araq-şərab sözü azərbaycan dilində

araq-şərab

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • araq-şərab • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Şərab ölkəsi
"Şərab ölkəsi" (ing. The Republic of Wine) — Çinli yazar Mo Yan tərəfindən satirik üslubda yazılmış əsər. == Süjet == Çin. XX əsrin 90-cı illərinin əvvəlləri. Çzyüqo adlı şəhərə detektiv Din Qouer təşrif buyurur ki, yayılmış bəzi xəbərlərin doğru olub olmadığını araşdırsın. Belə ki, deyilənə görə yerli məmurlar aşbazlara balaca uşaqları bişirtdirərək yeyirlər. Bununla əlaqədar Çzyüqoda artıq "ətlik körpə" sənayesi əməlli başlı inkişaf etməkdədir. Din Qouerlə paralel olaraq yazıçı Mo Yan Çzyüqonun yerli yazıçısı və şərabçı Li İdou adlı bir nəfərlə yazışır. Li İdou da öz növbəsində yazıçıya poçt vasitəsiylə Mo Yanın personajı olan Din Qouerlə əlaqəli, lakin reallığı qeyri-müəyyən, absurd və mistik olan müxtəlif kiçikhəcmli hekayələr göndərir. Nəticədə romanda müxtəlif maraqlı obrazlar və hadisələr yaranır.
Mukuzani (şərab)
Mukuzani (gürc. მუკუზანი) — quru qırmızı gürcü şərabı, gürcü şərabçılığının “vizit kartlarından” biri. 1888-ci ildən istehsal olunur, SSRİ-də №4 olub. Bu şərabda 10,5-12,5% spirt və 6,0-7,0% titrə bilən turşuluq vardır. == Hazırlanması == Mukuzani şərabı (Gürcaani bələdiyyəsi) Kaxetiya rayonunun Mukuzani kəndi ərazisində saperavi üzüm növündən hazırlanır. 2014-cü ildə bu şərabın üzümçülük bazasının sərhədləri genişləndirildi.SSRİ-nin dağılmasından sonra belə bir fikir yarandı ki, bütün gürcü qırmızı şərabları arasında Mukuzaninin qırmızı şərabları keyfiyyətli quru şərablar üçün hazırkı qlobal üstünlüklərə ən yaxındır: "Mukuzani şərabları daha yaxşı tərkibli, yüksək keyfiyyətli şərablardır." Bölgənin fərqli terruarının Mukuzaniyə digər saperavi şərablarından daha fərqli və xoş ləzzət verdiyi deyilir.Ənənəvi olaraq eyni üzüm sortundan hazırlanan Mukuzani və digər quru gürcü şərabları arasındakı əsas fərqin palıd çəlləklərində ən azı üç il saxlanılması olduğuna inanılır. Bununla belə, 2013-cü ildən etibarən Gürcüstan şərab qanunu apellyasiya ilə şərab üçün nəinki palıd, hətta neytral qablarda minimum saxlanma müddəti təyin etmir. Nəticədə, satışda bəzən bir yaş və ya daha az yaşda "Mukuzani" adlı şərab tapa bilərsiniz (yəni şərab vintage deyil, adidir). Palıd ağacında köhnəlmiş Mukuzani şərabları tünd qırmızı rənglə ("tünd qırmızı, günəş şüalarını buraxmayan") palıd və giləmeyvələrin yumşaq dadı ilə xarakterizə olunur, palıd və giləmeyvə ətirləri dərhal hiss olunmur. Şərab ətlə daha gözəl uyğunlaşır.
Karvan-saray (şərab)
Karvan-saray — qırmızı quru şərab.
Qarabağ şərab festivalı
Qarabağ şərab festivalı (erm. Արցախյան գինու փառատոն) — Azərbaycanın Xocavənd rayonunun Tuğ kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən keçirilən festival. İlk dəfə 18 oktyabr 2014-cü ildə keçirilmişdir, İkinci Qarabağ müharibəsindən sonra dayandırılmışdır. Festival təkrarlanan xarakter daşıyırdı və hər sentyabrın üçüncü şənbə günü keçirilirdi. == Tarixi == Festival Qondarma Dağlıq Qarabağ Respublikası Mədəniyyət, Turizm və Gənclər Nazirliyinin Turizm və Tarixi Yerlərin Mühafizəsi Departamentinin təşəbbüsü ilə keçirilirdi, regionda turizmi inkişaf etdirmək məqsədi daşımışdır. Bu, Qarabağda şərabçılıq ənənələrini bərpa etmək üçün nəzərdə tutulmuşdu. Festival Dağlıq Qarabağ və Ermənistan şərabçılarına öz məhsullarını satmaq, təcrübə mübadiləsi aparmaq, şərablarını tanıtmaq və s. imkanı verən platforma yaratmışdır. Hər il keçirilən festivalın proqramına üzüm ayaqlama, ənənəvi Qarabağ mətbəxinin dequstasiyası, sənət əsərlərinin sərgisi, Dizaq məlik sarayına aid tarixi artefaktların sərgisi, eləcə də yerli şərabın sərgisi və satışı daxildir. Burada Qarabağ və Ermənistanın 5 müxtəlif bölgəsindən məhsul sərgilənirdi.
Siyəzən Şərab zavodu
Siyəzən Şərab zavodu — şərab istehsalı ilə məşğul olan Azərbaycan müəssisələrindən biri. == Tarixi == Zavod 1970-ci ildə qurulmuş, 1990-cı illərdə isə fəaliyyətini dayandırmışdır. 2010-cu ildə "Synergy Group" ASC tərəfindən yenidən qurulmuş və burada beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil edilmişdir.
Tiryək və Şərab
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir.Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə səfəvilərə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat deməyə əsas verir ki, "Bəngü Badə" 1510 və 1524 illəri arasında yazılmışdır. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həmdə Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.Xudbinlik Bəngü hesab edir ki, bütün insanlar yalnız tək ona tabe olmalıdır. O, deyir: Badənin ziyafətində məlum olur ki, Bəngü Badə qədər təkəbbürlüdü. Badə xidmətçisinin Bəngünün ünvanına təriflər yağdıranda qəzəblənir və xidmətçisinin Bəngüya gizli itaətkarlığından şübhələnir. İki özünə vurğun eqoistlərin mübahisəsi müharibə ilə bitir və nəticədə Badə qələbə çalır Bu iki padşahların mənasız müharibələrinin nəticəsi isə çoxlu sayda insanların ölümü olur.
Araq çəkənlər (film, 1961)
"Araq çəkənlər" (rus. Самогонщики) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Filmdə uğursuz araq çəkənlər üçlüyü — Qorxaq, Axmaq və Çoxbilmişin sərgüzəştlərindən bəhs olunur. Onlar araq çəkdikdən sonra yeyib-içirlər. Lakin, "Barbos" adlı köpəklərini yaddan çıxarırlar. Bu zaman "Barbos" adlı köpək hirslənib onların araq çəkən aparatlarını (samoqonu) polisə aparır. Onlar köpəyə nə qədər yalvarsalar da, köpəyi tüfənglə vurmaq istəsələr də bir şey alınmır. Film üçlüyün həbs olunması ilə başa çatır.
Gəncə Beynəlxalq Şərab Festivalı
Gəncə Beynəlxalq Şərab festivalı hər il Azərbaycanın Gəncə şəhərində keçirilir. Məqsəd şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdən ibarətdir. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində ilk şərab festivalı 2012-ci il 7 oktyabr tarixində Gəncə şəhərində keçirilmişdir. === I Gəncə Beynəlxalq Şərab Festivalı === İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ı7 oktyabr 2012-ci il tarixində Azərbaycanın Gəncə şəhərində ilk şərab festivalı təşkil olunmuşdur. === II Gəncə Beynəlxalq Şərab Festivalı === İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Fransadakı səfirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə II Beynəlxalq şərab festivalı keçirilmişdir. === III Gəncə Beynəlxalq Şərab Festivalı === Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 sentyabr-01 oktyabr 2014-cü il tarixində III Gəncə Beynəlxalq Şərab Festivalı təşkil olundu. === IV Gəncə Beynəlxalq Şərab Festivalı === Gəncə şəhərində İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 2016-cı il 18-20 dekabr tarixlərində "IV Beynəlxalq Şərab Festivalı” təşkil olundu. == Adət ənənə == Şərab festivalında əsasən poeziya axşamı və konsertlər, həmçinin Azərbaycanın şərabçılıq ənənəsindən bəhs edən səhnəciklər də təşkil olunur. == Müsabiqə == Festivalda Azərbaycanın yerli şərablarının beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsi də keçirilir və dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırılır. == Nümayiş == Şərab festivalında Gəncə ilə yanaşı Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl, Abşeron və s.

Oxşar sözlər

#araq-şərab nədir? #araq-şərab sözünün mənası #araq-şərab nə deməkdir? #araq-şərab sözünün izahı #araq-şərab sözünün yazılışı #araq-şərab necə yazılır? #araq-şərab sözünün düzgün yazılışı #araq-şərab leksik mənası #araq-şərab sözünün sinonimi #araq-şərab sözünün yaxın mənalı sözlər #araq-şərab sözünün əks mənası #araq-şərab sözünün etimologiyası #araq-şərab sözünün orfoqrafiyası #araq-şərab rusca #araq-şərab inglisça #araq-şərab fransızca #araq-şərab sözünün istifadəsi #sözlük