əzilib-büzülmək