Biq-Ben sözü azərbaycan dilində

Biq-Ben

Yazılış

  • Biq-Ben • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biq Ben
Biq Ben (ing. Big Ben) — Londonda yerləşən zəngli saat qülləsi. Vestminster saray kompleksinin bir hissəsi. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır. Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınmışdır. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir.
Biq-Ben (Herd)
Biq-Ben — aktiv bazalt stratovulkanı. Öz növbəsində Kergelen silsiləsinin ən böyük zirvəsi. Herd adası və Makdonald adaları sualtı Kergelen platosunda yerləşir. O Hind okeanında səthə çıxaraq adaları əmələ gətirir. Şimaldan isti, cənubdan isə soyuq sularla əhatələnir. Herd adasının ən hündür yeri buzla örtülü olan Biq-Bendir. Mouson piki daim buzla örtülü olmasına baxmayaraq vulkan külü açıq şəkildə görünür. Pikin sıldırımlığı, əlçatmaz bölgədə yerləşməsi səbəbindən dağa yalnız üç dəfə çıxılmışdır. Burada yerləşən buzlaq ən kövrək buzlaqdır. Makdonald adaları Herd adasından 44 km qərbdə yerləşir.
Biq-Horn
Biq-Horn — ABŞ-də, Qayalı dağlarda silsilə. == Haqqında == Uzunluğu təqribən 200 km. Ən hündür zirvəsi Klaud-Pik dağıdır (4015 m). Böyük Düzənliklər platosundan nisbi hündürlüyü 1200–1500 m-dir. Ox hissəsi Kembriyə -qədərki qranitlərdən, kənarları Paleozoy və Mezozoyun çökmə süxurlarından təşkil olunmuşdur. Dağ çölləri, küknar və ağ şam meşələri, yuxarılarda subalp seyrək meşəliyi yayılmışdır. Dövlətə məxsus 400 min ha meşə sahəsi istirahət və turizm üçün istifadə olunur.
Ben
Ben — ad. Ben Sanqare — Ben Afflek — Amerikalı aktyor və kinorejissor Ben Kinqsli — İngilis aktyoru Ben Conson — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi. Ben Mudi — ABŞ-lı gitaraçı Ben Nevis — Britaniyanın ən yüksək dağıYaşayış məntəqələriBen (komunna) — Ben (şəhər) — Ben (Yuxarı Provans Alpları)DigərBen (mahnı) — Ben (albom) — Ben (hərf) — Ben-Balben — İrlandiyada dağ.
Biq-Aylend adası
Biq-Aylend adası (ing. Big Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Ada Hudzon boğazının şimalında, Uayt boğazı ilə ayrıldığı böyük Baffin Torpağı adasından 4 kilometr cənubda yerləşir. Adanın 105 km cənub-qərbində Unqava yarımadası yerləşir. Adanın sahəsi 803 km², sahil xəttinin uzunluğu 309 km-dir. Adanın şərqdən qərbə uzunluğu 62 km, maksimum eni 24 km-dir. Landşaft hündürlüyü 360 metrə çatan yuvarlanan təpələrdən ibarətdir. Şimal sahilinə eniş cənubdan daha dikdir. Adanın yaxınlığında, xüsusən onun qərb və şərq uclarına yaxın çoxsaylı kiçik adalar yerləşir.
Biq-Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Biq Mak İndeksi
Biq Mak İndeksi (ing. The Big Mac İndex) — Böyük Britaniyanın "The Economist" jurnalı tərəfindən 1986-cı ildən etibarən hesablanır. İndeks ABŞ-nin "McDonald's" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburgerin qiyməti əsasında tərtib edilir. "The Economist" jurnalı tərəfindən belə hesab olunur ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də "Biq Mak"ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-də satılan "Biq Mak"ın qiyməti götürülür. Əgər hər hansı ölkədə "Biq Mak"ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə "şişirdilib". Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər "Biq Mak" ABŞ-dəki qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.
Ben-Balben
Ben-Balben — İrlandiyada dağ. Ben Balben adlı dağ 320 milyon il əvvəl yaranmışdır. Bu çox gözəl dağ İrlandiyanın Şimal Şərqində, Slayqo şəhərindən 10 km şimalda və Slayqo qraflığı ərazisində yerləşir. Ben Balben 527 metr hündürlüyə malikdir və Slayqonun simvolu olaraq onun bütün qraflığı boyu uzanır İrlandiya əfsanələrinə əsasən, bu dağda Ben Balben adlı nəhəng qaban yaşayırdı, hansı ki, onu Diarmayd öldürdü və Dramkliffin yaxınlığında Lexna Muk təpəsində basdırdı. Dramkliff-də, U.B.Yeyts adlı böyük irlandiya şairi onun arzusuna əsasən Ben Balbennin ayaqaltı hissəsində dəfn edilmişdir Belə hesab edilir ki bu gün dağ məhz son buz dövrü vaxtı kimi görünür. Məlumdur ki, əvvəlcə o yüksək "zirvəyə" malik idi, hansı ki, bu ən uca buzlaqlarla kəsilmişdi. Ben Balben dağının tərkibi tamamilə əhəngdaşından təşkil olunmuşdur. Dağın qoynunda kənd var. Bu kəndin qeyri adiliyi ondadır ki, o ünyanın ən mənzərəli yeri olan Streymor adalarından bir az qərbdə yerləşən Vaqar adasında yerləşib. Bu adalar bir-birindən dar Vestmannasunn boğazı vasitəsi ilə ayrılıb.
Ben-Nəsr
Ben-Nəsr (ərəb. بن ناصر‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Taybet dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimalında, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 494 kilometr (307 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 101 metr (331 ft) yüksəklikdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,5 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == 16 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
Ben-Şud
Ben-Şud (ərəb. بن شود‎ fr. Ben Choud) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 26 metr (85 ft) yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 93 kilometr (58 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 49 kilometr (30 mil) şərqdə yerləşir.
Ben (albom)
Ben – Maykl Cekson ikinci albomudur. Albom 1972-ci ildə satışa çıxarılıb. Ceksonun ən uğurlu albomlarından biridir. Albomun bəzi mahnıları dinləyicilər tərəfindən hələ də dinlənir.
Ben (hərf)
Բ, բ (səslənməsi: ben, erm. բեն) — Erməni əlifbasının ikinci hərfi. Digər erməni hərflərində olduğu kimi, "ben" hərfi də yunan əlifbasından bir hərfin - Β (beta) hərfinin yuxarı hissəsinin ixtisarı vasitəsiylə yaradılmışdır. Ա «ayb» və Բ «ben» hərflərinin birləşməsindən erməni dilində "əlifba" anlamına gələn "aybuben" sözü yaranır.
Ben (kommuna)
Ben (fr. Baignes) — Franş-Konte bölgəsində yerləşən Fransa şəhəridir. Departament - Yuxarı Sona. Bu Se-sür-Son-e-Sent-Alben kantonunun bir hissəsidir. Bələdiyyənin Vezul rayonudur. Kommunanın INSEE kodu 70047'dir. == Coğrafiya == Kommuna Parisin 310 km cənub-şərqində, Bezansonun 39 km şimalında, Vezulun 9 km cənub-qərbində yerləşir. == Əhali == 2010-cu ildə kommuna əhalisi 86 nəfər idi. == İqtisadiyyat == 2010-cu ildə 65 yaşı (15-64 yaş arası) arasında 49, iqtisadi cəhətdən aktiv fəaliyyət göstərən, 16 faizi fəaliyyətsiz olub (fəaliyyət göstəricisi 75,4%, 1999-cu ildə isə 64,2% olmuşdur). 49 fəal sakin 40 nəfər (21 kişi və 19 qadın), 9 işsiz (5 kişi, 4 qadın) işləmişdir.
Ben (komunna)
Ben (fr. Baignes) — Franş-Konte bölgəsində yerləşən Fransa şəhəridir. Departament - Yuxarı Sona. Bu Se-sür-Son-e-Sent-Alben kantonunun bir hissəsidir. Bələdiyyənin Vezul rayonudur. Kommunanın INSEE kodu 70047'dir. == Coğrafiya == Kommuna Parisin 310 km cənub-şərqində, Bezansonun 39 km şimalında, Vezulun 9 km cənub-qərbində yerləşir. == Əhali == 2010-cu ildə kommuna əhalisi 86 nəfər idi. == İqtisadiyyat == 2010-cu ildə 65 yaşı (15-64 yaş arası) arasında 49, iqtisadi cəhətdən aktiv fəaliyyət göstərən, 16 faizi fəaliyyətsiz olub (fəaliyyət göstəricisi 75,4%, 1999-cu ildə isə 64,2% olmuşdur). 49 fəal sakin 40 nəfər (21 kişi və 19 qadın), 9 işsiz (5 kişi, 4 qadın) işləmişdir.
Ben (mahnı)
Ben — Volter Şarf və Don Blek tərəfindən yazılmış və Maykl Cekson tərəfindən 1972–ci ildə Motown leyblı üçün ifa edilmiş mahnı. Mövzusu 1972–ci ildə çəkilmiş eyniadlı filmdən götürülən mahnının çıxışından bir həftə sonra Billboard Hot 100-də zirvəyə yüksəlmişdir. Mahnı həmçinin Avstraliya hit paradında da birinci yerə yüksəlmiş və səkkiz həftə birinciliyini qorumuşdur. Britaniya hit paradında isə mahnı ilk yeddiliyə qədər yeksələ bilmişdir. == Haqqında == Əslində Donni Osmondun ifası üçün yazılmış mahnı, Osmondun o zaman konsert turunda olması səbəbiylə Maykl Ceksona verilmişdir.Cekson o zaman hər nə qədər gənc olsa da, artıq onun bir sinqlı ("I Want You Back" "The Jackson 5"la birgə 1970–ci ildə ifa edilmiş mahnı) hit paradlarda birinciliyə yüksəlmişdi. "Ben" Maykl Ceksonu on dörd yaşında hit paradlarda birinciliyə yüksəlmiş üçüncü gənc müğənni kimi tarixə saldı. Ondan əvvəl yalnız Stivi Uander "Fingertips, Pt. 2" mahnısı və Donny Osmond 1971–ci ildə "Go Away Little Girl" mahnısı ilə birinciliyə yüksəlmişdi. Mahnı, həm də Ceksonun ən çox satılan mahnılarından olmaqla, The Jackson 5 Anthology, The Best of Michael Jackson, Michael Jackson Anthology, Jackson 5: The Ultimate Collection, The Essential Michael Jackson, Michael Jackson: The Ultimate Collection, Hello World: The Motown Solo Collection, The Definitive Collection, Number Ones və King Of Pop albomlarında satışa çıxarılmışdır. Mahnının canlı ifa versiyası 1981–ci ildə çxarılmış The Jacksons Live!
Ben (şəhər)
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Ben 10
Ben 10 — Man of Action Studiyaları tərəfindən yaradılan və Cartoon Network Studios tərəfindən istehsal olunan bir Amerikan cizgi televiziya seriyası və media franşizasıdır. Serialın süjet xətti, Ben adlı oğlan və ona müxtəlif yadplanetlilərə çevrilmək imkanı verən "Omnitriks"-dən ibarətdir. Bu media franşizasının bir çox serialları vardır. Hər birində Ben fərqli yaşlarda və başqa dostları ilə Yeri qorumaq üçün düşmənləri ilə mübarizə aparır. Əvvəlcə 10 yadplanetli ilə mübarizə aparsada, DNT-si vasitəsilə saatına başqa yadplanetlilər əlavə etmişdir. == Filmlər == === Cizgi filmi === Ben 10: Omnitriksin sirri (ing. Ben 10: Secret of Omnitrix) Ben 10: Bütün Yadplanetliləri Məhv Et (ing. Ben 10: Destroy All Aliens === Kinofilmlər === Ben 10: Vaxta Qarşı Yarış (ing. Ben 10: Race Against Time) Ben 10: Yadplanetli Pətəyi (ing.
Ben Afflek
Bencamin Qeza Afflek-Boldt (ing. Benjamin Geza Affleck-Boldt) — daha çox Ben Afflek kimi tanınan, 2 dəfə Oskar və 3 dəfə Qızıl Qlobus Mükafatına layiq görülmüş Amerikalı aktyor və kinorejissor.Ben karyerasına PBS kanalında yayımlanan Mimi Səyahəti (1984, 1988) adlı elmi teleserialda köməkçi rolu ifa edərək başladı. Daha sonra Müxtəlif və Təəccüblü (1993) filmində, eləcədə Kevin Smitin Eminin İzində (1997) və Ehkam (1999) adlı müxtəlif filmlərində çəkildi. Ben şöhrəti uşaqlıq dostu Mətt Demon ilə Yaxın Dostum Uill Hauntiq (1997) filmidəki Ən Yaxşı Orijinal Ssenariyə görə Oskar Mükafatı və Qızıl Qlobus Mükafatını aldıqdan sonra əldə etdi. Bundan sonra o, Armageddon (1998), Aşiq Şekspir (1998), Pörl Harbor (2001), Lent Dəyişdirən (2002) və Bütün Qorxunun Məbləği (2002) kimi daha yüksək büdcəli filmlərə çəkildi. Karyera böhranından sonra o 2003-cü ildə Dəlisov filminə çəkildi. 2006-cı ildə Hollivud Torpağı filmidəki roluna görə yenidən Qızıl Qlobus Mükafatına layiq görüldü. Rejissor kimi depütünü 2007-ci ilə ssenarisinidə özünün yazdığı Əlvida Əzizim filmi ilə etdi. Sonra ssenari müəllifi və rejissoru olduğu Şəhər (2010) filminə çəkildi. 2012-ci ildə çəkildiyi və rejissoru olduğu Arqo siyasi triller filminə görə növbəti dəfə Qızıl Qlobus Mükafatına layiq görüldü.
Ben Bazen
Ben Bazen (azərb. Mən bəzən‎) — Türk müğənni Simgə Sağının ilk studiya albomu. DMC tərəfindən 1 iyun 2018 tarixində yayımlanmışdır. Oriental janrda olan "Miş Miş" musiqisi yüzlərlə musiqi siyahısında uzun müddət ilk yerdə qərarlaşmış və Simgə Sağının nüfuzunu artırmış, sonralar daha yavaş templi "Yankı" adlı musiqisi sərbəst buraxılmışdır. Bu iki məşhur musiqisilə birlikdə musiqi tərzi ilə bağlı məlumatlar da verməyə başlamışdır. Ozan Bayraşa ilə birlikdə dörd ildə hazırladığı albomunun istehsalını öz üzərinə götürdü və Bayraşa da daxil olmaqla Alper Narman, Ersay Üner, Onurr və Sezən Aksu kimi məşhurlarla çalışdı. Ümumiyyətlə dans-pop üslubunda olan "Ben Bazen" albomu, dip-hauz, R&B, rok, trep və türkü kimi müxtəlif musiqi üslublarından da əsinlənmişdir. Albomda Simgə, sevgidən ötrü yaşadığı şəhərdən bunalan bir qadın obrazını səsləndirmişdir. Musiqi tənqidçiləri albomu bəyənmiş, musiqi müxtəlifliyini yüksək qiymətləndirmiş və uğurlu bir komanda işi ilə yaradıldığına diqqət çəkmişdir. Əsərin foto çəkilişləri Nihat Odabaşı tərəfindən və müğənninin bir əli və mikrofonu ilə gitara tutduğu örtükdə bir fotoşəkildən istifadə olunub.
Ben Brereton
Benjamin Antoni Brereton (18 aprel 1999, Stok-on-Trent, İngiltərə) — Çempionşip təmsilçilərindən olan "Bləkbörn Rovers" klubunda və Çili milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Çili futbolçusu. O, peşəkar klub karyerasına 2017-ci ildə "Nottingem Forest" klubunda başlamışdır. 2018-ci ildə "Bləkbörn Rovers" klubuna icarəyə göndərilsə də, 2019-cu ildə birbaşa transfer edilmişdir. Brereton İngiltərədə anadan olmuşdur. O, ölkənin U-19 və U-20 millilərində çıxış etsə də, anasının vasitəçiliyi ilə 2021 Kopa Amerika turnirindən qabaq Çili millisinə dəvət almışdır. Millidə oynarkən həm anasının, həm də atasının soyadını özündə birləşdirən ispan adı olan Benjamin Antoni Brereton Diaz adından istifadə edir. 2021-ci ilin iyul ayında o, artıq klub səviyyəsində də bu soyadı istifadə edəcəyini açıqlamışdır. == Erkən illəri == Brereton Stok-on-Trent şəhərində anadan olmuşdur. O, Blayt Bric orta məktəbində təhsil almışdır. Ben "Dulusçuluq və Regional Bazar Liqasında" oynamış həvəskar futbolçu və ingilis polisi olan Martin Breretonun və Churchill China şirkətində çalışan Konsepsion doğumlu Andreanın (qızlıq soyadı Diaz) ailəsində anadan olmuşdur.
Ben Conson
Ben Conson (11 iyun 1572, Vestminster[d], Böyük London regionu[d] və ya London – 6 avqust 1637[…], London) — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi.. == Həyatı == Ben Conson 11 iyun 1573-cü ildə Londonda anadan olmuşdur.. Ben Consonun "Vəziyyət dəyişmişdir" (1597), "Volpone" (1605), "Episin, yaxud Qaradinməz qadın" (1609), "Kimyagər" (1610), "Varfolomey yarmarkası" (1614) komediyalarında cəmiyyətdə baş alıb gedən eybəcərliklər, mənəvi əxlaqsızlıqlar tənqid olunur . Onun klassısızm üslubunda yazılmış "Seyanın süqutu" (1603), "Katilinanın qəsdi" (1611) faciələri, saray tamaşaları üçün mifoloji süjetli alleqorik pyesləri var.. Ben Conson 6 avqust 1637-ci ildə Londonda vəfat etmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. X cild, Bakı, 1987.
Ben Envonvu
Ben Envonvu (tam adı: Odiniqve Benedikt Çukvukadibiyya Bonaventura Envonvu, ing. Odinigwe Benedict Chukwukadibia Enwonwu; 14 iyul 1921 – 5 fevral 1994) — Nigeriya rəssamı və heykəltaraşı. Zəngin və hörmətli bir ailənin içində Nigeriya şərqində doğulmuşdur (o dövrdə, bütün ölkə İngilis mülkiyyəti olduğu üçün), milli mənsubiyyəti İqbo idi. Atası Royal Niger şirkətində bir texnik olaraq çalışarkən, eyni zamanda yerli liderlər şurasının üzvü və istedadlı heykəltaraş və taxta avtomobili olan nüfuzuna malik olan anası, gözəl bir parça tacir ailəsindən idi. 1934-1937-ci illərdə İbadan və Umuaxiya şəhərlərində kolleclərdə sənət öyrənmişdir. Onun əsərlərinin ilk sərgisi 1937-ci ildə Londonda baş vermişdir. 1940-1943-cü illərdə Nigeriya məktəblərində tədris etmişdir. 1944-cü ildə İngiltərədə Qoldsmit Kollecində bir neçə ay oxudu və 1944-cü ildən 1946-a qədər Oksford Kollecində təhsil aldı. 1946-cı ildən 1948-ci ilədək orada Slayd İncəsənət Məktəbində və Asmoleans Kollecində təhsil almışdır. 1948-ci ildə heykəltaraşlıq ilə sənət sahəsində diplom aldı, bir il sonra - London Universitetinin Kollecindən sosial antropologiya üzrə sənətkarlıq dərəcəsi aldi.
Ben Fero
Ben Fero və ya Fərhad Yılmaz (25 fevral 1991,Bonn, Almaniya) — türk repçi və bəstəkardır. == Həyatı və karyerası == 25 fevral 1991-ci ildə Berlindən əvvəl Almaniyanın paytaxtı Bonn şəhərində anadan olub. Atası Trabzonlu, anası isə Sivaslıdır.1994-cü ildə ailəsi ilə birlikdə Türkiyəyə qayıdıb İzmirə köçüb. O, 8 yaşında Tupak dinləməklə rep musiqisi ilə tanış olub. Sabancı Universitetinin Biznesin idarə edilməsi fakültəsini bitirib. O, 2018-ci ilin aprel ayında ilk mahnısı olan Mahallemiz Esmer ilə debüt etdi. 2018-ci ilin avqustunda çıxardığı Kimlerdensin adlı sinqlından sonra o, özəl bir şirkətdə satış meneceri kimi işini tərk edib musiqiyə fokuslanmağa qərar verdi. O, 30 noyabr 2018-ci ildə 3 2 1 sinqlı buraxdı. 2 dekabr 2018-ci ildə Spotify-da Türkiyənin ən çox dinlənilən mahnıları siyahısında 1-ci yerə yüksəldi. 20 fevral 2019-cu ildə o, əvvəlki sinqllarını ehtiva edən Orman Kanunları albomunu buraxdı.
Ben Hinkliff
Benjamin Cek Hinkliff (25 sentyabr 1997-ci ildə anadan olub) — Çempionşip təmsilçələrindən olan Hall Siti klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Barkvort 14 yaşı olarkən Hall Siti klubuna qəbul olunmuş və 2017-ci ilin may ayında klub ilə peşəkar müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Donkaster Rovers klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Ben Karson
Bencamin Solomon Karson (18 sentyabr 1951[…], Detroyt, Miçiqan) — Amerikalı siyasətçi, 17-ci United States Secretary of Housing and Urban Development-ə xidmət edən sabiq cərrahdır. Trump Administration-ı altında xidmət edir. Onun kabinet vəzifəsindən əvvəl, 2016-cı ildə ABŞ-nin prezidentliyinə Respublika başçılarına namizəd oldu. == Həyatı == Michigan ştatının Detroit şəhərində doğulub və Yale Universiteti və Miçiqan Tibb Universitetinin məzunu olan Carson tibbi karyerası və siyasi duruşları ilə bağlı çoxsaylı kitabların müəllifidir. 2009-cu ildə bir televiziya draması filminin mövzusu oldu. 1984-cü ildən Merilenddə Johns Hopkins Xəstəxanasında Uşaq Neyrocərrahiyyəsi Direktoru oldu və 2013-cü ildə təqaüdə çıxdı. Hələ ilk neyrocərrahiyəyə başlayan vaxtlarda Karson'un nailiyyətləri başın arxası birləşdirilmiş əkizlərin müvəffəqiyyətlə ayrılmasını həyata keçirir; Bətnindəki bir dölə ilk müvəffəqiyyətli neyrcərrahi prosedurunu qabaqcadan təyin edən; tip-2 vertikal kraniopagus əkizlərinin ilk tamamilə uğurlu ayrılması; beyin kök şişlərini müalicə etmək üçün yeni üsulların hazırlanması; və nöbetlərin idarə olunması üçün hemisferektomiya texnikasınıyaradır. 33 yaşınadək ölkədə uşaq neyrocərrahinin ən gənc başçısı olur. O, 60-dan çox fəxri doktorluq dərəcəsi, onlarla milli qiymətli sitatlar və 100-dən çox neyrocərrahiyə nəşr yazmışdır. 2008-ci ildə ABŞ-də ən yüksək mülki mükafata layiq görüldü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.43
2014 ••••••••• 0.17

Oxşar sözlər

#biq-ben nədir? #biq-ben sözünün mənası #biq-ben nə deməkdir? #biq-ben sözünün izahı #biq-ben sözünün yazılışı #biq-ben necə yazılır? #biq-ben sözünün düzgün yazılışı #biq-ben leksik mənası #biq-ben sözünün sinonimi #biq-ben sözünün yaxın mənalı sözlər #biq-ben sözünün əks mənası #biq-ben sözünün etimologiyası #biq-ben sözünün orfoqrafiyası #biq-ben rusca #biq-ben inglisça #biq-ben fransızca #biq-ben sözünün istifadəsi #sözlük