düzd sözü azərbaycan dilində

düzd

Yazılış

  • düzd • 54.5455%
  • Düzd • 45.4545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Düzd və qazı
Düzd və qazı (“Oğru və qazı”) — XVIII əsr Azərbaycan bədii nəsr nümunəsi. Yazılış tərzi, ruhu və məzmununa görə xalq lətifələrini xatırladan bu kiçik həcmli əsər ilk Azərbaycan hekayəsi sayılır. Hekayə şəriət sahəsində ad çıxarmış bir qazı ilə onu soymaq istəyən oğrunun mübahisəsi üzərində qurulmuşdur. Hekayədə həm qazı, həm də dini ayə və hədislərdən öz şəxsi mənafeyi üçün istifadə edən oğru tənqid olunur. Gecə öz bağına gedən qazı burada oğruyla rastlaşır. Gündüzlər qəddar və amansız olan qazı indi öz kölgəsindən belə qorxur, acizləşir. Oğru öz biliyi, ağlı və fərasəti ilə qazıya üstün gəlir, onu soyur. Əsərin sonunda qazı öz xoşu ilə qızını ona verir. Hekayənin dili, təsvir vasitələri, mükalimələri, bədii-psixoloji dialoqları canlı və təbii olub, xalq danışıq üslubuna yaxındır. Əvvəllər tərcümə əsəri olunan bu hekayənin müəllifliyi Əbdülqəni Xaşmaziyə və Vəli Ərəşiyə istinad edilmişdir.
Dünya Düzdür
Dünya Düzdür:21-ci əsrin qısa tarixi — Tomas L.Fridmanın 2005-ci ildə nəşr edilmiş, dünyanın qloballaşmasıyla bağlı yazdığı dünyaca məşhur kitabı. Kitabın adındakı məcaz dünyanın “oyun sahəsi” olaraq görülməsi və bu oyun sahəsinin içindəki bütün “oyunçuların” bərabər imkanlara malik olmasıdır. Kitab 2006-da “yenilənmiş və genişləmiş” tirajı ilə yenidən nəşr edilmiş, 2007-də isə “daha da yenilənmiş və genişlənmiş” tirajı ilə son halını almışdır. Yazıçı kitabda 2000-ci ildə internetin sürətlə yayılması ilə qloballaşmanın “oyun sahəsini” yenidən düzləşdirdiyini, bu dönəmdə dünyanın balaca bir yer halına gəldiyini və bütün dünya əhalisinin tək bir şirkət altında birləşərək işbirliyinə getməsi müddəasını irəli sürür. Fridman bu dəyişikliklərə qarşı çıxan cəmiyyətləri tənqid edir, bütün cəmiyyətlərin qaçınılmaz bir şəkildə bu dəyişikliklərlə ayaqlaşmaq məcburiyyətində olduqlarını, əks təqdirdə, geri qalacaqlarını iddia edir. == Məzmun == Fridmana görə, qloballaşma, əslində, 3 böyük mərhələdən ibarətdir. Qloballaşma 1.0 adlanan birinci mərhələ 1492-ci il Xristofor Kolumbla başlamış, 1800-cü illərə qədər dəvam etmiş və dünyanı Böyük Ölçüdən Orta Ölçüyə endirmişdir. Bu dönəmdəki dinamik qüvvə ölkələr idi və sual bu idi “Ölkəm qlobal rəqabətin harasındadır? 1800-cü illərdən 2000-ci illərə qədərki dövr isə Qloballaşma 2.0-ı əhatə edir. Qloballaşma 2.0 dünyanı Orta Ölçüdən Kiçik Ölçüyə gətirdi.
Düzdidil xanım
Düzdidil xanım (d. 1825 - ö. 18 avqust 1845) — 31. Osmanlı sultanı Əbdülməcidin üçüncü xanımı. == Həyatı == Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.17

düzd sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. oğru.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"düzd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#düzd nədir? #düzd sözünün mənası #düzd nə deməkdir? #düzd sözünün izahı #düzd sözünün yazılışı #düzd necə yazılır? #düzd sözünün düzgün yazılışı #düzd leksik mənası #düzd sözünün sinonimi #düzd sözünün yaxın mənalı sözlər #düzd sözünün əks mənası #düzd sözünün etimologiyası #düzd sözünün orfoqrafiyası #düzd rusca #düzd inglisça #düzd fransızca #düzd sözünün istifadəsi #sözlük